§ 6. SALARĠLƏR DÖVLƏTĠ
X əsr Azərbaycanın siyasi tarixində mövcud dövlətlərin möhkəmlən məsi
və yenilərinin yaran ması dövrü olub. Burada hakimlik edən sülalələr
müsəlman ların mənəvi-siyasi baĢçısı xəlifəyə zahiri itaətlərini saxlay ır, lakin bir
sıra hallarda Yusif Sacin in timsalında gördüyümüz kimi, siyasi hakimiyyəti də ələ
keçirirdilər.
Saciləri mənĢəcə Deyləmdən o lan Salarilər əvəz etdilər. Onla rın
Azərbaycandakı ilk nümayəndəsi Deyləm hakimi Məhəmməd ibn Müsafirin oğlu
Mərzban ibn Məhəmməd oldu. Hələ Deyləmdə olarkən o, qardaĢı Vəhsudanla
birlikdə atasına qarĢı çıxaraq, vilayətin baĢlıca qalaları Taro m və Samiramı
(ġamiramı) ələ keçirtdi. 941/942-ci ildə Mərzban ibn Məhəmməd Sacilərin son
nümayəndəsi Deysəmin höku mətində maliyyə vəziri vəzifəsini daĢıyan Əli ibn
Cəfərin təhrikilə A zərbaycana hücum edir. DöyüĢ zaman ı Deysəmin bir ço x
döyüĢçüləri, əsasən kürdlər və deyləmlilər Mərzbanın tərəfinə keçirlər. Deysəm isə
salamat qalmıĢ kiçik dəstəsiylə ona sığınacaq vermiĢ Vaspurakan hakimi, dostu
Qaqik Artsruninin yanına qaçır.
Deysəmin ordusunu darmadağın edən Mərzban ibn Məhəmməd
Azərbaycanda hakimiyyəti ələ keçirir. Sacilərin keçmiĢ vəziri Əli ibn Cəfəri isə
ĢərtləĢdikləri kimi əvvəlki vəzifəsində saxlayır. Lakin ço x keçmədən vəzirin
276
əleyhdarları Mərzbanı ona qarĢı qaldırırlar. Bunu baĢa düĢən Əli ibn Cəfər onun
guya Salari xəzinəsi üçün böyük miqdarda pul əldə etmək məqsədilə Təbrizə
getməsinə icazə verməsini xah iĢ edir. Mərzban razılıq verir və deyləmlilər
dəstəsinin müĢayiəti ilə onu Təbrizə göndərir. Təbrizə gələn Əli əhali ilə razılaĢıb,
Vaspurakanda gizlən miĢ Deysəmi Ģəhərə dəvət edir.
Bu dövrdə Təbrizdə baĢ verən hadisələrin gediĢini mü xtəlif tərzdə
iĢıqlandıran orta çağ müəllifləri (Ġbn əl-Əsir, Ġbn Misqəveyh) bircə məsələdə
həmrəydirlər: öz mənafeyi xatirinə gah Deysəmin, gah da Mərzbanın tərəfini tutan
hiyləgər vəzirin məkrliliyi həm onu müĢayiət edən deyləmlilərin, həm də bir çox
günahsız Ģəhərlin in qanına bais oldu.
Deysəm və Mərzbanın qoĢunları Təbriz yaxınlığında qarĢılaĢırlar. Təbrizlilərə
arxalanan Deysəm tərəfdarları ilə Ģəhərə daxil olur. Mərzban isə Təbrizi mühasirəyə
alaraq, yenidən vəzirlə dil tapır, ona toxun mayacağına söz verir.
Təbrizin mühasirəsinin uzanması Deysəmi gizlincə Ģəhəri tərk edib, Ərdəbilə
getməyə məcbur edir. Bundan xəbər tutan Mərzban yardıma gəlmiĢ qardaĢı Vəhsudanla
birlikdə Ərdəbili mühasirəyə alır. Uzunmüddətli mühasirə Ģəhərdəki ehtiyatların
tükənməsinə, ərdəbillilərin üsyan qaldırmasına səbəb olur. Deys əmin vəziri Nəimi də
əhalini üsyana təhrik edənlərdəndi. Mərzbanla gizli danıĢıqlara girən Nəimi öz
hökmdarını barıĢığa razı sala bilir. Əldə olunmuĢ razılığa görə Deysəm öz ailəsi ilə
Tarom qalasında yaĢamaq icazəsi alır.
Bu hadisədən sonra Deysəmin adı bir müddət tarix səhnəsində çəkilmir. Paytaxt
Ģəhəri Ərdəbil isə xeyli müddət müqavimətini davam etdirsə də, nəhayət, Mərzban
tərəfindən ələ keçirilir. Dövrün qaynağı, Ərdəbili iĢğal edən Mərzbanın dinc əhaliyə
tutduğu amansız divandan xəbər verir.
Deysəm üzərindəki qələbədən sonra Azərbaycanın tam hüquqlu hakiminə
çevrilən Mərzban ibn Məhəmməd bu ərazidə Salarilər sülaləsi hakimiyyətinin əsasını
qoyur. Məhz onun hakimiyyət baĢında olduğu illər bu dövlətin çiçəklənmə dövrünə
təsadüf edir. Salarilərin bu zamankı sərhədləri Sacilər dövlətinin ən yüksək inkiĢaf dövrü
hüdudları ilə üst-üstə düĢürdü. Demək olar, bütün Azərbaycanı ələ keçirmiĢ Mərzban
ibn Məhəmməd Ermənistanda da hakimiyyətini təsdiqlədi, əvvəllər Sacilərə vergi
verən ĢirvanĢahları indi də onlara vergi ödəməyə məcbur etdi. Beləliklə, Salarilərə
tabe edilmiĢ ərazinin hüdudları Ģimalda Dərbəndədək çatdı.
Mərzbanın hakimiyyətinin baĢlanğıcında, 943/44-cü ildə ruslar yenidən
Azərbaycana soxuldular. Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə çıxmıĢ ruslar
çayın axarına qarĢı üzərək Bərdəyə çatdılar. Mərzban beĢ min nəfərlik qoĢunla onlara
qarĢı çıxıĢ etdi. Dövrün qaynağında iki ordunun qarĢılaĢması bu cür təsvir edilir: "Heç
bir saat keçməmiĢdi ki, müsəlmanlar qaçmağa məcbur edildilər, deyləmlilər son
nəfərinədək qırıldılar... Ruslar [Ģəhərdə] yerləĢib, aman verəcəklərini bildirdilər,
özlərini yaxĢı apardılar. [Sonra] hər tərəfdən müsəlman qoĢunları axıĢıb gəldilər. Ruslar
onlarla döyüĢdülər, müsəlmanlar isə ruslarla döyüĢdə tab gətirmirdilər. [Silahsız] Ģəhər
əhalisi rusları daĢlayır, onların üstünə çığırırdı. Bu bir müddət davam etdi. Rusların
277
carçısı əhaliyə üç gün ərzində Ģəhəri tərk etmək əmrini elan etdi. Getmək imkanı olan-
ların hamısı Ģəhərdən çıxdı, əhalinin əksəriyyəti isə təyin olunmuĢ vaxtdan sonra da
Bərdədə qaldı. Ruslar onları qılıncdan keçirib, xeyli insanı məhv etdilər, qırğından
sonra əhalinin on min nəfərə yaxınını əsir aldılar. Onları came məscidinə yığıb dedilər:
"Həyatınızın bahasını verin, yoxsa sizi qıracağıq". Xristian olan birisi hamının yerinə
danıĢaraq, adambaĢı 20 dirhəm haqq müəyyənləĢdirdi. Bu təklifi yalnız ağıl sahibləri
qəbul etdilər. Ruslar onlardan bir Ģey qopara bilməyəcəklərini gördükdə hamısını
döyməyə baĢladılar. Yalnız qaça bilənlər xilas oldular. Ruslar əhalinin əmlakını qənimət
kimi ələ keçirdilər, əsirləri qul etdilər, xoĢlarına gələn qadınları da özləri üçün
seçdilər".
Bu hadisə haqqında məlumat verən "Alban tarixi"nin müəllifi də təsdiq edir
ki, ruslar "Ģəhərliləri qılıncdan keçirdilər və əhalinin bütün əmlakına y iyələndilər".
Mərzban ibn Məhəmməd bu dəfə ruslara qarĢı otuz min nəfərlik qoĢun
yeritdi, lakin yenə də uğursuzluğa düçar oldu. Çox keçmədən gözlənilməz hadisə baĢ
verdi: qədərsiz meyvə yemiĢ ruslar arasında epidemiya baĢlandı. Mərzban ruslara
yenidən hücum etdi. Bu dəfə o, fənd iĢlədərək, yalnız müəyyən iĢarədən sonra həmlə
ruslara edəcək dəstəni pusquda saxladı. DöyüĢ baĢlandı, Mərzbanın qoĢunu qəsdən
qaçmağa üz qoyaraq, pusquda dayanan dəstənin yanından keçdi. Lakin ruslara qarĢı
ürəklərdə elə böyük qorxu vardı ki, geri çəkilən döyüĢçülər pusquda dayanan dəstəyə
hücum iĢarəsi vermədilər. Vəziyyəti belə görən Mərzban həyatı bahasına olsa da,
qorxuya düĢmüĢ döyüĢçüləri öz ardınca aparmaq qərarına gəlir. Ġrəli atılaraq, pusquda
dayanmıĢ dəstəyə iĢarə verən döyuĢçüləri də öz ardınca aparır. Ruslar məğlubiyyətə
uğrayırlar. Onların sərkərdəsi isə həlak olur. Lakin Ģəhərin mühasirəsi hələ də
yarılmamıĢ, uzun müddət davam etmiĢdi.
Elə bu zaman Azərbaycanın cənub hissəsi Mosul əmiri qoĢunların ın
hücumuna məru z qaldı. QoĢunun bir hissəsini Bərdənin mühasirəsində saxlayan
Mərzban cənuba, Mosul əmirinin qoĢunlarının yetiĢdiyi Səlmasa tərəf hərəkət edir.
Rəqib lər arasında döyüĢ baĢ verir. Yağ mağa baĢlayan qar əsasən bədəvi ərəblərdən
təĢkil edilmiĢ Mosul qoĢununun geri çəkilməsinə səbəb olur. Məhz bu vaxt,
Bağdad üzərinə yürüĢ etmək qərarına gəlmiĢ Mosul əmiri öz sərkərdəsini
tabeliyində olan qoĢunla geri çağırır.
ġiddətlən məkdə olan epidemiya və müsəlmanların aramsız mühasirəsi
rusları Bərdəni tərk etməyə məcbur edir. Onlar qarət etdikləri qənimətlərlə
yüklən miĢ gəmilərinə minərək, öz ö lkələrinə tərəf ü zürlər. Mərzbanın mühasirə
dəstəsi isə o qədər zəif idi ki, düĢmənin çıxıb getməsinə heç bir maneçilik törədə
bilməd i. Beləliklə, Mərzban mosullulara qarĢı yürüĢdən qayıdanadək ruslar Bərdə
və onun ətrafını tərk etdilər.
Dövlətinin cənub-Ģərq sərhədlərin i möhkəmləndirmək məqsədilə Mərzban
Həmədan və Ġsfahan hakimi, Buveyhilər sülaləsindən olan Rüknəddövlə (941-977)
ilə müharibəyə baĢlamaq qərarına gəlir. 948/49-cu ildə Qəzvin yaxınlığ ındakı
döyüĢdə Mərzbanın qoĢunları məğlubiyyətə uğrayır, o özü və bir neçə sərkərdəsi
278
isə əsir alınaraq, Ġsfahandan cənubda yerləĢən Samiram qalasına göndərilir.
Bu hadisədən sonra Azərbaycanda hakimiyyət uğrunda mübarizə baĢlanır.
QoĢunların bir hissəsi Mərzbanın Ərdəbilə gəlmiĢ atası Məhəmməd ibn Müsafirə
sədaqət andı içir. Lakin ço x keçmədən ordu özbaĢınalıq edən Məhəmmədə qarĢı
çıxır. Canını götürüb oğlu Vəhsudanın yanına qaçan Məhəmməd oğlu tərəfindən
həbs edilir.
Mərzban üzərində qələbə qazanan Rüknəddövlə öz sərkərdələ rindən
Məhəmməd ibn Əbdürrəzzaqı A zərbaycan hakimi təyin edir.
Hadisələrin gediĢindən narahat olmuĢ Vəhsudan, Məhəmməd ibn
Əbdürrəzzaqa qarĢı çıxıĢ etmək üçün hələ də Taro mda yaĢayan keçmiĢ Azərbaycan
hakimi Deysəmi ö lkəyə dəvət edir.
Məhəmməd ibn Müsafir qaçandan sonra Ərdəbildə qalmıĢ deyləmlilər
Mərzbanın sərkərdələrindən biri o lan Əli ibn Fəzli özlərinə baĢçı seçmiĢdilər.
Vəhsudanın sözü ilə Deysəmi Azərbaycan hakimi kimi tanıyan Əli ibn Fəzl onunla
birləĢir. Deysəm isə Varsana gələrək, döyüĢə hazırlaĢmağa baĢlayır. O, bütün xəzinəni
və baĢqa sərvətləri vəziri Ġbn Mahmuda etibar edib, döyüĢün nəticəsini Muğan
dağlarında gözləmək əmrini verir. Bütün xəzinəni əlində cəmləĢdirmiĢ Ġbn Mahmud
xəyanət yoluna keçərək Ərdəbilə gəlir və Məhəmməd ibn Əbdürrəzzaqın tərəfinə keçir.
Bu hadisə Deysəmlə Məhəmməd ibn Əbdürrəzzaq arasında baĢ vermiĢ döyüĢün taleyini
həll edir. Nəticədə Azərbaycanın cənub-Ģərq vilayətləri Buveyhilərin əlinə keçir və
Məhəmməd ibn Əbdürrəzzaq tərəfindən idarə olunmağa baĢlayır. Azərbaycan və Dvin
qarıĢıq Ermənistanın baĢqa vilayətləri isə yenidən Deysəmin idarəsi altına keçərək,
ona vergi ödəməyə baĢlayır.
Böyük sərvət toplaya bilmiĢ Deysəm Ərdəbilə gəlir və burada Ģəhəri idarə
edən deyləmli sərkərdə Əli Ġbn MiĢaki ilə toqquĢur. Deysəmə xid mət edən
deyləmlilərin çoxu Əli ibn MiĢakinin tərəfinə keçir. Məğ lubiyyətə uğrayan Deysəm
kürdlərdən ibarət dəstəsi ilə Ermənistana qaçmalı olur.
952/53-cü ildə Salarilər sülaləsinin hələ də Samiram qalasında saxlan ılan
banisi Mərzban ibn Məhə mməd həbsdən qaça bilir. O, Ərdəbilə gələrə k,
Azərbaycanda öz hakimiyyətini bərpa edir, Əli ibn MiĢakini isə Deysəmin ardınca
Ermənistana göndərir. Bundan xəbər tutan Deysəm Mosula, oradan isə Bağdada, onu
hörmətlə qarĢılayan xəlifənin hüzuruna gedir. Lakin çox keçmədən vəziyyət elə gətirir ki,
Deysəm Bağdadı tərk edib yardım almaq üçün Mosula, Nəsirəddövlənin yanına getməli
olur. Rədd cavabı alan Deysəm DəməĢqə - Nəsirəddövlənin qardaĢı Seyfəddövlənin,
oradan isə 955/56-cı ildə köhnə dostu Vaspurakan hakiminin oğlunun yanına yollanır.
Burada olarkən o, Mərzbanın üsyan etmiĢ əhalinin çıxıĢını yatırmaq üçün Dərbəndə
getməsindən xəbər tutur. YaranmıĢ vəziyyətdən istifadə edən Deysəm öz qoĢununu
Azərbaycana yeridərək, Səlmas Ģəhərini tutur. Mərzbanın göndərdiyi qoĢun
darmadağın edilir. Lakin Deysəm Səlması əlində saxlaya bilmir və yenidən Vaspurakana,
hamisinin yanına qayıdır. Dərbənddən qayıdan Mərzban Vaspurakan hakimindən
Deysəmi təslim etməsini tələb edir. Onun əmrilə Deysəm zindana atılır. 957/58-ci ildə,
279
artıq Mərzbanın vəfatından sonra, Salari əmirlərindən biri həbsxanada saxlanılan
Deysəmi öldürtdürür. Beləliklə, dövrün parlaq Ģəxsiyyətlərindən biri olmuĢ Deysəm
ibn Ġbrahim tarix səhnəsindən çıxır.
957-c i ilin sonunda Mərzban vəfat etdi. Hökmdarın ölü mündən sonra onun
oğulları və qardaĢı Vəhsudan arasında hakimiyyət uğrunda mübarizə gücləndi. Ġbn
Misqəveyhin məlu matına görə, Mərzban hakimiyyəti rəsmi olaraq Vəhsudana
vəsiyyət etsə də, əlaltdan böyük oğlu Custanı özünün varisi elan etmiĢ, q əbul etdiyi
bu qərar haqqında bütün qalaların rəislərinə məxfi məlu mat göndərmiĢdir. Məhz bu
səbəbdən rəsmi olaraq varis elan edilmiĢ Vəhsudan Custana tabe olduqlarını
bildirmiĢ qala rəislərin in müqaviməti ilə qarĢılaĢdı. Vəhsudan Ərdəbili tərk edərək
Taro ma qayıt malı o lur. Ha kimiyyət o biri qardaĢlarının da dəstəklədiy i Custanın
əlinə keçir.Ġqamətgahı Ərdəbildə qurmuĢ Custan hakimiyyəti ələ alaraq, Deysəmin
keçmiĢ vəziri Əbu Abdullah ən – Nəimini ö zünün vəziri təyin edir. Urm hakimi
Custan ibn ġərməzandan baĢqa, Salarilərə tabe olan bütün yerlərinin hakimləri
hökmdara sədaqət andı içirlər.Lakin zahiri sakitliyinə baxmayaraq, hakimiyyət
uğrundakı mübarizə Vəhsudanın gördüyü tədbirlər nəticəsində getdikcə daha
kəskin Ģəkil alırd ı. Bu məqsədlə o, mü xtəlif fəndlərə əl atır, əməklərinə verilən
haqla razılaĢ mayan Salari qoĢunu içərisində narazılıq alovunu qızıĢdırmağa çalıĢır,
qardaĢları küsdürüb, hətta bəzi feodalları onların əleyhinə qald ırmağa cəhd
göstərirdi. Custanın sarayında baĢ verən hadisələr də vəziyyətin ağırlaĢmasına az
təsir etmirdi. Elə bu zaman, Custanın gözündən salın mıĢ vəzir Nəimi Ərdəbildən
Muğana qaçaraq, burada özünü əl – Müstəcirbillah adı ilə elan xəlifə etmiĢ
fırıldaqçı bir Ģəxslə görüĢür. Öz mənafeyi xatirinə Nəimi həmin Ģəxsi xəlifə kimi
―tanıyaraq‖, onu ilk növbədə Azərbaycanı tutmağa çağırır. Özünü Salarilərdən
təcrid etmiĢ Urm hakimi Custan ibn ġərməzan da onlara qoĢulur. Vəziyyətin
təhlükəli olduğunu dərk edən hökmdar Custan öz qoĢunlarını təzə peyda olmuĢ
―xəlifə‖n in və Custan ibn ġərməzanın birləĢmiĢ qüvvələrinə qarĢı göndərir. DöyüĢ
mü xalifət qüvvələrinin məğlubiyyəti, ―xəlifə‖nin əsir düĢməsi ilə nəticələnir.
Custan ibn ġərməzan isə öz dəstəsi ilə Urmiyaya qaçır. Lakin hökmdarın bu
müvəffəqiyyəti də onun Salari taxtındakı halimiyyətini möh kəmləndirə, daxili
çəkiĢ mələrə son qoya bilmədi. Vəziyyəti ilə razılaĢa bilməyən Vəhsudan isə yeni
yollara əl atır: bu dəfə Mərzbanın oğlu Ġbrah imi yanına dəvət edərək, onu
hədiyyələrlə ö z tərəfinə çəkir, Mərzbanın üçüncü oğlu Nəsiri isə
280
Custanın üstünə göndərə bilir. Əmisinin sözlər inə aldanan Nəsir qardaĢı
Custanı tərk edib Muğana gəlir. Burada möhkəmləndikdən az sonra Ərdəbilə
hücum edib, Custanı Ģəhərdən çıxmağa məcbur edir. Custan Ərdəbilin 6
fərsəxliyində yerləĢən Nir qalasında sığınacaq tapır.
QardaĢının məğlubiyyətindən sonra Nəsir hakimiyyəti öz əlinə alır. Lakin
bu hökmranlıq uzun sürmür. Custan ordusunun özəyini təĢkil edən kürdlər və
deyləmlilər Nəsirə tabe o lmaq istəmirlər. Əmisi Vəhsudan da ona yardım
göstərməkdən imtina edir. Əli hər yerdən üzü lən Nəsir qardaĢı Custanı Ərdəbilə
dəvət edir. Lakin artıq Custan da Salari dövlətini bürü müĢ böhranlı vəziyyəti
aradan qaldırmaq iqtidarında deyildi. Siyasi pərakəndəlik, tez-tez baĢ verən feodal
çəkiĢ mələrin nəticəsində dilənçi halına düĢmüĢ yerli əhalinin çıxıĢları bir qədər
əvvəl qüdrətli olan bu dövlətin zəifləməsinə gətirib çıxarır.
Yaran mıĢ çıxılmaz vəziyyət Custan və Nəsiri əmiləri Vəhsudana müraciət
etməyə məcbur edir. Vəhsudanın yalançı vədlərinə aldanan qardaĢlar anaları ilə
birlikdə Taro ma gəlir və burada həbs olunurlar.
Xəbər bu zaman Ermənistanda olan Ġbrahimə çatdıqda o, anasını və
qardaĢlarını xilas etmək üçün qoĢun toplamağa baĢlayır. Lakin artıq iĢ iĢdən
keçmiĢdi: Custan, Nəsir və onların anası həbsxanada qətlə yetirilmiĢdilər.
Ġbrahimin hadisələrin inkiĢafına göstərəcəyi təsirdən narahat olan
Vəhsudan Urmiya hakimi Custan ibn ġərməzandan baĢqa Əhər hakimi Custan ibn
Rəvvadı da öz tərəfinə çəkə bilir. Hər iki hakimin və Vəhsudanın oğlu Ġsmayılın
birləĢmiĢ qüvvələri Ġbrah imə qarĢı çıxıĢ edirlər. Bu qüvvə qarĢısında duruĢ gətirə
bilməyən Ġbrahim yenidən Ermənistana qaçır. Custan ibn ġərməzan isə Marağaya
sahib olub, onun ərazisini də mü lklərinə qatır.
Lakin hakimiyyət uğrunda mübarizə bununla baĢa çatmır. Güclü qoĢun
toplaya bilən Ġbrahim Custan ibn ġərmə zanla mün asibətləri niza ma salır; sonra
Azərbaycana daxil olub, Ərdəbil Ģəhərini tutur. Ərdəbil hakimi Ġbn MiĢaki
Vəhsudanın yanına qaçmalı olu r. Hücumu davam etdirən Ġbrahim bu dəfə
Vəhsudanın möhkəmləndirilmiĢ Taro m qalasını ələ keçirə bilir. Müvəffəqiy-
yətsizliyə uğramıĢ Vəhsudan Taromu tərk edir. Mühüm qələbə əldə edə bilmiĢ
Ġbrahim 961/62-ci ildə Salarilərə məxsus bütün torpaqları öz hakimiyyəti altında
birləĢdirir. Ġbrahimə fəxri paltar göndərən xəlifə onu Salarilər dövlətinin hökmdarı kimi
tanıdığını elan edir.
Mənbələrdən görünür ki, sonrakı beĢ il ərzində Salarilər dövləti dinc həyat
Ģəraitində yaĢamıĢdır. 965/66-cı ildə hələ də sakitləĢə bilməyən Vəhsudan, Ġbn MiĢaki
ilə birlikdə Deyləmdə yaxĢı təchiz olunmuĢ qoĢun toplayaraq Taroma qayıdır və qalanı ələ
keçirir. Bu hadisə Vəhsudanın hakimiyyəti ələ keçirmək yolunda Salari hökmdarı,
qardaĢı oğlu Ġbrahimlə apardığı müharibənin baĢlanğıcı olur. Vəhsudan tərəfdən qoĢuna
Ġbn MiĢaki baĢçılıq edirdi. Müharibənin əvvəlində Ġbrahimin qoĢunları bir sıra uğurlar
qazana bilirlər, lakin döyüĢlərdən birində ağır yaralanmıĢ Ġbrahim döyüĢ meydanını tərk
edərək, böyük çətinliklərdən sonra kiçik dəstəsi ilə Rey hakimi, qohumu
281
Rüknəddövlənin sahib olduğu əraziyə çatır.
Ġbrahimi hörmətlə qarĢılayan Rüknəddövlə ona qiymətli hədiyyələr verərək, öz
vəziri və katibi Ġbn Amidin baĢçılığı altında yaxĢı hazırlıq görmüĢ qoĢun dəstəsini onun
ixtiyarına verir. 965-ci ildə Ġbrahim Ġbn Amidlə birlikdə yenidən Azərbaycan sərhədini
keçir. Ġbn Amidin köməyilə o, Custan ibn ġərməzanla dostluq münasibətləri yarada bilir.
Beləliklə, Rey hakimi Rüknəddövlənin fəal yardımı sayəsində Ġbrahim yenidən
Salarilər dövlətinin taxtına sahib olur. Lakin bütün cəhdlərinə baxmayaraq, o, Salari
dövlətinin əvvəlki əzəmətini bərpa edə bilmir: mərkəzdənqaçan qüvvələr güclənirdi,
Mərzbanın hakimiyyəti illərində Salarilərə tabe olan, ona vergilər ödəyən bir çox vilayət
hakimləri özlərini müstəqil elan edərək, vergi verməkdən boyun qaçırırdılar. Feodal
pərakəndəliyini aradan götürüb, Salarilərə tabe olan bütün torpaqları birləĢdirmək
məqsədilə Ġbrahim Cənubi Qafqaz hüdudlarında bir neçə yürüĢ etdi. 967/68-ci ildə o,
dəniz vasitəsilə ġirvana hücum edib, ġirvanĢah Əhməd ibn Məhəmmədlə müqavilə
bağladı və ondan pul aldı. Lakin Dərbənd əmiri Əh məd ibn Əbdülməlik Ġbrahimlə gö-
rüĢməkdən imtina edərək, Məsqət sahillərində onun gəmilərinə hücum etdi və onu geri
qaytardı. Beləliklə, Ġbrahim vaxtilə Salarilərin əlində olan bəzi torpaqların tabeçilikdən
çıxmağa baĢlaması faktı ilə barıĢmalı oldu. 971-ci ildə Salarilər yenicə yaranmıĢ
ġəddadilər dövləti hüdudlarına daxil edilmiĢ Gəncəni də itirdilər. Gəncə ilə birlikdə
Arran torpaqlarının bir hissəsi də ġəddadilərin ixtiyarına keçdi.
ġəddadilərin yürütdüyü müstəqil siyasət, qalan torpaqlarını da itirmək
qorxusu Ġbrahimi yeni rəqiblərə qarĢı çıxmağa məcbur etdi. Çox keçmədən onun
qoĢunları Gəncəyə yaxınlaĢıb, Ģəhəri mühasirəyə aldılar; lakin ġəddadilər Ģəhərlərinin
müdafiəsində duraraq, Ġbrahimin qoĢunlarını geri çəkilməyə məcbur etdilər. Ġbrahim
sülh müqaviləsi bağlayaraq Ərdəbilə qayıtdı. Tezliklə Salarilərin tabeçiliyində olan
Ermənistan torpaqlarının da bir hissəsi ġəddadilərin hakimiyyəti altına keçdi.
Məhz bu dövrdə hələ VIII əsrdən Azərbaycanda məskən salmıĢ Rəvvadilər
Salarilərin tabeliyində olan Əhər və Qaradağda müs təqil hakimiyyət uğrunda
mübarizə aparırdılar.
Yerli feodalları öz hakimiyyəti altında saxlamaq üçün Ġbrahim bir sıra
tədbirlərə əl atdı; hətta bəzi feodallara Salarilərin hakimiyyətinə xidmət müqabilində
torpaq vermək (inzibati iqa) qərarına gəldi. Lakin belə tədbirlər də iri feodalların
çoxunu ram edə bilmədi, əksinə, dövlət öz torpaqlarının bir hissəsini itirdi. Davam
etməkdə olan feodal çəkiĢ mələri təsərrüfatın vəziyyətinə mənfi təsir edir, ticarətin
tənəzzülü prosesini sürətləndirirdi. Bəzi vilayət hakimlərinin Salarilərə ödədikləri
vergiləri kəsməsi, dövlət xəzinəsi gəlirlərinin xeyli azalmasına gətirib çıxardı. Ġbn
Misqəveyhin məlumatına görə, Ġbrahimin bu dövrdə Azərbaycanda topladığı vergilərin
məbləği cəmi 2 milyon dirhəmə bərabər idi.
Salarilər hakimiyyətinin son illəri mənbələrdə lazımi səviyyədə əksini tapa
bilməyib. Bu mənbələrdə olan cüzi məlu mat əsasında yalnız bunları qeyd etmək olar:
X əsrin 70-ci illərinin sonlarında güclənmiĢ feodal çəkiĢmələri və müstəqillik uğrunda
mübarizə ona gətirib çıxartdı ki, əsrin 50-ci illərində Salarilərə 50 min dinar vergi
282
verən Əbülheycə ibn Rəvvad artıq 981-ci ildə Salari hökmdarı Ġbrahimə qarĢı
mübarizəni gücləndirdi. Bu mübarizə Rəvvadilərin qələbəsilə baĢa çatdı; son Salari
hökmdarı Ġbrahim həbsxanaya salındı. Məhz bu zamandan etibarən Salarilər
dövlətinin əlində qalmıĢ torpaqların bir hissəsi də Rəvvadi sülaləsindən olan
Əbülheycənin hakimiyyəti altına keçdi.
Salarilərin əlində yalnız Dəbil (Dvin) və onun civarları qaldı. Bu torpaqlar
hələ Ġbrahimin sağlığında onun oğlu Əbülheycəyə (Rəvvadi hakimi Əbülheycənin
adaĢı) verilmiĢdi. Erməni tarixçisi Asogikin verdiyi məlumata görə, bu torpaqlar 983-cü
ilədək Salari Əbülheycənin əlində qaldı, sonra müvəqqəti olaraq Qoxtan (Qoltn)
vilayətinin əmiri naxçıvanĢah ləqəbli Əbu Duləf tərəfindən tutuldu. Nəhayət, 987/88-ci
ildə öz mülklərini geniĢləndirmək yolunda uğurlu siyasət yürüdən Rəvvadi hakimi
Əbülheycə bu torpaqları Əbu Duləfdən alaraq, Rəvvadilər dövlətinin torpaqlarına
qatdı.
Beləliklə, Salarilər dövləti süqut etdi. Tarix səhnəsində təqribən 40 il olmuĢ
bu dövlət də Sacilər dövləti kimi Azərbaycanın və qonĢu ölkələrin həyatında nəzərə
çarpacaq dərəcədə mühüm rol oynadı. Həmin dövrün siyasi mənzərəsini təsvir etmiĢ
ərəb çoğrafiyaĢünas səyyahı Ġbn Havqəl yazırdı: "Biz [Arran, Azərbaycan və
Ərminiyəyə (Ermənistana)] vahid ərazi kimi baxırıq. Doğrudan da bunları yalnız bir
hökmdar idarə edirdi. ...Ġbn Əbu-s-Sac, onun nökəri Müflih, Deysəm ibn Sədluyə,
Mərzban ibn Məhəmməd - o, həmçinin, əs-Salar da adlanırdı, belə hökmdarlardan
olmuĢlar".
Dostları ilə paylaş: |