TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Manna  çarlığının  qüvvətlənməsi  və  geniĢlənməsi



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix26.02.2017
ölçüsü3,9 Mb.
#9663
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

Manna  çarlığının  qüvvətlənməsi  və  geniĢlənməsi.  E.ə.  VIII  əsrin  40-cı 

illərində Aşşur dövlətinin qüvvətlənməsi beynəlxalq vəziyyəti xeyli dəyişdi. 

E.ə.  744-cü  ildə  III  Tiqlatpalasar  Urartu  çarı  Sarduri  ilə  baş  verəcək 

toqquşmada  cinahını  möhkəmləndirmək  üçün  şimal-şərqə  yürüşə  başlayır,  çünki 

cəngavər Mada hakimləri əlverişli vaxtda urartuluların təbii müttəfiqi ola bilərdilər. 

Aşşur  çarının  əsil  Mada  vilayətlərinə  soxula  bilmədiyinə  baxmayaraq,  yürüş 

ümumiyyətlə  uğurlu  oldu.  III  Tiqlatpalasar  şərqdə  iki  yeni  əyalət  -  Parsua  və  Bit-

Xamban vilayətlərini yaradır. 

743-cü  ildə  Aşşur  çarı  Urartu  çarını  birinci  güclü  məğlubiyyətə  uğradır. 

Sardurinin  qüvvələrini  tamam  əzmək  mümkün  olmadı.  Buna  görə  də  739-cü  ildə 

Tiqlatpalasar  daha  qəti  tədbirlərə  başlayır.  III  Tiqlatpalasar  ömrünün  son  on  ilində 

əsasən öz qorxulu düşmənini-Urartulu Sardurini qəti darmadağın etməklə məşğul idi. 

Uzun sürən bu inadlı mübarizə, nəhayət, 735-ci ildə Aşşurun xeyrinə qurtardı. Sarduri 

məğlub edildi. III Tiqlatpalasar məqsədinə çatdı. Bunun ardınca o, qərbə üz tutdu və 

bir sıra uğurlu müharibələrdən sonra "bütün Qərbin süzereni" oldu, "dənizə gedən yol 

onun  üzünə  açıldı".  Cənubda  Babilistan  ələ  keçirildi.  Beləliklə,  Aşşur  Ön  Asiyanın 

şərqində yenidən birinci oldu. 

Manna  beynəlxalq  vəziyyətin  dəyişməsindən  istifadə  etdi.  III  Tiqlatpalasarın 

öz Şərq yürüşlərində Manna ərazisinə girməməsi həm aşşurluların Manna ilə dostluq 

münasibətlərinə, həm də, görünür, Manna çarlığının gücünə sübut ola bilər. 

İki  qüdrətli  rəqib  arasında  gedən  mübarizə  mannalıların  əl-qolunu  açdı  və 

onlar  ayrı-ayrı  vilayətləri  bir-bir  öz  torpaqlarına  qataraq  Manna  çarlığını  xeyli 

gücləndirdilər.  Şübhəsiz,  Sardurinin  darmadağın  edilməsi  bütün  Cənubi  Azərbaycan 

ərazisini Mannanın tabeçilyinə keçirdi. Bunu ondan görmək olar ki, sonralar II Sarqon 

dövründə,  Mannadan  ayrılmış  Zikertu,  Uişdiş,  Messi  və  digər  vilayətlər  bir  vaxtlar 

Manna çar xanədanına tabe idilər və qədim mətndə deyildiyinə görə, "Manna çarının 

canişinləri" sayılırdılar. 

Mannanın güclənməsi, görünür, VIII əsrin 20-ci illərinin axırlarınadək davam 

etmişdi.  Bu  vaxtdan  Urartunun  köməyi  sayəsində  Mannanın  "böyük  canişinləri" 

ondan qopub ayrılmağa başlamışdılar. 

Mannanın  gücləndiyi  və  genişləndiyi dövrdə  yarımmüstəqil  ucqar hakimlərin 

torpaqları  ona  tabe  idi.  Mənbələr  Marağa-Səhənd  rayonunda  yerləşən  Uişdiş 

(urartulularda  -  Uqişti)  vilayətinin,  cəngavər  bir  tayfa  yaşayan,  cənub-qərbdə  Parsua 

ilə qonşu, şimal-şərqdə Gizilbunda ilə həmsərhəd olan çox geniş Messi (Mesu, Missi) 

vilayətinin  adını  çəkir.  Messi  Mannaya  çar  Ullusunu  zamanında  birləşdirilmişdi.  

Mannalılar onun  sərhədində  Sirdakka (Zirdiakka) qalasını tikmişdilər. 



169 

 

Andia Mannadan ən uzaqda olan vilayət idi. O, Səfid-Rud çar vadisinin aşağı 



və  orta  hissəsində  yerləşir,  "qürubda  olan  Böyük  dənizə"  (Kaspi  dənizi  nəzərdə 

tutulurdu)  qədər  uzanırdı.  Mannalılar  Andianı  Manna  çarlığının  qüdrətli  vaxtında 

istila  etmişdilər.    Doğrudur,  vilayətin  hökmdarları  ayrılmağa  can  atır  və  Mannanın 

düşmənləri ilə ittifaqlar bağlayırdılar. 

Göstərilən  vilayətlərdən  əlavə,  Urmiya  hövzəsinin  şimal-şərq  hissələrində, 

Manna və Urartunun şimal sərhədlərinin qovşağında Subi və Bari vilayətləri də vardı, 

bunlara  Sanqibuti  də  deyilirdi.  II  Sarqon  Bari  vilayətində  iki  möhkəmləndirilmiş 

qalanın  -  at  tövlələri  və  arpa  ilə  dolu  anbarları  olan  Tarui  və  Tarmakisa  qalalarının 

adını çəkir. 

Asılı  vilayətlər  də  daxil  olmaqla  Manna  Urmiya  gölünün  bütün  cənub 

hövzəsini,  Urmiya  ilə  Araz  arasındakı  suayırıcınadək  gölün  şərq  sahilini,  habelə 

Qızılüzən çayı hövzəsinin xeyli hissəsini və ondan cənubda  yerləşən rayonları əhatə 

edirdi.  Güman  etmək  olar  ki,  Manna  ərazisi  gələcək  Mada  Atropatenası  – 

At

a



/

u

rpatakana, yəni Cənubi Azərbaycana təxminən uyğun gəlirdi. 



Çox  ehtimal  ki,  Mannanın  ən  böyük  tərəqqisi  çar  İranzunun  sələflərinin 

hökmranlığı  dövrünə  və  onun  hökmranlığının  başlanğıcına  təsadüf  edir.  İranzunun 

sələflərinin adları bizə məlum deyil. 

İranzu  zamanında  Mannanın  Qədim  Şərqdə  güclü  dövlətlərdən  birinə 

çevrilməsi yarımmüstəqil ucqar çarlıqları narahat etməyə  və Urartu dövlətini təşvişə 

salmaya  bilməzdi.  Mannanın  öhdəsindən  gələ  bilməyən  Urartu  onun  hakimiyyəti 

altında olan vilayətləri ona qarşı qaldırmağa cəhd edir. İranzunun hökmranlığının axır 

vaxtlarında onun mövqeləri zəifləyir. 

E.ə. VIII əsrin 20-ci illərinə yaxın Mannanın vəziyyəti artıq ağır idi. Mannadan 

ayrılmış  Zikertu,  Uişdiş,  Misi,  Andia  hökmdarları,  habelə  Aşşur  dövləti  ərazisinə 

hücum  etməyə  cürət  edən  Urartu  çarı  I  Rusa  tərəfindən  sıxışdırılan  Manna  çarı 

İranzunun bircə çarəsi qalırdı: Neynəva hökmdarlarının ali hakimiyyətini tanımaq və 

beləliklə, vəziyyəti az da olsa düzəltmək. 

İranzunun açıq-aşkar II Sarqonun tərəfinə keçməsi I Rusanın və Zikertu "çarı" 

Metattinin  ona  qarşı  düşmənçiliyini  daha  da  şiddətləndirdi.  Metatti  Aşşur  əleyhinə 

koalisiyanın ən fəal başçılarından biri idi. Müttəfiqlərin ikisi də İranzunu sıxışdırmağa 

başladı.  719-cu ildə  İranzunun öz  şəhərləri  -  Şuandaxul və  Durdukka  onun  əleyhinə 

üsyan  qaldırdılar.  Metatti  onlara  hərbi  yardım  göstərdi.  Sukka,  Bala,  Abitikna 

şəhərləri də ayrılıb düşmənlərin tərəfinə keçdilər. 

Manna çarı İranzu aşşurluların köməyini axtarmağa məcbur oldu. Urmiyaboyu 

rayonda  Aşşurun  mövqeləri  elə  bir  təhlükə  qarşısında  qalmışdı  ki,  II  Sarqon  dərhal 

əks-tədbir  görmək  qərarına  gəldi,  xüsusilə  də  ona  görə  ki,  cənubda  Elam 

vilayətlərində  və  ondan  şərqdə  də  qüdrətli  Aşşur  dövlətinin  siyasətindən  narazılıq 


170 

 

artırdı  və  bu  torpaqlar  hər  an  Neynəva  hökmdarının  düşmənlərinin  cəbhəsində 



mühüm yer tuta bilərdi. 

II  Sarqon,  çox  ehtimal  ki,  öz  təşəbbüsünün  verə  biləcəyi  nəticələrdən  ehtiyat 

edərək, yuxarıda adları çəkilən, Mannadan üz döndərib Rusanın və Metattinin tərəfinə 

keçən şəhərlərə qarşı hələlik cəza ekspedisiyası ilə kifayətlənməyi qərara aldı. Aşşur 

çarının  bu  yürüşü  719-cu  ildə  baş  verdi.  Qiyamçı  şəhərlər  dağıdıldı  və  əhalinin  bir 

hissəsi Aşşur dövlətinin qərb torpaqlarına köçürüldü. 

Sarqon  gedəndən  sonra  Urmiyaboyu  zonada  böyük  dəyişiklər  baş  verdi  və 

bunlar  Aşşurun  mənafeyinə  ciddi  xələl  gətirdi.  Aşşur  dövlətinin  sadiq  və  dəyanətli 

müttəfiqi olan çar İranzu (719-cu və 716-cı illər arasında) vəfat etdi. 

Kimmerlilərin zərbəsindən toxtayıb özünə gəlmiş I  Rusa  Urmiyaboyu zonada 

Aşşura qarşı yenidən fəaliyyətə başlayır. 

Manna  taxt-tacına  sahib  olan  Aza  da,  atası  İranzu  kimi,  Aşşur  dövlətinə 

arxalanmağa çalışırdı ki, bu da, əlbəttə, 1 Rusanı və onun müttəfiqi Metattini Azaya 

düşmən  etməyə  bilməzdi.  Vəziyyət  həm  də  ona  görə  pisləşdi  ki,  Manna  "canişini" 

uişdişli Baqdatti də düşmənlərin tərəfinə keçdi. Aza qısa müddət hökmranlıq edəndən 

sonra "əlçatmaz Uauş dağına" çəkilib müdafiə mövqeyi tutmağa məcbur oldu. Lakin 

o,  düşmənlərinə  üstün  gələ  bilmədi  və  öldürüldü.  Manna  taxt-tacına  Azanın  qardaşı 

Ullusunu yiyələndi: o, Aşşurun düşmənləri tərəfinə keçdi. Allabria çarı İtti və karallalı 

Aşşurle də bu cəbhəyə qoşuldular. 

Aşşurun mənafeyi üçün çox təhlükəli olan belə gərgin bir anda e.ə. 716-cı ildə 

II Sarqon Urmiyaboyu rayona, xüsusən Mannahlar ölkəsinə yürüş edir. Aşşur çarının 

salnaməsində  bu  yürüşlə  əlaqədar  olaraq  deyilir:  "Əllərimi  qaldırıb  tanrım  Aşşura 

yalvardım  ki;  Mannalılar  ölkəsinin  qisasını  alsın  və  onu  Aşşur  (dövləti)  hüdudları 

içərisinə qaytarsın, Uauş dağında, o yerdə ki, onlar Azanın meyitini tullamışdılar, mən 

Baqdattinin dərisini soydum və mannalılara göstərdim". 

II Sarqon daha sonra yazır: "Hiddətimdən... əkinlərə daraşan  çəyirtkələr kimi 

bu  ölkələrin  üstünü  aldım.  Mannalılar  ölkəsində  onun  (yəni  Ullusunun)  çar  şəhəri 

İzirtunu quzğun kimi çaldım və onlara əməlli-başlı divan tutdum. İzirtunu yandırdım, 

sonra  Zibia  və  Armaid  şəhərlərini  tutdum.  Ullusunu  və  onun  bütün  ölkəsi  bir  nəfər 

kimi yığışıb ayaqlarıma döşəndilər: mən onları əfv etdim. Ullusununun günahlarından 

keçdim və onu atasının çar taxtında əyləşdirdim". 

Allabrialı  İtti  köç-külfəti  ilə  Aşşur  torpaqlarına  sürgün  olundu,  karallalı 

Aşurlenin isə dərisi soyuldu. Karalla Aşşurun Zamua (Lullume) əyalətinə birləşdirildi. 

Mannanın iki rayonu Aşşurun başqa bir vilayətinə - Parsuaya qatıldı. 

Sonra  II  Sarqon bir  neçə  vilayəti  və  qalanı,  o  cümlədən  mühüm  qala  sayılan 

Kişessunu işğal etdi. Xarxar da tutuldu və sakinləri əsir edilib aparıldı. İşğal edilmiş 

vilayətlərdə II Sarqon daha iki əyalət - Xarxar və Kişessu əyalətlərini yaratdı. 


171 

 

Urartu çarı I Rusanın və Manna "canişini" Dayaukkunun çar Ullusunuya qarşı 



təcavüzə  başlayıb,  onun  22  qalasını  işğal  etməsi  II  Sarqonun  Urmiyaboyu  rayona 

növbəti  yürüşünə  (715-ci  ildə)  səbəb  oldu.  Bu  münasibətlə  Aşşur  çarının 

salnaməsində deyilir: "Mənim hökmranlığımın yeddinci ilində urartulu Rusa mannalı 

Ullusunuya  xəyanət  etmək  fikrinə  düşdü  və  onun  22  qalasını  əsir  etdi.  O,  Manna 

canişini Dayaukkuya  Ullusunu haqqında  yalan danışıb şübhə oyatdı və onun oğlunu 

girov götürdü". 

II Sarqon öz düşmənlərinə zərbələr endirib Mannaya məxsus qalaları Rusanın 

əlindən  alıb,  Dayaukkunu  ailəsi  ilə  birlikdə  əsir  tutub  Suriyaya,  Hamata  göndərdi. 

Sonra  Aşşur  çarı  şərq  vilayətlərinin  içərilərinə  doğru  irəliləyib  Andiaya  yiyələndi. 

Andia hökmdarı Telusina Aşşur əleyhinə koalisiyanın nümayəndələri ilə ittifaqda idi. 

Andiadan 4200 əsir və çoxlu mal-qara aparıldı. 

Aşşur  əleyhinə  koalisiyanın  darmadağın  edilməsi  Manna  üçün  müsbət 

nəticələr verdi. II Sarqonun "Təntənəli kitabə" adlanan kitabəsində məlumat verilir ki, 

"mannalı  Ullusunu  mənim  gördüyüm  işlərdən  əlçatmaz  dağlarda  xəbər  tutunca  quş 

kimi  uçub  yanıma  gəldi  və  ayağıma  döşəndi.  Mən  onun  sayagəlməz  günahlarından 

keçdim,  cinayətlərini  unutdum,  mərhəmət  göstərib  onu  çar  taxtına  əyləşdirdim. 

Ursanın  (Rusanın)  və  Metattinin  əlindən  aldığım  22  qalanı  və  2  möhkəmləndirilmiş 

şəhəri  ona  verdim  və  onun  zülm  görən  ölkəsini  bərpa  etdim.  Öz  çar  surətimi  həkk 

edib  üstündə  mənim  hakimim  Aşşurun  qələbələri  haqqında  yazı  yazdım  və  gələcək 

zamanlar üçün onun çar şəhəri İzirtuda dikəltdim". 

Aşşur  mənbələrində  dəfələrlə  məlumat  verildiyi  kimi,  Manna  çarı  Ullusunu 

sonralar da Aşşurun müttəfiqi olaraq qalırdı. 

Aşşur silahının qələbələrinə baxmayaraq, Urmiyaboyu vilayətdə vəziyyət yenə 

də  gərgin  idi  və  öz  dövrünə  görə  mükəmməl,  geniş  şaxələnmiş  kəşfiyyatı  olan 

aşşurlular bunu diqqətlə izləyirdilər. Nəhayət, hökmranlığının səkkizinci ili olan 714-

cü  ildə  II  Sarqon  Urartu,  Zikertu  və  Andiaya  qarşı  cəza  ekspedisiyası  kimi  nəzərdə 

tutulan  öz  məşhur  yürüşünə  çıxdı.  II  Sarqon  e.ə.  714-cü  ilin  təxminən  iyun-iyul 

aylarında  yürüşə  başlayaraq  tezliklə  Zaqros-Kullar  uca  dağ  silsiləsinə,  "Zamua 

adlanan Lullume ölkəsinin uca dağına" çatır, "qoşununa baxış düzəldir" və "dağların 

içərilərinə,  Zikertuya  və  Andiaya"  yollanır.  Lakin  çar  hələ  bundan  əvvəl  Manna 

ərazisinə,  "Karalla  ilə  Allabrianı  birləşdirən"  Surikaş  vilayətinə  girir.  Manna  çarı 

Ullusunu  haqqında  II  Sarqon  belə  bir  məlumat  verir:  "Hər  il  qisasını  aldığıma  görə 

mənim yürüşə çıxıb yaxınlaşdığımı eşitcək, o, öz ulu ağsaqqalları, müşavirləri, oğul-

uşağı, ölkəsini idarə edən canişinləri və başçıları ilə birlikdə öz ölkəsindən və öz çar 

şəhəri İzirtudan yola düşüb hüzuruma gəldi, bac olaraq bütün ləvazimatı ilə birlikdə 

qoşqu atları, qaramal və davar gətirdi, ayaqlarımdan öpdü". 



172 

 

Aşşur  çarı  sonra  Allabriada  və  Parsuaşda  (Parsuada)  olmuşdu.  "Namru, 



Sanqibutu,  Bit-Abdadani  ölkələrinin  və  madalılar  ölkəsinin  məskən  rəisləri"  itaət 

etdiklərini bildirmək üçün Parsuaşa gəlmiş, bac-xərac da gətirmişdilər. 

II Sarqon Parsuaşdan Mannanın Misi vilayətinə keçir; çar belə məlumat verir: 

"Öz ölkəsinin adamları ilə birlikdə Ullusunu mənə sidqi-ürəkdən xidmət etməyə hazır 

vəziyyətdə  özünün  Sirdakka  (və  ya  Zirdiakka,  Durdukka)  qalasında  yolumu 

gözləyirdi.  Mənim  inanılmış  Aşşur  vilayət  rəislərim  kimi  o  da  mənim  qoşunumu 

yedizdirib-içirtmək  üçün  un  və  şərab  anbarları  düzəltmiş,  böyük  oğlunu  ehtiram 

əlaməti  olaraq  bəxşiş  və  sovqatla  hüzuruma  göndərib  mənim  himayəmə  vermiş,  öz 

çarlığını  möhkəmlətmək  üçün  stelasını  mənə  ithaf  etmişdi.  Mən  onun  bac  olaraq 

verdiyi iri qoşqu atlarını, qaramalı və davarı qəbul etdim". 

Ullusunu  ilə  danışıqlarında  Sarqon  Manna  çarına  söz  vermişdi  ki,  Mannanın 

itirilmiş  torpaqlarını  alıb  ona  qaytarmaq  məqsədilə  Urartuya  qarşı  yürüşə 

başlayacaqdır. Sarqonun "Relyasiya"sında bu münasibətlə deyilir: "...o (Ullusunu) öz 

qisasının  xatirinə  qabağımda  üzüqoylu  düşdü  yerə.  İstəyirdi  ki,  qəddar  düşmənləri 

olan kakmiyalıların ayağı onun ölkəsinə dəyməsin, çöl döyüşündə Urs (Rusa) məğlub 

edilsin,  pərən-pərən  düşmüş  mannalılar  öz  yurdlarına  qaytarılsın,  o  öz  düşmənlərini 

qalibiyyətlə ayaqlayıb öz ürək arzusuna çatsın". 

Danışıqlar zamanı Ullusununun və mannalıların şərəfinə ziyafət düzəldilmişdi. 

"Çar Ullusunuya... süfrə  açdım, taxtını atası,  valideyni İranzunun taxtından  yüksəyə 

qaldırdım; onları aşşurlularla  birlikdə şən süfrə başında əyləşdirdim və onlar mənim 

çarlığıma Aşşur qarşısında, öz ölkəsinin allahları qarşısında xeyir-dua verdilər". 

Sarqon  Mannada  ikən  Gizilbunda  vilayətinin  məskən  rəislərindən  bac  alır;  o 

rəislərdən ki, onlar "uzaq yerdə uzaq dağlarda yaşayır, Mannalılar ölkəsi və madalılar 

ölkəsi  boyunca  yolları  kəsirlər,  bu  məskənlərdə  yaşayan  adamlar  isə  öz  qüvvələrinə 

güvənir və başqalarının hakimiyyətini tanımırlar, - məndən əvvəl gəlib getmiş çarların 

heç biri onların yurdlarını görməmiş, adlarını eşitməmiş, onlardan vergi almamışdır, - 

dağlı knyazları itaətə  gətirmək və onlardan bəxşişlər almaq ixtiyarını mənə əta edən 

mənim hakimim Aşşurun böyük kəlamına görə, mənim qoşunumun yürüşündən xəbər 

tutub qorxuya düşdülər, öz ölkələrində onları dəhşət bürüdü: bac vermək üçün qoşqu 

atları,  sayagəlməz  qaramal  və  davar  topladılar  və  Mannanın  Zirdiakka  qalasına  - 

mənim  hüzuruma  gətirdilər;  yalvarıb,  and-aman  edirdilər  ki,  onları  öldürməyim, 

divarlarını uçurtmayım; ayaqlarımı öpürdülər". 

Sarqon Urartulu Rusa ilə müharibəyə başlayacağını vəd etdiyinə baxmayaraq, 

nədənsə Zikertu üzərinə gedir. 

Sarqon  yazır:  "Mannanın  Zirdiakka  qalasından  yola  düşdüm...  Mannalılar 

ölkəsinin, Bit-Kapsinin və qüdrətli Madalılar ölkəsinin arasında sürətlə irəlilədim və 

onun (Ullusununun) böyük qalası Panzişə gəldim; bu qala Zikkertudan və  Andiadan 

qorunmaq  üçün,  bir  də  qaçanlar  olmasın  və  düşmən  ayaq  basa  bilməsin  deyə  bu  iki 



173 

 

vilayətin  qarşısında  ucaldılmışdı.  Mən  qalanın  istehkamını  gücləndirdim,  əmr  edib 



oraya arpa, yağ, şərab gətirtdim". 

Sarqon sonra Zikertu ərazisinə soxulur. Dəhşətli təhlükə qarşısında Metatti öz 

paytaxtı  Pardanı  tərk  edir.  Sarqonun  verdiyi  məlumata  görə,  "Metatti  öz  sarayının 

əmlakını  atıb  kənara  çıxdı.  Atlarını  və  döyüşçülərini  yığıb  Ursanın  (Rusanın) 

köməyinə  göndərdi".  Aşşur  çarı  talanlar  edir,  qalaları,  məskənləri  dağıdır.  "Onların 

(yəni qalaların) divarlarını uçurtdum, qalalardakı evləri yandırdım, tufan kimi dağıdıb 

yerlə yeksan etdim" - deyə zəhmli hökmdar məlumat verir. 

Rusa  Metattinin  köməyinə  çatmağa  tələsirdi.  O,  görünür  qərbdən  Sarqonun 

arxasına  keçib  yolunu  kəsməyə  çalışırdı.  Sarqon  düşmənin  niyyətini  duyub  birdən-

birə  yolunu  dəyişib  qərbə  burulur,  urartuluların  vaxtilə  tutduqları  Manna  vilayəti 

Uişdişi ələ keçirir və burada Rusanın planları haqqında Allabria çarından məktub alır. 

Sarqon həlledici döyüş ərəfəsindəki vəziyyəti xarakterizə edərək məlumat verir 

ki,  Rusa  "özünün  və  müttəfiqlərinin  çoxsaylı  qoşununu  topladı,  zikertulu  Metattinin 

hayıfını almaq üçün döyüş qüvvələri yaratdı, təcrübəli döyüşçülərini... sıraya düzdü, 

yelqanadlı  atlara  mindirdi,  əllərinə  silah  verdi.  [Rusaya]  çoxdan  bəri  kömək  etmiş, 

ətrafda  nə  qədər  dağlı  çar  var  hamısını  onun  köməyinə  çağırmış  və  özü  yardım 

görmüş zikertulu Metatti qoşununun çox olmasına, köməyə güvənib onları ayrılmağa 

vadar etdi". 

Düşmənlərin  döyüşü  Uauş  (indiki  Səhənd)  dağında  oldu,  o  "böyük  dağda  ki, 

başı  buludlara  çatır,  dünya  yaranandan  ins-cins  görməyib,  yolçusu  olmayıb, 

göylərində  quşlar  uçmayıb,  qoynunda  quşlar  balalamayıb,  yuva  qurmayıb,  o  uca 

dağda  ki,  dikəlmiş  xəncər  tiyəsinə  bənzəyir,  dibsiz  uçurumlar  və  uzaq  dağ  dərələri 

görünür;  bərk  istilərdə  və  şiddətli  şaxtalarda  bu  dağ  ölüm  deməkdir,  səhərlər  və 

axşamlar  şəfəqə  bürünür,  gündüzlər  və  gecələr  aravermədən  qar  yağır,  ətəyindən 

zirvəsinədək  buz  bağlamışdır;  kim  bu  dağa  qədəm  basırsa,  qasırğaya  düşür,  bədəni 

(soyuqdan) qarsalanır". 

Aşşur  çarı  Uauş  dağında  öz  düşmənlərini  dəhşətli  məğlubiyyətə  uğratdı, 

darmadağın  etdi.  Sarqon  məlumat  verir:  "Qoşunu  əzdim,  zikertulu  Metattinin  və 

qonşu  çarların  alayını  pərən-pərən  saldım.  Qatı  düşmənim  Urartunun  və 

müttəfiqlərinin  qoşunlarını  məğlubiyyətə  uğratdım,  Uauş  dağında  onları  qaçmağa 

məcbur  etdim.  Mənim  hakimim  Aşşurun  Urartu  üzərində  qələbəsini  əbədi  bərqərar 

etdim... Andianın və Zikertunun adamlarını ölüm girdabına saldım". 

Zəhmli  hökmdar  belə  bir  məlumat  verməyi  də  unutmur:  "Qəddar  düşməni 

Mannalılar  ölkəsinə  yaxın  qoymadım,  mannalıların  hökmdarı  Ullusunuya  yaxşılıq 

etdim və onun əzabkeş camaatını işıqlı günə çıxartdım". 

Sarqon bu parlaq qələbədən sonra Urmiya gölünün şərq sahili boyunca sürətlə 

şimala  doğru  irəliləməyə  başladı.  Düşmən  nizamsız  halda  geri  çəkilirdi.  "Urartu 

ərazisinin  girəcəyində...  Urartu  adamlarının  "Mannalılar  ölkəsi"  adlandırdıqları... 



174 

 

Subinin  ucqarında  yerləşən  böyük  Uşkayya  qalası  (görünür,  müasir  Uski  nəzərdə 



tutulur, Təbrizdən qərbdə Səhənd dağının şimal yamacındadır - məsul red.)" döyüşsüz 

ələ keçirildi. 

Mannanın  bir  az  əvvəl  urartulular  tərəfindən  işğal  edilmiş  Subi  vilayəti 

haqqında "Relyasiya"da məlumat verilir ki, "bu vilayətdə yaşayan adamların... süvari 

qoşun üçün at təlimində misli yoxdur". 

 Uşkayya  haqqında  deyilir:  "Mən  (Sarqon  -  məsul  red.)  onun  qayada  8  qulac 

qalınlığında bünövrə üzərində tikilmiş möhkəm divarını diş-diş olan üst hissəsindən ta 

hündür özülünədək birdəfəyə söküb yerlə yeksan etdim. Qalanın içindəki evləri alova 

bürüdüm,  evlərin  uzun  tirlərinə  od  vurdum.  Qalanın  ətrafındakı  115  məskəni  tonqal 

kimi yandırdım, tonqalların tüstüsü qasırğa şiddəti ilə  göyün üzünü bürüdü. Qalanın 

ərazisini bir kökə saldım ki, elə bil tufan qopub onu məhv etmiş, yaşayış məskənlərini 

daş-torpaq  altında  qoymuşdu.  Mən  Aniaştanianı,  onun  (Urartu  çarının  -  məsul  red.) 

Sanqibutu sərhədində Uşkayya ilə Tarmakisa arasında tikilmiş ilxılar evini ətrafındakı 

17 məskənlə birlikdə dağıdıb yerlə yeksan etdim, damların uzun tirlərinə od vurdum. 

Zəmilərin məhsulunu, küləşi yandırdım, dolu-dolu anbarları açdım və qoşunuma o ki 

var  arpa  yedirtdim.  Onun  otlaqlarına  mənim  mal-qaramı  çəyirtgə  sürüsü  kimi 

buraxdım. Mal-qara onun ümid yeri olan ot-ələfi yeyib zəmilərini viran qoydu". 

Bundan  sonra  Sarqon  Bari  "ölkəsinə"  soxulur.  Əvvəllər  mannalılara  məxsus 

olmuş bu ərazi, görünür, hələ Menua zamanında urartulular tərəfindən işğal edilmişdi. 

Belə  bir  məlumat  verilir  ki,  "Tarui  və  Tarmakisa  dalaylar  ölkəsində,  onun 

(yəni Rusanın) zəngin arpa evinin (görünür, "dən anbarının") ətrafında tikilmiş güclü 

istehkamlardır  -  divarları  möhkəmləndirilmiş,  sədləri  davamlı,  xəndəkləri  dərin  idi, 

dövrəsinə hasar çəkilmişdi, orada çar alayının ehtiyat atları tövlələrə salınmışdı. Hər 

gün  yemlənirdi;  bu  vilayətdə  yaşayan  adamlar  mənim  ətraf  məskənlərdə  törətdiyim 

əməlləri  gördükdə  canlarına  titrətmə  düşdü,  məskənlərini atıb səhraya  qaçdılar... Bu 

vilayətin  hər  yerini  tor  kimi  bürüdüm,  onların  möhkəmləndirilmiş  şəhərləri  arasında 

müharibə qızışmasına imkan verdim. Onların möhkəm divarlarını (diş-diş olan yuxarı 

hissəsindən başlayıb) bünövrəsinədək dağıdıb yerlə yeksan etdim, onların içində olan 

evləri  alova  bürüdüm,  uzun  tirlərinə  od  vurdum.  Onların  bol  məhsulunu  alışdırdım, 

dolu-dolu  anbarları  açdım,  qoşunuma  o  ki  var  arpa  yedirtdim.  Onların  30  ətraf 

məskənini  tonqal  kimi  yandırdım,  tonqalların  tüstüsü  ilə  göyün  üzünü  tozanaq  kimi 

örtdüm". 

Çox  keçmədən  Ulxu  şəhəri  (görünür,  Mərənddən  şimaldadır)  işğal  edildi. 

Urartu çarının sarayı bu şəhərdə idi. "Relyasiya"da deyilir ki, orada çiçək açan bağlar, 

üzümlüklər, kanallar və i.a. vardı. Bütün bunlar qılıncdan keçirildi və yandırıldı. 

Darmadağın edilib ruhdan düşmüş Rusanın ordusu qaçdı. Sarqon Qərbə  tərəf 

hərəkət edərək Kətur aşırımı rayonunda Urartu ərazisinə soxuldu. 


175 

 

Aşşurlular bütün Urartu ərazisindən qılınc və odla keçdilər. Sarqon öz ölkəsinə 



qayıdanda  Urartunun  dini  mərkəzinə  -  Urmiya  gölündən  cənub-qərbdə  indiki 

Rəvanduz  rayonunda  yerləşən  Musasirə  basqın  etdi.  Musasir  işğal  və  qarət  olundu, 

Urartu çarı I Rusa özünü öldürdü. 

Mannanın  ən  təhlükəli  düşmənlərinin  darmadağın  olunmasından  istifadə 

edərək, Manna çarı urartulular tərəfindən tutulmuş torpaqlar üzərində öz suverenliyini 

bərpa  etdi.  Aşşur  çarının  özü  bu  işdə  ona  kömək  göstərdi,  "Ursadan  və  Metattidən 

alınan  22  qalanı  və  2  möhkəmləndirilmiş  şəhəri"  Ullusunuya  qaytardı,  "Mannalılar 

ölkəsinin  Uişdiş  vilayətini"  ona  verdi.   Görünür,  urartuluların "Mannalılar ölkəsi 

adlandırdıqları" Subi vilayəti də qaytarılmışdı. 

Lakin,  çox  ehtimal  ki,  mannalılar  bununla  kifayətlənməmiş  və  öz 

hakimiyyətlərini  Urmiya  gölündən  şimaldakı  rayonlarda  urartuluların  əvvəllər 

tutduqları  başqa  torpaqlara  da  yaydılar.  Təsadüfi  deyildir  ki,  "Mannalılar  ölkəsinin 

adamları" Sarqonun "Relyasiya"sında onun Sanqibuti vilayətində qalaları tutması ilə 

əlaqədar  olaraq  xatırladılır;  Sanqibuti  vilayətindən  sonra  Urartunun  öz  ərazisi 

başlanırdı. 

Sarqon  Andianı,  Zikertunu  və  Urartunu  darmadağın  edəndən  sonra,  Manna 

Cənubi  Azərbaycan  ərazisinin  az  qala  hər  yerində  və  ya  böyük  bir  hissəsində 

hakimiyyəti yenidən ələ keçirir. 

II  Sarqon  Mannanın  itaətkarlığını  dönə-dönə  qeyd  etsə  də,  mannalılara  "öz 

yurdlarında  arxayın  yaşamaq"  imkanı  verdiyini  bildirsə  də,  "Mannalılar  ölkəsini 

sakitləşdirmişəm",  "səpələnmiş  mannalılar  ölkəsini  bir  yerə  toplamışam"  desə  də, 

Manna əslində Aşşurun tabeliyindən çıxır. Maraqlıdır ki, Ullusunu Aşşura 714-cü ildə 

iki dəfə bac verdiyi halda, 713-cü ildə ancaq bircə dəfə, necə deyərlər, "pay" verməklə 

kifayətlənmişdi.  Həm  də  Sarqon  Manna  çarının  müttəfiqliyini  xüsusi  qeyd  edir,  ona 

kətan və yun paltarlar, xəncər və üzüklər bağışlayır. 

Manna  o  zamanın  qüdrətli  dövlətlərindən  birinə  çevrilir,  tezliklə  cürətlənib 

Aşşur torpaqlarına basqın etməkdən çəkinmir. 

E.ə. VIII əsrin lap sonunda tarix meydanına yeni bir qüvvə - kimmerlər çıxır. 

Düşünmək olar ki, Asarxaddon zamanında kimmerlərin şəxsində mannalılar özlərinə 

müttəfiq qazanmışdılar. Kimmerlər Aşşur ilə Manna arasında gedən mübarizəyə fəal 

surətdə qarışır, bu mübarizədə Mannanın tərəfini saxlayırdılar. 

E.ə. VIII əsrin sonunda - VII əsrin əvvəlində Mannanın həm aşşurlular, həm də 

urartulularla münasibətləri qatı düşmənçilik münasibətləri idi. 

Artıq  Sarqonun  varisi  Sinaxxerib  (e.ə.  705-681)  mannalıların,  onun  

hakimiyyətinə  itaətkarlıqla  boyun  əyməməsindən  şikayətlənir  və  öyünür  ki,  boyun 

əyməyən  mannalıları  əsir  aparıb  kərpic  daşımağa  məcbur  etmişdir.  Keçıniş 

müttəfiqlərin sonradan bir-birinə düşmən kəsilməsi o zamanın sənədlərində dəfələrlə 

xatırladılır.  Sənədlərin  birində  deyilir  ki,  zalipilərin  bac  olaraq  Aşşura  apardıqları 



176 

 

atları  mannalılar  ələ  keçirmişlər.  Cənubi  Azərbaycan  vilayətlərinə  Argiştinin  (e.ə. 



718-685)  yürüşləri  həmin  dövrə  aiddir.  Çarın  indiki  Sərab  rayonunda  aşkara 

çıxarılmış  iki  kitabəsində  haqqında  danışılan  bu  yürüşlər  Cənubi  Azərbaycan 

vilayətlərinə urartuluların son yürüşləri idi. 

Urartuluların bu rayonlarda neçə müddət qaldıqlarını söyləmək çətindir. Lakin 

güman etmək olar ki, çox qalmamışdılar, çünki Manna o dövrdə kimmerlər, skiflər və 

madalılarla  ittifaq  sayəsində  kifayət  qədər  güclü  idi.  O  dərəcədə  güclü  idi  ki,  çar 

Asarxaddon  (e.ə.  680-668)  kitabələrinin  məlumatına  görə,  Aşşuru  sıxışdırmağa  və 

onun  torpaqlarını  əlindən  almağa  başlamışdı.  Bu  zaman  Urmiyanın  qərbində 

Mannanın  hüdudları  bəlkə  də  Xubuşkiyaya  qədər  uzanırdı.  Aşşur  hakiminin  Şamaş 

allahının  orakuluna  sorğularından  birində  Assarxaddonun  qasidinin  Xubuşkiyaya 

səyahətindən  bəhs  olunur  və  onun  mümkün  düşmənləri  sırasında  "Mannalılar 

ölkəsinin sərhədində" sakin olan skiflərin də adı çəkilir. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin