Taramadan dərləmə sözlər



Yüklə 5,11 Mb.
səhifə34/42
tarix14.01.2017
ölçüsü5,11 Mb.
#5472
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

uslanmaq

ağıllanmaq.

uslan oğul, yatlunu iyidən seç




usmaq

almaq, qəbul edmək.




usmaq

uymaq, təğlid edmək

kəkliyə usan qarqa, itirər bayıq öz yerişinidə.

nə bilsin bu aşqa usanlar, uyalar, nə varsın bu yola azıqsız yayalar.




usul

törə, türə, görənək, ayin, qanun, ürf, qayda, təməl




usul

yumşaq, yavaş, həlim




usul usul

yavaş yavaş, yap yap, səssizcə, uzun uzaq




uşaq

ufaq




uşanmaq

ovanmaq, oğulmaq, qırılmaq, parçalanmaq, dağılmaq, qopmaq, tozamaq. üzülmək

daş daşnan, doğan doğanla, sırça sıçaynan, sərçə sərçəynən olsa nə biri sınur nədə bir qırılur, nə inciyib ülkür, nədə üşənür.

könlün yumşadıb uşadıb.

ışıqlar yumula donlar sökülə, sügülər uşana oxlar tökülə.

can quşu uçar uşansa qəfəs.

evlər yaraqlar uşandı.

yüz illik baş, min illik daşda bir taşla uşanır.




uşatmaq

oğşatmaq, oğmaq, əzmək.,

yedin duzun, duzluğun oğma(uşatma).

daşa çaldı uşatdı qəm qopuzun.




uşuşmaq

üşüşmək, yumulmaq, hər tərəfdən bir yerə yumulmaq




ut

utanc , sakınc, həya, həya. qayqı. şərəf

udu gedmiş üzü tökülmüş.

yaa oğlan yavuz yerdə gəzib, atasına ud gətirir.

igidlik aşqdır hədə suci, ol aradə udla qorxudur nəçi.

yavuz kişidən iyilik gəlməz, ud gəlməz.

o işi işləmə kim ud gələ, ol gərəkdən yeri yarın od gələ.

yazığ udundan heç nə deyə bilmədi

ud ola sağkən deyək sayru kişi, ayb ola baykən deyək yoklu kişi

udundan neynəyib neynəməsin bilmədi.

düzlükdə qorxuda yox udda(utancda) yox.

evindən odda gedsə ud gedməsin.

bir kişi yavlaq utlu, üzü ay, qaşı yay





utanmaz

sırnaşıq, sırtıq, qatı üzlü




utlu

utancaq.

tanrım kiməsnəni pul utlusu, uyat(namus) utlusu, qeyrət utlusu edməsin.

əlindən gəlmədiyi işə qol qoyma udlu olusun.




utmaq

= ütmək, yenmək, yemək, üstün gəlmək, qazanmaq

ay nurun günəşdən utar.

bəxdin udsun üzün gülsün.

bir fürsət utdu atdı.

bu atışmadan nə utdun sən.

hər vermk ötürmək deyil, hər almaq utmaq deyil.

həmməşə utan, gələr ki bir kərə ütüləsən.

yaşamda biri tutulur biri utulur biri ütülür.




utmaq

üstün gəlmək, yenmək (




utru utru baxmaq

ütüh ütüh, dik dik, diqqətlə baxmaq.




utsuz

udsuzluq, utanmazlıq, hayasızlıq, sayqısızlıq. udsuz, utanmaz, hayasız, sayqısız.

ayağı qutsuz deyincə utsuz desinlər.




utulmaq

ütülmək, yenilmək, sınmaq, məğlub olmaq.




utum

luqma




utuşmaq

bir birin əzməyə çalışmaq uyuşmaq: bir biriynən yollaşmaq; cürləşmək.




uvağ dəvək

öğuq dövüq, param pura,




uvaq dəvək

yük, yük yap, ev şey şüyü, qab qacaq, ağruq.




uvalmaq

uvanmaq, oğulmaq, qırılmaq, parçalanmaq, cırılmaq.




uvandırmaq

oğmaq, parçalamaq, cırmaq. qırmaq




uvatmaq

oğmaq

ön diş uvadır, art diş un edir.




uyalmaq

utanmaq, çəkilmək.




uyan

üyən, oyan, gəm, dizgin, yular.




uyan damağı

gəmin ağza girən yeri.




uyanlamaq

heyvana uyan(yular) vurmaq.




uydurmaq

yığmaq

topluma qırx dan artıq uyduramadı.




uyğun

yaraşıq, süs, gözəllik, bəzək, çəm,




uykun

əlamək, işarət




uylaşmaq

uzlaşmaq, birbirinə uyuşmaq, ittifaq




uymaq

uymuyun, inananmaq.




uyucu

1) bəkdəş, mürüd) əngəl, tüfel




uyuqmaq

yaşmaq, batmaq(gün), yuxlamaq




uyumaq

bəkişmək, bərkimək, donmaq qoyulaşmaq, dolmalanmaq, qurumaq,

süt uyusa yoğur olur.




uyundu

müqəllid, nsədən dalıdan gedən, asalaq, əkdi, qonuq




uyuntu

yanaşma, dalqavıq, qonaq, tüfeyli.




uyuşmaq

bir biriynən yollaşmaq; cürləşmək




uyuşmaq

onuşmaq, barışmaq




uyuzlanmaq

soxulub sürtünmək.




uz

usdaca, uyğun, doğru, münasib.

uz ged asda ged.

qatı yay çəkən uz atan.

hər iyilik yerincə gərək düşə uz, yavızlara iyilikdir igən yavuz .

bu işi işlədiyin onat deyil, uz deyil.

yağıya yavuz, dosda uz.

uz gəlsə yavuz gedər.

sapan vaxtında uz gələn, oraq vaxtında uz gəlir.

yavuzludan uz umma, duzlu sudan buz umma




uz

usda, bacarıqlı, uyanıq.




uz atan

imçi, nişançı, uz atan, düz atan.




uz dilli

düz söyləyən




uz düşmək

uyqun gəlmək, uyuşmaq, curlaşmaq.




uz əl

əli uslu; yaxışıqlı, bacarıqlı.




uz kişi

us, ağıllı.




uzatmadan

sözün qıssası, qıssacası, hasili kəlam, xülasə, uzunsuz.




uzatmadan

qıssacası, hasili kəlam, sözün qıssası, xülasə, uzunsuz.




uzdaşmaq

uzlaşmaq, anlaşmaq, uyuşmaq




uzluq

usulluq, törəliq, başarcaq.




uzluq

ustalıq, yumşaqlıq, ehtiyat, hilim.

azlığı uzluqda sezdik




uzraq

daha əlverişli; uyğun.




uzun uzaq

uzun uzadıya, davamlı.




uzun uzuzunu

uzun uzunasına




uzunsuz

sözün qıssası qıssacası, hasili kəlam, uzatmadan, xülasə.




üçgül

yonca




üçün

< ucun, təpər, tərəf, üz.

ucun tutmaq: yönəlmək.




üğrümək

sallamaq, yırqamaq




üğrünü üğrünü

salına salına, sallana sallana




üğü

bayquş, yapalaq




üğürtləmək

üyürtləmək seçmək, iyisin almaq




üğürtlənmək

seçilmək.




üğüşmək

uyuşmaq, yığışmaq, qamaşmaq, donmaq

üğüşmüş qan

üğüşmüş süt




üləşik

ülüş, üləş, pay, buyruq




üləşmək

bölüşmək, paylaşmaq.

atamız öldü qaldı yüz qoyunu, üləşməkdə onarmadıq oyunu.




ülgər

parçanın üsdü, üzü, yaxcı tərəfi




ülgüc

< ül = yol. üləmək: bölmək, kəsmək, yolmaq: biçmək, qırmaq, < yülügəntarama: ülgüc




ülkər ulduzu

quyruk ulduzu




ülp

ərkəklik aləti.




ülpərmək

(< ür. ül: uca, ulu)ürpərmək

tamam tukləri ürpəldi.




ülü

ülüş, üləş, üləşik, pay, buyruq. nəsib, bəhrə.

on ülüdən neçə ülü bizə ülüşür.

beş ülüdən iki ülüşü çənimdi.

sən öz ülüvü ver mənə.

sütü qaynadın üç ülüdən biri qala.




ülük

gürüm ibrik əmziyi düdüyü. budaq, qol, çıxıntı




ülüklənmək

qollanmaq, budaqlanmaq. pürçəmək. pöhrələnmək.

ağaclar ülükləndi.




ülülü

ülüşlü, paylı, bəhrəli.




ülüş

ülü, üləş, üləşik, pay, buyruq.

bu sizin üləşizdi.

bu bölgənin üləşini üləştirin, daşıyın.




ülüşmək

paydüşmək

buda bizə ülüşüb pay düşdi.




ülütmək

yülütmək.




ümumi

orta, ortalıq.




ümüdsüz

içi qara, içqara, üzgün.




ümüdvar

umucu




ündəmək

ünləmək, səsləmək, çağırmaq, də'vətləmək

eşitməzlər bu sözü söyləməqil, xalqı qoqıl(ötür) dininə ündəməqil




ünqüq

həncərə

ünqüq başı: boğaz başı




ünlü

carlı




ünsiyyət

öğürlük, yaxınlıq, yoldaşlıq




ünsiyyət

öğürlük, yaxınlıq, yoldaşlıq, alışlıq,




ürcə

vaxsız

sözün ürcə söyləmək.




ürək

qarın, mə'də

ürək ağrısına yararlı otlar.

ürək bulanmasına çox yaxcıdır.




ürək

cürət, cəsarət

ürək tapıp danışa bilmədi.

ürəkləndi ağzına gələni danışdı.




ürək bağı

bağırdaq, beşigə bağlanan bağ ki beşik yırqalananda uşağın beşikdən düşməsin diyə işlənir.




ürək burusı

qarın sancısı







ürək damar

atardamar







ürəyi ağzına gəlmək

çox qorxmaq, urəyi qopmaq, çox həyəcanlanmaq, ürəryi hopmaq

qopdu ürəyi qorxusundan ürəyi gəldi ağzına.




ürəyi burmaq

içi acımaq, qarışmaq, pozulmaq

onu öylə gördü ürəyi burdu.

bir ürək buran hallar gördük ki.

ürəyi burmuyub pis günə həsrət qalasan.




ürəyi hopmaq

ürəyi ağzına gəlmək, çox qorxmaq, ürəyi qopmaq, çox həyəcanlanmaq.




ürfan

bili




ürkməmək

meyl etmək, yaraşmaq, yakışmaq.




ürkü

ürkülük, ürküdülük, qorxu, panik, həyəcan, toxuntu.

el içinə qorxu, ürkü düşdü.

xalq birbirinə toxundu ürküdülük oldu.




ürkülük

təhlükə, qarşıklıq




ürmək

qaldırmaq, şişirmək, ayırmaq, seçmək

üründüklərizdən iki ürünğ göndərin xan qulluğuna.




ürməktarama

üvürməktarama. hürmək, üfürmək, üfləmək, püfləmək, püləmək

zırrına ürüp hamı oyatdı.

ovsun oxuyub ürdi.

issini ürüb soğud.

qoyunu qıçından ürüb soyarlar.




ürpək

ürpərmiş, dik qalan.

ürpək saçlı çirkin üzlü.




ürpələşmək

qaynaşmaq, dəbəşmək

xalq ürpələşdi

qoşun ürpələşdi.




ürpərmək

səksənmək, dişginmək, şaşmaq.




ürpərmək

(< ür. ül: uca, ulu) ülpərmək

tamam tukləri ürpərdi.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin