§ 1. ƏKĠNÇĠLĠK VƏ MALDARLIQ
XI-XII əsrlərdə Azərbaycan ġərqin ən inkiĢaf etmiĢ əkinçilik ölkə lərindən
biri idi. Səlcuq basqınından sonra köçəri təsərrüfat sahəsi payının artmasına
baxmayaraq, ölkə əhalisinin əksəriyyətini taxılçılıq və maldarlıqla məĢğul olan oturaq
kəndlilər təĢkil edirdi. Bunu təkcə o dövrün yazılı abidələri deyil, həm də arxeoloji və
tarixi-etnoqrafik materialla r da təs diq edir.
Əkinçilikdə, eləcə də ümu miyyətlə ölkənin bütün təsərrüfat həyatında aparıcı
sahə taxılçılıq idi. Buğda və arpa becərilməsi əsasən dəmyə xarakter daĢıyır və demək
olar, ölkənin bütün vilayətlərini əhatə edirdi. ġəki, Naxçıvan, Muğan, Təbriz, Xoy, Əhər,
Urmiya, Beyləqan və baĢqaları iri taxılçılıq vilayətləri idi. Qaynaqlardan görünür ki, bu
vilayətlər hər cür mü xtəlif məhsulla zəngin idi.
Dağ rayonlarında da əkinçiliklə məĢğul olurdular. Yaqut əl-Həməvinin
məlu matına görə, məsələn, Xalxal vilayətinin əksər kəndləri və əkin yerləri uca
dağlarda yerləĢirdi. Dəmyə əkinçiliyi ilə yanaĢı, suvarma əkinçiliyi də mövcud idi.
Kəhriz və arxlar sistemi geniĢ yayılmıĢdı. XII əsrin sonu XIII əsrin əvvəllərinə aid bir
qaynaq bildirir ki, əvvəllər beyləqanlılar axar suyun olmamasından çox əziyyət
çəkirdilər. Onda onlar Arazdan Ģəhərə bir neçə arx çəkdilər. Çox keçməmiĢ Beyləqan
Ģəhərində və onun ətraf rayonlarında bağçılıq çiçəkləndi, nar, üzüm və baĢqa meyvə
sahələri geniĢləndi, çöllərdə turac, kəklik və baĢqa quĢlar göründü. Əkinçilik
mədəniyyətimizin yüksək səviyyəsini sübut edən həmin arx qalıq ları bu gün də
durur.
Azərbaycan erkən orta əsrlərdən baĢlayaraq çəltiyin geniĢ surətdə becərildiyi
ölkələrdən idi. Çəltik əkinləri dənli bitki sahələri içərisində nəzərə çarpan yer tuturdu.
Əvvəllər olduğu kimi, XI-XII əsrlərdə də bu qiymətli bitkinin əsas becərilmə zonası ġəki,
Naxçıvan, Muğan, Təbriz və baĢqa vilayətlərdi. Qaynaqların məlu matına görə, o qədər
çox düyü yetiĢdirilirdi ki, bəzi vilayətlərdə atları belə onunla yemləyirdilər.
Texniki bitkilər içərisində, artıq bu dövrdə kətan və çətənə becərilməsini xeyli
sıxıĢdıraraq, geniĢ yayılmıĢ pambıqçılıq mühüm əhəmiyyətə malik idi.
Toxuculuq sənəti üçün mühüm xammal növlərindən olan pambıq orta əsrlərdə
dünya bazarlarında yüksək tələbata malik nadir mallardan sayılırdı. O əsasən dağətəyi və
düzənlik zonalarında becərilirdi.
Bu dövrün qaynaqlarında Kağazkunan (Xunəc) ətrafında pambıq becərilməsi
haqqında məlumat verilir. Beyləqanda pambıq lifini didənlərdən söhbət açılır, Xoy və
Gəncənin pambıq parçalarından danıĢılır. Dərbənd və ona bitiĢik yerlər isə, yenə
əvvəllər olduğu kimi, iri kətançılıq mərkəzi hesab edilirdi.
335
Azərbaycanda ipəkçilik xeyli inkiĢaf etmiĢdi. Artıq X əsrdə Arran və ġirvan
bu məhsulun ən məĢhur istehsalçılarına, Bərdə isə ipək istehsalı üzrə Yaxın və Orta
ġərqin mühüm bazasına çevrilmiĢdi. XI-XII əsrlərdə xam ipək istehsalı və onun emalı
Bərdədən əlavə, Azərbaycanın bir çox baĢqa yerlərində də - Beyləqanda, Təbrizdə,
Gəncədə, ġabranda və.s. yayılmıĢdı. Artıq XII əsrdə xam ipək istehsalının mərkəzi
Arrandan (Qarabağdan) ġirvana keçir. ġabran nahiyəsi Azərbaycanın ən iri xam ipək
istehsalçısına çevrilir. Təsadüfi deyildir ki, dövrün qaynağı "onun mallarının çoxu xam
ipəkdir", - deyə məlumat verir. Bununla yanaĢı, ipəkçilik Bərdənin də iqtisadiyyatında
mühüm rol oynamaqda davam edirdi.
Daxili və xarici bazarlarda boyaq maddələrinə böyük tələbat var idi. Ona görə
də, əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın bəzi vilayətlərində, o cümlədən Bərdə
və Təbrizdə, Ģoran torpaqlarda yaxĢı məhsul verən qızıl boyanın (qırmızın) becərilməsi
davam etdirilirdi.
Azərbaycanda becərilən kənd təsərrüfatı bitkiləri adlarının o dövrün tarix və
coğrafiya əsərlərində verilən çox da böyük olmayan siyahısı Qətran Təbrizi, Xaqani,
Nizami və baĢqa müasirlərin əsərlərindəki məlu matla daha da zənginləĢir; bu
müəlliflərin əsərlərində biz noxud, lobya, paxla, mərcimək, qovun, qarpız, xiyar,
badımcan, kələm, soğan, sarımsaq, Ģüyüd, zəfəran, tərxun, ispanaq və s. adlara rast
gəlirik. Bu, həm əlveriĢli iqlim Ģəraitinin rəngarəngliyi, həm də əkinçiliyin yüksək
inkiĢaf səviyyəsi ilə əlaqədar idi.
Əkinçilikdə mühüm yerlərdən birini də ölkənin, demək olar ki, bütün
vilayətlərini əhatə edən bağçılıq tuturdu. Monqol iĢğalı ərəfəsində və ondan az sonra
Azərbaycanı Ģəxsən gəzmiĢ Yaqut əl-Həməvi bu ölkənin hədsiz sərvətlərindən, saysız-
hesabsız meyvə ağaclarından danıĢır, "mən heç yerdə buradakı qədər bağ, bu qədər
çoxlu çay və bulaq görməmiĢəm" - deyir. Mənbələrin məlumatından görünür ki,
Azərbaycanın Təbriz, Xoy, Naxçıvan, Bərdə, Urmiya, Unar, UĢnu, Beyləqan və baĢqa
yerlərində xeyli iri bağçılıq təsərrüfatları var idi. Buranın biri digərindən fərqli olan
təbii Ģəraitində üzüm, alma, armud, ərik, Ģaftalı, gilas, gavalı, heyva, fındıq, qoz, əncir,
portağal, limon, zeytun, badam, Ģabalıd, zoğal, alça, tut və s. yetiĢdirilirdi. Məzə kimi
baĢqa ölkələrə aparılan Naxçıvan üzümü, "mausil" növlü Təbriz, Səlmas və Xoy ərikləri
bütün ġərqdə özlərinin əla dad keyfiyyətlərinə görə məĢhur idi. "Əcaib əd-dünya"
əsərində olan məlumata görə, dünyanın heç bir yerində Naxçıvan üzü mü qədər dadlı
üzü m yo x idi.
Yaqut əl-Həməvi UĢnuda bitən və yaxınlıqdakı bütün Ģəhərlərə aparılan,
"kumasra növlü ən yaxĢı armudlar"dan danıĢır. Hər yerdə məĢhur olan Bərdə narları da
qaynaqlarda xüsusi qeyd edilir.
Qeyd etmək lazımdır ki, XI-XII əsrlərdə Azərbaycanda bölgələrdən asılı
olaraq bir neçə əkinçilik sistemindən istifadə olunurdu. Dincəqoyma, növbəli, herik,
terras, tala, çala əkinçilik sistemləri daha geniĢ yayılmıĢdı. Torpağın becərilməsi üçün
qoĢqu gücünə hərəkətə gətirilən mü xtəlif kotan növlərindən istifadə olunurdu.
Dağ və dağətəyi zonalarda metal hissəli ağac kotan tətbiq edilirdi. Bir-iki cüt
336
öküz qoĢulan bu kotanla gün ərzində hektarın dörddə biri qədər yeri Ģumlamaq olurdu.
Mürəkkəb, təkmilləĢdirilmiĢ ağır və ya qara kotan əsasən düzən bölgələrdə tətbiq
olunurdu. Ona adətən üç-dörd cüt öküz qoĢulurdu. Belə kotanla gün ərzində bir
hektaradək yeri Ģumlamaq olu rdu.
Əsas biçin aləti çin və oraq olmuĢdur. Onlar öz forma və quruluĢlarına görə
bir-birinə çox oxĢasalar da, çin-diĢli, oraq isə diĢsizdir. Naxçıvan ərazisində taxıl
biçimində "mərəndi" adlı alətdən də istifadə edilmiĢdir. Onun diĢsiz tiyəsi nisbətən iri
olduğu üçün daha çox taxıl sahəsini biçmək olurdu. Biçinçi biçin zamanı, sol əlinə
sümükdən, ağacdan və ya göndən hazırlanmıĢ barmaqlıq geyər, qoluna dolaq-qolçaq
taxar, belinə isə döĢlük bağlardı. Əkin seyrək, alçaq və ya alaqlı olanda biçin zamanı
dəryazdan da istifadə edilirdi.
YığılmıĢ məhsulu xırmanlarda ən geniĢ yayılmıĢ döymə alətləri olan vəl və
carcarla döyürdülər. Taxılı döymək üçün xırmana sərilən dərzi qaramal və ya atlara da
ayaqlatdırırdılar.
Uzun müddət saxlamaq üçün taxılı xüsusi qazılmıĢ torpaq quyulara, hörmə
çubuq anbarlara, içərisi ovulmuĢ və ya yonulmuĢ quru ağacdan düzəldilmiĢ kodlara, peyin
qarıĢdırılmıĢ palçıqdan silindrik, habelə dairəvi formada hazırlanan kəndilərə, irihəcmli
təsərrüfat küplərinə yığırdılar. Taxılın nisbətən qısa müddətə saxlanılması və bir yerdən
baĢqa yerə daĢınması üçün çuval, xurcun və dağarcıqlardan istifadə edilirdi.
Azərbaycanlıların təsərrüfat həyatında mühüm yeri maldarlıq, ilk növbədə,
qoyunçuluq, sonra isə iri buynuzlu mal-qara saxlanılması və atçılıq tuturdu. Maldarlıq
Azərbaycanın bütün vilayətlərində yayılsa da, geniĢ otlaqlara malik olan Muğan və ġir-
vanda, habelə Urmiya və UĢnu vilayətlərində, eləcə də Kür və Araz çaylararası
ərazidə daha geniĢ yer tuturdu. Coğrafi və yaranmıĢ tarixi Ģəraitə görə, Azərbaycanda
maldarlığın köçmə yaylaq - qıĢlaq və yarım köçəri formaları mövcud idi. Bir qayda olaraq,
maldarlıqla yanaĢı əkinçilik də edən köçmə maldarlar bütövlükdə üstünlük təĢkil edirdilər.
Lakin yarım köçəri maldarlığın özü də torpaqların dəqiq bölüĢdürülməsi, habelə təbii
Ģərait üzündən köçmə xarakter daĢıyırdı. Bu maldarların aran yerlərdə qəti
müəyyənləĢdirilmiĢ qıĢlaqları, dağlarda isə yaylaqları var idi. Səlcuqlar gələnədək
Azərbaycan ərazisində yaĢayan yarım köçəri, eləcə də səlcuqlarla bu yerlərə gələn
köçəri tayfalar əvvəllər əkinçiliklə məĢğul olmurdular. Onların qazanc mənbəyi yalnız
maldarlıqdan idi. Bu tayfaların çox hissəsi Muğanda, Urmiya və UĢnu tərəflərdə,
həmçinin Arran düzlərində köç salmıĢdı. Lakin maldarlıq təsərrüfatının bu forması geniĢ
intiĢar tapa bilmədi - feodal təsərrüfatının daha mütərəqqi formaları olan oturaq əkinçilik
və Ģəhər iqtisadiyyatının daimi təsirinə məruz qaldı. Səlcuqların Azərbaycana
yürüĢündən sonra da Ģəhər və oturaq kənd əhalisinin üstünlük təĢkil etməsi göstərir ki,
köçərilərin bir qis mi çox keçmədən sosial dəyiĢikliyə məruz qalmıĢ, oturaq həyat
tərzinə keçmiĢdi.
337
§ 2. TORPAQ MÜNASĠBƏTLƏRĠ
XI-XII əsrlərdə ġərq in ən inkiĢaf et miĢ əkinç ilik ölkələ rindən biri olan
Azərbaycanda mövcud torpaq mülkiyyəti formaları -divani (soltan, dövlət), tac və
ya xass, iqta, vəqf, mülk, camaat (icma) əvvəlkindən çox fərq lənmirdi. Səlcuqların
tabeliyində olan baĢqa yerlərdə olduğu kimi, Azərbaycanda da bu dövrdə iqta mül-
kiyyəti forması üstünlük təĢkil edirdi. Lakin ərəb iĢğalından sonrakı dövrdə iqta hər
hansı ərazin in idarə altına verilməsin i bildirirdisə, sonralar feodal mü lkiyyət
formalarının inkiĢafı ilə əlaqədar onun məzmunu dəyiĢir. Səlcuq hakimiyyəti
illərində iqtanın xüsusilə qoĢun baĢçılarına xid mət haqqı kimi paylan ması geniĢ
vüsət alır. Bu zaman ondan gələn gəlir pula çevrilərək hesablanır, iqta sahibinin
(iqtadarın) dəstəsində olan döyüĢçülərin sayı müəyyənləĢdirilirdi.
Vəzir Nizamü lmü lkün vaxtında iqtadar onun iqtasında olan vilayətdə
dövlətin nümayəndəsi hesab edilirdi. Mərkəzi hakimiyyətin zəifləməsilə iqtadarın
nıüstəqilliy i artırd ı.
MəlikĢah dövründə iqtanın xid mət haqqı kimi paylan masına bariz misal
tarixçi Ravəndinin verdiyi məlu matdır. Həmin məlu mata görə Azərbaycan, Ġraq və
baĢqa ölkələrdə səlcuqların iĢğal etdikləri torpaqlar MəlikĢahın 46 min
döyüĢçüsünə paylanmıĢdı.
Sədrəddin əl-Hüseyninin məlu matına görə, atabəy ġəmsəddin Eldəniz
Rey və onun ətrafını tutandan sonra həmin yerləri oğlu Cahan Pəhləvana iqta kimi
vermiĢdi. Ravəndinin yazdığına görə, atabəy Cahan Pəhləvan ölümündən az əvvəl,
demək olar, bütün dövlət torpaqlarını özünün yetmiĢə yaxın məmlükü arasında iqta
pay torpağı kimi bölüĢdürmüĢdü. Mənbələrin təsdiq etdiyinə görə, iqta kimi
verilmiĢ bu yerlərdəki 27 Ģəhər Azərbaycan ərazisində yerləĢirdi. Atabəy Qızıl
Arslan iqta mülklərinin xid mət haqqı kimi əmirlərə verilməsi haqqında bir sıra
fərmanlar vermiĢdi. Bu siyasət sonrakı dövrlərdə də davam etdirilirdi.
Dövlət (divani) torpaq sahələrinin baĢqa torpaq mülkiyyəti növləri, ilk
növbədə Ģərtli torpaq payları (iqta) hesabına X yüzildən baĢlanan azalma meyli XI-
XII əsrlərdə xey li güclənir. Bununla yanaĢı iqtanın irsi torpaq mülkünə çevrilməsi
mey li də artırdı. Məsələn, Əhər məlikləri nəsli Cənubi A zərbaycandakı Əhər və
Varavi nahiyələ rin i Alp Arslan dövründən (1063-1072) 1225-c i ilədək iqta kimi öz
əllərində saxlamıĢ, bu sülalədən olan son iki hakim hətta öz adlarına pul da
kəsdirmiĢdi. Lakin dövlət torpaqlarının iqta kimi paylanması feodal pərakəndəliyi
üçün ictimai-iqtisadi zəmin yarad ır, mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olur.
Tac və ya xass torpaqları səlcuq soltanları və A zərbaycan atabəylərin in
ixtiyarında idi. Bu torpaqlardan ancaq hakim sülalənin nümayəndələrinə iqta payı
verilirdi. Mənbələrin (Sədrəddin əl-Hüseyni, ən-Nəsəvi) verdiy i mə lu mata görə,
Azərbaycan Atabəyləri dövlətində Naxçıvan vilayəti, Gəncə və "ona birləĢdirilmiĢ
Beyləqan, ġəmkir və ġutur", habelə Ərdəbil, Səlmas, Urmiya, Xoy və b.
ġəmsəddin Eldənizin xass torpaqları idi.
338
Xass torpaqlarını yerli hakim süla lələ rin qadın və qızla rı ilə kəsilən
nikahlar nəticəsində də əldə etmək olurdu. Son Atabəylər dövrünə dair tarixi
məlu matlarda daha tez-tez təsadüf edilən belə nikahlar ( məsələn, soltan Cəlaləddin
Manqburnunun Özbəyin arvadı Məley kə xatunla, Özbəyin oğlu XamuĢun arvadı
Sülafə xatunla nikahları və s.) mü lk sahibləri olan bu qadınların təĢəbbüsü nət icə-
sində baĢ verir, soltanla kəbin onların mü lklərinin to xunulmazlığ ını təmin edirdi.
Din i müəssisələrin xeyrinə verilən ianələr vəqf adlan ırdı. Vəqfləri
ianəçilərin təyin etdikləri mütəvəllilər - hamilər idarə edirdilər. Nəzir və qurbanlıq
əmlakları da vəqf adlanırdı. Gəlirləri məscid, məqbərə, mədrəsə, zaviyə, xanəgah
və digər ictimai tikintilərin və onlarla əlaqəsi olan adamların saxlan ılmasına sərf
edilən mü lklər də dini ianələr idi. Adı dövrümüzədək gəlib çatmıĢ mə Ģhur
ianəçilərdən biri Naxçıvanın Ģihnəsi Seyf əd-Din Aybəy olmuĢdur. O, Məkkə
ziyarətindən sonra öz vəsaiti hesabına Ģəhərdə məscid və zaviyə tikd irmiĢ, bütün
var-yoxunu ianə vermiĢdi.
Bəzi hallarda öz əmlakların ı gözlən ilməz vəziyyətlərdən mühafizə etməyə
çalıĢan sahibkarlar gəlirin müəyyən hissəsinin irsən onlara çatacağını qabaqcadan
ĢərtləĢərək, həmin əmlakı vəqf müəssisələrinin ixtiyarına verirdilər. Belə ki, siyasi
Ģəraitin tez-tez dəyiĢdiyi bu dövrdə dünyəvi qanunvericilikdənsə Ģəriət qanunlarına
daha çox etibar edilirdi.
Xüsusi torpaq mülkiyyəti (mülk) onun sahibinin Ģərtsiz mülkü idi. O, bu
torpağı sata, irsən ötürə, bağıĢlaya və ianə verə bilərdi. Bundan baĢqa su kanalları,
kəhrizlər və s. də onun əlində idi. Mülkə sahib olmaq heç bir xid məti borcla bağlı
deyildi. Müsəlman ın daĢınmaz əmlakı, o cü mlədən mülkü ancaq o halda müsadirə
edilə b ilərdi ki, mülkün sahibi dönük çıxıb, kafirlərin yanına qaçsın. Mü lk
torpaqları ü zərinə uĢr (onda bir) ad lanan kiçik vergi qoyulurdu. Lakin mü lklərin
bəziləri verg ilərdən azad olunurdu. SatıĢ zaman ı belə mü lklər daha baha
qiymətləndirilirdi.
Səlcuqların siyasi hakimiyyətə gəlməsilə təkcə dövlət torpaqların ın
paylanmasında deyil, mü lk torpaqlarının dina mikasında da yeni vəziyyət meydana
çıxd ı. MəlikĢahın hakimiyyəti zaman ı mü lk torpaq münasibətləri xüsu silə kəskin
Ģəkil aldı. Bir ço x adamın əlində külli miqdarda qəbalə və Ģəksiz sahibliyə (sərix
əl-mü lk) görə təkrar fərmanlar o ldu. ġəriət hakimləri (qazılar) tərəfindən təsdiq
edilmələrinə baxmayaraq, ciddi yo xlamalar zamanı onların ço xunun yalan, fırıldaq,
rüĢvət, oğurluq və baĢqa qeyri-qanuni yollarla əldə edildiy i aĢkar o ldu. Qanun
pozuntularının qarĢısını almaq üçün MəlikĢah və onun vəziri Nizamü lmü lk yeni b ir
fərman verdilər; bu fərmana görə, gərək bütün soltanlıqda "köhnə qəbalələr
əsasında otuz il iddia irəli sürülməsin və belə iddialara baxılmasın". Fərman bütün
XI-XII və hətta XIII əsrlər boyu qüvvədə qalmıĢdı.
Beləliklə, Səlcuqilər zamanı və onlardan sonra mülk torpaqlarının alq ı-
satqısı xey li geniĢ miqyas aldı. Müəyyən dövrlərdə isə mülk torpaqlarının dövlət,
vəqf və icma torpaqları hesabına geniĢ lənməsi mey li güclənirdi. Feodal
339
parçalan masına gətirib çıxaran bu mey l bəzi hallarda, XI əsrin sonu XII əsrin
əvvəllərində olduğu kimi, mərkəzi siyasi hakimiyyəti xey li zəiflətsə də, ġərq siyasi
hakimiyyətinin baĢlıca iqtisadi bazası - bütün feodal iyerarxiyasının əsaslandığı
torpaq üzərində dövlət mülkiyyəti, demək olar ki, sarsılmaz qalırdı.
§ 3. SƏNƏTKARLIQ
XI-XII əsrlərdə Azə rbaycan Ģəhərlərinin in kiĢafı Ģəhərətrafı ticarət-
sənətkarlıq yerləri olan rabadların geniĢlən məsi ilə müĢayiət edilirdi. Gəncə,
Təbriz, Beyləqan, Naxçıvan, ġamaxı, Marağa, Ərdəbil və digər iri Ģəhərlərin geniĢ
rabadları vardı. Belə iri və eləcə də orta Ģəhərlərdə sənətkarlığ ın, demək olar ki,
bütün sahələri yayılmıĢdı. ġirvan və Arran feodal inzibati dairələrində məmurluq
edən Məsud ibn Namdarın məlu matına görə, təkcə Bey ləqanda otuzdan artıq sənət
növü vardı. Onların əsl sayı isə, görünür, daha ço x idi. Bütövlükdə isə in kiĢaf etmiĢ
feodalizm dövründə Azərbaycanda bir neçə yüz sənət və peĢə sahəsi olmuĢdur.
Sənət sahələrinin rəngarəngliy i ilk növbədə Ģəhərlərdə və onların ətraflarında
əmtəə - pul münasibətlərinin kifayət qədər yüksək inkiĢaf səviyyəsi ilə bağlı idi.
Bununla yanaĢı, Ģəhər sənətkarlığı təkcə daxili deyil, həm də xarici bazarla da sıx
əlaqədardı.
Bu dövrün əksər iri, o rta və kiçik Ģəhərlərinin sənətkarlıq istehsalında
toxuculuq müəyyənedici əhəmiyyət daĢıyırdı. Bunun üçün əsas xammal xam ipək,
yun və bu dövrdə təkcə Azərbaycanda deyil, qonĢu ölkələrdə də kətan və çətənəni
xeyli dərəcədə sıxıĢdırmıĢ pambıq id i. Kətançılıq və kətantoxu ma ancaq
Dərbənddə bitiĢik rayonlarda qalmıĢdı. Bu dövrün qaynaqlarında Beyləqan, Xoy
və Gəncənin pambıq parçaları ilə yanaĢı, Kağazkunan Ģəhəri ətrafında pambıq
becərilməsi haqqında da məlu mat verilir.
XI – XII əsrlərdə Bərdə vilayəti bütün Ya xın və Orta ġərqda to xuculuq
üçün baĢlıca xammal mənbələrindən biri olan xam ipək istehsalı üzrə mühüm baza
olmuĢdu. Ġranın və ona qonĢu ölkələrin öz xammalı olmayan bir ço x vilayətləri
Bərdə xam ipəyindən istifadə edirdilər. Bərdə ilə yanaĢı, Beyləqan, Təbriz, Gəncə,
ġabran və bir ço x digər A zərbaycan vilayət və bölgələrində də xam ipək istehsalı
geniĢ yayılmıĢdı. Zəkəriyyə əl – Qəzvini Gəncədə görünür ki, monqol
basqınınadək xam ipək e malının təsvirin i belə verir: ―ġəhərin ö zündə arx var, ona
iki yolla düĢürlər: bunlardan biri Bab əl – Məqbərə (Qəbiristan darvazası), digəri
isə Bab əl – Bərdə (Bərdə darvazası) yanındadır. Adamlar Bab əl-Məqbərə yanında
su götürərək, ipəyi bunda emal ed irlər, bundan sonra onun qiyməti Bab əl – Bərdə
yanındakı suda yuyulmuĢ ipəyin qiy mətinə nisbətən baha olur. Suyu Bab əl-
Məqbərədən götürüb, Bab əl- Bərdəyə aparanda, bundan bir Ģey çıxmır, əksinə
edəndə, çox gözəl alınır‖.
340
Bu dövrdə Azərbaycanda yun toxu ma və xalçaçılıq da kifayət qədər
möhkəm xammal bazasına malik idi. Xammalın bolluğu və ucuzluğu Ģəhərlərdə
ipək, pamb ıq və yun toxuculuğu, habelə digər sənətkarlıq sahələrin in inkiĢafı üçün
əlveriĢli Ģərait yaratmıĢdı. Təbriz, Gəncə, Naxçıvan, Marağa, Xoy, Beyləqan,
Ərdəbil və ġamaxı kimi mühü m Ģəhərlər yalnız A zərbaycan miqyasında deyil,
bütün Yaxın ġərq miqyasında əhəmiyyətli toxuculuq mərkəzləri idi. Orta əsr
sənətkarlığının bütün sahələrinin mövcud olduğu Təbrizdə atlas, zərxara, kiĢi paltarı üçün
yüksək keyfiyyətli parça, qızılı və gümüĢü iĢləməli, üstündə zoomorfik və nəbati
ornamentləri olan rəngbərəng ağır ipək parçalar və bez, eləcə də iplik və ipək saplar,
zər parçalar üçün zər baftalar istehsalı xüsusi əhəmiyyət kəsb etmiĢdi.
Gəncədə pambıq parçalarla yanaĢı, atlas, zərxara kimi bahalı ipək parçalar
istehsalı inkiĢaf etmiĢdi. Bu Ģəhərdə hazırlanan xəz əmmamələrə, keçəyə, "əl-Gənci" və
"əl-kutni" (pambıq) adlanan paltarlara ölkədə və onun hüdudlarından kənarda geniĢ
tələbat vardı.
Azərbaycanın iri iqtisadi mərkəzi olan Naxçıvan Atabəylərin hakimiyyəti
dövründə inkiĢaf etmiĢ sənətkarlıq istehsalına malik idi. ġəhərdə mü xtəlif sənət
sahələrini təmsil edən çoxlu mah ir ustalar - toxucular, bənnalar, çini qab və ağac
emaletmə ustaları, zərgərlər və b. çalıĢırdılar. ġəhərin sənətkarlıq istehsalında toxu-
culuq və onunla bağlı olan sahələr - Çin parçası (xətai), zərif örtük, xalça, keçə, çuxalıq
yun parça, hamam fitələri üçün nazik Ģal və pamb ıq parça istehsalı mühü m rol
oynayırdı.
Müxtəlif cür ipək parça istehsalının inkiĢaf etdiyi ġamaxı, zərxarası, zərif
parçadan tikilmiĢ hazır paltarı (kərbai), yüksək keyfiyyətli fitəsi ilə məĢhur olan Xoy,
cəme adlı zərif qara xara parçası ilə Ģöhrət tapmıĢ Ərdəbil və b. mühüm to xuculuq
mərkəzləri idi. Bu parçaların istehsalı həm də bazar əmtəə xarakteri daĢıyır, daxili və
xarici ticarətin tələbatı ilə sıx bağlı idi. ġəhərlərdə istehsal olunan və yalnız daxili
bazar üçün nəzərdə tutulan parçaların növləri daha zəngin idi.
Azərbaycanın Ģəhər və kəndlərində xalçaçılıq geniĢ yayılmıĢdı. Bu dövrün
tarixi və bədii əsərlərində tez-tez rast gəlinən zilu, qali, kilim, məfrəĢ və b. bu kimi
xalça və xalça məmulatlarının adları həmin məmulatların yerli əhalinin məiĢət həyatına
qəti daxil olduğunu sübut edir. Təbriz, Naxçıvan, Xoy, Mərənd dövrün məĢhur
xalçaçılıq mərkəzləri idi; kilim istehsalı Kür-Araz hövzəsinin Ģərqində yerləĢən Ģəhər
və yaĢayıĢ məntəqələrində inkiĢaf etmiĢdi.
Böyük tələbata görə, Azərbaycanda XI-XII əsrlərdə mü xtəlif növ dəri və
dəri məmulatlarının istehsalı ilə bağlı olan sənətkarlıq geniĢ yayılmıĢdı; bunların
içərisində tumacdan və yumĢaq dəridən mü xtəlif forma və fasonlu ayaqqabılar, yəhər
və yüyənlər, dəri ayaqaltılar, kəmərlər, xəzlər vard ı.
Dabbağlıq sənəti Cənubi A zərbaycanın Ənar və Əhər kimi Ģəhərlərində
xüsusilə geniĢ inkiĢaf etmiĢdi. Bu Ģəhərlərdə hazırlanan çullar yerli ixracatın əsas
məhsulu id i. Surmaridə istehsal olunan əla yəhərlər xarici bazarlara çıxarılırd ı. ġəki
vilayəti də dən istehsalının məĢhur mərkəzlərindən idi.
341
MetaliĢləmə sənəti, xüsusən də onun baĢlıca sahəsi olan dəmir emalı
əvvəlki dövrlə müqayisədə daha yüksək səviyyəyə qalxmıĢdı. Bu sahənin inkiĢafı
hər Ģeydən əvvəl mü xtəlif kənd təsərrüfatı və sənətkarlıq alətlərinə, eləcə də soyuq
silahlara olan böyük tələbatla bağlı idi. Beyləqan, ġamaxı, Qəbələ, ġabran və digər
Ģəhərlərdə aparılan arxeo loji qazıntılar zamanı bu dövrə aid mədəni təbəqələrdə
dəmir kotan gavahınları, oraq lar, bellər, kətmənlər, miĢarlar, adi çəkməçi və ov
bıçaqları, cəftələr, pərçimlər, həncəmələr, halqalar, qıfıllar, açarlar, mü xtəlif ölçü lü
tikinti mismarları, mü xtəlif təyinatlı nallar, ro mbvari o x ucluqları, qəmələr,
xəncərlər, döyüĢ bıçaqları və yabalar, qılınclar, zirehlər, dəbilqələr, nizə ucluqları və
s. aĢkara çıxarılmıĢdır.
Usta dəmirçilər bu sənətin ən bəsit və qədim üsulu olan soyuqdöymədən
və tədricən baĢlıca texnoloji üsula çevrilən istidöymədən istifadə edir, əritmə və
qaynaq əməliyyatların ı ö zlərinə məxsus mü xtəlif qaydalarda aparırdılar.
XI-XII əsrlə rdə Gəncə, Təbriz və Ərdəbil meta liĢlə mə sənətinin, o
cümlədən də dəmirçiliy in iri mərkəzləri idi. Ġndiyədək Gürcüstanın Gelati
monastırında bir tayı qalan XII əsrə məxsus Gəncə dəmir darvazası yerli ustaların
yüksək sənətkarlığ ına dəlalət edir. Mü xtəlif silahla ra tələbat, eləcə də Gəncə
həndəvərlərində dəmir və mis filizi yataqlarının olması silah istehsalının buradakı
inkiĢafına Ģərait yarat mıĢdı. Özünün "yaxĢı bıçaqla rı" ilə ad çıxa rmıĢ ġə mkirdə də
sənətkarlığın bu sahəsinin inkiĢafı bununla izah olun malıdır.
Bu dövrdə iri tunc qazanlar istehsalı da geniĢ yayılmıĢdı. ġinan zonasının
Ģimal Ģərqində, Altıağac kəndi yaxınlığında, habelə Çu xuryurd kəndi ərazisində
belə qazanlar tapılmıĢdır. Örənqala Ģəhərgahında aĢkar edilən tunc qazan qulpu,
eləcə də qulp üçün qəlib Beyləqanda da belə qazanlar istehsalının mövcud
olduğuna dəlalət edir.
Tunctökmə ustaları və misgərlərin hazırladıqları məiĢət əĢy aları daha
rəngarəng idi; qazanlarla yanaĢı, onlar tərəzi gözləri və daĢları, mü xtəlif formalı
piyalə və qablar, taqqülbablar, zəncirlər, aftafalar, çıraqlar və s. düzəldirdilər. Lakin
misgərlik daha geniĢ yayılmıĢ, təkcə iri və orta Ģəhərləri deyil, bir çox xırda Ģəhərləri də
əhatə etmiĢdi. Arxeoloji materiallar Beyləqan və ġamaxıda tunc və mis məmu latlar
istehsalının yüksək inkiĢafına dəlalət edir. Məsələn, Örənqala tapıntıları içərisində
ərgin misi götürmək üçün parçlar aĢkara çıxarılmıĢdır. Xoy Ģəhəri də iri mis emalı
mərkəzi idi. Anonim "Əcaib əd-dünya" coğrafi əsərində bu Ģəhərin ən yaxĢı sənət
nümunələri içərisində mis məmulatların da adları çəkilir.
Arxeoloji və yazılı materiallar XI-XII əsrlərdə Azərbaycanda nəcib
metallardan (qızıl, gümüĢ və s.), tunc, mis, qiymətli və əlvan daĢlardan düzəldilmiĢ
bəzək Ģeylərinin, yəni qızıliĢləmə, zərgərlik və cilalama iĢinin, demək olar ki, bütün
sahələrinin geniĢ yayıldığını göstərir. Burada cütqabağı, sırğa, üzük, toqqa, tana, boyun-
bağı, zəncir, qolbaq, bilərzik, sancaq, düymə və s. bu kimi Ģeylər istehsal olunurdu.
Ərəb caniĢinliyi dövrünün məĢhur sənətkarlıq mərkəzi olan ġiz bu dövrdə
tənəzzülə uğrasa da, burada hələ də qızıl və qurğuĢun çıxarılıb emal olunurdu.
342
QızıliĢləmə və zərgərlik məmulatları istehsalının ən mühüm mərkəzi Təbriz idi. Lakin
arxeoloji və yazılı qaynaqlar ġamaxı, Naxçıvan, Beyləqan, Bakı və b. yerlərdə də müxtəlif
bəzək Ģeylərinin düzəldildiyini təsdiq edirlər.
Bəzi Ģəhərlərdə, eləcə də Təbrizdə, cəvahirsazlığın - cilalama iĢinin inkiĢaf
etdiyi məlu mdur. ġəhər bazarında qiymətli daĢ cilalayıcılarının xüsusi cərgələri var
idi. Bu, feodal əyanlarının qiymətli daĢlardan düzəldilmiĢ məmulatlara olan
tələbatlarının artması ilə bağlı idi. XII əsrin müəllifi XubeyĢ Tiflisinin məlumatından
görünür ki, feodalizmin çiçəkləndiyi dövrdə ġərqdə, o cümlədən də Azərbaycanda
qiymətli daĢ-qaĢ və büllurun cilalanması, minaya tutulması və rənglənməsi kifayət
qədər yüksək inkiĢaf səviyyəsinə çatmıĢdı.
XI-XII əsrlər dulusçuluq sənətinin çiçəklənməsi dövrü idi. Bu təkcə
istehsalat həcminin artması və inkiĢaf dairəsinin geniĢlənməsində deyil, məhsulların
keyfiyyətində də müĢahidə olunur. Azərbaycanın Gəncə, Beyləqan, Naxçıvan, Bakı,
Ərdəbil, Marağa, Təbriz, ġamaxı, ġabran və b. Ģəhərlərində dulusçuluq sənəti geniĢ
yayılmıĢdı. Ölkəmizin ərazisində (Beyləqan, Gəncə, ġamaxı və b.) aparılan
arxeolo ji qazıntılar kü lli miqdarda Ģirsiz və Ģirli saxsı materiallar aĢkara
çıxarmıĢdır. Ġstehsalına məh z orta əsrlərdə baĢlanılan Ģirli qablar mü xtəlif rəngli
rəsmlərlə - insan, nəbati və heyvan rəsmləri ilə bəzədilir, bəzilərinin ü zərinə
ustanın adı, Ģeir parçaları, hikmətli kəlamlar və s. həkk edilirdi.
Yazılı qaynaqlarda da dulusçuluq sənətinin bu dövrdə geniĢ inkiĢafı ilə
əlaqədar xeyli material vard ır. "Əcaib əd-dünya" coğ-rafi əsəri Gəncə yaxın lığında
"yaxĢı saxsı ku zələri ilə məĢhur olan iki Ģəhər - ġəmkir və ġutur" haqqında
məlu mat verir. Du lusçuluq sənətinin inkiĢafı təkcə Ģəhərlərdə deyil, kəndlərdə də
müĢahidə olunurdu; Təbriz yaxınlığ ındakı bir kənd bu sənət növünün aparıcı
roluna görə hətta kuzəkunan (yəni ku zə dü zəldənlər) ad lanırd ı. Əhalin in ev
məiĢətində saxsı məmulatına zəruri tələbat zəngin gil yataqlarına və ucuz odun
ehtiyatına ma lik olan Azə rbaycan ərazisində bu dövrdə dulus emalat xanaların ın
sayının artmasına səbəb oldu. Beyləqan, ġabran və Qəbələ Ģəhərlərində aparılan
arxeolo ji qazıntılar zamanı aĢkar edilən mü xtəlif növ dulus kürələri onların
tədricən təkmilləĢdirildiyin i gös tərir. Tikilmə formasına görə b ir-b irindən fərq li
olan bu kürələr (dairəvi və düzbucaqlı) onlarda biĢiriləcək gil məmulatına (tikinti
materialları, Ģirsiz və Ģirli qablar, eləcə də kürəv i-konusvari saxsı məmu lat) uyğun
formaya salın ırdı.
Bu dövrdə ĢüĢə istehsalında da mühüm irəliləyiĢ baĢ vermiĢdi. ġüĢə
məmu latları həm forma, həm də tərtibat baxımından daha mükəmməlləĢ miĢdilər.
Gəncə, Bey ləqan, Qəbələ, ġamaxı Ģəhərləri ərazisində aparılan arxeo loji qazıntılar
yerli istehsal nümunəsi olan mü xtəlif təyinatlı və formalı ĢüĢə məmulatları - zərif
ĢüĢəli dərman və ətir qabları, ku zə formalı ĢüĢə qablar, vazalar, piyalələr, qədəhlər,
mü xtəlif bəzək əĢyaları (muncuqlar, ü züklər, möhürlər, qolbaqlar və s.) aĢkara
çıxarmıĢdır.
Formaların zərifliy i, ĢüĢə kütləsinin təmizliyi və Ģəffaflığ ı, məmu latın
343
səthinə vurulan naxıĢlar Azərbaycan sənətkarlarının yüksək ustalığını nü mayiĢ
etdirir. Üfürmə üsulu təkmilləĢmiĢ, rəngli ĢüĢə daha geniĢ tətbiq olunmağa
baĢlamıĢdı. XubeyĢ Tiflisinin XI-XII əsrlərdə ĢüĢənin mü xtəlif rənglərə boyanması
və cilalan ması sahəsində ġərqdə böyük müvəffəqiyyətlər qazanılması haqqında
məlumatı Azərbaycan ərazisində aparılan arxeolo ji qazıntıların nəticələri ilə
tamamilə təsdiq olunur.
ġəhərlərdə və bir çox kəndlərdə çoxlu ağaciĢləmə ustaları - dülgərlər və
xarratlar çalıĢırdılar. Xaqaninin Ģeirlərinin birindən görünür ki, XII əsrdə ġamaxıda
dülgərlik və xarratlıq xüsusi sahə təĢkil edirdi. AğaciĢləmə ustalarının özlərinin peĢə
sənətkarlığı birlikləri vardı. XII əsrin birinci yarısında bu birliyin baĢında Xaqaninin "ġeyxe
mühəndis" adlandırdığı Nəccar (dülgər) ləqəbli atası Əli dururdu. ġair dülgərlərin əsas
alətlərini də sadalayır: tiĢə, rəndə, hərrə, kəmanə (burğu, neĢtər), suhan (suvand) və s.
Azərbaycanda ağaciĢləmə sənətinin baĢlıca mərkəzləri Lənkəran, ġamaxı, ġəki, Quba,
Naxç ıvan və b. idi. XIII əsrin əvvəllərində Ərdəbildə olan Yaqut əl-Həməvi bu Ģəhərdə
istehsal edilən taxta {xələnc) kasa və tabaqlar haqqında məlumat verir, burada bu və digər
məiĢət əĢyalarını təmir edən çoxlu emalatxanalar olduğunu bildirir. Ərdəbilin ağac ustaları
daraqlar (şanə), zərif sazlar, sandıqlar, arabalar və baĢqa Ģeylər də hazırlayırd ılar.
Mənbələrdən görünür ki, Naxçıvanın ağac ustaları əsasən naxıĢlı təknə və tabaq
düzəltmək üzrə ixtisaslaĢmıĢdılar. Bu məmulatın bir qismi yerli tələbatı ödəyir, qalanı isə
satıĢ məqsədilə xarici ölkə lərə göndərilirdi.
AğaciĢləmə sənətinin bir çox sahələrinin inkiĢafı xeyli dərəcədə Ģəhərlərdə
tikinti iĢlərinin yüksəliĢi ilə bağlı idi. ġəhər həyatının çiçəklənməsi çoxlu mülki, müdafiə
və mədəni xarakterli tikililərin ucald ılması ilə müĢayiət olunurdu. ġəhərlərdə böyük
miqdarda ixtisaslı inĢaat ustalarının - bənna, daĢyonan, memar, həkkak, nəqqaĢ və b.
olması da bununla bağlı idi.
ġəhərlərdə və Ģəhərətrafı rayonlarda əhalin in təsərrüfat həyatında mühüm
yer tutan onlarca baĢqa sənət və peĢə növləri də mövcud idi. Bakıda neft və duz
çıxarılması, Naxçıvanda duz hasilatı, Kağazkunanda kağız istehsalı, Təbrizdə yüksək
səviyyəli cildləmə iĢi və s. belə peĢələrdən idi. Yemək məhsulları hazırlayan ustalar -
qənnadlar, aĢpazlar, çörəkçilər və b. Ģəhər sənətkarlarının mühüm dəstəsini təĢkil
edirdilər. Onların bir çox məmulatları ölkənin hüdudlarından çox-çox uzaqlarda da
böyük Ģöhrətə malik idi.
Monqollaraqədərki Azərbaycan Ģəhərlərində peĢə sənətkarlığı birliklərinin
olması haqqında qaynaqlarda birbaĢa material olmasa da, xeyli dolayı məlu mat belə
birləĢmələrin o dövrdə də mövcudluğu barədə Ģübhəsiz nəticə çıxarmağa imkan verir.
Sonrakı dövrlərin qaynaqlarında bu təĢkilatlar "əsnaf‖ və ya "hərfat" adlandırılır.
Beyləqan və ġabranda dulusçular və çörəkbiĢirənlər məhəllələrini aĢkara çıxarmıĢ
arxeoloji qazıntılar da öyrənilən dövrdə peĢə sənətkarlığı birliklərinin olmasına dəlalət
edir. ġəhərlərin ticarətçi-sənətkar əhalisi irsi yolla seçilən rəislərin baĢçılıq etdikləri
sosial-peĢə dərəcələrinə bölünürdü. Qaynaqların pərakəndə məlumatlarından görünür ki,
sənətkarlıq birliklərinin rəisi institutu bütün əsas sahələri əhatə edirdi: X əsrdə Gəncədə
344
ipək alverçilərinin rəisi (qəzzas) vəzifəsi mövcud idi; XI əsrdə ġirvanĢahla müxalifətdə
olan rəislər sırasında Dərbəndin sərrac və dabbağlarının rəisi əl-Heysəm ibn Maymun
əl-Bəinin (1075-ci ildə vəfat edib) adı çəkilir. Bakıda inĢaatçı-sənətkarların rəisinin olması
ĠçəriĢəhərdəki Sınıqqala məscidinin divarındakı kitabə ilə sübut edilir; kitabədə "əl-ustaz
ər-rəis" titullu Məhəmməd ibn Əbubəkrin adı qeyd olunmuĢdur. Sənətkarlıq
birliklərinin baĢçıları haqqında Xaqanidə də məlumat vardır; onun yazdığından aydın olur
ki, əvvəllər feodal iyerarxiyası strukturunda daha ləyaqətli yer tutan ustabaĢılar Ģairin
dövründə özlərin in ictimai-siyasi mövqelərini itirmiĢdilər: "...bu gün [onları] xəzçi və
bez alverçisi ilə (xəzzaz və bəzzaz) eyni tuturlar". Belə vəziyyət "əxi" peĢə sənətkarlığı
ittifaqlarının meydana çıxması, eləcə də bu dövrdə Azərbaycan Ģəhərlərində Ģəhər
özünüidarə elementlərinin yaranması ilə əlaqədar idi.
Qabaqlar qüdrətli hakimlərə və Ģahlara (o cümlədən ĢirvanĢahlara) qarĢı açıq
siyasi mübarizə aparan Ģəhər rəisləri və peĢə sənətkarlığı birliklərinin baĢçıları əvvəlki
geniĢ antifeodal sosial zəmini əldən vermiĢdilər. Əsas kütləsi sənətkarlar və Ģəhər yox-
sullarından ibarət olan "əxi"lər (yəni qardaĢlıq ittifaqları) bu dövrdə daha fəal antifeodal
siyasi qüvvəyə çevrildilər. Artıq XI əsrdə Ön ġərqin bir çox ölkələrinə yayılmıĢ bu
ittifaqların, mənbələrdən əldə edilən məlumatlara görə, Bakı, ġamaxı, Beyləqan, Gəncə
və digər Azərbaycan Ģəhərlərində öz təĢkilatları vardı.
Azərbaycanın bir sıra Ģəhərlərində Ģəhər özünüidarə elementlərinin meydana
çıxması və Ģəhərlərin müstəqilliyi və muxtariyyəti uğrunda aparılan mübarizə orta əsr
Ģəhərinin sənətkarlıq və ticarət mərkəzi kimi inkiĢafı ilə, Ģəhərlilərin yerli feodal
boyunduruğu və Səlcuq istilasına qarĢı mübarizəsi ilə bağlı idi. ġəhər özünüidarəsinin
sonrakı inkiĢafını monqolların hücumları dayandırdı.
Dostları ilə paylaş: |