Taramadan dərləmə sözlər



Yüklə 5,11 Mb.
səhifə39/42
tarix14.01.2017
ölçüsü5,11 Mb.
#5472
1   ...   34   35   36   37   38   39   40   41   42

yaş ağlamaq

göz yaşı tökmək.




yaş uşaq

gənc uşaq




yaşa doymaq

uzu yaşıyıb, uzun sürək yaşamda olmaq, yaşa dolmaq

yaşda quruda, suda qarada.

bu günə qalıb necə ölməyədim, çevrəndə(cihanda) mən kaşki olmayadım, ki dürlü bəlalar mənim başıma, yazılmayadı dolmadan yaşıma.




yaşadolmaq

yaş dolmaqtarama qocalmaq

dişin aşınuptur titrərir başın, yaşun doldu gözdən tökülür yaşın.




yaşar

yaş, yaşında.

neçə yaşar qızıdı

beş yaşar bir gənc oğlan.

bir arvat gördüm əli bağlı, ciyəri dağlı, bir yaşarca oğlancıq, əlində tutup ağlar.

neçə yaşar sürdün bilinməyir hələ.




yaşdaş

yaşıt, əmsal.




yaşıl baş tatar

özbək




yaşın yaşın

için için, gizli gizlii

nə ağlar için için, yaşın yaşın.




yaşında

yaşar




yaşınmaq

gizlənmək, saklanmaq, örtünmək

yaşınmaqıl , oturmaqıl anaru(qıraqda).

üzün örtüb, yaşıyıb, yaşınan arvad.




yaş-quru

yaxcı pis, iyi-kötü, dərli-dərsiz, dəğərli-dəğərsiz, dəniz-qara




yaşmaq

qanad

qapı yaşmağı: qapı qanadı




yaşmaq

gizləmək, örtmək, qapamaq




yaşmaq yaşınmaq

örtük örtünmək. yaşmaklanmaq.




yaşrak

körpə, pek taza, gənc. gəncraq.




yaştamaq

yaşlanmaq, qocamaq, çox yaşamaq.




yaştamış

qocalmış

bir yaştamış qadın kişi.




yaşurmaq

gizləmək, örtmək, saklamaq. qapatmaq.

sırrın bizdən yaşurdi.

yaşur gözlərimdən gül üzünü.




yat

usul, təhər, yol, adab

kişi ki gözlədi dirilik yatın(yolun), gərək ki oxşaya yad obanın itin.

qulluq yatı: yolu

dirlik yatı




yat

vəziyyət, durum

halı yatı necədi.

axşa oldu haldan yatdan düşdü əsgərlər.




yat

arac, vəsilə, ləvazim, hazırlıq

yatdan, oxdan nə varızıdı savaşmağa.

yatınmaq: hazırlanmaq




yat

yataq

yatına girip yatmaq




yat yaraq

yaraq, don ətək, şey şüy, hazırlıq, təchizat,

düzəddi yatın, yarağın. donatdı atın.

yatlanın, yaraqlanın, saldırın atı

kəsərdən, bıçakdan, yataqdan, yaraqdan,

yatım yarağım olansan tanrım.

yat yaraqlanıb donanıp, girdilər.




yatakçı

yasakçı, gözətçi, bəkçi, qorucu




yataq

mərkəz




yataqdır

bu yerlər yava otlara yataqdır.




yatan

yatar, yatmış olan




yatıq

ağzı dar, boğazı qıssa, qarnı yassı su qabı. tüng




yatım

qılıq, oluq, adət, əsgi

yatımına bükmək: olmuşuna, keçminə, bükümünə bükmək.




yatınmaq

hazırlanmaq

geyinib yatındıq geddik.




yatırmaq

bükmək




yatışdırmaq

təbsəyləmək, təskinləmək




yatlu

kötü, pis, yaman, xarab haram, yaramaz, boş, məhv, fəna, xain, günahkar

başı iyli, halı yatlu bir adam.

dadlı varmı sonu olmaya acı, varmı xoşluk yatlu olmaya ucu.

dəğiştir onun yatlu xuyunu, itin olmaz çomaxla oyunu.

düşman dili dadlı olursada, işin düşsə nə yaman yatludu.

düşmanın yatlu sanıları sanmağın düşün, çarə qıl.

işi iyinin iyi olur işi, yatlı edər yoldaşı yatlı kişi.

iyi işlər görün, sonun iyi olsun yatlu olmasun.

iyidə, yatcıda səndəndi, məzacım, sən vurmusan acını, eylə əlacım(n).

iyiləri yapurdun yatluları yaturdun.

iyini yatlunu unutma sən.

iyisin alasın, yatlusun atasın.

iyisin yatlusun gözən tanrım.

iyiyə qaç, yatludan qaç.

iyiynən yatlu hara, altnıla tunc hara.

iyiynən yatlu, acıynan dadlu.

kələkin sonu yavuzdur, aldamağınki yatlu.

könlü dağlu yadı yatlu.

nə yatlu halə düşdün sən.

olur yatlu duran yatlu yanında, ki yaş dahi yanar quru yanında.

özünü gey sakın yatlu sıfatdan.

sana yavuz sananlar yatlu(məhv) olsun.

sənə hər kimki yatlu söylərisə, nə qarşı söylə sən nə qaqınsən

sözdə iyidə olur, yatluda olur.

sözlü kişi iyidə olur, yatluda olur.

su yatlusu olur ki daş bitirir, söz ağduğu olur ki baş itirir.

sucuq kimi dadlı durur dadlı söz, zəhər kimi acıdurur yatlu söz.

tanrı haqda yatlu söyləyən tamudan qurtulmaz.

topu alan dili dadlı, yavuz xuylu, işi yatlu.

üzün qutlu, işin devlətli olsun.

yaranmış öz yatlusun bilir, necə ola ki yaraldan onu bilməyə.

yatlu adamdan nə gözləmək olar.

yatlu işli, duyğulu.

yatlu kişi yatlu arvat.

yatlu mal bizə düşməz.

yatlu malınan ev basanlarda(quranlarda) var.

yatlu sanı: xəyanət.

yatlu sözdən, yatlu gözdən allah qorusun.

yatlular yox olsun, düşman qovulsun.

yatlunu iyidən seçip, uslan oğul.

zamana yatlu oldu, halal yenməz, haram qıymətli oldu.




yatlu sanı

xəyanət







yatlu söz

boş söz.

qoy yatlu sözü ki vardır ziyanı, çıxarır yaxşu söz indən ilanı




yatluluq

fənalıq

yaşır yavuz günlər, yatlu adam.




yatsun

yatmaq vaxdı




yattarama

yaraq, yol, usul, tərz

yatsız kişi yaraqsız oğlan.

savaşa yatlandı yaraqlandılar.

iş yatın öyrənmək özü ustad gərək.

hər işin bir yatı, bir yarağı var.

yataqlı adam: hünərmənd.




yatuq qabaq

yassı enli şarab qabı. məntətarama.




yatur durur

canlı cansız




yava

itmiş, batmış,

oturur gözədir dağdan yuvadan, ovada gördüyün yaddan yavadan.




yava

havayı, başı boş: özbaş, iyəsiz, sahabsız

bu adaları yava gəmilər gəzirlər.

qoşundan bir neçə yava gedip qələni aldılar.




yava

qolay, rahat. hasat.

indiki zamanada yava əkmək tapmaqda zordur.

bir tikə yava əkməyə möhtac.




yava

pis, kötü, yararsız, dəyərsiz.




yava

mə'muli, normal




yava qılmaq

yavu qılmaq yavuqlanmaq, yavalanmaq, yavuq olmaq, yava qılınmaq, itmək, ölmək, görülməz olmaq.

axşam irişür gün dolunur, uca dağların başı yav qılınır.

tüm varı yavıqlandı.

bu arvad ərin itirmiş, yavu qılmış.

yaşı yetmiş, altında dəvə itirmiş.

dindən yavmış, elindən qalmış.

yolun yavu qılmış, özn həp itirmiş.

nə tapdım, nə yavldum(itirdim).

sevgi onun usun almış yavuqlamış.

əyriyə girən düzü yavılar.

gəh bulub gindini, gəh yavı qılıb.

eldən yavlanmış: eldən olmuş.

tanrıçıllar, kəndindən dönər.

səni sən yavu qıl, külli dilərsin bularsın anı, olmayayacaq, anı bulmaq, itirmədən , sən səni.

azmış, yolun yavu qılmış.

xan tapına(hizuruna) vardı hörmətlə, yavı qıldı özü heyrətlə.

qorxusundan ağlını yavı qılır.

eşittim sözünü etdim yavuz(unutdum).




yavacı

boş mala iyəlik edən.

bu malları yavacıya burak.




yavalık etmək

pis işləmək




yavaş

yumşaq, həlim, usul




yavaş

yumşaq, anğıl, sakin.




yavaş baş

yavuz baş: danqaz, qudurqan, quduz.




yavaşa

burunduruq ki yavuz atlara vurular.




yavaşca

anğılca. gizlicə.




yavaşmaq

yaxınlaşmaq

yavuz günlər yavaşır yatlu adəm.




yavıqlı

imli, nişanlı, tə'yin olunmuş, namzəd

qara gözlü yavuklum(nişanlım)




yavınçılıq

ziyançılıq, kötülük1.




yavız sanqlı

içi əyri, içi qara, pis niyyətli, içi yatlı,

yavız sananların üzü qararsın, içi yatlıların bənzi sararsın




yavızad

adsız, pis adlı




yavlak

<>yalva. çox, pek1, yağlı

ata eydür(dedi) öz sözün yavlak eyü, yoxdurur bu danışıqda heç qayu.

bu çevrə(dövlət) yavlak uykudan uyanmanmazmı.

bu sözlərdən gələn yavlak əsərdi.

bu yavlak bunalıq(bulanlıq) nədə

bu, yavlaq(çox) alıpdı məni məndən, yaradmışdan yarandım(yaraklandım, mədəd aldım), ya Əli mədəd səndən.

ət yeməmək yavlak onatdı(yaxcıdı).

qələmə ağacları içində yavlak uzun ağac.

nə xoş, bir sözü iki kişidən, ki yavlak bəyənir onu eşidən.

sizə yavlak yaxcı olar ki..

söylədi kimi yavlak sevərsin, didi: səndən başqa sevdiyim kim olar yavlaq.

tanrıya yalvar ki oldur yavlakın yavlalar

uşacıq, oğlancıqlarım, acıktı qarıncıqları, yavla uğak(ufak) qaldılar. yazuq qılan, pis burakan , yavlak ayıb kişi.

yavlak ayrım onda çıxır, yavlak qara, yavlak ağarır.

yavlak çivik, yavlak biləq, birsi, yavlak bön avanak , obirisi.

yavlak incə, yavlak uzun.

yavlak qayğılar, pozdu ömrümü.

yavlak savab eddi.

yavlak savaşlar keçirdilər.

yavlak ulu.

yavlak yırtıcı, yavlak iğrənc, yavlak güclü, yavlak şənlik, yavlak sevindik.

yavlaq dana(şaşıq) qaldım: şaşdım.

yavlaq ulu, qatı böyük ada.




yavlak

boş, puç, hava, anlamsız

yavlak dünya




yavlaq

çox

yavlaq yaxcı




yavlaq

iti, zirək, bilgə




yavlaq

yaman, çox pis.




yavu varmaq

itmək, gedmək.

görün ussunuzu gövdə içində, gecə yavru varır gündüz bulursuz.

yavu vardım əməyimə(zəhmətimə): hədər geddi zəhmətim.

haq yolunda xoş durur cəhd eyləmə, dürüşün kim yavu var varmaz əmək.

kimsəni görmədim doğru yolda bir yavu varmış ola.

üzün gördüm sənin yavu vardı dillə can.

yavu varsın, unudulsun bu tənlə don, daşlar ara, yopraq ara.




yavuq

yakın.




yavuq olamaq

nişanlanmaq.




yavuqlamaq

nişanlamaq, namzəd etmək




yavunmaq

yalınmaq, itmək, qayb etmək.




yavur

(< yaşur: gizlənmək, özün itir mək). çaşqın, şaşqın, bayqın.




yavutmaq

itirmək, yoxatmaq

başarmır işin, yaşur üzün, sanur pəri özün, yavur özün.




yavuz

kötü, pis, qolay, sərt, azqın, güclü, çətin, yaman. tünd. həşəri. çapıq.

göy pərdəsi açlır, iyi yavuzdan seçilir, ol dəm hara qaçılır, baş gutarası ər gərək.

yavuz işlilər, arısız canlılar.

yavuzlara şeytan qılavuzdur.

yavuz istək (≠qutsal istək)

yavuzluq simgəsin iyilik simgəsin bildirən.

tanrım! yavuz gözdən(niyyətdən) qoru bizi.

çox ola oğlu qızı, arta soyu, nəfsinə uymuş, yavuz xuylu.

yavuz havalı yerlər: tütün çəkilən, tüstülü.

uslu ol dur ki iyilə yavuzu ayrı qıla.

hava yavuz, gilavar, bürkütdü.

zehni yavuz.

iyi işlə üz ağarar, yavuzunda qararar.

yavuz olsun iyi olsun, hamısın qulum dedin tanrım.

qaramsər həp yauzluq görər, iyimsər iyilik görmək işidir.

iyini iyidən yavuzu yavuzdan seç.

kimin ki çox ola aqlın çırağı, yavuz olub olurmu haqqa yağı.

bulara bir yavuz iş qılaram mən.

bu oğlan yavuzluq qılır, bir öğüt ver buna.

adı yavuz olur qurdun hamıdan, kəsər baş tülkülər var, demə əfsun.

qurdun andın yavuz qulaq eşidər

nə igən yavuz ol asıl, nə igən yavaş ol basıl.

nə yavuz ol asıl, nə yavaş ol basıl.

o bir yavuz canavardır.

söylənib gümrəndi, yavuz köpək kimi qınrandı(mırıldamaq).

yavuz etmə görməyəsin yavuz iş, iyi toxum verməyə yavuz topraq.

yavuz savaş düşdü, qırqın oldu.

yavuz sirkə küpünə ziyan eylər.




yavuz adlı

bədnam




yavuz anlatmaq

pis başa salmaq




yavuz baş

danqaz, qudurqan, quduz(≠ yavaş baş)

yavuz baş issinə domuz başı götdürür




yavuz dil

yavuz söz: pis söz, pis nəzərli

yavuz dillər, yavuz gözlər, yavuz izlər uzaq bizdən.




yavuz dua

ilənc, qarqış, lə'nət.




yavuz iş

günah, suc.

tanrıdan qorx işləmə işbu işi, yavuz iş necə qılıasın ay kişi.

özü alp, əli açıq, elmi çok, nə kim var yaxuzluq, biri anda yox.

kişi kim yavuzluqdan qaça, gərək kim iyi fala(baxa, baxta) ağzın aça.




yavuz könüllü

pis; pozuq; kötü niyyətli.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin