§ 1. SACĠLƏRĠN XĠLAFƏTDƏKĠ FƏALĠYYƏTLƏRĠ
VƏ AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ
DÖVLƏT YARATMALARI
1
Abbasilər Xilafət i tarixində IX əsrin sonu, X əsrin əvvəli geniĢ ərazili
müsəlman imperiyasının ucqarlarındakı yerli hakim və caniĢin lərin separatizmin in
güclənməsi ilə əlamətdardır. Onlardan hər biri mərkəzi hakimiyyətin üzləĢdiyi
çətinliklərdən, eləcə də idarə iĢini boĢ buraxmasından istifadə edərək ayrılmağa,
yarımmüstəqil və yaxud müstəqil dövlət qurumu yaratmağa can atırdı. Belə hakim
və caniĢinlər ilk növbədə xəlifə xəzinəsinə göndərdikləri vergilərin məb ləğini
azaltmağa baĢlayır, sonra isə bu iĢi tamam dayandırırdılar. Əgər onlar daha zəif
qonĢuların mülklərini ö z ərazilərinə birləĢdirə, güclü qo Ģun yaradıb, onlara qarĢı
göndərilən nizami xəlifə orduların ı məğ lub edə bilirdilərsə, xəlifələr onların öz
vilayətlərində tamhüquqlu sahib kimi fəaliyyətini etiraf edir, ö z adlarının isə yalnız
xütbələrdə xatırlan ması ilə kifayətlən irdilər.
Mərkəzi hakimiyyətdən birinci olaraq MərakeĢ, Əlcəzair, Tunis və Liv iya
ayrıld ı. 788 və 800-cü illərdə həmin ərazilərdə Ġdrisilər, sonra isə Əqləbilər sülaləsi
möhkəmləndi. 20 il sonra Yəməndə Zeydilər, Xorasanda Tahirilər və baĢqa bu kimi
dövlətlər meydana gəldi. 861 -ci ildə xəlifə əl-Mütəvəkkil öldürüldükdən sonra babə-
kilər hərəkatının təsirilə artıq tamam zəifləmiĢ Xilafətin parçalanması prosesi yenidən
baĢlanır: Təbəristanda Ələvilər, Ġranda Səffarilər, Misirdə Tulunilər, Xorasan və Orta
Asiyada Samanilər dövlətləri yaran ır.
Xilafətin zəifləməyə və parçalanmağa baĢladığı bu dövrdə Azərbaycan
ərazisində Sacilər sülaləsinin yaratdığı yeni dövlət meydana gəldi. Sülalənin
UsruĢanadakı (Orta Asiya) Cankəkət adlı dağ kəndindən çıxan banisi Əbu-s-Sac Divdad
ibn Yusif ibn Divdast, mənbələrin məlumatına görə, "AfĢin" titullu türk əmirləri
nəslindən olan adlı-sanlı sərkərdə idi.
1
Biz bu fəsildə yerli və gəlmə sülalələrin və onlar ın tarixi Azərbaycan ərazisində
yaratdıqları ayrı-ayrı qurumların monqol iĢğalı dövrünədək olan tarixlərini bütöv Ģəkildə,
xronoloji ardıcıllığa riayətlə təqdim etməyi daha məqsədəuyğun hesab etdik. -Red.
238
Əbu-s-Sacın adı mənbələrdə ilk dəfə Babəkin əsir alınıb Bərzəndə, AfĢinin
iqamətgahına gətirilməsi münasibətilə çəkilmiĢdir. 839-cu ildə AfĢin Heydər ibn Kavus
xəlifə əl-Mütəsimin sərəncamı ilə Əbu-s-Sacı Azərbaycanın Xilafətə qarĢı çıxmıĢ
hakimi Min kicəvr əl-Fərqaniyə qarĢı yolladı.
1
Elə həmin il Əbu-s-Sac Xilafətə qarĢı
üsyan qaldırmıĢ baĢqa bir yerli hakimin, Təbəristan hakimi Məzyərin cəzalandırılması
üçün də göndərilmiĢdi.
Əsrin 50-ci illərinin sonlarında xəlifə əl-Mütəvəkkil onu Məkkə yolunun rəisi
kimi yüksək vəzifəyə təyin etdi. 865-ci ilədək Əbu-s-Sac bu vəzifədə qaldı. O, vicdanlı
xidməti müqabilində dəfələrlə xəlifə tərəfindən mükafatlandırılmıĢdı. 865-ci ildə Əbu-s-
Sac xəlifə taxt-tacına namizəd olan əl-Mütəzzin tərəfində Mesopotamiyadakı Cərcərayə
Ģəhəri yaxınlığında, hakimiyyətdə olan xəlifə əl-Müstəinin qüvvələrini üç dəfə
məğlubiyyətə uğratmıĢdı. 866-cı ildə Əbu-s-Sac Kufə Ģəhəri və onun ətrafının caniĢini
təyin edilir, yenidən Məkkə yolunun rəisi vəzifəsini tutur.
2
Əbu-s-Sac Hələb, Kinnəs -
rin, Diyar-Mudar və sərhədyanı vilayətlərin (əs-Suğur) valisi olmuĢ, 870 - 874-cü
illərdə isə üsyan etmiĢ mütəğəlliblərə qarĢı aparılan döyüĢlərdə iĢtirak etmiĢdir. 874-cü
ildə Əbu-s-Sac Əhvaz hakimi təyin olunur. Burada o, əd-Dulab adlı yerdə Əbu-s-Sac
qoĢunlarını darmadağın edən zincilərə qarĢı mübarizə aparmalı olur. Əhvaz vilayəti
zincilər tərəfindən ələ keçirildikdən sonra Əbu-s-Sac tutduğu vəzifədən azad olunur və
nəhayət, 879-cu ildə Cundi Saburda vəfat edir.
Əbu-s-Sacın böyük oğlu Məhəmməd ibn Əbu-s-Sac 879-cu ildə Məkkə və
Mədinə Ģəhərlərinin hakimi, Məkkə yolunun rəisi, 882-ci ildə Ənbərin caniĢini, Fərat
və Rahba yollarının rəisi təyin olunur. Sonradan o, Mosul hakimi, Kinnəsrin və baĢqa
Ģəhərlərdə caniĢin vəzifələrini icra edir. Onun ġam caniĢini olan keçmiĢ müttəfiqi Ġshaq
ibn Kundəclə toqquĢmaları məhz bu dövrə (886-cı ilə) təsadüf etmiĢdir. Məhəmməd,
hakimiyyətini tanıdığı Misir hakimi Xumaraveyh ibn Əhməd ibn Tu luna arxalanaraq,
Ġshaq ibn Kundəcin qoĢunlarını darmadağın etdi. Həmin il Məhəmməd Mosul
bölgəsində üsyan etmiĢ xaricilərin dəstələrini əzdi, sonra isə Misir qoĢunlarının yardımı
ilə əl-Cəzirə və Mosul vilayətlərini ələ keçirdi. Sonrakı il Məhəmməd Xumaraveyhin
hakimiyyətini tanımaqdan imtina etdi və himayəçisinə qarĢı çıxdı. DəməĢq yaxınlığında
onlar arasında baĢ verən ağır döyüĢdə Məhəmmədin qoĢunlan darmadağın edildi. O,
Hələbə, oradan Raqqaya, daha sonra Mosula və nəhayət əl-Hədisəyə gəlib çıxdı.
Məhəmmədi təqib edən Xumaraveyh Tulunililərlə birləĢmiĢ Ġshaq ibn Kundəci onun
ardınca göndərdi. Lakin Mosul yaxınlığında təqib edənlər darmadağın olunaraq,
Raqqaya doğru geri çəkildilər.
1
Ət-Təbərinin məlumatına görə, xəlifə, M inkicəvrə qarĢı onu həbs edib Samirəyə
apara bilmiĢ Böyük Buğanı göndərmiĢdi. Əl-Yəqubiyə görə, əl-AfĢin bu sərkərdəni
M inkicevrə qarĢı deyil, ona köməyə göndərmiĢdi; bundan xəbər tutan xəlifə əl-M ütəsim
Böyük Buğanı M inkicəvri ram etməyə yollamıĢdı.
2
BaĢqa qaynaqlara görə (ət-Təbəri, İbn əl-Əsir) Əbu-s-Sac Xorasan yolunun rəisi
vəzifəsinə təyin edilmiĢdi.
239
Məhəmmədin qoĢunları Ġshaqın qoĢunlarının ardınca Raqqaya irəlilədilər.
Ġshaqın qoĢunları Xu maraveyhlə birləĢərək yenidən Məhəmmədə qarĢı
çıxdılar, onu Mosula doğru geri çəkilməyə məcbur etdilər. Məhəmməd Bağdada
yollandı və orada xəlifə tərəfindən hörmətlə qarĢılandı.
889/90-cı ildə xə lifə Məhəmmədi Cibəlin, daha s onra isə ilk dəfə olaraq
Azərbaycanın hakimi təyin etdi. Lakin Marağa hakimi Abdullah ibn əl-Hüseyn əl-
Həmədani onu Ģəhərə buraxmaq istəmədi. Məhəmməd uzun sürən döyüĢlərdən və
mühasirədən sonra Marağanı tuta bildi. Ət-Təbərinin məlu matına görə, Marağanın
mühasirəsi 893-cü ilədək davam etmiĢdi.
1
Ələ keçən Ģəhər hakimi öldürülmüĢ,
Məhəmməd isə öz vəzifəsinin icrasına baĢlamıĢdı.
Azərbaycanda Sacilər hakimiyyətinin baĢlanğıc dövrü Abbasilər sülaləsinin
çətin zamanlarına təsadüf edir. Mərkəzdən ayrılmıĢ hakim və caniĢinlər az-çox
müstəqil ola biləcək dövlətlərini yaratmağa cəhd göstərirdilər. Müstəqilliyə can atan
yeni Azərbaycan caniĢini Məhəmməd də bu cür hərəkət etdi. Lakin bu dövrdə Xilafətdə
yaranmıĢ siyasi Ģərait Məhəmmədin qəti ayrılmasına imkan vermədi. O, Bağdada
çağırıldı və səltənət varisi əleyhinə üsyan qaldırmıĢ qoĢunların və bədəvilərin
cəzalandırılması iĢində iĢtirak etdi. Yalnız üsyan yatırıldıqdan sonra yeni xəlifə əl-
Mütədid (892-902) Məhəmmədin Azərbaycana qayıtmasına icazə verdi.
Məhəmməd Azərbaycan caniĢini təyin olunduğu dövrdə erməni hökmdarı
Baqrati I AĢot (884 və ya 886 - 890) vəfat etdi, hakimiyyətə onun oğlu, Ermənistanı
Xilafət tabeçiliyindən çıxarmağa çalıĢan I Smbat yiyələndi. Xəlifə I Smbatı Ermənistan
hökmdarı təsdiq edərək, Məhəmməd vasitəsilə ona tac və fəxri xələt göndərdi. Tac-
qoyma mərasimindən az sonra I Smbat, ermənilərə ərəblər əleyhinə mübarizə vasitəsi
kimi baxan Bizans imperatoru VI Levlə də dostluq münasibətləri yaratmaq qərarına gəldi.
Ermənistan - Bizans ittifaqından xəbər tutan xəlifə, Məhəmmədə I Smbat əleyhinə
hərbi əməliyyatlara baĢlamaq əmrini verdi. Birinci əməliyyat barıĢıqla qurtardı. Lakin I
Smbatın öz mülklərini Ermənistandan Ģimala doğru yerləĢən ərazilər hesabına
geniĢləndirmək cəhdləri, habelə Baqratilərin hakimiyyətinin güclənməsi Məhəmmədi,
xəlifənin göstəriĢi ilə, 893-cü ildə yenidən I Smbata qarĢı çıxmağa məcbur edir.
Tezliklə o, böyük qoĢunla Dvinə yaxınlaĢır. Ermənilər katolikos II Georqu barıĢıq
təklifilə Məhəmmədin yanına göndərdikdə, o, I Smbatın özünün təslim edilməsi Ģərtini
irəli sürür. ġərt qəbul edilmir, II Georq isə əsir alınır. Vjan qalası yaxınlığındakı növbəti
döyüĢdə Məhəmmədin qoĢunları məğlubiyyətə uğradılır. Əldə edilən barıĢıq
nəticəsində katolikos II Georqdan baĢqa bütün erməni əsirləri azad olunurlar.
Məhəmməd, I Smbatı ikinci dəfə müstəqil hökmdar kimi tanıdı. Katolikos II Georq isə
yalnız bir müddət sonra, Albaniya hökmdarı Qriqor Hammamın vasitəçiliyi ilə azad
edildi.
896-cı ildə I Smbat ġam hakiminin Taron vilayətində tutduğu mövqe lərə
hücum etdi, lakin məğlubiyyətə uğrayaraq döyüĢ meydanından qaçdı.
1
İbn Xalduna görə, Ģəhər hicri 278-ci (891/92) ildə tutulmuĢdur.
240
Bu uğursuzluq, habelə bunun nəticəsində nahararlar arasında baĢlanmıĢ
çəkiĢmələr Məhəmmədə yenidən Ermə
nistana müdaxilə etmək imkanı verdi. O,
bir çox vilayətləri ələ keçirərək talan edir, Qarsda I Smbatın arvadını, baĢqa
qohumlarını, eləcə də hökmdarla qaçmıĢ bir çox erməni nahararların ailələrini
əsir alır.
898-ci ildə xəlifə, Məhəmməd AfĢin ibn Əbu-s-Sacı nəinki
Azərbaycanın, eləcə də Ərminiyənin caniĢini təyin edir. Onu fəxri xələtlə
mükafatlandırır. Bu hadisə I Smbatla Məhəmməd arasındakı ziddiyyətləri
daha da dərinləĢdirdi. Bununla belə, O, ölkəni tərk edərkən oğlu Divdadı Dvin
Ģəhərində qoyub gedən Məhəmməd Sacinin hakimiyyətini tanımalı oldu.
Bundan sonra Məhəmməd öz qoĢunlannı Gürcüstana qarĢı yeritdi. Bu
ölkənin kuropalatı (hakimi) II Atrnerseh (881-926) I Smbatın vassalı hesab
olunurdu. Məhəmmədin qoĢunları Tiflisi və baĢqa Ģəhərləri talan etdilər.
Məhəmmədin ölkədə olmamasından istifadə edən I Smbatın Ani və
Dvini yenidən ələ keçirib, Divdadı ona bac verməyə məcbur etməsi, Sacilər
ordusunu geri qayıtmağa vadar etdi. Lakin bu zaman Azərbaycanda taun
xəstəliyi baĢ qaldırdı. O qədər adam qırıldı ki, ölənlərə kəfən tapmaq mümkün
olmadı, onları paltarlara və keçələrə bükürdülər. Ölüləri basdırmırdılar, onlar
yollarda atılıb qalmıĢdılar. Taun, Məhəmməd ibn Əbu-s-Sacın yaxın
adamlarını da tutdu. Onun xeyli xidmətçisi qırıldı; mart ayında, Azərbaycanın
Bərdə Ģəhərində AfĢin adlandırılan Məhəmməd ibn Əbu-s-Sacın özü də vəfat
etdi.
Məhəmmədin ölümü Sacilərin iĢğalçılıq siyasətinin qarĢısını
müvəqqəti olaraq aldı. I Smbat isə Ermənistandan olan vergilərin əvvəllər
olduğu kimi Sacilərə deyil, bilavasitə Xilafət xəzinəsinə ödənilməsi haqqında
xəlifənin razılığını ala bildi. Belə ki, I Smbatla ittifaq Xilafət üçün sərfəli idi -
Sacilərin güclənməsi ilə Abbasi xəlifələri Ģimal vilayətlərini itirə bilərdilər.
Ġbn Əbu-s-Sacın digər oğlu Əbülqasim Yusif 271 (884-885)-ci ildə
Məkkə hakimi idi. Həcc ziyarəti zamanı o, Mədinə hakimi və Məkkə yolu
rəisinin mühafizə etdikləri zəvvarlara hücum etmiĢ, lakin Məkkə yanında baĢ
vermiĢ döyüĢ zamanı əsir alınıb, əl-ayağı qandallı Bağdada göndərilmiĢdi.
Dövrün mənbələri Yusifin adını bir daha Mosul yolunda xaricilər
təriqətinə mənsub olanlarla xəlifə qoĢunları arasında 893/94-cü
ildə baĢ vermiĢ
döyüĢlə əlaqədar çəkirlər. Ġki il sonra xəlifə əl-Mütədid Yusifi yenidən xaricilərə qarĢı
mübarizə aparan xəlifə qoĢunlarına yardıma göndərdi. Lakin yolda olarkən, döyüĢdə
iĢtirak etmək fikrindən daĢınan Yusif, qoĢunun baĢını Marağaya, qardaĢının yanına
döndərir və qardaĢı ölənədək bu Ģəhərdə qalır.
Məhəmməd öldükdən sonra onun, Sacilərin əsil iqamətgahı olan Marağaya
241
qayıtmıĢ oğlu Divdad, cəmi bir neçə ay hakimiyyətdə qala bilir. Belə ki, qardaĢı
öldükdən sonra Marağanı tərk etmiĢ Yusif, 901-ci ilin avqustunda Divdadın
qoĢununa hücum edib, onu darmadağın edir. Yusifın qalmaq təklifinə baxmayaraq
Divdad Bağdada, xəlifənin xid mətinə gedir. Bu hadisədən sonra qoĢun Yusifə iman
gətirir; Yusif xəlifənin Azərbaycandakı caniĢini vəzifəsini tutur. Məhz bu dövrdə
Xilafətin Qafqaz bölgəsində davam edən mərkəzi hakimiyyətdən ayrılma prosesi öz
mövqe və qüvvəsinə görə heç də buradakı yerli və ya yerliləĢmiĢ hakimlərdən geri
qalmayan Yusif ibn Əbu-s-Sacdan yan keçə bilməzdi. Lakin onun ilk separatçılıq
meyilləri hakimiyyətə yeni gəlmiĢ xəlifə əl-Müqtafi (902-908) tərəfindən ehtiyatla
qarĢılandı. Xəlifə Yusiflə ittifaqda olsa da, Sacilərin tabeçiliyini qəbul etmək istəməyən
erməni hökmdarı I Smbatı Yusifə qarĢı çıxıĢ etməyə təhrik etdi. 908-ci ildə mərkəzi
hakimiyyəti ələ almıĢ yeni xəlifə əl-Müqtədir (908-932) Yusifə qarĢı yönəldilmiĢ
siyasəti dəyiĢərək, onu Xilafətin Azərbaycan və Ərminiyədəki caniĢini təsdiq edir. Bu
hakimiyyətə tabe olmaq istəməyən I Smbat Ermənistanın Yusif Saciyə itaətdən azad
olunmasını xahiĢ edərək, əvəzində Xilafətə tam tabelik vəd edir. Bu xəbəri alan Yusif
Dvinə hücum etdisə də, çox keçmədən qısa müddətli barıĢıq əldə olundu. Sonrakı il,
Yusif Vaspurakan knyazlan Arsrunilər ilə I Smbat arasındakı ziddiyyətlərdən istifadə
edərək Ermənistan ərazisinə daxil oldu; bir qədər sonra isə hökmdar tacını Qaqik
Arsruniyə təqdim etdi. Bu tədbir I Smbatın mövqelərini xeyli zəiflətdi. O, gərginliyi
azalt maq, Yusifın hücumlarının qarĢısını almaq məqsədilə katolikos Ġohannı hədiyyələrlə
Yusifin yanına göndərdi. Lakin katolikosu tutub, öz düĢərgəsində saxlatdıran Yusif,
hücumlarını davam etdirərək, ona müqavimət göstərən Sünik qoĢunlarını da əzdi. Sonra
isə I Smbatın yanına qasid göndərərək, ondan 60 min dinar məbləğində bac verməsini
tələb etdi. Mənbələrdəki məlu mata görə, tələb olunan bacı ödəmək üçün I Smbat
vergilərin məb ləğini 5 dəfə artırmalı oldu. Bu isə ölkənin nəin ki iqtisadi, habelə
siyasi tənəzzülünə gətirib çıxartdı. Lakin Yusif bununla kifayətlən mədi. Hücu mu
davam etdirərək, erməni qoĢunlarını Dzeknavatcor adlanan yerdə darmadağın etdi.
I Smbat ö zü ġiraka tərəf qaçdı.
Bu qaçıĢdan xəbər tutan Yusif ġirakı talan edərək, Dvinə doğru irəlilədi
və Ģəhəri ələ keç ird i. Sonra Gü rcüstana hücum etdi, müsəlman əmiri Cəfər ibn
Əlinin idarə etdiyi Tiflisi tutdu. Yusif Kartlin i - Gü rcüstanı çalıb-çaparaq, öz
qoĢunlarını Kaxetiyə apardı. ġəhərlər, kəndlər dağıd ıld ı, qalalar yerlə-yeksan
edildi.
Yusifin baĢının iĢğalçı yürüĢlərə qarıĢ masından istifadə edib, ölkəsinə
qayıdan I Smbatın bundan sonrakı bütün cəhdləri müvəffəqiyyətsizliyə uğrayır.
Nəhayət, 913-cü ildə, I Smbatın son istinadgahı olan Yerencək qalası iĢğal olunur,
onun ailəsi, qohumları əsir ed ilir, sərvəti daĢınıb aparılır. Ermənistan qəti olaraq
Sacilərə tabe edilir, 914-cü ildə 1 Smbat Dvində dar ağacından asılır. Yusifin
müttəfiqi, Sacilərə tabe olub, bilavasitə onlara bac ödəməy i boynuna götürən I
Smbatın qardaĢı oğlu AĢot (914-928) Ermənistan hökmdarı təsdiq edilir.
Xilafətin Azərbaycan və Ərmin iyə vilayətlərində möhkəmlən miĢ Sacilər
242
qərbdə Ani və Dvindən Ģərqdə Xəzər dənizinədək, cənubda Zəncandan Ģimalda
Dərbəndədək olan böyük bir ərazini özlərinə tabe etdilər. Bu geniĢ ərazidə o lan
vilayətlərin yerli və yerliləĢ miĢ hakimləri (ġirvan, ġəki, Xaçın, Sün ik və s.)
Sacilərə verg i ödəyirdilər.
Beləliklə, Sacilər daha zəif qonĢuların mülklərini b irləĢdirərək güclü
dövlət yaratmağa nail oldular. Ġbn Havqəlin məlu matına görə bu vilayətlərdən
vergilər alan Yusif sonrakı Salarilərdən fərqli olaraq "az ilə qənaətlənir və onlardan
yalnız hədiyyə yolu ilə verd iklərini götürürdü".
Yusif Ģimal sərhədlərin in,
xüsusilə Dərbənd keçidinin möh-
kəmləndirilməsinə böyük diqqət yetirirdi. Çünki müdaxilələr əsasən bu keçiddən
olurdu. La kin dövrün çağdaĢ müəlliflə rindən olan əl-Məsudinin mə lu matından
görünür ki, müdaxilə yalnız qurudan deyil, dəniz tərəfdən də baĢ verdi.
913-cü ilin sonunda rusların ilk yürüĢü baĢ verdi. 300 (912 -913)-cü ildən
sonra, yəni Yusif ibn Əbu-s-Sacın dövləti müstəqil idarə dövrünün baĢlanğıcında,
rusların gəmiləri Vo lqa çayı vasitəsilə Xəzər dənizinə daxil olaraq, əl-Məsudinin
məlu matına görə "Cil (Gilan), Deyləm və Təbəristana, Curcan (Girkan) sahilindəki
Abaskuna, neftverən torpağa (yəni, AbĢerona) və Azərbaycan istiqamətində olan bütün
yerlərə basqın etdilər. Azərbaycanın Ərdəbil Ģəhərindən dənizə üç günlük yoldur.
Ruslar qan tökür, qadın və uĢaqlarla istədiklərini edir, mal-dövləti çapır, basqınlar
törədir, xaraba qoyur və yandırırdılar. Bu dənizin ətrafında yaĢayan xalqlar özlərini
itirdilər, çünki əvvəllər onların üzərinə dənizdən basqın edən heç bir düĢməni
xatırlamırdılar. Dənizdə bu vaxta qədər yalnız ticarət və balıqçı gəmiləri üzürdü.
Rusların gilanlılar, deyləmlilər və Curcan sahillərindəkilərlə, eləcə də baĢda Ġbn Əbu-s-
Sac olmaqla döyüĢən Bərdə, Arran, ġirvan və Azərbaycan əhalisi ilə bir çox vuruĢması
oldu. Sonra onlar ġirvan Ģahlığının Bakuh (Bakı) adı ilə tanınmıĢ neftverən sahilinə
gəlib çıxdılar. Qarətdən qayıtdıqları vaxt, ruslar neftverən torpaqdan bir neçə rail
məsafədə olan adalarda (indiki Nargin, Pirallahı və s.) daldalan dılar. O vaxt ġirvanın
Ģahı Əli ibn əl-Heysəm idi. Əhali hazırlıq gördü, qayıqlara minib, həmin adalara sarı üzdü.
Ruslar onların qarĢısına çıxd ılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu. Ruslar
bir neçə ay bu dənizdə qaldılar, çoxlu qənimət əldə etdilər, əməllərindən usandıqda Xəzər
çayının (Volqanın) mənsəbinə tərəf yollandılar..."
Lakin rusların əsas etibarı ilə yalnız Xəzər sahili bölgələri əhatə edən bu
dağıdıcı yürüĢü Sacilərin qüdrətinə təsir göstərə bilməzdi. Çünki bu zaman Sacilər
Azərbaycanda və qonĢu vilayətlərdə öz hakimiyyətlərini kifayət dərəcədə
möhkəmləndirə bilmiĢdilər.
908-ci ildən baĢlayaraq Xilafəti xəlifə əl-Müqtədirin nüfuzlu vəziri Ġbn əl-
Furat idarə edirdi; Yusif 912-ci ilədək, yəni, vəzirin öz vəzifəsindən çıxarıldığı
vaxtadək, 120 min dinar məb ləğində illik vergini məhz ona ödəyirdi. Həmin il Ġbn əl-
Furatın vəzirlikdən çıxarılmasından və xəlifə sarayındakı hərc-mərclikdən istifadə edən
Yusif verginin ödənilməsini dayandırır. Beləliklə, Yusifin əlində böyük sərvət toplanır,
onun qüdrəti artır. Bu isə Yusifi mərkəzi hakimiyyətlə üzülüĢməyə, bir qədər sonra isə
243
Xilafətə qarĢı qoĢun çıxarmağa sövq edir.
Öz vəzifəsindən cəmi bir neçə il uzaqlaĢdırılmıĢ Ġbn əl-Furatın yerini az sonra
fitnə-fəsad qurbanı olaraq həbs edilmiĢ Əli ibn Ġsa tutdu. Yusif vəzirin ona xəlifə ə l-
Müqtədirin fərmanını təqdim etməsi, həmin fərmana əsasən Rey, Qəzvin, Əbhər və
Zəncan vilayətlərində hərbi iĢlər üzrə amil vəzifəsinin ona tapĢırılması Ģayiəsini
yayır. O zaman Rey i Xorasan hakimi Nəsr ibn Əh məd əs -Səmanin in adından
Xilafətdən ayrılmıĢ Məhəmməd ibn Əli Səluq adlı b irisi idarə edirdi. O , Reyə
hücum edən Yusifın qoĢunları qarĢısında dayana bilməyərək, Ģəhəri təslim etdi.
Reydən baĢqa Zəncanı, Əbhəri və Qə zvin i ələ keç irmiĢ Yusif ona tabe ərazini Əli
ibn Ġsanın təqdim etdiyi xəlifə fərman ına əsasən geniĢləndirdiyini xəlifəyə bildirdi.
Lakin hələ də həbsdə saxlanılan Əli ibn Ġsa özünün baĢ vermiĢ hadisədə heç bir
iĢtirakı olmadığı haqqında məlu mat verdi. Xəlifə, Xaqan əl-Müflihi baĢda olmaqla
20 minlik ordusunu Yusifə qarĢı göndərdi. BaĢqa əmirlərin də xəl ifə ordusuna
kö mək göstərməsinə baxmayaraq, Yusifin 7 minlik ordusu zəfər qazandı.
Xəlifə ordusunun məğlubiyyət xəbəri Bağdada çatanda Yusifə qarĢı əl-
Müflih inin nəvəsi Munis göndərildi. O, babasının dərbədər düĢmüĢ döyüĢçülərini
bir yerə yığaraq, xəlifənin baĢqa sərkərdələri ilə birgə Yusifin üzə rinə hücum
etmək üçün Rey yaxınlığında qərarlaĢdı və Yusifə təslim olmaq təklifini göndərdi.
Xəlifəyə göndərdiyi məktubunda Yusif öz itaətini bildirir, lakin ildə 700 min dinar
məb ləğində vergi müqabilində sahib olduğu mü lklərin onun əlində saxlan masını
xahiĢ edir. Yen idən vəzir vəzifəsini tutmuĢ Ġbn əl-Furat Yusifin xah iĢini yerinə
yetirmək istəyirsə də, hacib və baĢqa saray əyanlarının təhrik etdiyi xə lifə hə min
xahiĢi rədd edir. Yusifin Bağdada gəlməsi tələb olunur. Təhlükəni hiss edən Yusif
Rey əhalisindən illik vergin i yığaraq A zərbaycana qayıdır. A z vaxtdan sonra o,
Sərabda xəlifənin qoĢunlarına hücum edərək, on ları darmadağın ed ir.
919-cu ildə Ərdəbil ya xın lığ ında son döyüĢ baĢ verdi. DöyüĢ zamanı
Yusifin qoĢunları geri çəkildi. Yusif əsir düĢərək Bağdada aparıldı və qaladakı
həbsxanaya salındı. Sacilərin keçmiĢ mü lklərinə yeni ha kimlər göndərildi. Əli ibn
Vahsudan Zəncan, Qəzvin, Əbhər, Rey və Dunbavənd nahiyələrin in, Əh məd ibn
Əli isə Ġsfahan, Qu m, KaĢan və Savənin valisi təyin edildilər.
Munis Azərbaycanı tərk edən kimi Yusifin sala mat qalmıĢ tərəfdarlarını
baĢına yığıb, Ərdəbildə möhkəmlənə bilmiĢ qulamı Subuk ölkənin idarəsin i əlinə
alır. Xəlifə, Məhəmməd ibn Abdullah əl-Fariqini Azərbaycana hakim təyin edib, onu
qoĢunla Subukun üzərinə göndərir. Lakin xəlifə ordusu darmadağın edilir. Tam hüquqlu
hakimə çevrilmiĢ Subuk xəzinəyə ildə 220 min dinar vergi vermək Ģərtilə hakimiyyətinin
xəlifə tərəfindən tanınmağına nail olur.
Öz ağası Yusif kimi müstəqil siyasət yürüdən Subuk "Ermənistan ĢahənĢahı"
kimi tanıdığı erməni hökmdarı II AĢotla yaxınlaĢaraq, onun simasında müttəfiq əldə
edir. Onlar Dvinə hücum etmiĢ Bizans qoĢunlarına qarĢı birgə çıxaraq, rəqibi geri
çəkilməyə məcbur edirlər.
Azərbaycanın və baĢqa Qafqaz vilayətlərinin Xilafətdən qəti ayrılmasına
244
aparan bu siyasət saray dairələrini öz mülklərinin taleyi üçün narahat olmağa vadar etdi.
Bu nigarançılığın bir səbəbi də Subukun müəyyən edilmiĢ vergini xəlifə xəzinəsinə
göndərməməsi idi. Buna görə də, xəlifə əl-Müqtədir, Munisin məsləhətilə Yusifi
həbsxanadan azad edərək, onu yenidən Azərbaycan və Ərminiyənin hakimi, Rey,
Qəzvin, Əbhər və Zəncan valisi vəzifələrinə təyin edir. Bunun müqabilində Yusif xəlifə
xəzinəsinə ildə 500 min d inar məb ləğində pul göndərməli idi.
922-ci ildə Ərdəbil Ģəhərinə gəlmiĢ Yusif özünün sadiq xid mətçisi Subukun
vəfat etməsindən xəbər tutur. Azərbaycan, Arran və Ermənistanda mövqeyini
möhkəmlədən Yusif, həmin vilayətlərə öz hakimlərini təyin edir, onları iki illik vergini
və hədiyyələri verməyə məcbur edir. 924-cü ildə Yusif Xilafətdən ayrılaraq müs -
təqilləĢməyə can atan Rey hakimi Əhməd ibn Əlini cəzalandırmaq üçün Reyə hücum edib
onu tutur. Sonrakı il Həmədan da Yusifə tabe edilir.
Sacilər dövlətinin güclənməsi, onların hökmdarlarının yürütdüyü müstəqil siyasət
xətti Bağdaddakı hakim dairələri narahat edirdi. Yusifı tutduğu vəzifədən çıxarmağa
cürət etməyən xəlifə öz yeni vəziri, Yusiflə ədavəti olan Əhməd əl-Hasibinin təhriki ilə
onu Bəhreyn qərmətilərinə qarĢı müharibəyə göndərmək bəhanəsilə Bağdada çağırır.
Yusif imtina etməyə cəhd göstərir, Xilafətin onun tərəfindən mühafizə olunan ġimal
sərhədlərinin heç də az təhlükəli yer olmadığını, müdafiəyə möhtac olduğunu qeyd edir.
Nəhayət, xəlifənin ikinci çağ ırıĢından sonra Bağdada gələn Yusif, 927-ci
ilin dekabrın sonunda Kufə qapıları qarĢısında qərmətilərin dəstəsi ilə üzləĢir. Bu
döyüĢdə yaralanmıĢ Yusif əsir düĢür və onun xilas olunması üçün göndərilmiĢ
yardıma baxmayaraq öldürü lür.
Beləliklə, Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlət hüdudlarında
birləĢdirən Yusif ibn Əbu-s-Sacın müstəqil hakimiyyəti sona çatır. Yusifdən sonra
onun qardaĢı oğlu, cəmi il yarım taxt-tac sahibi olmuĢ Əbülmüsafir əl-Fəth ibn
Məhəmməd Azərbaycan hakimi təyin edilir. Bir mülahizəyə görə, onu 929-cu ilin
sonunda Ərdəbildə özünün Baldu adlı qulamlarından biri zəhərlə miĢdi. BaĢqa
mülahizəyə görə, əl-Fəth onun əleyhinə üsyan qaldırmıĢ keçmiĢ tərəfdarları tərəfindən
qətlə yetirilmiĢdi. Əl-Fəthdən sonra hakimiyyət Sacilərin qulamı Vasif əs-Sirvaninin
əlinə keçir. Lakin o, öz hakimiyyətini heç də Sacilərin bütün mülklərində möhkəm-
ləndirə bilmir. Görünür, elə buna görə də, Ġbn Havqəl onun adını Yusifin varisləri
sırasında çəkməmiĢdi.
Vasif əs-Sirvanidən baĢlayaraq Azərbaycanı artıq Sacilər sülaləsinin
bilavasitə üzvləri deyil, bu sülalənin qulamları idarə etmiĢlər. Vasifdən sonra Yusifin
keçmiĢ qulamı və sərkərdəsi Muflih Azərbaycan hakimi oldu. Yazılı mənbələr Sacilər
dövlətinin bu dövrü haqqında az məlumat verir. Lakin Ərdəbildə və Bərdədə Muflihin
adına kəsilmiĢ pulların tarixi onun 931-932-ci illərdə hakimiyyət baĢında olduğunu
göstərir. Mənbələrdə Muflihin birləĢmiĢ erməni-Bizans qüvvələrinə qarĢı böyük
qoĢunla çıxıĢ etməsi haqqında da məlu mat vardır.
932-ci ildə Azərbaycanda Muflih ilə Yusifin baĢqa əmiri - Deysəm ibn Ġbrahim
ibn ġadluyə (Balduyə) arasında hakimiyyət uğrunda güclənən mübarizə 941-ci ilədək
245
dövləti idarə edən Deysəmin qələbəsi ilə nəticələnir. Bunu onun adına Bərdə, Ərdəbil
və Dəbil Ģəhərlərində zərb olunmuĢ sikkələr də sübut edir.
937 - 938-ci illərdə Deyləm hakimi LəĢkəri ibn əl-Mərdi Azərbaycana hücum
edərək, Deysəmə tabe yerlərin çoxunu tutur, güclü müqavimətlə qarĢılaĢdığı paytaxt
Ərdəbili mühasirəyə alır. Deysəmə xəbər çatdıra bilən ərdəbillilər, onun arxadan
LəĢkəri qoĢunlarına endirdiyi qəfil zərbədən istifadə edərək, mühasirəni yarır və
Deyləm ordusunu darmadağın edirlər. Əvvəlcə Muğana, dostu olan yerli hakimin
yanına qaçan LəĢkəri, oradan yardım üçün Gilana gedir. Topladığı min nəfərlik dəstə ilə
Deysəmin Arazın sol sahilində saldığı düĢərgəsinə hücum edən LəĢkəri Sacilərin
qoĢununu əzə bildi. Reyə doğru geri çəkilən Deysəm Ģəhərin hakimi VuĢməgirlə
ittifaqa girib, LəĢkərinin əleyhinə kürdlərdən və baĢqa tayfalardan qoĢun topladılar.
Bu zaman Azərbaycanda baĢ qaldıran çiçək xəstəliyi epidemiyası nəticəsində
LəĢkərinin dostu olan Muğan hakimi və onun bir çox tərəfdarları məhv olurlar.
Muğanlıların bir hissəsi LəĢkərinin tərəfinə keçir. Deysəmin gözlənilməz hücumundan
ehtiyat edən LəĢkəri elə həmin il Vaspurakan üzərinə hücuma keçir. Lakin qəsd
nəticəsində burada qətlə yetirilir. Onun hərbi rəhbərlik iĢini öz əlinə almıĢ oğlu
LəĢkəristan məğlub edilərək, Mosul hakimi Həmdani Nəsirəddövlənin yanına qaçır.
LəĢkəristanı qoĢunla, hərbi ləvazimatla təchiz edən Nəsirəddövlə bunun müqabilində
Azərbaycanın qərb vilayətlərinə sahib olur. Lakin çox keçmədən Deysəm həmin
torpaqlara hücum edərək, həmdanilərin ələ keçirdikləri əraziləri geri qaytara bilir.
Bununla belə, mövcud feodal pərakəndəliyi bütün vilayətlərin qəti tabe edilməsinə
imkan vermədi. Düzdür, Sacilər Cənubi Qafqazın bir çox vilayətləri üzərində böyük
üstünlüyə malik idilər. Bunu onların xəzinəsinə tabeçilikdə olan vilayətlərdən (ġirvan,
Curzan, Xaçın, ġəki, Haydak, Əhər və b.) daxil olan vergi məbləğləri də təsdiq edir.
Əgər Sacilərin hakimiyyətinin ilk illərində xəlifə xəzinəsi onlardan əvvəlcə 120 min,
sonra isə 220 min dinar alırdısa, Yusifin həbsdən azad olunmasından sonra bu verginin
məbləği ildə 500 min dinara çatmıĢdı.
Deysəm höku mətin in bütün maliyyə iĢlərini onun vəziri, vaxtilə Yusifə
xidmət etmiĢ, pul məsələlərindən yaxĢı baĢ çıxaran adam kimi tanınmıĢ, əslən
azərbaycanlı olan Əbülqasım Əli ibn Cəfər idarə edirdi. Bütün ömrü boyu Sacilərə
sədaqətlə xid mət edən bu vəzir etibardan salınaraq, gözdən düĢdüyü üçün Taroma (ət-
Tarm, Zəncanla Ərdəbil arasında yer), Dey ləm hakimi Məhəmməd ibn Müsafirin
yanına qaçır. Hakimin oğlu Salar Mərzban ibn Məhəmməd onun təhriki ilə 941-ci ildə
Sacilərin torpaqlarına hücum edərək hakimiyyəti Deysəmdən alır.
Beləliklə, Azərbaycanda Sacilərin 50 ildən artıq davam edən hakimiyyət dövrü
baĢa çatır. Xilafətin zəifləməsi dövründə ilk dəfə bütün Azərbaycan torpaqlarını
birləĢdirmiĢ, IX əsrin sonunda Qafqazda Xilafətin dayağı olmuĢ bu dövlət bəzən
Xilafətin təsir dairəsindən çıxa bilirdi. Elə buna görə Sacilərin siyasi fəaliyyəti, əsas
etibarı ilə Xilafətin Azərbaycandakı mövqelərini qorumağa, eləcə də xaricdən olan
təhlükəni aradan götürməyə doğru yönəldilmiĢdi.
|