§ 5. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN
MÖHKƏMLƏNMƏSĠ
Böyük atabəy ġəmsəddin Eldənizin Ölü m xəbəri o zaman Həmədanda
olan Cahan Pəhləvana yetiĢəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və
taxt-tac ın ə mlakını, e ləcə də bütün qoĢunları ö z nə zarət i alt ına ald ı.
Eldənizin siyasətindən narazı olan Ġraq əmirləri Cahan Pəhləvanın
Həmədanı tərk etməsindən istifadə edərək, soltan ArslanĢahı böyük ordu ilə
Azərbaycana hücum etməyə təhrik edirlər. Lakin Zəncanda xəstələnərək, yenidən
Həmədana qayıdan soltan, Cahan Pəhləvanı da paytaxta dəvət edir, onunla barıĢır,
dövlətin idarəsini ona tapĢırdıqdan az sonra vəfat edir. Mənbələrin məlu matı
ArslanĢahın Cahan Pəhləvanın sərəncamı ilə zəhərlən məsi fa ktın ı təsdiq edir. Bu
yolla rəq ibini aradan götürən atabəy, ArslanĢahın 7 yaĢlı oğlu III Toğrulu soltanlıq
taxtmda əyləĢdirir, özü də onun atabəyi olur.
Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmıĢ vassalı,
Xuzistan hakimi Aydoğdu ġimlənin çıxıĢın ı yatırma lı oldu. Atabəy Eldəniz öz
sağlığında xəlifənin həmlələrinin qarĢısını almağa qadir qüvvəyə malik olan bu
vassalına həmiĢə qoĢunla yardım etmiĢdi. Bu dəfə ġimlə, çoxdan gözü tutduğu
Nihavəndə hiylə yolu ilə daxil olaraq, Ģəhəri talan edir, Ģəhər qazısını və rəisini isə edam
etdirir. Bundan sonra o, Azərbaycan atabəylərinin vassalları olan türkman-əfĢarların
məskənlərinə hücum edir. Cahan Pəhləvanın göndərdiyi qoĢun ġimlənin ordusunu
darmadağın edir, ağır yaralanmıĢ ġimlə isə əsir alınır. Ġki gün sonra ġimlə ölür; onun
Xuzistanın yeni hakimi təyin edilmiĢ oğlu ġərəfəddin Əmiran, ürəyindəki ədavətə
baxmayaraq, Azərbaycan atabəyinə tabe olmaq məcburiyyətində qalır.
Soltan III Toğrulun o zaman Xuzistanda yaĢayan əmisi Ģahzadə Məhəmməd
soltanlığın taxt-tacına yeganə ciddi iddiaçı idi. Lakin onun hakimiyyəti ələ keçirmək
üçün göstərdiyi bütün silahlı cəhdlər uğursuzluqla nəticələnir. Cahan Pəhləvandan asılı
olan əmirlərdən heç biri, o cümlədən təqib olunan Məhəmmədin sığınacaq istədiyi
Xuzistan, Vasit, Fars hakimləri Ģahzadəyə yiyə durmur və nəhayət onu Azərbaycan
atabəyinə təslim edirlər.
Son rəqibini də aradan götürən Cahan Pəhləvan bundan belə Ġraq Səlcuq
sülaləsinin son nümayəndəsi olan azyaĢlı soltan III Toğrul ibn ArslanĢahın adından inamla
fəaliyyət göstərə bilərdi.
1177-ci ilin iyulunda soltanlığın tabeliyində və vassal asılılığında olan bütün
torpaqlarında 7 yaĢlı III Toğrulun adına xütbə oxundu. Dövlət hakimiyyəti əməli olaraq
soltanlığın bütün iĢlərini idarə edən Cahan Pəhləvanın əlinə keçdi. Tabe olan
hakimlərdən və vassallardan heç biri buna etiraz etmədi, çünki o dövr müəlliflərinin dili
ilə desək, "bütün hakimlər Pəhləvandan qorxurdular". Soltanın adına pul kəsildi, onun
sərəncamları dərhal yerinə yetirilird i.
Cahan Pəhləvanın özü qardaĢı Qızıl Arslanı Azərbaycan və Arranda caniĢin
vəzifəsinə təyin edərək, Həmədana gedir, mərkəzi hakimiyyətin möhkəmləndirilməsi
314
üçün mühüm tədbirlər görməyə baĢlayır. O, itaətsizlik göstərən əmirləri, xüsusilə Ġran
(əcəm) Ġraqı əmirlərini ram edir, fərsiz qoĢun baĢçılarını və məmurları vəzifəsindən
uzaqlaĢdırır, onları özünə sadiq Ģəxslərlə əvəz edirdi. Ən mühüm dövlət vəzifələrinə
yetmiĢə yaxın Ģəxsi məmlükünü təyin edən atabəy onların hər birinə iqta payı kimi
müəyyən vilayəti və ya Ģəhəri vermiĢdi. Öz məmlüklərinin kö məyilə dövlət idarəçili-
yinin özünəməxsus sistemini meydana çıxartmıĢ Cahan Pəhləvan məmlük elitasını
yaratdı; bu elita atabəyin ölümündən 30 il sonra da ictimai-siyasi hadisələrdə aparıcı rol
oynayırdı.
Atabəyin inzibatçılıq qabiliyyəti və amansız tələbkarlığı dövlət idarəçilik
sisteminin hər bir sahəsində möhkəm qayda-qanunun yaranmasına səbəb oldu.
Hakimiyyətdə olduğu 10 il müddətində dövlət heç bir xarici müdaxiləyə məruz qalmadı.
Əl-Hüseyni yazır ki, məhz Cahan Pəhləvanın hakimiyyəti illərində "gürcülər onun
tələblərini qəbul edərək, sülh bağladılar". Təhlükəli Ģərq qonĢusu -xarəzmĢah TəkiĢlə
(1172-1200) də dostluq münasibətləri yaranmıĢdı.
Cahan Pəhləvan istər xəlifə əl-Müstədi, istərsə də abbasi xəlifələri arasında ən
qüdrətli hökmdarlardan biri olan ən-Nasirlə (1180-1225) elə münasibətlər saxlayırdı ki,
bu münasibətlər ona müsəlmanların ruhani baĢçısına hörmət pərdəsi altında Bağdaddan
asılı olmayan siyasət yeritmək imkanı verir, xəlifənin onun dövlətinin daxili iĢlərinə
qarıĢmasın ın qarĢısını alırdı.
Atabəy Cahan Pəhləvanın ən böyük uğurlarından biri Ağsunqur əl-
Əhmədilinin varislərinin əlində olan Təbrizin Eldənizlər dövlətinin ərazisinə
birləĢdirilməsi idi. Belə ki, 1175-ci ilin yayında Təbriz və onun ətrafındakı yerlərin
hakimi Arslan Aba ibn Ağsunqur vəfat etdikdə, Cahan Pəhləvan Ruindej qalasını, daha
sonra isə Marağanı, atabəyin qardaĢı Qızıl Arslan isə Təbrizi mühasirə etmiĢdi. Əldə
edilmiĢ saziĢ nəticəsində Cahan Pəhləvan Təbrizi alıb, iqta payı kimi qardaĢına verdi.
Marağa isə, razılığa görə əvvəlki sahiblərinin - Ağsunqurilərin ixtiyarında qald ı.
Misirin və Suriyanın məĢhur hökmdarı, Əyyubilər sülaləsinin banisi
Səlahəddin Yusifin (1169-1193) böyük fəallıq göstərdiyi qərb sərhədlərində asayiĢi
təmin etmək atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin problemlərdən biri idi.
Səlahəddinin Ġraq Səlcuqilərinin hakimiyyəti altında olan vilayətlərə hücumları nəti-
cəsində meydana çıxan mübahisəli məsələlərdə Cahan Pəhləvan dəfələrlə barıĢdırıcı
və vasitəçi olmuĢ, himayəsi altında olanlara hərbi kö mək göstərmiĢdi.
Atabəyin müasiri tarixçi Ġbn əl-Əsir onu "xoĢ xasiyyətli, ədalətli, müdrik və
səbirli hakim" kimi qiymətləndirsə də, baĢqa mənbələr (Sibt ibn əl-Cavzi və b.) onun
amansızlığından da yazırlar. Cahan Pəhləvanın digər müasiri Ravəndi atabəyin ailəyə
bağlılığını xüsusi qeyd etmiĢdir. Atabəyin dörd oğlu və bir neçə qızı vardı. O, qızlarını
qonĢu hakimlərə və əmirlərə ərə vermiĢdi. Bütün oğullarını hakim görmək istəyən Cahan
Pəhləvan hələ öz sağlığında türk qızı Qüteybə xatundan doğulmuĢ oğlu Əbubəkri Azər-
baycan və Arran hakimi təyin etmiĢ, onun tərbiyəsini isə əmisi Qızıl Arslana
tapĢırmıĢdı. Rey, Ġsfahan vilayətlərini və Ġraqın qalan hissəsini Rey hakiminin qızı Ġnanc
xatundan doğulmuĢ oğlanları Ġnanc Mahmud və Əmir Əmiran Ömər üçün, Həmədan
315
vilayətini isə kənizi Zahidə xatundan doğulmuĢ oğlu Özbəy üçün nəzərdə tutmuĢdu.
Ölümqabağı, 1186-cı ilin əvvəlində, Cahan Pəhləvan uĢaqlarına əmiləri Qızıl
Arslana tabe olmağı, soltan Toğrula xidmət etməyi vəsiyyət etdi. Lakin atabəyin qəfil
ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız soltan III Toğrulun
deyil, eləcə də qardaĢının dul arvadı Ġnanc Xatunun və onun Ġraq əmirləri arasındakı
tərəfdarlarının müqavimətləri ilə üzləĢməli oldu.
§ 6. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN
TARĠXĠNDƏ "MƏMLÜK" DÖVRÜNÜN
BAġLANMASI
Böyük bir dövlətin idarəsini təkbaĢına nəzarəti altında saxlayan atabəy Cahan
Pəhləvanm ölümü soltanlığın hakim dairələrində çaĢqınlıq və narahatlığa səbəb oldıı.
Dövlət əyanları və atabəyin yaxın adamları (Ġnanc xatun və onun tərəfdarları) Cahan
Pəhləvanın ölümünü bir neçə ay gizlədərək, bu müddətdə varis məsələsini həll etməyə
çalıĢırdılar. Nəhayət, onlar soltan III Toğrulun yanına gedib, Qızıl Arslanın iqta mülkü
olan Azərbaycan və Arranı onun ixtiyarına verməyə və qoĢunların baĢ komandanı
vəzifəsini də ona tapĢırmağa razı salmaq qərarına gəlirlər.
Ġnanc xatunun inadına baxmayaraq, əmirlərin əksəriyyəti belə bir nəticəyə
gəlirlər ki, Cahan Pəhləvanın varisi məhz Qızıl Arslan olmalıdır. Onlar sədaqətlərini
Qızıl Arslana bildirərək, ondan Həmədana gəlməyi və dövlətin idarəsini öhdəsinə
götürməyi xahiĢ edirlər.
Vəziyyəti xeyli səbatsız olan soltan III Toğrul da Qızıl Arslanı özünün
atabəyi təyin etməyə məcbur olu r.
Cahan Pəhləvanın, demək olar, bütün sabiq məmlükləri Qızıl Arslanın
tərəfində idilər. Hələ Cahan Pəhləvanın sağlığında özlərini müstəqil aparan bu
məmlüklər yüksək mövqe tuta bilmiĢdilər; onlar öz iqta paylarını istədikləri tərzdə
idarə edir, tabeliklərində olan vilayətdə adlarına pul kəsdirir, xütbə oxutdururdular.
Tarixçi Ravəndinin məlumatına görə, məmlüklər dövlət reyestrlərini (siyahılarını) və
sərəncamlarını saxtalaĢdıraraq, öz adlarını, ləqəblərini, uydurduqları nəsil Ģəcərələrini
vəqflərdən oğurladıqları kitablara əlavə etdirir, vəqf qeydlərini saxtalaĢdırırdılar.
Qızıl Arslana olan bu münasibət, mövqeyinin möhkəmlənməsi Ġnanc xatunu
heç də qane etmirdi. O, mərhum ərinin sabiq məmlükləri Əmir Camal əd-Din Ay Aba
və Seyfəddin Rusla gizli danıĢığa girərək, onların soltan III Toğrulun tərəfinə
keçmələrinə nail olur. Zəncan, Əbhər və Marağa hakimləri də onlara qoĢulurlar. Onların
316
birləĢmiĢ qüvvələri 1187-ci ildə Həmədan yaxınlığ ında Qızıl Arslanın ordusu ilə
üzləĢir; bir neçə gün davam edən döyüĢlərdən sonra Qızıl Arslanın ordusu geri
çəkilir.
Elə bu zaman rəqib cəbhəsində ziddiyyətlər baĢ qaldırır: əvvəlcə Əmir Rus,
onun ardınca Qızıl Arslana qarĢı çıxıĢdan imtina etmiĢ Ay Aba öldürülürlər. Bu
hadisələrdən sonra, soltanın əmri ilə onun tərəfdarları Qızıl Arslanla əlaqədar olanlara
divan tutmağa baĢladılar. Bu, yerli hakimlərin soltanla olan əlaqələrinin kəsilməsinə
gətirib çıxartdı.
Hadisələrdən xəbər tutan Qızıl Arslan qisas məqsədi ilə soltanın bütün
tərəfdarlarını həbs etmək əmrini verir və kömək üçün xəlifə ən-Nasirə müraciət edir.
Bu müraciətdə Ġraq soltanlığını birdəfəlik zəiflətmək, öz hakimiyyət və nüfuzunu
gücləndirmək imkanını görən xəlifə, 1188-ci ilin mart ayının əvvəlində vəzirin
baĢçılığı ilə təchiz olunmuĢ böyük ordunu III Toğrula qarĢı çıxıĢ edən Qızıl Arslan ın
kö məyinə göndərir. Soltan qoĢunlarının gücünü lazımınca qiymətləndirməyən vəzir,
yolda yubanmıĢ Qızıl Arslanı gözləmədən, onsuz Həmədanı ələ keçirmək qərarına
gəlir. Lakin müvəffəq iyyət qazana bilmir.
Xəlifən in həmin ilin sonunda təchiz etdiyi ikinci ordu III Toğrulun qoyub
getdiyi Həmədan Ģəhərini ələ keçirir. Həmədana gəlmiĢ Qızıl Arslan təntənə ilə
qarĢılanır, ona xəlifənin caniĢini təyin olunması haqqında xəlifə fərmanı - mənĢur təqdim
edilir. Bu. Qızıl Arslanın soltan vassalı deyil, müstəqil hökmdar olduğunun etiraf edilməsi
idi. Bağdadda onun adına "hökmdar, möminlər ənıirinin kö məkçisi" {əl-məlik ən-nasir
əmirəl-möminin) xitabı ilə xütbə oxunur. Xəlifə qoĢunları Qızıl Arslanın tabeçiliyinə
keçirilir, o, özü isə Həmədanda soltan taxtına əyləĢdirilir.
Qızıl Arslanın Azərbaycanda olmamasından istifadə edən soltan III Toğrul öz
qoĢunu ilə UĢnu, Xoy, Urmiya və Səlmas Ģəhərlərinə soxulub, hər yeri talan edir. Sonra o,
Səlahəddin Əyyubiyə müraciət edərək, yardım göstərməsini xahiĢ edir. Səlahəddin,
Qızıl Arslanı onun anabir qardaĢının oğlu III Toğrulla barıĢdırmağa cəhd gostərir. Lakin
əvvəl barıĢığa razı olan III Toğrul, yenidən əmisinə qarĢı müharibə etmək qərarına gələrək,
1190-cı ilin oktyabrında Qızıl Arslana hücum edir. Toğrulun inadına yaxĢı bələd olan Qızıl
Arslan özünü, digər rəqibi - Ġnanc xatun və onun tərəfdarları tərəfdən təhlükəsizləĢdirən
bir sıra tədbirlər görür: Ġnanc xatunun oğulları ilə barıĢıq imzalayır, onları öz yanında
xidmətə götürür və nəhayət
mərhum qardaĢının dul qalmıĢ arvadı Ġnanc xatunla evlənir. Yalnız
bu tədbirlərdən sonra soltana qarĢı çıxıĢ edən Qızıl Arslan, türkman dəstələrinin yardımına
baxmayaraq, III Toğrulu məğlubiyyətə uğradır.
Rəqiblərin son toqquĢması Həmədan yaxınlığında baĢ verir. Hücuma keçən
soltan qoĢunları yenidən məğlub edilir, soltan özü isə əli qandallı Azərbaycan
qalalarının birinə salınır.
Atabəy Qızıl Arslanla soltan III Toğrul arasındakı mübarizənin qızğın çağında
Ġsfahan, Rey və baĢqa Ģəhərlərdə atabəyin tərəfdarları ilə əleyhdarları arasında qanlı
toqquĢmalar gedirdi. Atabəylərin əleyhdarlarına, hələ Cahan Pəhləvanın sağlığında
Azərbaycan atabəylərinə qarĢı çıxmıĢ Ġsfahan Ģəfiilərinin rəisi baĢçılıq edirdi. Cahan
317
Pəhləvanın ölümündən sonra III Toğrulun tərəfinə keçmiĢ bu rəis Qızıl Arslanın
Ġsfahandakı bütün tərəfdarlarını qılıncdan keçirmək əmrini vermiĢdi. Rəisin bu əmrinə
etiraz əlaməti olaraq, atabəyin tərəfdarları Ġsfahanda iki-üç il ərzində bir neçə min Ģəfiini
qətlə yetirirlər.
Bütün bu hadisələrdən sonra Qızıl Arslan Həmədana qayıdır. Burada xəlifənin
adından onun ünvanına xütbə oxunur. Beləliklə. Ġraq soltanlığının mütləq hakiminə
çevrilən Qızıl Arslan Azərbaycan, Arran, Həmədan, Rey vilayətlərinə, həmin
vilayətlərə bitiĢik olan ərazilərə sahib olur. Fars və Xu zistan hakimləri isə bir
vassal kimi ona tabe edilir.
Lakin hakimiyyət zirvəsinə yetiĢən Qızıl Arslan gerçək hakimiyyətin in
möhkəmləndirilməsi üçün mövcud olan bütün imkan lardan istifadə etmədi. Onun
sarayında özbaĢınalıq hökm sürür, fitnə-fəsad baĢ alıb gedirdi. Nəhayət, Qızıl
Arslana qarĢı qəsd təĢkil o lundu; ərinə etibar etməyən Ġnanc Xatun bu qəsddə fəal
rol oynayırdı. 1191-c i ilin sentyabr ayında Q
IZIL
Arslan öldürüldü.
§ 7. SON ELDƏNĠZLƏR
Qızıl Arslan öldürüldükdən sonra Cahan Pəhləvanın Qüteybə xatundan
olan oğlu Əbubəkr Azərbaycana yola düĢür və çox keçmədən Naxçıvana, Əlincə
qalasına gəlir. Cahan Pəhləvanın o biri dul arvadı Zahidə xatunun sərəncamında
olan dövlət xəzinəsi bu qalada yerləĢirdi. Əbubəkr qalanı və xəzinəni ələ keçirir.
Bütün yerli hakimlər onun ali hakimiyyətini tanıy ırlar. Əl-Hüseyninin məlu matına
görə, Əbubəkr bir Ģəhərdən digərinə gedir, hamı ona təslim olurdu; beləliklə, o,
bütün Azərbaycana və Arrana sahib olur. QoĢunlar onun ətrafında cəmləĢir və o,
atasının və babasının yerində bərqərar o lur.
Ġnanc Xatunun oğulları - Qutluq Ġnanc və Əmir Əmiran isə Həmədan və
ona qonĢu vilayətlərdə hakimiyyəti ələ keçirirlər. Ġnanc Xatunun özü Reydə qalır.
Beləliklə, dövlət Cahan Pəh ləvanın oğulları arasında bölünür.
1192-c i ildə Cahan Pəh ləvanın sabiq silahdaĢı və mə mlükü Mah mud Anas
oğlu, soltan III Toğru lun saxlanıldığı qalanın valisi ilə d ilb ir olub, onu azad etdirir.
Azadlığa çıxmıĢ III Toğrul ço x keçmədən kiçik b ir dəstə ilə Təbrizə
müvəffəqiyyətsiz hücum edir. 1192-ci ilin iyulunda Qəzvin yaxın lığında III Toğrul
və Qutluq Ġnancın qoĢunları arasında döyüĢ baĢ verir. Qalib gəlmiĢ III Toğrul
təntənə ilə Həmədana daxil olaraq, yenidən soltan taxtına əyləĢir. Məğlubiyyətə
uğrayaraq, Reydə anasının yanında gizlən miĢ Qutluq Ġnanc isə yardım xah iĢi ilə
xarəzmĢah TəkiĢə müraciət ed ir.
Ġraqdakı vəziyyətin qeyri-müəyyənliy indən istifadə edən xarəzmĢah TəkiĢ
1193-cü ilin yanvarında öz qoĢunlarını ora göndərir. XarəzmĢahın ordusu Reyi və
318
Təbarək qalasını tutaraq, ölkədə özbaĢınalıq və azğınlığa baĢlayır. Vəziyyəti
sabitləĢdirmək məqsədi ilə III Toğrul öz qızını TəkiĢin qardaĢı Yunis Xocaya ərə
verməli olur. Lakin iĢ elə gətirir ki, məhz bu vaxt Xərəzmdə TəkiĢə qarĢı qardaĢı
SoltanĢah üsyan edir; TəkiĢ Reydə və Təbarək qalasında hərbi hissələr yerləĢdirərək,
vətənə yollanır. Hadisələrin bu dönümü soltanı xarəzmĢahın vassalı edə biləcək vəziyyəti
düzəldir.
XarəzmĢah TəkiĢin getməsindən sonra III Toğrul Reyə və Təbarək qalasına
hücum edərək, xarəzmlilərin qoĢun hissələrini darmadağın edir. Hadisələrin belə Ģəkil
alması Ġnanc Xatunu III Toğrula münasibətdə siyasəti dəyiĢməyə vadar edir: o, III Toğrula
müraciət edərək, dostluq münasibətləri və özünün sərvətləri müqabilində onunla kəbin
kəsdirmək təklifıni qəbul etməyi xahiĢ edir. Lakin soltan Toğrulun razılıq verdiyi bu
izdivac uzun sürmədi; Ġnanc Xatunun onu zəhərləmək məqsədində olduğundan xəbər
tutan soltan onun üçün hazırlanmıĢ zəhərli badəni qadının özünə içirdir. Atabəylər
dövlətinin bu dövr siyasi həyatında baĢ verən çoxsaylı qəsd və fəsadlarda məĢum rol
oynamıĢ Ġnanc Xatunun ömrü belə sona yetir.
Ġnanc Xatunun ölümündən sonra onun oğlanları qoĢun toplayaraq, Təbrizi ələ
keçirir və Azərbaycanla Arranın hakimi Əbubəkrə qarĢı hərbi yürüĢə hazırlaĢmağa
baĢlayırlar. Onların arasında baĢ verən döyüĢdə Əbubəkr qələbə qazanır. Əmir Əmiran
ġirvana, Qutluq Ġnanc isə Zəncana qaçırlar. Qutluq Ġnanc xarəzmĢah TəkiĢə müraciət
edərək, soltan III Toğrula qarĢı mübarizədə yardımçı olmasını xahiĢ edir. III Toğrulun
hakimiyyəti altında olan bütün torpaqların xarəzmĢaha iqta kimi bağıĢlanması haqqında
fərmanı ona göndərən xəlifə ən-Nasir də TəkiĢə eyni xahiĢlə müraciət edir. Bu
mübarizədə iĢtirakından qazana biləcəyi xeyri əldən vermək istəməyən XarəzmĢah
qoĢununu hərəkətə gətirdi. Qutluq Ġnanc öz tərəfdarları ilə ona qoĢuldu. XarəzmĢahın
çıxıĢından xəbər tutan III Toğrul rəqiblərinə qarĢı mübarizəyə giriĢ məyi qərara aldı.
O, xeyirxahlarının və müĢavirlərinin ağıllı məsləhətlərinə qulaq asmayıb, əsas qüvvələrin
yaxınlaĢmasını gözləmədən, 1194-cü ilin martında az qüvvə ilə xarəzmlilərin Rey
yaxınlığındakı ön dəstəsinə hücum etdi. Bu dəstəyə Qutluq Ġnanc baĢçılıq edirdi.
DöyüĢ zamanı yaralanan soltan, Qutluq Ġnancın əli ilə öldürülür, onun kəsilmiĢ
baĢı isə TəkiĢin hü zuruna gətirilir.
Tarixçi Sədrəddin əl-Hüseyni yazır: "Sonuncu Səlcuq hökmdarı soltan III
Toğrul öldürüləndə, Səlcuq nəslinin kö zərmiĢ kö mürlərindən yalnız kül qald ı, onu
da külə k sovurub apardı".
III Toğrulun ölü mündən sonra, 1194-cü ilin iyulunda, xarəzmĢah TəkiĢ
Həmədanı, Fars Ġraqın ın əksər Ģəhərlərini ələ keçirərək, tutulmuĢ torpaqları öz
əmirləri arasında bölüĢdürdü. O, Ġsfahanı Qutluq Ġnanca verərək, onu Ġraqın baĢ
əmiri təyin etdi. Həmədan -əmir Qaragö z əl-Atabəyiyə, Rey - TəkiĢin oğlu Yunis
xana verildi; əmir Mayaçuq Yunis xanın atabəyi təyin o lundu.
Soltana qarĢı aparılan hərbi əməliyyatlarda vəzir Ġbn əl-Qəssabın baĢçılığı
altında xəlifə qoĢunları da iĢtirak edirdilər. Lakin III Toğrulun torpaqları TəkiĢin
əmirləri arasında bölüĢdürülərkən, xəlifə "unuduldu". Bu isə son nəticə ola raq
319
xəlifə ilə xarəzmĢahın münasibətlərini po zdu.
1195-c i ilin əvvəlindən xəlifən in vəziri Ġbn əl-Qəssab Xuzistan hakimin in
ölümündən sonra onun varisləri arasında baĢlanan ara çəkiĢmələrindən istifadə
edərək, Xuzistanın Ģəhərlərini ələ keçirdi, hakimin bütün oğlanlarını əsir tut ub,
Bağdada göndərdi. Bu hadisədən sonra xəlifə ö z vəzirinə Fars Ġraq ı torpaqlarını
zəbt etmək əmrini verdi.
Məhz bu dövrdə Zəncan yaxın lığındakı döyüĢdə məğlubiyy ətə uğramıĢ
Qutluq Ġnanc müttəfiqi xarəzmĢahla münasibətləri po zaraq, Ġbn əl-Qəssabın
tərəfinə keçir. On ların birləĢ miĢ qüvvələri tezliklə bütün Həmədan vilayətini
tutaraq, Rey yaxın lığ ında xarəzmliləri məğ lubiyyətə uğradır, bütün Fars Ġraqını
xarəzmlilərdən təmizləyirlər.
Bir neçə ay sonra xarəzmĢah TəkiĢ xəlifə qoĢunlarının Fars Ġraqından
çıxarılmasın ı tələb edir. 1196-cı ilin iyulunda, vəzirin ölü mündən sonra, xəlifə
qoĢunları içərisində baĢlanan ixtilafdan istifadə edən xarəzmĢah Həmədanı ələ
keçirir, bir qədər sonra isə barıĢığa razı o lan Qutluq Ġnancı tora salaraq, onu da
aradan götürür.
Beləliklə, Əbubəkrin hakimiyyət iddiasında olan rəqiblərindən biri - öz
qardaĢı Qutluq Ġnanc siyasi meydandan çıxarılır. Cahan Pəhləvanın o biri oğlu,
ĢirvanĢah birinci A xsitanın sarayına sığınmıĢ Əmir Əmiran Ömər ĢirvanĢahın qızı ilə
evlənir. Çox keçmədən qoĢun toplayaraq, öz qardaĢı atabəy Əbubəkrə qarĢı birgə çıxıĢ
etmək üçün gürcü ordusu ilə birləĢ mək qərarına gəlir.
Əmir Əmiranın simasında Əbubəkrə qarĢı mübarizədə müttəfiq tapan gürcü
hökmdarı Tamar Arrana və Azərbaycana hərbi yürüĢ üçün qoĢun toplanması haqqında
sərəncam verdi. Əbubəkrdən narazı olan bəzi Arran əmirləri və türkman dəstələri də
birləĢmiĢ gürcü-ġirvan qoĢununa qoĢuldular.
1194-cü ilin iyununda ġəmkir yaxınlığında baĢ verən döyüĢdə atabəy Əbubəkr
məğlubiyyətə uğradıldı. ġəmkir, ətraf Ģəhər və qalalar Əmir Əmiranın ixtiyarına
verildi. Tezliklə Əbubəkrin geri çəkilərək qərarlaĢdığı Beyləqan yaxınlığında atabəy
qoĢunları ikinci məğlubiyyətə uğradılır. Əbubəkrin özü canını zorla qurtarıb, Naxçıvana
qaçır.
Beyləqan yaxınlığındakı döyüĢdən sonra, gürcü-ġirvan qoĢunları Gəncəyə
yaxın laĢıb, Ģəhər əhalisindən təslim olmağı tələb edirlər. Lakin Əmir Əmiranla yanaĢı
onların üzərinə dəfələrlə hücum etmiĢ düĢmənlərini görən gəncəlilər ilk əvvəl bu tələbi
yerinə yetirmirlər. Sonra isə Əmir Əmiranla birlikdə onun müĢaviri sifəti ilə Ģəhərə
yalnız bir neçə gürcü qoĢun baĢçısının daxil olacağı Ģərti ilə irəli sürülmüĢ tələblərə
müsbət cavab verirlər. Əmir Əmiran öz qoĢunu, üç gürcü hərbiçisi və yaxın adamları ilə
Ģəhərə daxil olaraq, onların köməyi ilə vaxtilə soltan Məhəmməd Təpərin qurdurduğu
taxt-taca sahib olur.
ġirvanĢah I Axsitan kimi gürcü hökmdarından vassal asılılığını qəbul edən Əmir
Əmiran, gürcü qoĢunları Gəncəni tərk etdikdən sonra Ģəhərin müsəlman əhalisini
sıxıĢdırmağa, Gəncəli Kirakosun dediyi kimi, xaçpərəstlərə iltifat göstərməyə baĢladı.
320
Elə buna görə də 22 gündən sonra Ģəhər əyanları Əmir Əmiranı öldürərək, təcili
Gəncəyə gəlmək xah iĢilə Əbubəkrə müraciət göndərirlər. Əl-Hüseyninin
məlu matına görə "Əbubəkr Ģəhərdəki iĢləri qaydaya salaraq, Gəncəni öz oğlunun
ixtiyanna verir... və Naxçıvana qayıdır".
Bu elə bir dövr idi ki, Qutluq Ġnanc artıq öldürülmüĢ, xarəzmĢah TəkiĢin
qoĢunları isə Həmədanı ələ keçirmiĢdilər. TəkiĢ Cahan Pəhləvanın Fars Ġraqında
özbaĢınalıq edən, heç bir hökmdarın ali hakimiyyətini tanımaq istəməyən
məmlü klərinə qarĢı Əbubəkri göndərmək istəyirdi. Buna görə də o, soltanlığın
idarəsini Əbubəkrə həvalə etmək qərarına gəlir. Lakin Əbubəkr gürcülər tərəfdən
təhlükə gözlənildiyinə isnad edərək, onun yanına qardaĢı Özbəyi göndərir. Beləliklə,
bütün ölkənin idarə iĢi Özbəyə tapĢırılır.
XarəzmĢah TəkiĢin öz vətəninə gediĢindən sonra Cahan Pəhləvanın
məmlükləri onunla mübarizəyə baĢlamaq haqqında bəzi Ġraq əmirləri ilə razılığa
gəlirlər. Bu ittifaqın baĢında məmlük əmir Ġzzəddin Əbülmüzəffər Gökçə ibn Abdallah
ət-Türki durur. Onun tərəfdarları Reyi və onun nahiyələrini ələ keçirərək, xarəzmliləri
qovmaq məqsədi ilə Ġsfahana doğru hərəkət edir, lakin Ġsfahanın məmlük Seyfəddin
Toğrul baĢda olmaqla xəlifə qoĢunları tərəfindən ələ keçirildiyindən xəbər tuturlar.
Ço x keçmədən bu birləĢmiĢ qoĢunlar bütün Fars Ġraqını iĢğal edirlər. Rey öz nahiyəsi ilə
birgə, Savə, Qum və KaĢan Gökçənin, Ġsfahan, Həmədan, Zəncan və Qəzvin isə xəlifə
ən-Nasirin tabeliyinə keçir. Gökçənin ələ keçirdiyi Ģəhər və vilayətlərin onun
hakimiyyəti altında qalmasını öz fərmanı ilə təsdiq edən xəlifə həmin yerlərdən alınan
vergilərin xəlifə xəzinəsinə göndərilməsi haqqında əmr verir. Bununla yanaĢı, xəlifə
Özbəklə Gö kçə arasındakı gərgin münasibətlərdən öz xeyri üçün istifadə etmək
fikrinə düĢür. Hakimiyyət və imtiyazlarını saxla maq üçün o, XII əsrin son iki onilinin
ardı-arası kəsilməyən çəkiĢmələrindən bacarıqla istifadə edərək, hakimiyyət iddiasında
olan Ģəxsləri məharətlə bir-birinə qarĢı qaldırırdı. O, ö zbəyi güzəĢtlər hesabına öz
tərəfinə çəkməyə çalıĢır. Bu məqsədlə xəlifə öz sərkərdəsi Əbülheyca tərəfindən
aralarında baĢ vermiĢ hərc-mərclik üstə əsir alınmıĢ Özbəyin təcili buraxılmasını əmr
edir, ona fəxri xələt və q ızıl q ılınc göndərir.
Tezliklə Özbəyin Həmədandakı mövqeyi sarsılır. O, xəlifə qoĢunlarına etibar
etməyərək, yardım üçün qardaĢı Əbubəkrin yanına - Azərbaycana yollanır. 1197-ci ilin
ortalarında Özbək yenidən Həmədana qayıdır. Həmədan vilayətinin idarəsi Gökçəyə
həvalə edilir. Lakin o da Ģəhər əhalisinə olmazın zülm verir. Bu xəbər Əbubəkrə
çatanda o, etibar etdiyi Ģəxslərdən birini - qazı Ġbn Zeynəddini Özbəyin caniĢini və
vəziri səlahiyyətləri ilə Həmədana göndərir. Lakin həmin Ģəxs də özünü fərasətsiz
hakim kimi nümayiĢ etdirir, gününü ziyafətlərdə və təntənəli qəbullarda keçirir.
1200-cü ildə vəfat etmiĢ xarəzmĢah TəkiĢin yerini soltan Əlaəddin Məhəmməd
(1200-1220) tutur. Yeni xarəzmĢahın ölkənin daxili iĢləri ilə məĢğul olmasından istifadə
edən Ġraq əmirləri bir sıra Xarəzm hərbi hissələrinə hücum etdilər və onları ölkədən
qovdular. Özbək, Gökçə və Azərbaycandan gəlmiĢ Əbubəkr bu iĢlərdə xüsusi fəallıq
göstərdilər. Əbubəkr Həmədanı Özbəyə tapĢırır, Reyi nahiyələri ilə birgə Gökçənin
321
ixtiyarına verir, Ġsfahanı isə öz mülklərinə qatır. Beləliklə. Fars Ġraqının torpaqları rəsmi
surətdə bölüĢdürülür. Lakin günlərini eyĢ -iĢrətdə və keyf məclislərində keçirib
zəifləyən, Gökçənin günü-gündən artan qüdrəti qarĢısında acizlik göstərən Əbubəkr
Həmədandan Ġsfahana köçür, ordusunun böyük hissəsi isə təntənəli surətdə Həmədana
daxil olan Gökçənin tərəfinə keçir. Çox keçmədən Əbubəkrin tərəfində olan Ġraq əmir-
lərinin qalan hissəsi də xəyanət edərək, öz qoĢunlarını Gökçənin ixtiyarına verirlər.
Əbubəkr Azərbaycana qayıdır. Təsvir olunan hadisələrin Ģahidi olan tarixçi Ravəndi
Əbubəkrin Azərbaycana köçməsini səhv addım kimi qiymətləndirərək təəssüflə yazırdı: "O,
ağzınadək sərvətlə dolu, əmin-amanlığın bərqərar olduğu ölkəni ən alçaq adamların
ixtiyarına verdi. Mən bu adamların cinayətlərini necə təsvir edim? Vəzirin yerini, əmirin
vəzifəsini elələri tutmuĢlar ki, adam hətta onların adlarını çəkməyə belə utanır".
Azərbaycana qayıtması da günlərini eyĢ-iĢrətlə keçirən, öz dövlətinin
təhlükəsizliyinə az fikir verən atabəy Əbubəkrin həyat tərzin i dəyiĢ mədi.
Bu zaman gürcü qoĢunları Ġvane Mxarqrdzelin in baĢçılığı altında Gəncəni
mühasirəyə alırlar. Gürcü hökmdarı Tamara və ġirvanĢah I Axsitan da buraya gəlirlər. 25
günlük mühasirədən sonra Gəncə Ģəhərini tuta bilməyən gürcülər mühasirədən əl
çəkərək Naxçıvana doğru hərəkət edirlər.
1202-1203-cü illərdə gürcü qoĢunları Azərbaycan atabəylərinin tabeliyində olan
Dvin Ģəhərinə hücum edib, uzun sürməyən mühasirədən sonra onu ələ keçirirlər.
Salnamələrdən məlum olur ki, Dvini qarət edən gürcülər Ģəhərdə elə dəhĢətli qırğın
törədirlər ki, "bundan insanın bədənindəki tüklər ürpəĢirdi".
Gürcülərin Dvin Ģəhərini ələ keçirməsindən xəbər tutan Əbubəkr, onların ölkənin
içərilərinə soxulacağından ehtiyat edərək, Naxçıvandan Təbrizə yollanır. Yaran mıĢ
çətin vəziyyətə baxmayaraq, o, dövlət iĢləri ilə məĢğul olmağ ı, demək o lar bir tərəfə
qoyur, qoĢunların qayğısına qalmır, sərxoĢluqdan baĢı ayılmayan əyyaĢ a çevrilir.
1204-1205-c i illə rdə gürcülər A zərbaycanın içərilə rinə so xu lurlar. Ġbn ə l-
Əsirin yazd ığına görə, onlar Azərbaycanda "xeyli zorakılıq, dağıntı törətdilər,
qarətçilik etdilər, bir ço xların ı əsir tutub apardılar". Sonra gürcülər Xilat və
Malazg irtə yürüĢ edib, çox keç mədən yenidən həmin yerlə rə, o cü mlədən Ərc iĢə
soxulurlar. Burada, gürcülərlə yerli hakimlərin qoĢunları arasında baĢ verən
döyüĢdə gürcü ordusu məğlubiyyətə uğradılır.
Sonrakı il gürcü qoĢunları yenidən Azərbaycanın qərb vilayətlərinə
hücum edib, bir ço x məskənləri xarabazara çevird ilər; bir daha Xilatı tutmağa cəhd
göstərsələr də, yenidən darmadağın edildilər. Əl-Hüseyni və Ġbn əl-Əsirin
məlu matına görə, öz hacib və əmirlərinə gürcülərin hərəkətləri haqqında ona heç
bir məlu mat verməməyi tapĢırmıĢ Əbubəkr gürcü hücumunun qarĢısını almaq
məqsədi ilə, nəhayət, gürcü hökmdarının qızı ilə evlənir. Mənbələrdən aydın olur
ki, bu izdivacdan sonra "gürcülər ölkəni qarətdən, yürüĢlərdən və adamları
qırmaqdan əl çəkdilər".
Gü rcülərin tez-tez A zərbaycana hücum etməsindən və Əbubəkrin
zəifliy indən istifadə edən Marağa hakimi Əlaəddin Kö rpə Arslan və Ġrbil hakimi
322
Müzəffərəddin Göybari Azərbaycan atabəylərinin tabeliyində olan əraziyə
soxuldular və Əbubəkrin o lduğu Təbrizə doğru hərəkət etdilər. Əbub əkrin xahiĢi
ilə Cahan Pəhləvanın məmlükü ġəmsəddin AydoğmıĢ onun köməyinə gəldi. Hələ
1204-cü ildə, o, Gö kçənin hakimiyyətinə qarĢı çıxaraq, a rala rında baĢ vermiĢ
döyüĢdə onu öldürmüĢ, Rey, Həmədan və əl-Cibəli ələ keçirmiĢdi. O zaman onunla
birlikdə çıxıĢ etmiĢ Ģahzadə Özbək qardaĢı Əbubəkr tərəfindən ələ keçirilmiĢ
ərazilərin hakimi elan olun muĢdu; bununla belə dövlətdəki bütün iĢlərin
sərəncamçısı (müdəbbiri) məmlük AydoğmıĢ olmuĢdu.
Təbrizə çatan AydoğmıĢ Ġrb il hakiminə xəbərdarlıq məktubu göndərərək,
onu hədələyir. AydoğmıĢ ilə ü zləĢməkdən çəkinən Ġrbil hakimi müttəfiq i Marağa
hakiminin onu dilə tutmasına baxmayaraq, vətəninə qayıdır.
AydoğmıĢ və Əbubəkrin qoĢunları Marağanı mühasirəyə alırlar; qısa
müddətli mühasirədən sonra barıĢıq imzalan ır. BarıĢığa əsasən Marağa hakimin in
qalalarından biri Əbubəkrə, Əbubəkrin nəzarətində olan UĢnu və Urmiya Ģəhərləri
isə Körpə Arslana verilir.
Bundan sonra AydoğmıĢın Ġraq ərazisindəki hakimiyyəti möhkəmlənir. O,
xəlifədən təmtəraqlı "ulu xaqan, ən böyük padĢah, dövlətin və dinin günəĢi, islamın
və müsəlmanların dayağı, ġərqin və Qərbin hökmdarlar hökmdarı AydoğmıĢ"
ləqəbini alır.
1208-c i ilin ortalarında Ağsunqur əl-Əhməd ilin in nəslindən olan Marağa
hakimi Körpə Arslan vəfat ed ir. Bir qədər sonra onun azyaĢlı oğlunu n ölümü ilə əl-
Əh mədili nəsli sona çatır.
Bundan istifadə edən atabəy Əbubəkr Marağanı və əl-Əh mədili nəslin in
Ruindej qalasından baĢqa bütün torpaqlarını tutur. Ruindej qalasını Körpə Arslanın
bütün sərvətlərini mənimsəmiĢ xacəsi ələ keçirmiĢdi. Elə bu vaxt xarəzmĢah
TəkiĢin oğlu Tacəddin ƏliĢah Əbubəkrin torpaqlarına hücum edir, lakin Əbubəkr
bu hücumu dəf edə bilir.
1210-cu ildə atabəy Əbubəkr vəfat edir. Dövrün müsəlman tarixçilərin in
(Ġbn əl-Əsir, əl-Hüseyni) ona qarĢı aĢkar qərəzçilik münasibətlərinə baxmayaraq, o,
hər halda Azərbaycanda, xüsusilə Marağanı tutduqdan sonra, ö z mövqelərini
möhkəmləndirə bilmiĢdi. Əbubəkrin gürcü hökmdarı ilə qohumlaĢ ması barədə Ġbn
əl-Əsirin açıq kinayəsinə baxmayaraq, məhz bu izdivac müvəqqəti də olsa,
atabəyin hakimiyyəti altında olan torpaqlara gürcü yürüĢlərinin qarĢısını almağa
kö mək etmiĢdi.
Əbubəkrin ölü mündən sonra onun tabeliyində olan mülkləri qardaĢı
Müzəffərəddin Özbək idarə etməyə baĢlayır. Onun hakimiyyətinin ilk ilində (1210-
1211) gürcü qoĢunları yenidən Azərbaycana hücum edirlər. Bu, gürcülə rin
Azərbaycana təĢkil etdikləri ən böyük hərbi yürüĢlərdən id i. Əvvəlcə Naxçıvana
hücum edən gürcülər, Ģəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlirlər və
Dərədüz dərəsini keçib, Mərəndə yaxın laĢırlar. Əhali Ģəhəri tərk edir. Mərəndə
girən gürcülər orada talanlar törədir, sonra isə Təbrizi mühasirəyə alırlar. ġəhərin
323
hakimi atabəy Cahan Pəhləvanın arvadı Zahidə xatun Ģəhər rəisləri ilə
məsləhətləĢərək, gürcülərə çoxlu pul, qiy mətli daĢ -qaĢ və mal verməklə Ģəhəri və
Ģəhərliləri xilas edir. ÇağdaĢ müəllifin sözlərinə görə, "bac elə yüksək məb ləğdə idi
ki, böyüklü-kiçikli bütün gürcülər varlandılar".
Təbrizin ətrafını qarət edən gürcülər Miyanəyə doğru yollandılar. ġəhər
hakimi təbrizlilər kimi hərəkət edərək, gürcülərə "qızıl, gümüĢ və qiymətli daĢ-qaĢ"
verməklə, miyanəlilərin canlarını qurtara bildi. Gürcülər M iyanədə hərbi hissə
yerləĢdirib, Ģəhəri tərk edirlər. Onlar gedən kimi Ģəhər əhalisi həmin hərbi hissəyə
hücum edib, bütün gürcü əsgərlərini qətlə yetirir. Bunun əvəzi olaraq, gürcülərin
Miyanəyə göndərdiyi cəza dəstəsi məliki və onun ailə üzvlərini öldürmüĢ, Ģəhəri
qarət edib, sonra isə yandırmıĢdı.
Gü rcü qoĢunlarının bir hissəsi Miyanədən Zəncan tərəfə üz tutur. ġəhər
sakinləri palçıqdan düzəlmiĢ qala divarlarını möhkəmləndirərək, düĢmənlə döyüĢə
giriĢirlər. Lakin b ir neçə gündən sonra gürcü qoĢunları divarın altından lağım ataraq,
Ģəhərə soxulurlar; əhali əsir edilir, xeyli qənimət ələ keçirilir. Sonra gürcülər Qəzvin və
Əbhəri də mühasirəyə alır, ələ keçirir və talayıb çapırlar.
Gürcü qoĢunlarının digər hissəsi Təbrizdən Ərdəbilə doğru yürüyür. Yol üstü
gürcülər Uçanı mühasirəyə alırlar. ġəhər əhalisi qiymətli hədiyyələrlə talan və
qarətlərdən xilas ola bilir. Sonra Ərdəbil mühasirə edilir. Gürcü mənbəyindən
("Tacidarların tarixi və mədhi") aydın olur ki, gürcü süvariləri sübh tezdən "Ģəhərə
soxularaq, onu döyüĢsüz ələ keçirir", Ģəhər hakimi və onun ailəsi əsir alınır; "Ģəhərin
saysız-hesabsız sərvətlərini" ələ keçirən gürcülər onun xilas olmağa can atan 12 min
sakinini qılıncdan keçirir.
Gürcü tarixçisi daha sonra qeyd edir ki, Zaxare M xarqrdzelininin baĢçılığı
altında olan qoĢunlar Xəzər dənizinin Ģərq sahillərinə, o cümlədən Gürganadək
irəliləyərək, həmin əraziləri talayıb çapırlar. Geri qayıdarkən gürcülər "bir çox qalaları
ələ keçirir, Naxçıvan və Beyləqan Ģəhərləri üzərinə xərac qoyurlar. Dvini və onun
qalalarını ələ keçirən gürcülər yenidən Mərəndə hücum edib, zor gücünə onu tutur,
kiĢilərini qırıb, qadınlarını əsir aparırlar".
Bu zaman Fars Ġraqında vəziyyət dəyiĢməyə baĢlayır. Atabəy Cahan
Pəhləvanın sabiq məmlükü Nəsirəddin Menqli böyük qoĢun toplayaraq, AydoğmıĢa qarĢı
çıxıĢ edir. 1212-ci ilin noyabrında baĢ verən döyüĢdə AydoğmıĢ məğlubiyyətə uğrayaraq,
Bağdada qaçır. Həmədan, Rey, Ġsfahan və baĢqa vilayətləri ələ keçirən Menqli isə öz
adına xütbə oxutduraraq, pul kəsdirməyə baĢlayır.
1212-ci ilin axırına yaxın xəlifə ən-Nasir Menqliyə qarĢı böyük ordu
hazırlayır. Lakin Menqli yaranmıĢ Ģəraitdən istifadə edərək, AydoğmıĢı sıradan
götürür, sonra isə xəlifəyə kəskin məktub yazaraq, onun Fars Ġraqındakı iĢlərə
qarıĢmağa haqqı o lmadığ ını b ild irir.
Xəlifə ən-Nasir yenə də adəti üzrə yaranmıĢ vəziyyətdən istifadə etməyə
çalıĢır; Özbəklə özünü müstəqil hökmdar kimi aparan Menqli arasındakı
düĢmənçilik münasibətlərin i q ızıĢdıraraq, Özbəyi atasının məmlü künə qarĢı
324
müharibəyə təhrik edir.
1215-c i ilin sentyabrında xəlifən in, e ləcə də Ġrbil, ġəhrə zurvə digər vilayət
hakimlərinin b irləĢmiĢ qoĢunları Həmədana doğru hərəkət edirlər. Həmədan
yaxınlığında baĢ verən döyüĢdə məğlubiyyətə uğrayan Menqli, öncə Kərəc
yaxınlığındakı dağlarda gizlənir, sonra isə Savəyə yollanır və orada öldürü lür.
Menqlinin öldürülməsindən və Ġraqda olan qoĢunların ın darmadağın
edilməsindən sonra onun tabeliyində olan torpaqlar xəlifə, is maililər və Özbək
arasında bölüĢdürülür. Özbək ö z caniĢini vəzifəsinə əvvəllər xarəzmĢah Əlaəddin
Məhəmmədin xid mətində olmuĢ OğlımıĢı təyin edir. OğlımıĢ dərhal xarəzmĢahın
adına xütbə o xutdurmağa baĢlayır. Atabəy və xəlifə xütbəyə etiraz etməsələr də
xəlifə ən-Nasir bunu hər halda xəlifə hüquqların ın pozulması kimi qiy mətləndirir
və 1217-1218-ci ildə is maililərin kö məyi ilə artıq "qorxulu" adam saydığı OğlımıĢı
qətlə yetirtdirir. Ġraqda xarəzmĢahın adına xütbə oxun masın a son qoyulur. Bu
hadisə xarəzmĢahın kəskin narazılığına səbəb olur. O, yü z minlik ordu ilə Ġraqa
doğru irəliləyir. Bu zaman OğlımıĢın ölü mündən istifadə edən Özbək və onun
vassalı fars hakimi Səd ibn Zəngi eyni bir vaxtda Fars Ġraqının ərazisinə hücum
edirlər. Özbək Ġsfahanı, Səd ibn Zəngi isə Rey, Qəzvin, Xuvar və Simnan ı ələ
keçirirlər. Bundan xəbər tutan xarəzmĢah qoĢun göndərib, əvvəl Sədi, sonra isə
Özbəyin baĢqa bir vassalı olan, onun əmri ilə atabəyin qoĢunu və varidatı ilə
birlikdə Təbrizə doğru geri çəkilmək istəyən Əhər hakimi Nüsrətəddin Məhəmməd
ibn PiĢtegini əsir ala bilir. Özbək ö zü iki yüz qulamı ilə Azərbaycan dağlarında
gizlənir.
XarəzmĢah, Özbəyin yanına elçi göndərib, atabəyin hakimiyyəti altında
olan bütün vilayətlərdə öz adına xütbə oxutdurulmasını və pul kəsilməsini tələb
edir. Ən-Nəsəvinin məlu mat ına görə, "ġirvan Dərbəndinədək Arranın və
Azərbaycanın minbərlərindən soltanın Ģərəfinə xütbələr o xunur". Özbək
xarəzmĢahın vassalı hesab olunmağa baĢlayır.
Gürcülərin atabəy mülklərinə yeni müdaxiləsi Özbəyi xarəzmĢaha
Ģikayətlənmək məcburiyyətində qoyur, XarəzmĢah gürcü hökmdarına xəbərdarlıq
məktubu göndərməklə yanaĢı, Gürcüstan yürüĢü üçün 50 min süvari ayırır.
Gürcü hücumlarının arasının kəsilməsindən istifadə edən Özbək öz
mülklərində iĢləri qaydaya salmaq qərarına gəlir. Bu məqsədlə o, 1214/15-ci ildə
atabəy xəzinəsinə vergiləri ödəməkdən imtina etmiĢ yerli hakimləri cəzalandırmaq
üçün Qarabağa (Xaçına) yürüĢ edir. XIII əsrin anonim müəllifinin məlu matına görə,
atabəyin "qoĢunları qələbə çalaraq, hamını qılıncdan keçirtdilər. Onlar xeyli pul və
zəngin hərbi qənimət gətirdilər. Həmin çoxallahlıların bütün evlərini və məskənlərini
yandırdılar".
Gürcü hökmdarı IV Georgi LaĢa xarəzmĢahın Gürcüstana hərbi yürüĢünün
qarĢısını almaq məqsədi ilə onun sarayına qiymətli hədiyyələrlə elçilər göndərir. Lakin
bu yürüĢ onsuz da baĢ tutmur. Öz dövlətini oğulları arasında bölüĢdürmüĢ xarəzmĢah
çox keçmədən Fars Ġraqını da oğlu Rüknəddin Qursancdıya verir. Özü isə Bağdadı ələ
325
keçirmək, bu Ģəhəri səlcuqlar dövründə olduğu kimi öz dövlətinin paytaxtına çevirmək
məqsədilə Ərəb Ġraqına yürüĢ edir. 1217-ci ilin payızında baĢlanmıĢ bu yürüĢ
xarəzmĢah Məhəmməd üçün uğursuzluqla nəticələnir; Xulvan yaxınlığındakı Əsədabad
aĢırımında Xarəzm qoĢunu qarlar altında qalır. Xeyli döyüĢçü və bütün mal-qara məhv
olur, geri çəkilənlərin çoxunu köçərilər qətlə yetirirlər.
Çoxminlik Xarəzm ordusunun Xulvan yaxınlığındakı dəhĢətli uğursuzluğu o
dövrün islam dünyasında Abbasilər sülaləsinə zərər yetirməyə cəhd göstərənlərin
Allahın cəzasına məruz qalması faktı kimi qiymətləndirildi. Cuveyni yazırdı ki,
"Abbasilər əleyhinə təĢkil olunmuĢ bu yürüĢ soltana qarĢı çevrildi". Bəzi orta çağ müəl-
lifləri (Ġbn əl-Əsir, əl-Məqrizi, Əbülfida, Mirxond və b.) xəlifə ən-Nasirin xarəzmĢaha
qarĢı monqollardan istifadə etməsinə açıq-aĢkar iĢarə vururdular. Ġbn Vasilin baĢqa
mənbələrdəki məlumatla təsdiq olunan sözlərinə görə, "xarəzmĢah Bağdada doğru
hərəkət edərkən, xəlifə tatarların hökmdarı Çingiz xana məktub göndərib, onu
xarəzmĢahın ölkəsinə hücum etməyə təhrik edir".
Hadisənin beləliyindən asılı olmayaraq, monqollar doğrudan da 1219-cu ilin
yayının sonunda XarəzmĢahlar dövlətinə hücum etdilər. Yerli əhaliyə böyük bəla
gətirən bu hücumun nəticəsində biri digərinin ard ınca Otrar, Bu xara, Səmərqənd,
NiĢapur, Urgənc kimi iri Ģəhərlər süqut etdi. Monqolların əlindən canını götürüb,
bir Ģəhərdən o birinə qaçan xarəzmĢah Məhəmməd ömrünü Xəzər dənizin in
adalarından birində, Ģərəfsiz baĢa çatdırdı.
Xarəzm dövlətinin əsas torpaqlarının monqollar tərəfindən ələ
keçirilməsindən sonra xarəzmĢahın varisləri olan oğlan ları, eləcə də bu dövrdə ad
çıxarmıĢ feodallar, bir-birilə amansız ara müharibələri aparan mü xtəlif qrupların
baĢında durdular. Bu ara müharibələri monqollara qarĢı mübarizə üçün hətta
müvəqqəti birləĢ məyi də imkansız etdi. Feodal dəstələri monqol talanından salamat
çıxmıĢ əhalini qarət etməyə baĢladılar, ən-Nəsəvinin dili ilə desək, "onlar Ġraqda
tatarlardan sonra salamat qalmıĢ mal-qaran ı qırdılar, ölkəni v iran qoydular...
Kəndlilər isə kö mək üçün dad etdilər, ancaq hay verən olmadı". Orta Asiyanın
monqol qoĢunları o lmayan yerlə rində, eləcə də ġimali Ġran və Azərbaycanda da
vəziyyət belə idi.
|