TarġXĠ III-XIII əsrin I rübü


§ 3. AZƏRBAYCAN ATABƏYLƏRI DÖVLƏTĠNĠN



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   28   29   30   31   32   33   34   35   ...   45
§ 3. AZƏRBAYCAN ATABƏYLƏRI DÖVLƏTĠNĠN 

YARANMASI 

 

Səlcuqilər  dövlətinin  tənəzzü lü  dövründə  yaranmıĢ  müstəqil  soltanlıqlar 



öz  növbəsində  yeni  tipli  dövlət  birliklərini  doğurdu.  Bu  dövlətlərin  yaradıcıları 

Səlcuq  soltanlarının  sabiq  kölələri  (məmlüklər)  idilər.  Həmin  adamlar  adətən 

Səlcuqilərin  vəliəhd  Ģahzadələrinin  "atabəy"  (yəni  "hökmdar-ata")  titullu 

tərbiyəçiləri  olurdular.  Zaman  keçdikcə  atabəylər  gücləndilər  və  qəyyumluq 

etdikləri  Ģəxslərin  yalnız  adda  baĢçılıq  etdikləri  dövlətlərin  taleyini  müəy -

yənləĢdirən  faktiki  hökmdarlara  çevrild ilər.  Soltanlar  hakimiyyətin  y alnız  zahiri 

əlamətlərin i  mühafizə etmiĢdilər: onların adları sikkələr üzərində zərb edilir, cü mə 

xütbələrində  çəkilirdi.  XII  yü zildə  bir  neçə  belə  dövlət  vardı:  Mosul  atabəyləri 

(Zəngilər,  1122-1262),  Fars  atabəyləri  (Salqurilər,  1137-1286),  Ġrb il  atabəyləri 

(Beytekinlə r, 

1144-1233),  Luristan  atabəyləri  (Xəzərəsplər,  1155-1424), 

Azərbaycan  atabəyləri  (Eldənizlər,  1136-1225)  və  s.  Bu  yüzildə  atabəy 

dövlətlərindən baĢqa Rum Səlcuqiləri,  XarəzmĢahlar, Ərtuqilər və baĢqa dövlətlər 

qüvvətlənib müstəqil oldular. 

1136-c ı  ildə  soltan  Məsud  Arranı  iqta  kimi  atabəy  ġəmsəddin  Eldənizə  

bağıĢladı.  Ġqamətgahı  Bərdədə  yerləĢən  Eldəniz  tezliklə  yerli  əmirləri  tərəfinə 

çəkdi,  ö zü  də  soltana  xid mət  asılılığ ından  çıxdı.  YavaĢ -yavaĢ  o,  demək  olar  ki, 

bütün Azərbaycana yiyələndi və xırda hakimləri özünə tabe etdirdi.  

Mənbələrin  məlu matlarından  aydın  olur  ki,  hələ  So ltan  II  Toğrulun 

hakimiyyəti dövründə (1132-1135) vaxtilə vəzir əs-Su mayramin inin qul kimi satın 

aldığı,  bacarığına  görə  soltan  mətbəxin in  baĢçısı  vəzifəsinə  qədər  yüksəlmiĢ 

Eldəniz  soltanın Ģəxsi  məmlükləri  sırasına  keçirilmiĢdi.  Vəzifə  pillələri  ilə  sürətlə 

irəliləyən  ġəmsəddin  Eldəniz  soltanın  həyat  yo ldaĢı  Mömünə  xatunun  xüsusi 

hörmətin i  qazan mıĢdı.  Ömürlük  onun  məsləhətçisinə  çevrilən  bu  qadının  dəyərli 

tövsiyələrin i  nəzərə  alan  Eldəniz  heç  vaxt  saray  fitnə-fəsadlarına  uy mamıĢ, 

hökmdarına  daim  sədaqətli  olmuĢ,  buna  görə  də  əmir  rütbəsinədək  yüksələ 

bilmiĢdi.  Məh z  bu  zaman  o,  soltan  II  Toğrulun  azyaĢlı  oğlu  ArslanĢahın  atabəyi 

təyin edilmiĢdi. 

II  Toğrulun  ölü mündən  sonra  hakimiyyətə  keçmiĢ  yeni  soltan  Məsud 

(1135-1152)  Eldənizi  mərhu m  soltanın  dul  qalmıĢ  arvadı  Möminə  xatunla 

evləndirdi.  Bu  izdivac  nəticəsində dünyaya  iki  oğlan  və  bir qız  gəldi.  Mxitar  QoĢun 

qeydinə  görə,  ġəmsəddin  Eldəniz  Azərbaycanda  qərarlaĢdıqdan  sonra  "qüdrətli 

hökmdara  çevrildi,  bütün  əzəmətli  hakimləri  ə zərək,  ço xlarını  ö zünə  tabe  etdi, 

türkmanların  üsyan  etmiĢ  baĢçılarının  tamamilə  darmadağın  etdi,  Arran  ölkəsində 

baĢlanmıĢ həyəcanların qarĢısını aldı". 

Həmin  dövrün  mənbələri  Eldənizi  cəsur  döyüĢçü  və  ağıllı  siyasi  xadim 

kimi təqdim edirlər. Fəaliyyətinin baĢlanğıcında o, soltana və onun ailəsinə sədaqəti ilə 

seçilir,  bununla  yanaĢı,  fürsəti  əldən  verməməyə  çalıĢırdı.  Nəhayət,  1160-cı  ildə 



306 

 

əmirlərin qəsdi nəticəsində soltan SüleymanĢah devrilərək öldürüldükdən, soltan  taxt-



tacına Eldənizin qəyyumluq etdiyi oğulluğu ArslanĢah çıxarıldıqdan sonra bu fürsət saatı 

yetiĢdi.  Atabəy  ġəmsəddin  Eldəniz  Ġraq  soltanlığı  taxtının  gerçək  sahibi  oldu,  soltan 

ArslanĢah isə olsa-olsa onun iradəsinin müti icraçısına çevrildi. Bu zamandan etibarən 

"böyük  atabəy"  adlandırılan  ġəmsəddin  yeni  dövlət  hakimiyyətinin  nüfuzunu 

möhkəmləndirməyə  baĢladı.  O,  özünəməxsus  diarxiyanın  (ikihakimiyyətliliyin) 

yaradıcısına  çevrildi.  Soltan dövlət baĢçısı  rolunun  formal  icrası  ilə  məhdudlaĢdırılmıĢ 

Ģəxs oldu; qoĢunlara özü baĢçılıq edən atabəy isə dövlət vəsaitləri üzərində nəzarəti öz 

əlində  cəmləĢdirmiĢ,  vassalların  gerçək  süzereni  olmuĢdu.  Lakin  tabeliyində  olan 

ölkələrdə güclü dövlət  hakimiyyətinin olmasını  istəməyən  xəlifə  əl-Müstəncid  (1160-

1170) ArslanĢahı soltan kimi tanımaqdan imtina edib, taxt-tac uğrunda yeni mübarizənin 

qızıĢdırılması üçün əlveriĢli məqamı gözləməyə baĢladı. Xəlifənin vəziri  Ġbn Xubeyrə bu 

iĢdə  mühüm  rol  oynayaraq,  soltanlığın  nüfuzlu  feodal  əyanlarını  Eldənizə  və 

ArslanĢaha  qarĢı  çıxıĢa  təhrik  etdi.  Əmirlərin  hazırladığı  qəsddən  xəbər  tutan  Eldəniz 

öz  rəqiblərini  ayrı-ayrılıqda  aradan  götürmək  üçün  əməli  tədbirlər  görmək,  onları 

birləĢmək imkanından məhrum etmək qərarına gəldi. 1161-ci  ilin avqustunda, Marağa 

hakimi Arslan Aba ibn Ağsunqur əl-Əhmədilinin sarayında sığınacaq tapmıĢ Məhəmməd 

ibn Mahmudun oğlu Ģahzadə MahmudĢahın tərəfdarları Həmədan yaxınlığında darma-

dağın edildilər. Rey Eldəniz tərəfindən ələ keçirildi və iqta kimi onun oğlu, Rey hakimi 

Ġnancın qızına evlənən Cahan Pəhləvana verildi. Rey hakimi Ġnanc soltan ArslanĢahdan 

vassal  asılılığını  etiraf  etməli  odu.  Qum  hakimi  Səkmən  ibn  Qaymaz  və  Ərdəbil 

hakimi  Ağ  QuĢ  da  soltanın  tərəfinə  keçdilər.  Tezliklə  Qəzvin  hakimi  Alp  Arqun 

məğlub edildi, Qəzvin ərazisi soltan mülklərinə birləĢdirildi. 

Lakin  Ģahzadə  MahmudĢaha sığınacaq  vermiĢ  Marağa hakimi  Arslan  Abanı 

tabe etmək  cəhdləri  Eldəniz  üçün uğursuzluqla nəticələndi:  onun  Cahan  Pəhləvanın 

baĢçılığı altında təchiz etdiyi qoĢun Marağa hakiminin və onun köməyinə gələn Xilat 

hakiminin  birləĢmiĢ  qüvvələri  tərəfindən  məğlubiyyətə  uğradıldı.  Bunun  nəticəsi 

olaraq Azərbaycan Atabəyləri ilə Marağa hakimləri arasındakı münasibətlər u zun illər 

boyu  gərgin  vəziyyətdə  qaldı.  Yalnız  Qızıl  Arslanın  hakimiyyəti  dövründə  Marağa 

hakimi vassal asılılığ ını et ira f et mə klə kifayətləndi. 

Eldənizin sonuncu düĢməni, ArslanĢahın ali hakimiyyətini tanımaq istəməyən 

Fars hakimi  Sunqur  ibn  Mədud  1161  -ci  ildə  vəfat  etdi.  Yalnız  onun  yerinə  gələn 

Zəngi  ibn  Mədud  (1162-1175)  1162-ci  ildə  soltandan  və  atabəy  Eldənizdən  vassal 

asılılığını  qəbul  edərək,  onların  adına  pul  kəsdirdi.  Elə  o  il  atabəy  Eldəniz  Ərdəbil 

vilayətini  Məhəmməd  ibn  Ağ  QuĢdan aldı  və  həmin  ərazini  oğlu  Cahan  Pəhləvanın 

mü lklərinə qatdı. 

1163-cü ildə NiĢapur, Qumis və Mazandaran vilayətlərinin  hakimi Müəyyid 

Ay Apa atabəy Eldənizin vassalı oldu və öz mülklərində Azərbaycan atabəyinin adına 

xütbə oxutdurmağa baĢladı. 

1167-c i  ildə  Eldəniz  öz  elç isini  Mosula  göndərərək,  adına  xütbə 

oxunmasını və pul kəsilməsini, müəyyən olunmuĢ məbləğdə verginin atabəy xəzinəsinə 



307 

 

göndərilməsini  tələb  etdi.  Mosul  atabəyi  Qütbəddin  Mədud  Eldənizin  bu  tələblərinə 



"tabeçilik  və  itaətkarlıqla"  cavab  verdi.  Mosulda,  ona  qonĢu  olan  Diyarbəkr  və  əl-

Cəzirə vilayətlərində soltan ArslanĢahın adına xütbələr oxundu. 

1168-ci  ildə  Kirman  hakimi  atabəy  II  ArslanĢ ah  Azərbaycan  atabəyinin 

vassalına  çevrildi.  II  ArslanĢah  özünü ölkədə  Azərbaycan  atabəyinin  caniĢini  hesab 

edirdi.  Həmin  il  Xuzistan  hakimi  ġimlə,  1170-ci  ildə  isə  ĢirvanĢah  III  Mənuçehr 

Eldənizlərdən  asılı  vəziyyətə  düĢdülər.  XII  əsr  müəllifi  Sədrəddin  əl-Hüseyninin 

dediyinə  görə,  "əsl  hökmdar  atabəy  Eldəniz  idi.  Soltan  ArslanĢahın  isə  yalmz  adı 

hökmdard ı". 

Ali hakimiyyətin - soltanın adından fəaliyyət göstərmək imkanını əldə etmiĢ 

Eldəniz  öz  mövqeyindən sülalə  mülklərin i  geniĢ ləndirmək  üçün  istifadə  edirdi,  O, 

Qafqaz dağlarından Fars körfə zinədək u zanan böyük ərazini öz hakimiyyətinə tabe 

etdi: "Bağdad və ətrafı  istisna olmaqla bütün ölkələr"  Eldənizin hakimiyyəti altına 

düĢdü.  Əl-Hüseyninin  məlu matına  görə,  onun  mülkləri  "Tiflis  qapılarından 

Məkranadək"  uzanırd ı.  O,  Azərbaycan,  Arran,  ġirvan,  Cibəl,  Həmədan,  Gilan, 

Mazandaran,  Ġsfahan  və  Rey  vilayətlərinin  sahibi  idi.  Eldənizin  vassalları  olan 

Mosul,  Kirman  və  Fars  atabəyləri,  ġirvan,  Xu zistan,  Xilat,  Ərzən  ər -Ru m  və 

Marağa hakimləri onun adını [xəlifədən və soltandan sonra] xütbələrdə çəkir, ad ına 

pul  kəsdirirdilər.  Beləliklə,  Eldəniz  güclü  rəqib ləri  olan  Mosul  və  Fars 

atabəylərinin,  eləcə  də  ucqar  vilayətlərin  hakimlərinin  yaln ız  vassal  asılılığ ı  ilə 

kifayətlən miĢdi.  Hakimiyyəti  dövründə  apardığı  siyasət  yalnız  xeyli  silaha  sahib 

olan.  zənginləĢ mək  və  mü lklərini  geniĢləndirmək  istəyən  əmirlərə  əl  verən,  eləcə 

də iri hərb i qüvvələrin cəlb edildiy i ara çəkiĢmələrini də zəiflətdi. 

Eldənizin  yaratdığ ı  dövlətin  ən  güclü  rəqibləri  monqol  hücumlarınadək 

Azərbaycan hökmdarı  ilə daim  münaqiĢədə olan gürcü hökmdarları  idilər.  1161 -ci 

ilin avqustunda gürcü qoĢunları çar III  Georgi  (1156-1184) baĢda olmaqla  ilk dəfə 

Eldənizlərin  hakimiyyəti  altında  olan  əraziyə  soxuldular.  Həmin  dövrdə  Arranın 

tərkib ində  olan  Ani  Ģəhərini  ələ  keçirən  gürcü  qoĢunları,  salnaməçi  Vardanın 

yazdığına görə, "o qədər düĢmən döyüĢçüsünü qılıncdan keçird ilər ki, sayını kimsə 

müəyyən  edə bilmədi.  Təkcə  əsir  alınanlar  41  min  idi".  Yenə  həmin  ay  30  minlik 

gürcü  ordusu,  o  zaman  Azərbaycanın  tərkibində  olan  Dvin  Ģəhərinə  daxil  o ldu, 

"onun  10  mindən  artıq sakinini  qarət edib, qırdı;  çoxlu  qadın  və  uĢağı soyundurub, 

çılpaq  və  ayaqyalın  halda  qovub  əsir  apardı".  Salnaməçilərin  məlu matına  görə, 

"gürcülər  öz  ölkələrinə  qayıtdıqda,  gürcü  qadınları  onların  müsəlman  qadınlarına 

qarĢı  etdikləri  əməllərə  etiraz  edərək  döyüĢçülərə  dedilər:  "Siz  müsəlmanları 

məcbur edəcəksin iz ki, onların qadınların ın baĢlarına gətird iyin izi onlar da bizlərə 

etsinlər. Yaln ız bundan sonra əsir qadınların paltarları qaytarıldı". 

Bir  müddətdən  sonra  Gəncə  də  bu  cür  müda xilə  və  ta lana  məru z  qald ı. 

Gü rcülər  Gəncədən  də  xeyli  qənimət  apardılar.  BaĢ  vermiĢ  hadisədən  xəbər  tutan 

atabəy  Eldəniz  Xilat,  Marağa,  Ərzən  ər-Ru m  hakimlərin i  və  baĢqa  əmirləri 

gürcülərə qarĢı birləĢdirdi. 1163-cü ilin yanvarında atabəy Eldənizin baĢçılığı altında 



308 

 

müsəlmanların birləĢmiĢ qoĢunları Gürcüstana daxil oldular. Eldənizin və III Georginin 



qoĢunları  arasında  hərbi  əməliyyat  1  ay  davam  etdi.  Həmin  ilin  iyulunda  əmirlərin 

birləĢmiĢ  qüvvələri  gürcülərə  qarĢı  ikinci  yürüĢə  baĢladılar,  Eldəniz  Dvin  Ģəhərini 

onların əlindən aldı və III Georgini ağır məğlubiyyətə uğratdı. Lakin bu məğlubiyyətə 

baxmayaraq,  1164-cü  ilin  aprelində  gürcü  qoĢunları  yenidən  Ani  Ģəhərinə  həmlə 

edərək  onu  taladılar.  Özünü  yetirən  Eldəniz  onları  Ģəhərdən  qovdu  və  həmin  ilin 

sonunda Anini ġəddadi əmiri Fəzlunun qardaĢı əmir ġahənĢahın (1164-1174) ixtiyarına 

verdi. 

1166-cı  ildə  çoxsaylı  gürcü  qoĢunu  Azərbaycana  soxularaq  Gəncəyədək 



irəlilədi. ġəhər qarət və talanlara məruz qaldı. Bu  müdaxilədən sonra, 1174-cü ilədək 

tərəflərdən heç biri  fəal  hərbi  əməliyyatlar  aparmadı.  Lakin  1174-cü  ilin  əvvəlində 

atabəyin Naxçıvandan Həmədana gələn arvadı Möminə xatun gürcü qoĢunlarının yeni 

hücumundan  xəbər  gətirdi.  Gürcülərin  müdaxiləsinə  qarĢı  yalnız  baharın  gəliĢi 

ərəfəsində yürüĢ təĢkil edildi. Lakin bu zaman baĢlanmıĢ taun xəstəliyi atabəy qoĢunları 

arasında  tələfata  səbəb  oldu.  Müəllifi  naməlu m  "Səlcuqnamə"də,  eləcə  də  Ravən -

dinin  Ġraq  Səlcuqlarının  tarixinə  dair  əsərində  göstərilir  ki,  "gürcülər  əlçatmaz 

dağlarda  və qalın  meĢələrdə  gizləndilər",  atabəyin  qoĢunları  isə  AğĢəhər  qalasını  ələ 

keçirib, ətraf yerləri talan etdikdən sonra Naxçıvana qayıtdılar. 1174-cü ilin oktyabrında 

gürcü  qoĢunları  bir  neçə  gün  ərzində  Ani  Ģəhərini  mühasirədə  saxlayan dan  sonra, 

nəhayət ələ keçirib taladılar və oraya öz caniĢinlərini qoydular. Eldəniz Aninin ġəddadi 

hakiminin  köməyinə  qoĢun  göndərdisə  də,  bu  qoĢun  da  gürcülər  tərəfindən 

məğlubiyyətə uğradıldı. 

1175-ci  ilin  avqustunda  atabəy  Eldənizin,  soltan  ArslanĢah ın,  Xilat  hakimi 

ġah Ərmənin və Diyarbəkr hakiminin birləĢmiĢ qüvvələri Cahan Pəhləvanın baĢçılığı 

altında  gürcülərə  qarĢı  daha  bir  yürüĢ etdilər.  Ravəndinin  məlumatına  görə, gürcülər 

"məğlub  edildilər,  müsəlmanlar  isə  elə  bir  qələbə  qazandılar  ki,  beləsini  kimsə 

xatırlaya bilmirdi".  Bu  məğlubiyyətdən sonra gürcülər Aniyə,  eləcə də Eldənizlərin 

tabeliyində  olan  baĢqa  torpaqlara  olan  iddialarından  müvəqqəti  olaraq  əl  çəkdilər. 

ġəddadi hakimi Ani Ģəhərinə qaytarıldı. 

Atabəy  Eldəniz  və  onun  xələfləri  Gü rcüstana  qarĢı  aparılan  daimi 

mübarizədə  Azərbaycan  və  onu  qonĢu  yerlərin  xristian  əhalisini  ö z  tərəflərinə 

çəkmək taktikasından məharətlə  istifadə edirdilər.  Bu  məqsədlə onlar yerli  xristian 

ruhanilərinə  himayəçilik  ed ir,  kilsələrə  kəndlər  bağıĢlayır,  monastırları  bütün 

vergilərdən  azad  edirdilər.  Erməni  salnaməçinin  yazd ığına  görə,  "'atabəy  Eldəniz 

xeyirxah sülhsevərliyi ilə seçilirdi və onun hakimiyyəti  illərində bir ço x ölkələrdə 

əmin-aman lıq hökm sürürdü". 

Əgər  Eldənizlər  dövlətin in  qərb  sərhədlərində  baĢlıca  rəqib  Gü rcüstan 

idisə,  Ģərq  sərhədlərindəki  vəziyyət  Eldənizlərin  tabeliyində  olan  NiĢapuru  ələ 

keçirməyə  çalıĢan  1176-cı  ildə  XarəzmĢah  II  Arslanın  (1156-1172)  fəaliyyəti 

sayəsində mürəkkəbləĢ miĢdi.  XarəzmĢahın qoĢunları  NiĢapuru mühasirəyə ald ılar. 

Mühasirə 2 ay uzansa da, Ģəhər təslim o lmadı. Atabəyin və XarəzmĢahın qoĢunları 



309 

 

arasında  baĢ  verən  döyüĢ  bir  nəticə  verməd i.  Bununla  belə,  Ġraq  Səlcuqiləri  ço x 



keçmədən  NiĢapuru  itirdilər.  Belə  ki,  əvvəllər  Eldənizlərin  vassalı  olan  NiĢapur 

hakimi Ay Aba özü Xarə zmĢahın tərəfinə keç miĢdi. 

1168-c i  ildə  Marağa  hakimi  Arslan  Aba  yenidən  ali  hakimiyyətə  qarĢı 

üsyan  etdi,  lakin  bu  üsyan  Marağanı  mühasirəyə  alan  Cahan  Pəhləvan  tərəfindən 

yatırıldı.  Ço x  keçmədən  marağalıların  əvvəlki  vassallığın ı  bərpa  edən  barıĢıq 

imzalandı. 

1169-cu  ildə  Rey  hakimi  Ġnanc  Xarə zmĢah  II  Arslanla   dilbir  o lub, 

atabəyin  hakimiyyətindən  qurtulmaq,  Reyi  və  onun  ətraf  ərazisin i  XarəzmĢahın 

ixtiyarına  vermək  qərarına  gəldi.  Bu  xəyanətdən  sonra  XarəzmĢah  və  Eldəniz 

qoĢunları  arasında  baĢ  verən  döyüĢdə  atabəy  ordusu  qələbə  qazandı.  Ġnancın 

Eldənizlə  barıĢıq  bağlamaq  cəhdləri  A zərbaycan  atabəyi  tərəfindən  rədd  edildi. 

Ço x keçmədən Ġnanc Eldənizin tapĢırığı ilə öldürü ldü. 

1175-c i  il  noyabrın  əvvəlində  soltanla  atabəy  arasındakı  münasibətlərin 

normal  məcrada  in kiĢafına  kö mək  edən,  bununla  da  ara  müharibələrin in  qabağını 

alan Möminə  xatun Naxçıvanda vəfat etdi. Onun məzarı üzərində o dövrün məĢhur 

memarı Əcəmi  ibn Əbubəkrin tikməyə baĢladığı, bu gün də öz gözəllik və əzəməti 

ilə göz o xĢayan məqbərəsi yaln ız atabəy Cahan Pəh ləvanın hakimiyyəti dövründə 

baĢa çatdı. 

Həyat yoldaĢının ölümündən bir ay sonra böyük atabəy ġəmsəddin Eldəniz 

də vəfat etdi. Atabəyin ardıcıllığı, enerjisi, soltan hakimiyyətinin nüfuzundan bacarıqla 

istifadə etməsi, feodal təĢkilatının baĢçısı və müdafiəçisi kimi yüksəlməsi, ehtiyatlı xarici 

siyasəti  onun  fəaliyyətinin  baĢlıca  cəhətləri  idi.  ġə msəddin  Eldənizin  bu  cəhətləri 

sübut edir ki, Azərbaycan Atabəyləri dövlətinin banisi zəmanəsinin böyük siyasi xadimi 

olmuĢdur.  O,  soltanın  himayəçisi  mövqeyindən  müvəqqəti  uğurlar  üçün  deyil,  bir 

tərəfdən  əsasını  qoyduğu  sülalənin  mü lklərin in  artırılması,  digər  tərəfdən  isə 

mərkəzi hakimiyyətin gücləndirilməsi üçün istifadə etmiĢdir. 



 

 

 

 

§ 4. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN SĠYASĠ 

QURULUġU VƏ ĠDARƏ SĠSTEMĠ 

 

Səltənət  taxt-tacı  uğrunda  gedən  mübarizədə  öz 



mövqelərini 

möhkəmləndirmək  üçün  Səlcuq  hökmdarları  hərbi  iqta  sistemini  yaradaraq,  bu  iqta 

paylarını  sədaqətli  hərbi  rəislər  arasında  bölüĢ dürdülər.  Nəticədə,  soltanlığın  bütün 

əyalət  və  vilayətləri  on  minlərlə  qoĢuna  nəzarət  edən  hərbi  baĢçılar  və  əmirlər 

arasında  paylanıldı.  Ġraq  soltanlığında  Abbasi  xəlifələrinin  qızıĢdırdığı  səlcuq 

əmirlərinin  bir-biri  ilə  düĢmənçilik  edən qrupları  arasında hakimiyyət uğrunda gedən 

vuruĢmalar  zamanı,  yenicə  Arran  valisi  təyin  olunmuĢ  ġəmsəddin  Eldəniz  əsasən 


310 

 

müĢahidəçi mövqeyində duraraq, yalnız öz xeyri üçün əlveriĢli fürsət gözləyirdi. 



Mirxondun  məlu matına  görə,  bu  dövrdə  ġəmsəddin  Eldəniz  ġirvanı  öz 

hakimiyyətinə tabe etdi; soltan Məsudun Azərbaycandakı caniĢini Çavlının ölümündən 

(1146-c ı il) sonra isə qarıĢıqlıqdan istifadə edərək, Naxçıvan vilayətini də öz mülklərinə 

birləĢdirdi. Eldəniz öz paytaxtını Naxçıvana köçürtdü və beləliklə, Azərbaycanın böyük 

hissəsinin sahibi oldu. 

1161-ci  ildə  soltan  SüleymanĢahın  taxtdan  salınmasından  sonra  Eldənizin 

himayəsində olan ArslanĢah soltan elan edildi.  Yeni  soltanın atabəyi "böyük atabəy" 

ləqəbi aldı. Eldənizin oğulları -Cahan Pəhləvan böyük əmir - hacib, Qızıl Arslan isə ali 

baĢ komandan vəzifəsinə təyin olundular. 

Beləliklə,  ġəmsəddin  Eldəniz  Ġraq  soltanlığının  həqiqi  baĢçısına  çevrildi. 

Soltan ArslanĢah isə, yuxarıda qeyd etdiyimiz kimi, dövlətin yalnız formal baĢçısı idi. Bu 

zamandan etibarən "vəliəhd Ģahzadənin tərbiyəçisi" mənasını daĢıyan "atabəy" ləqəbi 

ilkin anlamını itirərək, yeni məzmun kəsb etdi, hökmdarın ali tituluna çevrildi. Bu sözü 

adi  mənasından  fərqləndirmək  üçün  isə  ləqəbə  "ən böyük,  əzəmətli"  (əl-əzəm) sözü 

artırıldı.  Atabəy  əmirlərin,  iqta  sahiblərinin,  valilərin  süzereni  idi  və  feodal 

iyerarxiyasında daha yüksək pillə tutur, formal olaraq soltandan sonra ikinci adam hesab 

edilirdi.  Özünün  "əzəmətli"  titulu  ilə  Eldəniz  digər  atabəylərin  (Ģahzadələrin 

atabəylərinin)  süzereni  olduğunu  bir  daha  təsdiqləyir,  bununla  yanaĢı,  bu  süzerenliyin 

təkcə  titula  görə,  yəni  formal  olmadığını  nümayiĢ  etdirirdi.  Hərbi  qüdrəti  və  siyasi 

nüfuzu isə Orta ġərq ölkələri hökmdarları arasında onun birinciliyini təmin edirdi. Onu 

da qeyd edək ki, öz qəbilə üzvləri ilə köçəri həyat keçirən səlcuq qəbilə baĢçıları zaman 

keçdikcə  islamın  və  müsəlmanların  soltanlarına  çevrilirdilərsə,  atabəylərin  heç  bir 

qəbilə  əlaqələri  yox  idi.  Eldənizin  özü,  məmlükdən  soltan  mətbəxinin  nəzarətçisi 

vəzifəsinədək  yüksələrək,  saray  məmuruna  çevrilmiĢ,  sonra  əmir,  atabəy  və  nəhayət, 

müstəqil hökmdar olmuĢdu.  Dövlət  iĢlərində həlledici səs Eldənizə  məxsus idi. DaĢıdığı 

"məlik" titulu onun hakimiyyətinin irsi olduğunu bildirirdi. Eldəniz xarici siyasətə görə 

məsuliyyət  daĢıyır,  müharibə  və  qoĢun  məsələlərin i  həll  ed irdi.  O,  adına  pul 

kəsilməsi,  xəlifə  və  soltandan sonra  adının  xütbələrdə  çəkilməsi  haqqını  da  əldə  edə 

bilmiĢdi. Atabəy Eldəniz adətən qoĢunları özü döyüĢlərə aparır, bəzən  isə bu  iĢi naibinə 

həvalə edirdi. 

Azərbaycan Atabəylərinin  dövlət  aparatında atabəydən sonra  ikinci Ģəxs vəzir  idi. 

Bütün bürokratik  aparatın  rəhbəri  sayılan  vəzir  dövlət  baĢçısının  birinci  müĢaviri  idi. 

Atabəylərin vəzirləri də səlcuq soltanlarının vəzirləri kimi bir qayda olaraq milliyyətcə 

türk  deyil,  məmurlar  mühitinin ərəb-fars  mənĢəli qulluqçularından olurdular.  Ġnzibati-

maliyyə  aparatındakı  qalan  vəzifələri  də  qeyri-türklər  tutmuĢdu. Ali  dövlət  məmuru 

olan  vəzir  yalnız  hökmdar  qarĢısında  məsuliyyət  daĢıyırdı.  Divanxana  iĢçilərinin 



(əshab  əd-divan)  baĢçısı  olan  vəzir  məmurları  vəzifəyə  təyin  etmək  və  vəzifədən 

kənarlaĢdırmaq, təqaüdləri (ərzaq) və məvacibləri müəyyənləĢdirmək,   vergi   idarəsinə   

və    xəzinəyə   nəzarət   etmək hüqııqlarına  malik id i.  Vəzir daim ö z hökmdarın ın 

yanında  olur,  onu  səfər  və  yürüĢlərdə  müĢayiət  edir,  özü  qoĢun  göndərə  və  ona 



311 

 

baĢçılıq edə bilirdi. Dövlətdə böyük hörmətə malik olan vəzirlər vəzir, sadr, dəstur, 



xocayi-bozorq  titulların ı  daĢıyırdılar;  mürək-kəbqabı  (dəvat)  və  müəyyən 

mahuddan hazırlan mıĢ çalma onların vəzifə əlamətləri idi.  

Dövlət əhəmiyyətli üçüncü vəzifə "böyük" və yaxud "ulu  hacib" vəzifəsi 

idi.  Bu  mühüm vəzifəni icra edən Ģəxs  əmir əl-hacib əl-kəbir və yaxud hacib əl-



xass  əl-həzrət  rütbəsini  daĢıyırdı.  Hö kmdarın  Ģəxsi  xad imi  o lan  hacib  dövlət 

baĢçısına  aid  olan  mühüm  iĢlər  haqqında  ona  məlu mat  verir,  onun  tələbatları 

qayğısına  qalır,  saray  mərasimlərini  müəyyənləĢdirirdi.  Hacib  hökmdarın  gös-

təriĢlərini  icra  o lunmaq  üçün  Ģifahi  surətdə  vəzirə  çatdırır,  hökmdarla  əyanlar 

arasında əlaqə yaradırdı. 

Bəzən  haciblər  qoĢuna  və  hərbi  əməliyyatlara  da  rəhbərlik  edird ilər. 

Hökmdarın  bütün  əmlakın ı  divan  əl-xass  (Ģəxsi  divan)  idarə  edirdi.  Divan 

mü lkiyyətin  mü xtəlif  kateqoriyaları  (məsələn  torpaq  mü lkləri,  malikanələr  və  s.) 

ilə bağlı maliyyə haqq-hesabını aparır, onların gəlirin i hesablayırdı.  

Ta xt-tac əmla kı hökmdarın Ģəxsi  malı id i; o, öz torpaqlarını iqta payı kimi 

qoĢun baĢçıları və digər Ģəxslərə, mü lk kimi hakim sülalən in üzv lərinə verə bilərd i. 

Bütün  Səlcuq  hökmdarlarında  olduğu  kimi,  atabəylərin  də  xəzinəsi 



(xizanət əl-xass) bilavasitə taxt -taca bağlı  müəssisə idi.  Xəzinə daim atabəyin ö zü 

olan  yerdə  yerləĢdirilird i;  baĢ  xəzinə  isə  adətən  Naxçıvan  yaxınlığındakı  Əlincə 

qalasında saxlanılır, dövlətin bütün gəlirləri bura daĢınırdı. 

Səlcuqilərdə  olduğu  kimi,  atabəylər  dövlətinin  həyatında  da  Ģahzadələr 

(məliklər) böyük rol oynayırdılar. Hələ yetkinlik yaĢına çatmamıĢ əsas vilayətlərin 

caniĢinləri  təyin  edilən  bu  Ģahzadələrin  ö z  sarayları  o lurdu.  Artıq  Cahan 

Pəhləvanın  hakimiyyəti  dövründə  onun  qardaĢı  Qızıl  Arslan  Azərbaycan  və 

Arranın  caniĢini  təyin  edilmiĢdi.  Sonra  bu  vəzifən i  Cahan  Pəhləvanın  oğlu 

Əbubəkr  tutdu.  Rey,  Ġsfahan vilayətlərində,  Ġraqın  bir  h issəsində Azərbaycan  ata -

bəyinin  o  biri  oğlu  Qutluq  Ġnanc  Mahmud,  Həmədanda  isə  Özbək  caniĢin  təyin 

edildilər. Atabəy Özbəyin oğlu  Qızıl Arslan  XamuĢ onun Azərbaycandakı,  Cahan 

Pəhləvanın  qızı  məlikə  Cəlaliyyə  isə  onun  Naxçıvandakı caniĢinləri  idilər.  Bütün bu 

caniĢinlərin öz sarayları ilə yanaĢı vəzirləri və hacib ləri də var idi.  

Cahan  Pəhləvan  dövründən  baĢlayaraq,  Azərbaycan  atabəyləri    dövlətinin 

idarə edilməsi məqsədilə baĢda vəzir olmaqla ali idarə  (divan əl-alə) yaradılmıĢdı. Bu 

idarənin nəzdində dövlət dəftərxanası (divan əl-inşa və yaxud divan ət-tuğra), maliyyə 

idarəsi  və    ya  xəzinədarlıq  (divan əl-istifa) var  idi.  Dövlət dəftərxanası  həm    daxili, 

həm də xarici yazıĢmaları aparırdı. Bu dəftərxananın baĢçısı  "münĢi" və ya  "tuğrayi" 

adlanırdı. Bu vəzifə irsi olmuĢ, onu icra  edən Ģəxslər və onların sonrakı nəsilləri "ət -

tuğrayi" ləqəbini daĢımıĢdılar. 

Maliyyə  idarəsinə  və  ya  xəzinəyə  rəhbərlik  edən  ali  maliyyə  məmuru 

(mustoufi əl-mamalik) dövlətin maliyyə idarələri sisteminin baĢında dururdu. 

Dövlətin əsas idarələrindən olan hərbi idarəyə (divan əl-ceyş və ya divan əl-



ərz)  sahib  divan  əl-ərz  (və  yaxud  ariz)  baĢçılıq  edirdi.  O,  hərbi  iqtalara  nəzarət  edir 

312 

 

(lakin  onları  paylamaq  hüququna  malik  deyildi),  bütün  rütbələrdən  olan  hərbi 



qulluqçuların  maaĢ  və  xərclərinin  ödənilməsi  iĢlərinə  baxırdı.  Hərbi  vəzifələr,  eləcə 

də ordu ilə bağlı hər Ģey xid mətdə olan türk əyanlarının əlində idi. Dövlətdə mövcud 

olan  poçt  idarəsi,  Xilafət  poçtu  kimi,  özünün  birbaĢa  vəzifəsindən  əlavə  yuxarı 

təĢkilatlar üçün hər cür məlumatı toplamaqla və hətta casusluqla məĢğul idi.  

Azərbaycan  Atabəyləri  dövləti  mü xtəlif  vaxtlarda  bir  sıra  iri  əyalət  və 

vilayətlərdən  ibarət  idi.  Həmin  ərazilərin  adətən dəqiq  müəyyənləĢdirilmiĢ sərhədləri 

yox idi. Azərbaycan, Arran (Naxçıvan), Fars Ġraqı, Rey və Həmədan vilayətləri həmiĢə 

bu dövlətin tərkibində olmuĢlar. 

Hər  bir  vilayətin  baĢında  duran  vali  ölkə  hökmdarının  müavini  və  öz 

vilayətindəki  bütün  idarə  iĢləri  üçün  məsul  idi.  Səlcuqilərin  və  atabəylərin 

hakimiyyətləri dövründə valilər, demək olar, həmiĢə türk olmuĢ, bu vəzifəni tutmazdan 

əvvəl  çox  vaxt  qoĢun əmirləri  kimi  fəaliyyət  göstərmiĢlər.  Ġslamın  qoyduğu  qayda-

qanunlara riayət etmək, təbəələrinə qarĢı qayğıkeĢ və ədalətli olmaq, asayiĢ və əmin-

amanlığı  qorumaq və s.  valinin  xid məti  vəzifələrindəndi.  Vali  öz  vilayətinin dünyəvi 

hakimi idi. Dini hakimlər - qazılar valinin tabeliyində idilər. Qazı vəzifəsi də, atabəylər 

dövründə  olan  bir  çox  baĢqa  vəzifələr  kimi  əsasən  irsi  idi,  yəni  bu  vəzifəni  b ir 

ailən in  üzvləri  daĢıyırdılar.  Vilayətin  bütün  məmurlarının  rəisi,  onun  ali  baĢ 

ko mandanı olan valiyə maliyyə idarəsi də tabe edilmiĢdi.  

Validən  sonra  vilayətdə  vəzifə  cəhətdən  ikinci  Ģəxs  onun  vəziri  id i. 

Valinin  ad ından  Ģəhərləri  rəislər  idarə  edirdilər.  Bir  qayda  olaraq,  tanın mıĢ  yerli 

nəsildən olan Ģəhər rəislərin in vəzifəsi  irsi id i.  ġəhərin ətraf nahiyə və kəndlərin in  

rəisləri  bu  rəislərə  tabe  olurdular.  Rəis  məmurlarla  əhali  arasmda  vasitəçi  kimi 

çıxıĢ  edir,  Ģəhər  və  kənd  camaatın ın  qayda-qanuna  riayət  etmələri  üçün  hökmdar 

qarĢısında  cavabdehlik  göstərird i.  Rəisin  özünün  vəzifəyə  qoyduğu  və  vəzifədən 

götürdüyü xəfıyyə rəisləri də ona tabe id ilər.  Rəislər tabeliklərində olan ərazilərin 

dünyəvi  hakimləri  olsalar  da,  Ģəriətə  görə,  dini  hakim  və  imamlarla  razılaĢırd ılar. 

BaĢ Ģiə qazısından baĢqa dövlətin hər bir Ģəhər və kəndində yerli qazılar da vard ı.  

Onu  da  qeyd  etməliyik  ki,  Azərbaycan  Atabəyləri  dövlətində  inzibati 

idarəçilik sistemi Ġraq səlcuq soltanlığında olduğu kimi qalmıĢdı. 

 

 



 

 

 



 

 

 



 

 

 



313 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin