§ 3. ƏDƏBĠYYAT
Ərəb iĢğalı nəticəsində Xilafət tərkibinə qatılmıĢ bütün ölkələrdə olduğu
kimi, VIII yüzilin əvvəllərindən Azərbaycanda da rəsmi dövlət dilinin ərəb dili
olması, bu dilin tabe edilmiĢ xalq ların ünsiyyət vasitəsinə çevrilməsi, onun çox
keçmədən ədəbi-elmi yaradıcılıqda da hakim dil o lmasına gətirib çıxartd ı. Lakin
əhalisinin ço x böyük faizi türkdilli olan Azərbaycan ərazisində ictimai-siyasi və
əxlaq i fikirlərlə zəngin folklor da mövcud idi. Məzmun və deyim etibarilə
müsəlmançılıqdan əvvələ aid atalar sözləri, zərbi-məsəllər və baĢqa ədəbi
nümunələr sırasında el ozan ı Dədə Qorqudun dili ilə söylənilən dastanlar daha çox
Ģöhrət qazanmıĢdı. Tədqiqatçıların "Azərbaycan Ģifahi və yazılı ədəbiyyatının
babası" adlandırdığı bu oğuz dastanı Ģifahi Ģəkildə VI -VIIl əsrlərdə formalaĢ mağa
baĢlamıĢ, VII-IX əsrlərdə tam təĢəkkül tap mıĢdır.
Maraqlı burasıdır ki, tarixçi Əbu Bəkr Aybək əd-Davadari (XIV əsr) öz
xronikasında VI əsrdə Sasani hökmdarı ƏnuĢirəvanın vəziri Bu zurq-Mehruya
məxsus türkcədən farscaya çevrilmiĢ, "Oğuznamə" kimi tanınan "Ulu xan Ata
Bitikçi dastanı"nın xəlifə Harun ər-RəĢidin dövründə ərəb dilinə tərcü mə
edildiy ini, ö zünün də bu tərcümədən istifadə etdiyini bildirmiĢdir. "Kitabi-Dədə
227
[m] Qorqud"un bəzi boylarını (fəsillərin i) əhatə edən bu əsərin, məlu matdan
göründüyü kimi, VIII əsrin sonu, IX əsrin əvvəllərində ərəb dilinə tərcümə
edilməsi, artıq həmin dövrdə "Oğuznamə"nin bizə gəlib çatmayan yazılı
nüsxələrinin o lduğunu, yerli Ģifahi xalq yaradıcılığın ın artıq yüksək bədii
mərhələyə çatdığını sübut edir. Əsrlərdən əsrlərə keçd ikcə dəyiĢikliyə uğrayan, dil
cəhətdən əvvəlki "Oğuznamə"lərdən fərqlənən "Kitabi-Dədə Qorqud" "böyük bir
ədəbi abidə olmaq la bərabər, həm də mədəni tarixi biryadigardır". Əsərin
müqəddiməsində deyilir: "Rəsul əleyhissəlam zaman ına yaxın Bayat boyından
Qorqut ata diyərlər, bir ər qopdı. Oğu zın, o l kiĢi təmam b ilicisiydi, nə diyərsə,
olurdı. Qaibdən dürlü xəbər söylərdi. Həq təala an ın könlinə ilham edərdi".
Alimlərin (V.V.Bartold, A.Y.Yakubovski, V.M.Jirmunski və b.) ümumi
rəyinə görə əsasən Azərbaycan ərazisində baĢ verən hadisələrin təsvir edildiyi bu
dastanlarda oğuzların islamiyyətə qədərki maddi və mənəvi həyatını əks etdirən
ünsürlər, adət-ənənələr, əxlaq-etika, ədəb-ərkan normaları və s. ö z əksini tap mıĢdır.
Burada təbiətə, cəmiyyətə və ağla-zəkaya dair baxıĢlarda rasional fikirlər irəli
sürülür, xeyirlə Ģərin mübarizəsində nikb in əhval-ruhiyyəyə üstünlük verilir, iĢıq lı
gələcəyə möhkəm inam aĢılanırd ı.
Bütün türk ədəbi-bədii fikrin in ən qədim və zəngin qaynaqlarından biri
olan "Kitabi-Dədə Qorqud" tarixi mənbə kimi də dəyərə ma likdir.
Ərəb dilin in həm rəs mi, həm də elmi-ədəbi dilə çevrilməsi nəticəsində
yerli əhali içərisindən bu dildə yazan və ərəb ədəbiyyatı ənənələrini kamilliklə
mən imsəyən Ģair və yazıçılar çıxd ılar. Ġlk əvvəllər onlar - məvla (cəmdə: məvali)
adlanan, islamı qəbul edib, hər hansı ərəb qəbiləsinin, nəslinin və ya adlı-sanlı b ir
ərəbin himayəsini əldə edən sabiq qullar id i. Sonralar mənĢəcə ərəb olmayan, hər
hansı ərəb qəbiləsinin və ya yüksək mövqeli Ģəxsin h imayəsini qəbul etmək istəyən
azad adamlar da məvali olurdular. Onlardan çoxu VIII əsrin I yarısında Ġran
xalq ları arasında meydana çıxan vətənpərvər "Ģuubiyyə" ("Ģuub" - "xalqlar")
cərəyanının tərəfdarı idilər.
Ədəbiyyatda "Ģuubilik" - " xalqçılıq" meyilləri özünü islamaqədərki yerli
mədəni ənənələri ərəb mədəniyyəti dairəsinə daxil etmək yolu ilə qoruyub
saxlamaq cəhdində göstərirdi. Bu Ģair və ədiblərin yaratdığı ərəbdilli ədəbiyyat,
Ģübhəsiz, ərəb ədəbiyyatının da bir parçasıdır. Bunsuz VIII - IX əsrlər ərəb
ədəbiyyatını, xüsusilə onun Abbasilərin IX əsrin ilk rübünün sonunadək olan
dövrünü əhatə edən və ədəbiyyatda "əl-hərəkət ət-təcdidiyyə" -" YeniləĢdirmə
hərəkatı" adlandırılan dövrünü təsəvvür etmək mü mkün deyil. Bununla yanaĢı,
əsasən iranlılar (o cü mlədən azərbaycanlılar) tərəfindən yaradılmıĢ ərəbdilli
"Ģuubi" ədəbiyyatı müəyyən dərəcədə islamaqədərki yerli bədii ənənələri, bu
xalq ların Xilafətə qarĢı yönəldilmiĢ "Ģuubi" meyillərinin əks etdirdiyi,
vətənpərvərlik ruhu ilə aĢılandığ ı üçün ona Ġran, eləcə də Azərbaycan ədəbi
prosesinin tərkib hissəsi kimi baxmaq olar.
Bu cərəyan ərəblərin assimilyasiya siyasətinə, onların Xilafətdə aparıcılıq
228
iddialarına qarĢı tabe xalqların təbii etirazından doğdu. "ġuubiyyə"nin mühüm
xüsusiyyətlərindən biri özünü hər Ģeydən əvvəl və daha çox ədəbiyy atda, xüsusilə
poeziyada göstərməsidir. Bu cərəyanın ard ıcılları ədəbiyyata yeni, cahiliyyə
(isla maqədərki) dövrü ərəb poeziyası üçün xara kter olmayan möv zu və ideyalar
gətirdilər.
Qurandakı " Ey insanlar, biz sizdən xalq lar (şuub) və qəbilələr (qəbail)
yaratdıq ki, bir-b irinizi tanıyasınız, A xı sizlərdən ən ləyaqətlisi Allah qarĢısında ən
Ģərəflisid ir" [49, 13] ayəsindən mənəvi qida alan "Ģuubilər" ərəblərin müsəlman
dövlətində xüsusi mövqe iddialarını inkar edird ilər. Yerli feod al əyanları ərəb
qəbilə aristokratiyası ilə bərabər eyni siyasi mövqe əldə etməyə çalıĢır, onun öz
mədəni üstünlüyünü dərk edən daha radikal hissəsi isə ümu miyyətlə əcnəbi
ağalığından qurtarmağa cəhd edir, hər yolla ərəb ləĢməyə müqavimət göstərirdi.
Xilafətin mü xtəlif yerlərində ayrı-ayrı formalarda təzahür edən bu hərəkat
ġərq vilayətlərində (o cümlədən Azərbaycanda), daha çox siyasi-dini Ģəkil almıĢdı.
Məsələn, iranlılar daha çox Ģiəçiliyə, mü xtəlif formalı təriqətçiliyə və hətta açıq
zındıqlığa mey il göstərirdilər. Bəzi hallarda "Ģuubiyyə" mədəniyyətin forması kimi
doğma dili saxlamaq cəhdində təzahür edirdi. Tədqiqatçıların qeydinə görə,
nəbatilərdə (Suriyanın arami əhalisi belə də adlandırılırd ı) Ģuubiyyə - oturaq əkinçi
əhalisinin köçəri bədəvilərə düĢmənçiliyi Ģəklində idi; Əndəlusda Ģuubilər
bütövlükdə ərəb mədəniyyətini qəbul edib, ədəbi dili yaxĢı bilmələri ilə fəxr etsələr
də, ərəblərin yaln ız siyasi ağalığına qarĢı çıxırdılar.
Beləliklə, A zərbaycan qarıĢıq bütün müsəlman dünyasında baĢ qaldırmıĢ
və VIII yüzilin ikinci yarısında xüsusilə geniĢlənmiĢ bu siyasi-dini mübarizə ərəb-
müsəlman ədəbiyyatının yeni dövrü ilə sıx bağlı id i.
Tədqiqatlar nəticəsində müəyyən olunmuĢdur ki, A zərbaycanın ən erkən
ərəbdilli Ģair və ədiblərin in yaradıcılığı VII-VIII əsrlərin hüduduna aiddir. Ġki
mədəniyyətlərin - öz milli A zərbaycan və ərəb mədəniyyətinin təmsilçisi o lan bu
Ģairlərdən Musa ġəhəvat, Əbu-l-Abbas əl-Əma, Ġsmayıl ibn Yasar, eləcə də onun
oğlu Ġbrahim və qardaĢı Məhəmməd haqqında IX - X əsrlərdə yaĢamıĢ və yaratmıĢ ərəb
filo loqları Ġbn Quteybənin, Əbu-l-Abbas əl-Mübərrədin, Məhəmməd əl-
Mərzubaninin və ən çox Əbu-l-Fərəc əl-Ġsfahaninin və baĢqalarının əsərlərində
məlu mat verilir.
Müasir tədqiqatçıların bəzən "iranlı" hesab etdikləri bu Ģairlərin mənĢəcə
Azərbaycandan olmaları etibarlı mənbə kimi qiymətləndirilən Ġbn Quteybənin məlumatı
ilə təsdiq edilir. Musa ġəhəvata həsr etdiyi bölmədə məĢhur ərəb filoloqu yazırdı: "Onun
əsli Azərbaycandandır ("va asluhu min Azrabican"); Ġbn Quteybənin sonrakı qeydi
ədəbiyyat tariximizin aĢkarlaĢması üçün daha maraqlıdır: "Əbu-l-Yəkzan (ərəb Ģəcərə
tarixçisi) Cuveyriyyinin sözlərini xatırlayaraq dedi: Mədinədə məvali Ģairlərdən eləsi
yoxdur ki, onun əsli Azərbaycandan olmasın; sonra o, Ġsmayıl ibn Yasarın, onun qar-
daĢının, Musa ġəhəvatın və Əbu-l-Abbasın adlarını çəkdi" ("Va zəkərə Əbu-l-Yəqzan
an Cuvayriyyi kalə: leysə bi-l-Mədinə Ģair min əl-məvali illə va asluhu min Azrabican;
229
Summə addə Ġsmail ibn Yasar və əxuhu, Musa ġəhəvat və Əbu-l-Abbas").
Bu Ģairlər haqqında Yaqutun sonrakı əsrlərdə yazılmıĢ "Mucəm əl-üdəba"
("Ədiblərin əlifba üzrə göstəricisi"), Əbdül Qadir əl-Bağdadinin "Xizanət əl-ədəb va
lubb lubab lisanul-arab" ("Ədəb xəzinəsi və ərəb dilinin incisi") əsərlərində toplanılan
məlumat əsas etibarilə Əbu-l-Fərəcin adını çəkdiyimiz "Kitab əl-əğani" ("Nəğmələr
kitabı") əsərindən götürulmüĢdür.
Azərbaycan mənĢəli bu ərəbdilli Ģairlərin yaradıcılığı Xilafətdə ayrı-ayrı siyasi
və dini qüvvələrin arasında baĢ qaldıran gərgin mübarizə dövrünə təsadüf edir. Həmin
mübarizəyə cəlb olunmuĢ Ģairlər bu və ya digər dəstənin tərəfini saxlayır, bu dəstənin
ardıcıllarını mədh edir, onun əleyhdarlarını isə həcv atəĢinə tuturdular.
Məhz "Nəğmələr kitabı" Ģair Musa ġəhəvatın azərbaycanlı mənĢəyi, onun
ləqəbinin etimologiyası, Hicazdakı həyatı, Musanın tez-tez doğma Azərbaycana gedib,
oradan qənd və baĢqa Ģirniyyatla qayıtması barədə məlumatları qoruyub saxlaya
bilmiĢdir. Bu xəbərləri araĢdıran tədqiqatçılar (M.Mahmudov, G.BaxĢəliyeva) belə bir
nəticəyə gəlmiĢlər ki, VII əsrin ikinci yarısında yaĢayan Ģair sonrakı yüzilin 30-cu
illərində hələ sağ imiĢ və Ģeir yazmağı davam etdirirmiĢ. ġairin Ģöhrəti tez-tez
qəbulunda olub, öz Ģeirlərini oxuduğu xəlifə Süleyman ibn Əbdülməlikin (715-717)
hakimiyyəti dövrü xüsusilə artır. Əbu-l-Fərəc əl-Ġsfəhani özünün "Nəğmələr kitabı"nda
Musa ġəhəvatın yaradıcılığından bir çox nümunələr gətirmiĢdir. Xəsislik və qorxaqlığı
tənqid edən, mərdlik və səxavəti yüksək qiymətləndirən bu Ģeirlər Ģairin yüksək bədii
ustalığına və istedadına dəlalət edir. Onun yaradıcılığında insan varlığının faniliyi barədə
fəlsəfı əhvali-ruhiyyə və həyatın ani sevinclərindən istifadə etməyin vacibliyi parlaq
ifadə edilmiĢdir. Ərəb dilinin zənginliklərindən məharətlə istifadə edən Musa ġəhəvatın
Ģeirlərində ərəb ruhu ilə yanaĢı, milli ruh da özünü büruzə verir. Bu, Ģairin iĢlətdiyi
aforizmlərdə, məsəllərdə özünü xüsusi nəzərə çarpdırır. Əməvilərin təəssübkeĢi olan
Musa ġəhəvat öz poeziyası ilə onların müdafiəsində durmuĢ, onları ĢöhrətləndirmiĢdi.
Ġsmayıl ibn Yasar haqqında Ġbn Quteybə və əl-Mərzubaninin adda-budda və çox
qısa məlumatları yenə də Əbu-l-Fərəc əl-Ġsfəhaninin verdiyi daha ətraflı məlumatla
tamamlanır. Məhz "Nəğmələr kitabı"nın sayəsində Ģairin yaradıcılığının ayrı-ayrı
nümunələri qorunub qalmıĢ, onun yaĢadığı təxmini tarix, "Ģuubiyyə" tərəfdarı olduğu
müəyyən edilmiĢdir. Məlum olmuĢdur ki, "o, əcəmlərin qızğın tərəfdarı olmuĢ, onlarla
fəxr etmiĢ, buna görə də daim təqiblərə məruz qalmıĢ, döyülmüĢ və söyülmüĢdür".
Mədinənin yeddi məĢhur fəqihlərindən biri, Abdullah ibn Zubeyrin qardaĢı
Urvanın himayəsində yaĢayan Ġsmayıl, lazım gəldikdə, Əməviləri mədh edən Ģeirlərlə də
çıxıĢ edirdi. Lakin xəlifə HiĢam ibn Əbdülməliklə (724-743) onun arasında baĢ verən
konflikt Ģairin Hicaza sürgün edilməsi ilə nəticələnmiĢdi. Ġsmayılın Əməvilərin son
xəlifəsini də gördüyü, lakin Abbasilərin hakimiyyəti günlərinədək yaĢaya bilmədiyi
haqqında məlumat verən əl-Ġsfəhani "çox sağlam və zahirən xoĢagəlimli olan bu ehtiyatlı,
hazırcavab, yaxĢı Ģeirlər" yazan adamın xəlifə II Mərvanın (744-749) hakimiyyətinin son
illərində, ixtiyar yaĢında vəfat etdiyini göstərir.
Ġsmayıl ibn Yasarın "Ģuubi" əhvali-ruhiyyəsi onun yaradıcılığında parlaq əks
230
olunmuĢdur. Ərəblərin kobudluq və qabalığına istehza və kinayə ilə gülən Ģair
əcəmlərin, yəni qeyri ərəblərin mədəniyyətini yüksəklərə qaldırdığı "siyasi poeziya"
janrlı Ģeirlərinin birində yazırdı:
Ey adamlar, bizim qarşımızda özünüzü dartmayın,
Nahaqqı bir yana qoyub, haqqla danışın.
Əgər biz və özünüz barədə məlumatınız yoxdursa,
Soruşun ki, keçmiş vaxtlarda biz necə yaşamışıq.
Biz öz qızlarımızı boya-başa çatdırdığımız vaxt,
Siz düşünmədən onları torpağa basdırırdınız.
Ġsmayıl ibn Yasarın məhəbbət lirikası ö zünün ali hissləri ilə nəzəri cəlb
edir; yazd ığı mədhiyyə və elegiyalar isə səmimiliyi və riqqəti ilə seçilir.
Əl-Ġsfəhani b izə daha iki ziyalımız - Ġs mayıl ibn Yasarın qardaĢı
Məhəmməd və oğlu Ġbrahim haqqında qiymətli məlu mat çatdırır. Onun yazdığına
görə Məhəmməd "öz qardaĢına bərabər" səviyyəli Ģair idi. Məhəmməd ibn Yasarın
çoxlu Ģeir yazd ığını, bu Ģeirlərin bəzisinə musiqi bəstələndiyini xəbər verən əl-
Ġsfəhani, onun böyük qəsidəsindən iki beyt nümunə gətirməklə yanaĢı, Ġs mayılın
oğlu Ġbrahimin də Ģair olduğunu qeyd edir, onun dövrünə qarĢı etiraz dolu
beytlərini misal çəkir. Əl-Ġsfəhaninin qeydinə görə, bu böyük qəsidədə də atasının
yolu ilə gedən Ġbrahim əcəmlərlə, yəni milliyyətcə ərəb olmayan öz əcdadları ilə
fəxr etdiyin i gizlətmir.
VIII yuzilin ortalarında yaĢayıb yaradan baĢqa bir ərəbdilli Ģair Əbu-l-
Abbas əl-Əma haqqında mənbələrin verdiyi məlu mat, onun Abb asi xəlifəsi əl-
Mənsurun (754-775) hakimiyyəti zamanı hələ sağ olduğunu bildirir.
Azərbaycandan çox u zaqlarda, Xilafətin dini mərkəzi o lan Məkkədə yaĢamasına
baxmayaraq, ö mrünün sonunadək sadiq qaldığı Əməvilərin Ģərəfinə böyük
ustalıqla yazdığı Ģeirlər, bu sülalədən olan xəlifələrin ona DəməĢqdən hədiyyələr
göndərməsinə səbəb olur. Əməv ilərə həsr olunmuĢ mədhiyyələrdə Əbul-Abbas
onları səxavətli, igid hökmdarlar, islamın qeyrətli müdafiəçiləri kimi təqdim edir.
Hətta Abbasilər sülaləsi dövründə də Ģair öz Əməv i himayədarlarını mədh edərək,
onların rəq iblərini, xüsusilə öz həmvətəni Ġsmay ıl ibn Yasarın ardıcılı o lduğu
zubeyriləri kəskin tənqid atəĢinə tutur.
Əbu-l-Abbas əl-Əma hədis bilicisi kimi də tanın mıĢdı.
Ərəbdilli azərbaycanlı Ģairlərin yaradıcılığ ını tədqiq edən alimlər
(G.BaxĢəliyeva və b.) onların poeziyasında ərəblərə xas olmayan sırf milli
xüsusiyyətləri də üzə çıxarmıĢlar. AĢkar edilmiĢdir ki, bu Ģairlərin istifadə etdikləri
Ģeir ölçüsü klassik ərəb poeziyasında geniĢ iĢlənilən ölçü lərdən tamamilə seçilir.
Qədim ərəb mədəniyyətinə mü kəmməl sahib ola bilmiĢ bu Ģairlər əru z vəzninin o
zamankı ərəb Ģairləri arasında iĢlənilən təvil, mədid, bəsit, kamil bəh rlərindən
deyil, az iĢlənən xəfif, səri və b. bəhrlərindən istifadə edir, bəzən də klassik ərəb
231
Ģeri qaydalarına zidd olaraq eyni Ģerin iki beytinin hərəsini bir ayrı bəhrdə
yazırdılar.
Bütün bunlar tədqiqatçıları belə bir nəticəyə gətirmiĢdir ki, erkən ərəbdilli
azərbaycanlı Ģairlər Musa ġəhəvat, Ġsmayıl ibn Yasar, Əbu-l-Abbas əl-Əma
Azərbaycanda anadan olmuĢ, burada böyümüĢ, ilk təhsillərin i doğma diy arda
almıĢ, öz xalqlarının mədəniyyətini, o cü mlədən Ģifahi xalq ədəbiyyatının heca
vəznini tam mən imsəmiĢdilər.
Onların poeziyasından dövrümüzə çatan nümunələr sübut edir ki, iki
mədəniyyətin sintezindən qidalan mıĢ, ü mu mmüsəlman mədəniyyətinin ilk poetik
səhifələrini yaradan bu Ģairlər doğma heca vəznin in təsirilə ərəb ədəbiyyatında
özlərinə məxsus yeni cığır açmıĢlar. Bu həmçin in sübut ed ir ki, Azərbaycanın da
bir vilayət kimi da xil olduğu böyük imperiyanın - Xilafət in söz ustaları sırasında
görkəmli yer tuta bilmiĢ azərbaycanlı Ģairlər vətəndən uzaqlarda yaĢasalar, ərəb
dilində yazsalar da, doğma diyara, doğma elə, doğma mədəniyyətə bağlı o lmuĢ,
bunlardan bəhrələnmiĢlər.
§ 4. MEMARLIQ VƏ ġƏHƏRSALMA
Azərbaycanda islamın qərarlaĢ ması memarlığın inkiĢafın ın yeni
istiqamətini müəyyən etdi. Lakin köhnə məbədlərin yeni dinin ehtiyacları üçün
uyğunlaĢdırılması, məscid lərin, mədrəsələrin, örtülü bazarların, karvansaraların,
hamamların və baĢqa qurğuların tikintisi əvvəllər yaranmıĢ inĢaat ənənələri
əsasında aparılırdı. Bu dövrün inĢaat sənətinin xüsusiyyəti kərpic hörgüsü
texn ikasın ın inkiĢafı və təkmilləĢ məsi id i. DaĢın yonulması, daĢ divarların hörül-
məsi və daĢdan olan tağlı konstruksiyaların qurulması iĢi xeyli təkmilləĢdi. Həmin
iĢlər əvvəlki yüzillərdə Azərbaycanda yaranaraq təkmilləĢ miĢ üsullar əsasında
inkiĢaf edirdi. Məsələn, tarixi Arran vilayətinin və Ģimal-qərb Azərbaycanının inĢaat
sənətində çay daĢlarından və biĢmiĢ kərpicdən ibarət olan qarıĢıq hörgü texnikası
hörgünün əsas növü kimi qalmaqda idi. Lakin sitayiĢ təyinatlı tikililərin yeni tipləri
yaranır və bıı tiplərlə bağlı rəsmi memarlıqla əlaqədar olaraq qurğuların görkəmində və
formalarında mühüm dəyiĢikliklər baĢ verird i.
VIl-X əsrlər dövründən az miqdarda abidə, o cümlədən müsəlman tipli, sitayiĢ
təyinatlı tikililər qalmıĢdır. BaĢqa ölkələrdə olduğu kimi Azərbaycanda da ilk vaxtlar
zərdüĢtilərin və xristianların dini obyektlərini məscidlərə çevirir, onları islamın tələbləri
əsasında yenidən qururdular. Binaların yenidən qurulması adətən köhnə səcdəgahın
ləğvi və mehrabın qurulması ilə məhdudlaĢırdı. Həmin dini obyektlər öz quruluĢunun
qalan cəhətlərində ilkin görkəmini saxlayırdılar. Beləliklə, Azərbaycanda həm daxili
232
quruluĢu, həm də xarici memarlıq görkəmi baxımından yerli xüsusiyyətlərə malik
məscid tipi təĢəkkül tapdı. Hazırda ġamaxıda mövcud olan Cümə məscidi, Ağsudakı və
Sündü kəndindəki məscidlər VII-X əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiĢ
müsəlman sitayiĢ tikililərinin planı haqqında müəyyən təsəvvür yaradır. Həmin
məscidlər ərəb hökmranlığı dövründəki planlarını saxlamıĢ məscidlərin yerində
tikilmiĢdir. ġamaxıdakı Cümə məscidinin xüsusiyyəti plan baxımından kvadrat formalı
üç zala bölünməsi, hər zalın ayrıca mehraba malik olması idi. Ola bilər ki, məscidin üç
hissəli qurulması əsas, mərkəzi zalında əyanların, yan zallarında isə sadə müsəlmanların
ibadəti ilə bağlı olmuĢdur. ġamaxı məscidinin hər bir zalı ayrıca günbəzlə örtülmüĢdü.
Arxeoloji qazıntılar nəticəsində bu məscidin ərazisinə baĢlıca giriĢin qalıqları aĢkara
çıxarılmıĢdır. ġamaxıdakı Cümə məscidi və Ağsudakı məscid VIII əsrin tikililəridir.
ġamaxı məscidi 743 -cü ildə inĢa edilmiĢdir. Hər iki məscid memarlıq abidələrin in
ġirvan qrupuna aiddir.
Azərbaycan memarlığında günbəzli tikililər hələ VIII əsrə qədərki dövrdə
kifayət qədər geniĢ yayılmıĢdı. Buna görə də təbiidir ki, burada tikilmiĢ erkən
məscidlərdə günbəzli konstruksiyalardan istifadə olunurdu. Bununla əlaqədar olaraq
ġamaxı bölgəsinin Sündü kəndində 920-ci ildə tikilmiĢ (sonralar isə dəfələrlə yenidən
qurulmuĢ) mərkəzi günbəzli məscid böyük maraq doğurur. Plan baxımından düzbucaqlı
olan bu məscid günbəzlə örtülmüĢdür və dörd sütuna istinadlanır.
Narrativ əsərlərdə Beyləqan, Bərdə, Dərbənd, Ərdəbil, Mərənd, Marağa,
Urmiya, ġirvan, ġamaxı, ġəmkir, ġabran, Gəncə, Qəbələ, Naxçıvan, Təbriz
Ģəhərlərində VII-X əsrlərdə mövcud olmuĢ baĢqa tikililər haqqında da məlumat
verilir. Mərənddə və Urmiyada əzəmətli saraylar ucaldılmıĢdı.
Bərdənin, Ərdəbilin, Qəbələnin, Gəncənin və baĢqa Ģəhərlərin orta əsr
mənbələrində təsviri təsdiq edir ki, həmin mərkəzlər erkən feodal Ģəhərinin
formalaĢmasının ü mu mi tipolo ji prosesini keçmiĢlər. Meydanların forması və ən
mühüm Ģəhər tikililərinin yerləĢməsi haqqında yazılı mənbələrdə təsadüf olunan
məlumatlar onu da təsdiq edir ki, geniĢ Ģəkil almıĢ sistemsiz tikinti iĢləri ilə yanaĢı bu
dövrün Azərbaycan Ģəhərlərində əsasən sarayların və ictimai binaların cəmləĢdiyi
rayonlara da təsadüf edilirdi. Əl-Müqəddəsi Ərdəbildəki meydanın xaçvari forması,
Qəbələ came məscidinin Ģəhərdəki təpələrdən birinin üzərində yerləĢməsi haqqında
məlu mat verir. Bərdəni təsvir edən əl-Ġstəxri yazır ki, hakimin sarayı came
məscidinin yanında, bazarlar isə Ģəhər kənarında yerləĢirdi. Alban tarixçisi Moisey
Kalankatlı Bərdədəki xristian kilsəsi binasının yerləĢmə xüsusiyyətlərini göstərmiĢdir.
Arxeoloji qazıntılarla təsdiq edilən yazılı mənbələr bu zamanın Azərbaycan
Ģəhərlərinin əksəriyyətində örtülü su kəmərləri və kəhrizlərin in saxsı borulardan
quraĢdırılmıĢ mükəmməl Ģəbəkəsinin fəaliyyət göstərdiyini sübut edir. Bundan baĢqa,
ölkə Ģəhərlərinin çoxu üçün iri və xırda açıq kanallar, arxlar sisteminin mövcudluğu
səciyyəvi idi.
Hələ antik müəlliflərin əsərlərində xatırlanan Qəbələ Ģəhəri Ģərqdən
Covurluçayla, qərbdən isə Qaraçayla əhatələnmiĢ geniĢ yüksəklikdə yerləĢird i. 20
233
metrlik dərin liy i olan süni xəndək Qəbələ Ģəhərinin ərazisin i iki hissəyə (Səlbir və
Gavur qalası) ayırır. Düzgün olmayan beĢbucaq formalı Səlbir cənub səmti istisna
olunmaqla hər tərəfdən güclü qala divarları və qüllələri ilə müdafiə olunmuĢdur. ġimal
divarında vaxtilə cinahlardan qüllələrlə mühafizə olunmuĢ qala qapısının izləri aĢkar
edilmiĢdir. Təxminən 400 metrlik hissəsi indiyədək qalmıĢ yol bu qapıya doğru uzan-
mıĢdı. Yol-inĢaat iĢlərinin səliqə ilə yerinə yetirilməsi diqqəti cəlb edir. Dö rd metrlik
eni olan yol xüsusi məqsədlə hazırlan mıĢ torpaq tökü mü üzərindədir.
Səlbirin cənub-qərb hissəsində 14 metr ucalığ ında indiyədək qalmıĢ qüllə
diqqəti cəlb edir. Bu qüllə p lan baxımından düzbucaqlı formaya malikdir, əhəng
məh lulu ilə çaydaĢından tikilmiĢ və yonulmuĢ əhəngdaĢı ilə ü zlən miĢdir.
Təbii cəhətdən Ģəhərin nisbətən az mühafizə o lunmuĢ hissəsi -Gavur
qalası daha güclü və inkiĢaf etmiĢ istehkam sistemi ilə əhatələnmiĢdir. Qala
divarların ın və qüllələrinin yaxĢı mühafizə olun muĢ böyük fraq mentləri (qalıq ları)
hərbi-inĢaat sənətinin yüksək səviyyəsini təsdiqləyir. ġəhərin müdafiə divarların ın
bu sahəsində plan baxımından yarımdairəvi olan qüllələrə daha ço x təsadüf edilir.
Bu qüllələr arasındakı məsafə bir qayda olaraq 20-25 metrdən ço x deyild ir. ġəhər
qapısını müdafiə edən qüllələr arasındakı məsafə isə 20,5 metrə bərabərdir. Bu
sahədə divarın qalınlığı ad i 3 metr əvəzinə 4 metrədək artırılmıĢ dır. Əla biĢirilmiĢ
kvadrat kərp iclərdən ucaldılmıĢ divar yaxĢ ıca yonulmuĢ daĢlardan hörülmüĢ,
kərpic və inĢaat qırıntıları ilə möhkəmləndirilmiĢ özüllərə istinadlanmıĢdır.
Qəbələnin istehkam qurğuları ü mu mi ö lçüləri və qüdrəti ilə nəhəng Dərbənd,
Gilgilçay qurğularını, erkən orta çağlar Azərbaycanının baĢqa istehkamlarını
xatırladır.
ġəhər, əhalini saf bulaq suyu ilə təchiz edən, saxsı boru lardan hazırlan mıĢ,
Ģaxələn miĢ su kəməri Ģəbəkəsinə malik idi. ġəhər təpələrinin ətəklərində xey li
miqdarda kirəmitə, əla biĢirilmiĢ və mü xtəlif ö lçülərə malik olan (18x18x4,5
santimetrdən 30x30x7 santimetrədək) kvadrat kərp iclərə, üst səthi yüksək
keyfiyyətli mina ilə örtülmüĢ üzlük kə rpic lərə təs adüf olunur. Tikili qalıqların ın
tədqiqi binaların sıx və nizamsız tikild iyini təsdiq edir.
Erkən orta çağlar Azərbaycanının iri Ģəhərlərindən biri olmuĢ qədim
Gəncə Ģəhərgahı müasir Gəncənin Ģimal-Ģərqindədir. Gəncəçayın sahillərində
yerləĢən Ģəhərin sol sahil hissəsi qala divarları və xəndəklə əhatələnmiĢdi. Bu
müdafiə sistemi plan baxımından düzgün olmayan formaya malik ço xbucaqlı idi.
ġəhərin solsahil hissəsinə üç böyük çoxaĢırımlı körpülərlə b irləĢmiĢ sağsahil
hissəsində müdafiə divarlarının üç sırasının izi görünür. Bunlar Ģəhərin ardıcıl
surətdə inkiĢaf etdiyini isbat edir. Görünür, Ģəhərin daxili hissəsi içqala (istehkam)
olmuĢdur.
Tarixi-ədəbi təsvirlər orta çağlar Bərdəsini plan baxımından kvadrat formalı
iri Ģəhər kimi səciyyələndirir. ġəhərin ətrafı ucu-bucağı görünməyən bağlarla
əhatələnmiĢdi. Bərdədəki tikililər arasında qaynar ticarət fəaliyyəti ilə fərqlənən
çoxsaylı örtülü bazarlar, karvansaralar, hamamlar, məscidlər, yaĢıllığa qərq olmuĢ
234
bağlar arasında yerləĢən kübar evləri seçilirdi. Müasirləri örtülü bazarları və hamamları
xüsusi qeyd edirlər. Bərdə Ģəhəri həmin dövrdə məhz bu memarlıq obyektləri ilə
məĢhurlaĢmıĢdı. ġəhərin içqala hissəsində xəzinə, hakimin sarayı, came məscidi
yerləĢirdi. Bu tikililər, ağac və gips tətbiq olunmaqla biĢmiĢ kərpicdən inĢa edilmiĢdi.
Orta əsr müəllifləri Bərdənin qüdrətini nəzərə alaraq, onu "bu diyarın Bağdadı‖
adlandırırdılar.
Bu zamanın tikinti texnikasının inkiĢaf səviyyəsini səciyyələndirən,
indiyədək qalmıĢ azsaylı qurğuların arasında müasir Bərdədən bir neçə kilo metr aralıda
- Tərtər çayının köhnə axarı üzərində salınmıĢ iri körpünün xarabalıqlarını göstərmək
olar. Burada 15 körpü özülü və iri çay daĢlarından yaradılmıĢ güclü sahil əsasları
qalmaqdadır. Körpünün eni 4, ümumi uzunluğu isə 129 metr idi. Xudafərin aĢırımı
üzərindəki iri korpülərdən birinin tikintisi VII əsrə (635-ci ilə) təsadüf etmiĢdir. Həmin
körpü Bəkr ibn Abdullahın layihəsi və rəhbərliyi ilə inĢa edilmiĢdi (Həmdallah
Qəzvininin məlu matı).
Azərbaycan ərazisində olan çoxsaylı karvansaralar haqqında da məlumatlar
vardır. Həmin karvansaraların əksəriyyəti möhkəmləndirilmiĢ tikililər idi və
Azərbaycandan keçən beynəlxalq tranzit ticarəti magistralları (ana yolları) üzərində
yerləĢirdi.
Ġndiyədək qalmıĢ qala qurğuları arasında Naxçıvandakı Əlincə qalası mühüm
əhəmiyyət kəsb edir. Həmin qala ətraf məkan üzərində hakim olan sərt qayalı dağın
zirvəsində yerləĢir. Qalanın istehkamları bir neçə sırada yerləĢmiĢ, atəĢ mövqelərinə və
qüllələrə malik olan divarların mürəkkəb sistemidir. Bu divarlar iri, yaxĢı yonulmuĢ
daĢlardan hörülmüĢdür. YaĢayıĢ binaları və müxtəlif baĢqa tikili qalıqları tağlarla, daĢ
üzərində oymalarla bəzədilmiĢ binaların əski əzəmətini sübut etməkdədir. Qalanın su
təchizatı sistemi xüsusi diqqət tələb edir: atmosfer yağıntılarını rütubət toplayan
kanalların ĢaxələnmiĢ Ģəbəkəsi vasitəsi ilə kölgəlikdə yerləĢən hovuzlarda
cəmləĢdirirdilər. Bu hovuzlar və kanallar qayalıqlarda oyulmuĢdu. Özünün
memarlıq-bədii xüsusiyyətlərinə görə Əlincə qalası Azərbaycanın görkəmli abidələri
sırasına daxildir.
Xristian sitayiĢi qurğularına gəldikdə isə Ağoğlan çayı sahilində tikilmiĢ
Amaras monastırı diqqəti xüsusilə cəlb edir. Monas tırın IX əsrdən gec olmayaraq
tikildiyi müəyyən olunmuĢdur. Monastır kompleksi bazilikadan, yeraltı hissədən,
yaĢayıĢ və təsərrüfat tikililərindən və daĢdan tikilmiĢ qala divarından ibarətdir. Plan
baxımından məbəd düzbucaqlıdır (14x23 metr). Məbədin daxili sıra ilə iki-iki yerləĢmiĢ
dörd naxıĢlı sütunla üç nefə ayrılmıĢdır. Məbədin daxilindəki mərkəzi nef geniĢdir, Ģərq
tərəfdən yarımgünbəzlə örtü lmüĢ, bir qədər qaldırılmıĢ səcdəgah absidası ilə baĢa
çatır. Mərkəzi nef daha ucadadır, çatma tağla örtülmüĢdür. Məbədin daxilindəki iki yan
nef ensizdir, kiçik otaqlarla baĢa çatır və silindrik tağlarla ö rtülmüĢdür.
Məbədin ön hissəsi yaxĢıca cilalanmıĢ daĢ bloklarla üzlən miĢdir. Abidənin
damı qoĢaçatılıdır. Məbədin qərb hissəsində çadır örtüklü, altısütunlu kiçik zəng
qülləciyi vardır. Qapı oyuğu qərb divarında düzəldilmiĢdir. ġimal tağı üzərində xaç həkk
235
edilmiĢdir. Məbədin səcdəgah absidasının altında tağla örtülmüĢ yeraltı "məbəd"
binası (2x4 metr ölçüdə) yerləĢir. Yeraltı "məbəd"ə hər iki tərəfdə yerləĢmiĢ daĢ
pillələrlə enirdilər. ġərq divarında qapı oyuğu vardır. Mənbələrdə qeyd edilir ki, yeraltı
"məbəd" V əsrdə tikilmiĢdir. Monastır plan baxımından düzbucaqlı olan, bucaqlı
qüllələrə malik qala divarı (57x88 metr) ilə əhatələnmiĢdir. Yarım-dairəvi tağlı qapı
oyuğu cənub divarındadır. Monastırın həyəti iki qismə ayrılmıĢdır. Birinci hissədə
(13x44 metr) təsərrüfat binaları və tövlələr yerləĢir. Ġkinci həyətdə (44x55 metr) məbəd
və onun ətrafında yaĢayıĢ tikililəri mövcuddur. YaĢayıĢ və təsərrüfat binaları qala
divarına tamamilə yanaĢmıĢdır. Buna görə də həmin binaların damları cinah qüllələrinin
yanındakı pillələr vasitəsilə divarlara və qüllələrə qalxmaq, ətrafı müĢahidə etmək, atəĢ
mövqelərinin yardımı ilə müdafiə olunmaq imkam yaradırdı. YaĢayıĢ və təsərrüfat
tikililəri yaxĢı yonulmuĢ daĢlardan inĢa edilmiĢdir.
Erkən orta çağlar Azərbaycanının ərazisində xristian memarlığı abidələrinin
planlarının və həcm-məkan quruluĢlarının səciyyələndirilməsi üçün məbəd
tikililərin in bazilikal tipinin tədqiqi qiy mətli material verir. Laçın bölgəsində -
Ağoğlan çayının sahilində tikilmiĢ monastır ko mp leksinin iri ölçü lü məbədi bu cür
maraqlı sitayiĢ obyektlərindəndir.
Plan ba xımından üç nefli o lan düzbucaqlə bazilika kifayət qədər böyük
ölçülərə malikdir: onun uzunluğu 25, eni isə 12,5 metrdir. Kvadrat formalı səkkiz
dayaq sütununun - pilonların iki sırası binanın daxili məkanını üç hissəyə bölür.
Ortada olan mərkəzi, dörd metrlik nef yanlarda yerləĢən 2 metrlik ensiz neflərdən
iki dəfə böyükdür. Orta hissənin hündürlüyü 17, yan hissələrin hündürlüyü isə 11,5
metrd ir. Ġbadət zalının bütün nefləri silindrik formalı tağlarla örtülmüĢdür. Həmin
tağlar səliqə ilə yonulmuĢ və bir-b irinə yaxĢıca uyğunlaĢdırılmıĢ daĢlardan
yaradılmıĢdır. Asanlıqla görmək olar ki, b inanın planın ın üçnefli s xemi ü mu mi
olan cəhətləri ilə əsas, zaman etibarilə daha əvvəl tikilmiĢ Qu m bazilikasın ın
mərkəzi hissəsini təkrar edir. GərilmiĢ proporsiyalı, böyük yarımdairəvi absidalı,
səcdəgahlı, əsas nef və səcdəgah oyuğundan hər iki tərəfdəki iki ensiz düzbucaqlı
xid mət binalarına - yan neflərinə malik o lan obyekt də bu cürdür. Absidanın
böyük, yarımdairəv i formalı, möh kəm oyuğu üzərində üç ensiz tağlı oyuq yerləĢir.
Bu oyuqlar məbədin ko mpozisiya mərkəzi olduğunu nəzərə çatdırır.
Bazilikanın möhkəm yerli daĢ olan boz bazaltdan inĢa edilmiĢ
monu mental binası özünəməxsus gözəl dağlar d iyarın ın sərt təbii mühiti ilə ü zvi
Ģəkildə bağlıdır. Binanın hamar fasad səthləri yu xarı hissədə bir-birindən uzaq
məsafədə yerləĢmiĢ ensiz pəncərə oyuqları ilə kəsilir. Zalın daxili məkan ına bu
oyuqlardan iĢıq düĢür. Fasadın yan tərəfində za la yeganə giriĢ oyuğu vardır.
Fasadın batıq formalı, simmetrik surətdə qurulmuĢ, müvazinətli ko mpozisiyası
iĢığın düĢməsi məqsədilə açılmıĢ mü xtəlif ö lçülü oyuqlarla kəsilmiĢdir. Bu cür
oyuqlar mərkəzi hissədə qoĢa Ģəkildədir. Həmin oyuqlardan biri (böyüyü) zalın
əsas nefini, digəri isə (kiçiyi, iki yaruslu) yanlardakı nefləri iĢıqlandırmaq üçün
nəzərdə tutulmuĢdur. PiramidaĢəkilli çadırla örtülmüĢ, ensiz sütunlar üzərindəki
236
gözəl qamətli rotonda məbədin çadırlı damında yerləĢmiĢdir. Rotonda sitayiĢ
təyinatlı bu binanın ciddi, lakin ifadəli həcmini daha da canlandırır. Məbədin daxili
divarları yonulmuĢ iri, qara daĢlarla ü zlən miĢdir. Həmin daĢlar hörgü yerinə geniĢ
məh lul tikiĢləri ilə hörülmüĢdür. Bu onunla izah olunur ki, keçmiĢdə məbədin
divarları malalan mıĢ, həmin mala ü zərində isə süjet baxımından tematik, polixro m
(ço xrəngli) rəsmlər çəkilmiĢdi. ġimal d ivarında indiyədək qismən qalmıĢ freska
rəsmli malanın fraqmentləri bunu təsdiqləyir. Dayaq sütunları - pilonlar və onların
üzərindəki tağların arxivoltları yaxĢı yonulmuĢ iri daĢ bloklarla üzlənmiĢdir. Zalın
interyerinin yuxarı hissələrində daĢ üzərində dekorativ oyma tətbiq edilmiĢdir. Bu,
bazilikal tikilinin iĢıqlandırılma xüsusiyyətləri ilə əlaqədar olaraq onun qavranılması ilə
ĢərtlənmiĢdir.
Bir daha qeyd olunmalıdır ki, monastırın fasadları tikintinin mütləq
məntiqiliyi ilə seçilir. Fasadlar bazilikal ko mpozisiyanın daxili quruluĢunu üzə çıxarır.
Qazax bölgəsinin Əskipara kəndi yaxınlığındakı monastır kompleksi
Azərbaycanın erkən orta çağlar memarlığının maraqlı örnəklərindən biridir. Bu
monastır meĢədə, əlçatmaz dağlıq yerdə yerləĢmiĢdir. Kompleks təqribən 2,5 hektar
ərazini tutur və divarlarla əhatələnmiĢdir. Yüksək mövqedə yerləĢmiĢ əsas tikililər komp-
leksin qalan hissəsindən divarla ayrılmıĢdır. Bu, özünəməxsus içqala, iqamətgahdır.
Kompleksin divarları və qüllələri iri çay daĢlarından ucaldılmıĢdır, bəzi hissələri kifayət
dərəcədə yaxĢı mühafizə edilmiĢdir.
Əsas bina - monastır diqqəti daha çox cəlb edir. Monastır plan baxımından
düzbucaqlıdır. Abidənin mühafizə olunmuĢ fraqmentləri təsdiq edir ki, o mühüm
memarlıq əsəri idi. Bina yaxĢı biĢirilmiĢ 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən
ucaldılmıĢdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın
əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxıĢlı yonulmuĢ daĢlardan
hazırlan mıĢdır.
Binanın memarlıq həllində divarların tağlama ilə iĢlənməsi aparıcı
əhəmiyyətə malikdir. Bu üsul baĢ fasadda alaqapıya keçir. Alaqapı daha geniĢ və daha
uca tağla bəzənmiĢdir. Gü man etmək olar ki, tağlar yarımdairəvi olmuĢlar. Binanın
daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlən məkdədir. Gü man
etmək olar ki, içqalalı kompleks Alban dövlətinin baĢçıları olmuĢ böyük Mihrani
hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qıĢ iqamətgahı olmuĢ Xalxal
Ģəhərinin məhz bu yerdə lokallaĢdırılması bunu təsdiq edə bilər. Buna görə də
kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikas ının xarakteri
və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək
mü mkündür.
237
XI FƏSĠL
XĠLAFƏTĠN ZƏĠFLƏMƏSĠ NƏTĠCƏSĠNDƏ
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ IX-X ƏSRLƏRDƏ
TƏġƏKKÜL TAPAN FEODAL DÖVLƏT
QURUMLARININ SĠYASĠ TARĠXĠ
Dostları ilə paylaş: |