Taramadan dərləmə sözlər



Yüklə 5,11 Mb.
səhifə37/42
tarix14.01.2017
ölçüsü5,11 Mb.
#5472
1   ...   34   35   36   37   38   39   40   41   42

yanmaq

qayıtmaq.

sınka1 girüb gerrü yanmaz3

sına(qəbrə)1 girən geri qayıtmaz3




yanmaq

şikayət edmək




yanraq

yanaraq, ötə yana, o yanlıq, öbür yana.




yansı

yansıma, təqlid




yansılamaq

qarşı durmaq, uxalifət edmək




yansıma

yanaşdırma, bənzətmə, möhməl.




yanşaq

(< yanıtmaq: danışmaq, cavablamaq). çox sözlü, boşboğaz, gəvəzə.




yap yap

yavaş yavaş, usul usul, səssizcə, uzun uzaq




yapa

qapalı, bağlı, bağlı, durqun.

işləri yapa qoymaq.




yapa yapa

ləpə ləpə

qaravaşa don geydirsən qadın olmaz, yapa yapa qarlar yağsa yaza qalmazdədə qurqud




yapalağ

bayquş, üğüdür, üği, küfətarama, kafir qırlağucıtarama.




yapca

yavaş, yavaşca.




yapca yapca

yavaş yavaş, yasda yasda, azın azın, arqın arqın.

yapca yapca yığıb birdın birə itirən dünya.





yapcı

düzəldən, inşaatcı




yapı

qılıq, şəkil, biçim

qurd yapusunda görünən tülkülərdə var.




yapığlı

yapışıqlı, bir birinə girmiş, sıx

yapığlı göycə çimən güzə qalmazdədə qurqud




yapıkmaq

yapılmaq




yapıldaq

çıplaq, lüt




yapılmaq

keçələşmək, qarışmaq, yapışmaq.




yapılmaq

qurulmaq, urulmaq, tikilmək




yapılmaq

qurulmaq urulmaq, tikilmək




yapındırmaq

öyrətmək, alışdırmaq, hazırlamaq, büründürmək.




yapındırmaq

əldə etdirmək, qapmaq

siz bu işləri yapındırın.

işləri yapındırıp gəldik.

yaxcı qapıda tökülmüyüb ki qaçıb yapındırasan.

yazı birinə yapındırır birinə qapındırır.




yapınmaq

hazırlaşmaq, özü üçün qurmaq.

ev yapınmaq




yapışqan

sırnaşıq, qovuşqan, ulaşqan




yapışmaq

bulaşmaq, yaklaşmaq, yamaşmaq.




yaprı

yapıq, sarxıq, sallaq, düşük




yapuq

baş örtüyü




yapuq

yatuq, oturulacaq yer, qoyulmaq üçün qurulan yer. yataq yeri




yapuq

çuxal, belləmə, yancıq, yatuq, heyvanın belində otracaq yer, yəhərin çoxurluğu




yapyalıncaq

çırılçıplaq




yapyassı

yamyassı




yar

yarı, qismət, buyruq.

sən verməzsəndə tanrıdan yardı bizə.




yar

açıq, suyun açtığı oyduğu yer, yarılmış. uçurum, yırtıq, dərə

dəvəyə minib yara pusma.

bu çayın qırağı kəndlan yarlardır.

yar yıkılırsa tozar.




yar

icazə




yar qara

yarçu.




yar yıxmaq

birinin üstünə uçurum endirmək. birini uçurum altına qoymaq.




yara uçmaq

yarada uçmaq, uçuruma düşmək; yuvarlanmaq. dərəyə düşmək.




yaradılış

gövdə, vicud

yaradılışı düz kişi: uyğun gövdəli kimsə.




yaraq

silah, saz, dərman, vəsilə

qarabaşa yarağ eylə.

birinin yağın dağıdmaq: hər .eyin əlindən almaq.

döyüşə yaraqlanmaq zamanı çatdı.

durub etdi yaruqluq yol yarağın.

işizin yarağın görün

qafil olmaq, yaraqsızlanmaqdı.

qonğlığın yarağın görmək gərək.

toy üçün yarağ görmüsüzmü.

yarağa yapışmaq: silahlanmaq.

yaraqlı oldur kim, duyur elinin səsin.

yarar yarğı olmamaq: ehtiyac qədər

yol ərinə gərəkdir, yol yarağı.

yaraqlı oldur kim, duyur elinin səsin.




yaraq

yaranmış, pişgin

yaranmış, yarak, ılqar edərək; sıkıştırarak pişmiş qaracıyər at




yaraq

(etmək, edinmək, eyləmək, görmək, düzmək, tutmaq, qılmaq, yimək)= düzənləmək, hazırlanmaq.

ansızın tutar ölüm, verməz yaraq(fürsət).

baxtın yarağın qılıb, baxtıva bax.

bütünlü bəylərə saldı ulağı, ayıtdı cəng üçün qılın yarağı.

çevrəndə duraqınacan yaraq yiqil.

durdular düzdülər yarak.

ey könül gəl olmaqıl haqdan ıraq, təndə(donda) canım var ikən eylə yaraq.

hidyələr yaraklayıb.

istəyinə yaramış, olduğundan yaraqlanmış

iş üçün araclar yaraqlansın, yaraqlar geyinsin.

kimisi düğünə, kimisi ölümə yaraqlanır.

qurun qurdular, yaraq düzdülər, düğün çaldılar.

ölkəni yaraklayın irəlilətmək üçün.

ömür yoldu, yaraqlanıp oyolu gözləmək gərək.

tamaha yaraqlanmış, eldən yarıqlanmış

türk demədən qılan yaraq, yalandı yalaqdı, qurduğun yaraq.

yarağın görməyən axmaxdır erkən, qışı göy(bitgi) üzrə qışlamaz bilirkən.

yarağın görüb, işizi yapın.

yarağın qılan, otraqın qılar.

yarağınızda olun.

yarak edip durdu gedə, inanmadan çatanmasan oğul hələ.

yarak qurşanmaq: silahlanmaq. silah taxınmaq.

yazın uçmaq, qışın tamu bilirsənmi yarağın gör.

yol igən(çox) ıraq, erkəndən yaraq.




yaraq

yaraklanacaq, müstarah.




yaraq

yak, hazır




yaraq

fürsət, imkan.




yaraq

idmanlı at, yaraqlı at, yorqa




yaraq görmək

işini görmək, hazırlanmaq.




yaraq olmaq

hazırlıq yapmaq.

yarak oldu kefə başladılar, qəm qussənin quşun daşladılar




yaraq yasaq

cəng araçları

yaraq yasaq taxınmaq: müsəlləh olmaq.




yaraqçı

silahçı, silah düzəldən.




yaraqlamaq

amadə edmək, sazlamaq. düzmək.

sıçan otu ilə qarnıvı yaraklanıb sağlıq gözətmə.




yaraqlanmaq

hazırlanmaq.

gecəylə yatmaq üçün yaraklandı




yaraqlanmaq

hazrlanmaq, yollanmaq, qollanmaq.

kişilər iş öndün(işi başlamadan öncə) yaraklanır.

yaklı(hazır) gəlim, yoxsa yaraksız.

heç bir şey yaraklanmadan nə gəlmisən.

kişi oldur ki sorağa(suala) cavaba yaraqlı ola.

qonaqlara dürlü dürlü yemək yarakladılar.

tamu yaraklanmış, yanılmış inamsızlar üçün.

evlənməyə yaklı.

öğlə yeməyi üçün bazara gedip yaraklandım.

axirətüvə nə yarakladın.

od suya söylədi: mən səni qızdırıb, qurudmaq üçün yaraklanmışam.

dedi xoca yaraklanın gedəlim, buyur nə qulluğun varsa edəlim.

gözün açuk ikən yaraklan özün, ki sində qarınca yeyirsə gözün.

uçmaq yaratılıp, yaraqlanmışdır tanrı sevənlər üçün.

idmana yaraklı kişi: hazırlanmış.

mədrəsədə dərslərə yaklanmaq.

gecə yatmaq üçün yaraklanmaq.

yarak oldu kefə başladılar, qəm qussənin quşun daşladılar.




yaraqlanmaq

hazırlanmaq




yaraqlanmaq

ayaqlanmaq, hazırlanmaq




yaraqlanmış

dərilmiş




yaraqlı

hazır.




yaraqlı

yasaklı, düzənli, intizamlı, hazır, amadə




yaraqlı

evlənməyə yaklı.





yaraqlı

- yaraqlı yarağın görmək: hazırlık yapmaq. hər kəs öz işini görüp yerinə gətirmək.

aşçılar sağırlar yaraklı yarağın gördülər.




yaraqlı yasaklı

düzənli, intizamlı




yaramadı

açılmadı, olmadı, olunmadı

qaranlıq yaramaz ağı qaradan seçməyə.




yaramaq

mümkün olmaq, imkan əl vermək

çü tan yeri başladı ağara, yaradı seçilməyə ağdan qara.

igid ola çün aşqilə qarar, onu tutmaq necə yarar(mümkün olar).

yaramaz ki bu söz evdə ola; danışılıla. yarar hər nə gərksə ona etmək.

kimə dovşan, kiməsə qurd yarır.




yaramaq

uyqun düşmək yaramaq, əlverişli olmaq, yaraşmaq, izinli olmaq, cayiz olmaq. yetmək, çatmaq, çatışmaq, ilişmək, üz gəlmək. uğur olmaq.




yaramaq

haq qazanmaq




yaramaz

yaramsıktaraa, hiləkar, fasit, azğun. arbaş16

vurdu məni qanlı yaramaz, yaram çoxdur, deyil yaram az.

ər kişiyə oğrulukdan yaramaz iş olmaz.

xatın kişilərin yaramazı yaramazdı, eyüsü eyüdü.

yaramaz deyib, yaramaz eşitmə.

düşəli ayruqa(hicrana) halım oluptur yaramaz.

yaramaz yoldaşdan yalınğızlıq yeğdir.




yaramaz

sonucsuz, olamaz, imkansız, boş, faydasız, pis, uyqunsuz. lazımsız. nəticə verməz, gərəkməz, lazımsız.

yaramaz qayğılar öldürər məni bir gün.

dərviş dediyin, qapısına vardın yaramaz olamaz.

yaramaz işi sən sınadın, gərəyindi qınadınsa qınadın.

gərək kimsə sınarını qınaya, yaramaz işdə çün bir kəz sınıya.

yaramazdan sakın sən

yaramazdan sakın.

yaramaz işlərdən yığılın, yığnalın, doğru yol siz üçündü.

yaramaz işlərdən arının(təmizlənin).

yaramaz qılıqlı(xuylu), can xəstəsidir.

yaramazdan arındız, tanrıza yoxunlaşdız.

gövdəzi yaramaz nəsnədən uzaq, yararlı nəsnəyə ənsə etməlisiz.

gövdəzi yaramaz səmirtən nəsnədən uzaq etməlisiz.

dilivi yaramaz kələcidə sakla(qoru).

yarandın yaradışdan sən, yaramaza olma yoldaş, yaratdınsa bir yavuz, çəkməlisən yavuzdan, yavuz !

iyidən iyi ad çıkır, yaramazdan yaranmaz çıkır.




yaramaz dua

bəddua.




yaramaz göz

dəyən, toxunan göz




yaramaz könüllü

kötü ürəkli.




yaramaz sancı

bətər ağrı




yaramaz sanıcı

pisə yoran, su'i zənnili.




yaramaz sanmaq

yaramaz sanu, kötü duyğular bəsləmək.

bu girdaba kişi neçün can ata, sana yaramaz sanmaz oğul, ata.




yaramaz söz

yava saçma sapan söz, həzyan.




yaramazlar

pisliklər, kötülüklər




yaramazlıq

yaramazlıq gizli oda bənzər ki, gözləmədən yakar




yaramazraq

daha kötü, bətər.




yaramsık

hiləkar, əbləh. bön, enik(enük)




yarandırmaq

öyrətmək, anırlamaq, hazırlamaq(atı yarışa incəltmək, anırmaq, atı gəzdirib tavın almaq)

aclıqla yarandırmış olsaydı atın: atı gəzdirib tavın almaq deməkdir.




yaranmaq

rejimlə, idmanla qarnı qasığı çəkip beli incəlmək.




yaranmış

pişgin, yarak,

yaranmış, yarak at




yaranmış

(< yar). yaraqlanmış, hazır, yaraq(hazır); idmanlı at.




yarar

güvənli, yaran, yarayan. faydalı

yarar kişilərlə yola çıxmaq gərək

yara adamız vardisə göndərin.




yarar

olabilir, mümkün, möhtəməl

yarar gəlim gəlmiyim.

yarar işləyib qazanasan batırasan.

yarar yarasın ya batsın.

yarar qaldım öldüm.




yarar

yararlı, batur, yetkili, yetikli.

yarar adamla qoyub qalanı bərkidib qoruyub.

ölkəni qoruyan alp yararlar gərək.




yararlı

ehtimallı




yarasa gözlü

gecə görüb günüz görməyən.




yaraşdırmaq

yakışdırmaq

gözüm yaraşığı; yakışı




yaraşıq

süs, gözəllik, bəzək, çəm, uyğun

atalar sözü söz yaraşığı.

göy göz güclü olur, qara göz yaraşıklı istərsən tavrını sana yaraşık, gününə görə gey kürkünü aşıq.




yaraşıqdı

yaxcıdı







yaraşıqsız

yakışıksız, biçimsiz.




yaraştırmaq

yakışdırmaq, uydurmaq, dərmək, tərtipləmək, uğarlamaq, uğralamaq, düzənləmək. hazırlamaq

toy tutub, düyün yaraşdırdılar.

qulluq yaraşdırmaq.

sizin işlərizi yaraşdırıb yerinə qoyarıq.

sözlər yaraşdırıb qoşmalar söylər.





Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin