TarġXĠ III-XIII əsrin I rübü


§ 7. XÜRRƏMĠLƏR VƏ BABƏKĠLƏR



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   19   20   21   22   23   24   25   26   ...   45
§ 7. XÜRRƏMĠLƏR VƏ BABƏKĠLƏR 

HƏRƏKATININ SONRAKI ÇIXIġLARA 

TƏSĠRĠ VƏ TARĠXĠ ƏHƏMĠYYƏTĠ 

 

Azərbaycanlıların  yadelli  istismarçılara  qarĢı  qüdrətli  çıxıĢına  çevrilmiĢ 



xü rrəmilər  -  babəkilər  hərəkatı  Xilafətin  məzlu m  xalqlarla  qarĢılıq lı 

münasibətlərini  kəskinləĢdird i,  ərəb  imperiyasının  parçalan ma  prosesini 

sürətləndirdi. 

Babəkin  xürrəmi ard ıcılları IX yüzilin sonunadək Xilafətə qarĢı çevrilmiĢ 

bütün yeni çıxıĢlarda iĢtirak etdilər. X əsrdə onların b ir ço xu  ismaililərə qoĢuldular. 

Təsadüfi  deyil  ki,  xürrəmilərin  fəaliyyət  göstərdiyi  bölgələr  sonralar  batin ilərin 

istinadgahına çevrildi

1

.  



 

1

 Ġsmaililər  - altıncı imam Cəfər əs-Sadiqin oğlu Ġsmayılı yeddinci Ģiə imamı kimi 



tanıyanlar və onların tərəfdarlarıdır. Onların ideoloji sistemləri hamıya məlum  olan "zahiri" 

və yalnız seçmə adamlara məlum olan "batini, gizli, örtülü" təlimlərdən ibarətdir. Buradan da 

müxtəlif qollara ayrılmıĢ ismaililərin batinilər adı meydana gəlmiĢdir.  


212 

 

Əbu Mənsur əl-Bağdadi (X əsr)  məlu mat verir ki, "hal-hazırda Məzyərin ardıcılları 



doğma dağlarında, özlərinin Curcandakı qonĢularının yardarlarıdırlar. Onlar islama 

zahirən etiqad edir və bu dinə qarĢı olduqlarını gizlədird ilər".  

838  -  839-cu  ildə  xürrə milə rin  məğlubiyyətindən  az  sonra  Təbəristanda 

Karin  sülaləsindən  olan  axırıncı  əmir  Məzyərin  rəhbərlik  etdiyi  üsyan  baĢlandı. 

Ġsbahbez  (spahbed)  titulu  almıĢ  bu  Ģəxs  hələ  825-826-cı  ildə  xəlifə  əl-Məmun 

tərəfindən Təbəristan, Ruyan və Dunbavəndin hakimi təyin edilmiĢdi.  

TəəssübkeĢ ərəb müəlliflərinin "kafir və satqın" kimi  xarakterizə etdikləri 

Məzyərin  baĢçılıq  etdiyi  bu  üsyan  da  babəki  Ģüarları  altında  davam  etmiĢ,  ərəb 

hakimiyyətinə qarĢı çevrilmiĢdi. 

Abdullah  ibn  Tahirin  tutduğu  Xorasan  valisi  vəzifəsini  ələ  keçirməyə 

cəhd göstərən sərkərdə AfĢin öz məqsədlərinə çatmaq üçün altdan -altdan Məzyərlə 

Tahirilər arasındakı pozulmuĢ münasibətlərdən istifadə edir, Məzyəri Xilafətə qarĢı 

qaldırmağa  çalıĢırdı.  Bu  təbliğata  uyan  və  vaxtilə  Babəkə  təəssübkeĢlik  edən 

Məzyər  kəndlilərə  mü lk  sahiblərini  məhv  etmək,  on ların  malikanələrin i  yandır-

maq tapĢırığ ı verdi. Ərəblərdən və yerli feodallardan alın mıĢ əmlakı o, ö z  xü rrəmi 

qanunlarına əsasən bütün kəndlilər arasında bərabər bölüĢdürməy i əmr etdi. Əsasən 

ərəblərdən  və  məvalilərdən  olan  iri  feodallardan  torpaqları  alaraq  kəndlilərə 

paylayan Məzyər təkcə siyasi deyil, iqtisadi  məqsədlər də güdür, son nəticə olaraq 

ərəb hakimiyyətinin devrilməsinə çalıĢırd ı. 

Beləliklə,  xü rrəmilər  kimi  qırmızı  paltar  geyən,  Babəkin  irəli  sürdüyü 

prinsipləri,  eh kamları  açıq-aĢkar  qəbul  edən  Məzyərin  və  onun  tərəfdarların ın 

hərəkatı ço x keçmədən ərəb əsarətinə qarĢı mübarizəyə qalxmıĢ  xeyli  imkansızı da 

birləĢdirdi. 

Xilafət  üçün  böyük  təhlükəyə  çevrilmiĢ  bu  üsyan  840-cı  ilin  avqustunda 

Xorasan hakimi Abdullah ibn Tahir tərə findən yatırıldı. Məzyər əsir a lın ıb, Sa mirə  

Ģəhərinə göndərildi.  ÇağdaĢ müəlliflərin məlumatına görə, o, burada xəlifə tərəfindən 

mühakimə edilib, həbsə alınmıĢ AfĢinlə üzləĢdirildikdən sonra döyə-döyə öldürüldü. 

838-839-cu  ildə  AfĢinin qohumu,  onun öz  yerinə  Azərbaycan  hakimi  təyin 

etdiyi Minkicəvr əl-Fərqani də mərkəzi hakimiyyətə qarĢı üsyan qaldırdı. Mənbələrdə 

(ət-Təbəri  və  əl-Yəqubi)  üsyanın  gediĢi  haqqında  olan  müxtəlif  məlu matlara 

baxmayaraq, çıxıĢın məqsədi aydın idi: Xilafətdən ayrılmaq, öz hakimiyyətini qurmaq. 

Əvvəlki  çıxıĢlar  kimi,  bu  üsyan  da  yatırıldı.  Xəlifə  sərkərdəsi  Böyük  (əl-

Kəbir)  Buğanın  baĢçılıq  etdiyi  qoĢunlara  qarĢı  aparılan  ağır  döyüĢlərdən  sonra 

Minkicəvr 840/41-ci ildə məğlub edilib, Samirəyə göndərildi. 

Nizamülmülkün  məlu matına  görə,  xəlifə  əl-Vasiqin  dövründə  (842-847) 

Ġsfahan tərəflərdə xürrəmdinilər yenidən baĢ qaldırdılar. Bir neçə il davam edən, "heç bir 

qoĢunun müqavimət göstərə bilmədiyi" bu çıxıĢ da nəhayət, yatırıldı. Maraqlı burasıdır 

ki,  Nizamülmülk  xürrəmdini  çıxıĢlarının  (yəqin  ki,  burada  söhbət  ümumiyyətlə 

batinilərin çıxıĢlarından gedir) 300 (912/13)-cü ilədək davam etdiyini qeyd edir. 

MəĢhur  filosof  əl-Ğəzalinin  xürrəmilər  və  onların  ideologiyası  haqqında 



213 

 

məlu matını  verən  əl-Fəxri  babəkilər  icmasının  sonralar  Ġraq  və  Yəmənin  bəzi 



vilayətlərində fəaliyyət göstərdiyini qeyd edir. 

Xürrəm-babəkilərin  Azərbaycandakı  çıxıĢı  Xilafətin  Qafqaz  vilayətlərində 

yerli  feodalların  güclənməsi  üçün  zəmin  yaratdı,  Xilafətin  ayrı-ayrı  dövlətlərə 

parçalanmasını müəyyənləĢdirən əsas siyasi qüvvələrdən biri oldu. Abbasilər dövlətinin 

əsaslarını  sarsıtmıĢ  məhz  bu  üsyandan  sonra  mərkəzi  hakimiyyətdə  yaranmıĢ  çətin-

liklərdən istifadə edən yerli hakimlər müstəqillik qazanmağa çalıĢdılar. 

Dövrün  ən  iri  çıxıĢlarından  olan  xürrəmi-babəkilər  hərəkatının 

uğursuzluğuna  baxmayaraq,  o  xalqların  hafizəsində  dərin  izlər  qoymuĢ,  Xilafətin 

sonrakı  siyasi  hadisələrinin  əsaslı  dəyiĢməsinə  Ģərait  yaratmıĢ,  yerli  hakimlərin 

separatçı meyillərini gücləndirmiĢdi. Xürrəmilərin və Babəkin təlimin in izlərinə daha 

sonrakı tarixi dövrdə - XV əsrdə təsadüf edilir. Səfəvilər sülaləsinin banilərindən biri 

olan  ġeyx  Heydər  üsyan  zamanı  "Babək  xürrəminin  dini  qanunları"nı  da  təbliğ 

edirdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

214 

 

X FƏSĠL 



 

VII ƏSRĠN II YARISI - X ƏSRLƏRDƏ AZƏRBAYCAN 

MƏDƏNĠYYƏTĠ

 

 



§ 1. MADDĠ MƏDƏNĠYYƏT 

 

Azərbaycanda aparılmıĢ  arxeoloji  qazıntılar  zamanı  VII  əsrin  II  yarısı  -  X 



əsrlərə  aid  xeyli  maddi  mədəniyyət  qalıqları  aĢkara  çıxarılmıĢdır.  Həmin  əsrlərə  aid 

yerüstü  abidələr  çox  az  qaldığı  üçün qazıntı materiallarının əhəmiyyəti böyükdür. Bu 

materiallar  əsas  etibarilə,  yaĢayıĢ  məskənləri  olan  Ģəhərlərdə  (Qəbələ,  Beyləqan, 

Gəncə,  Bakı,  ġamaxı,  Naxçıvan,  ġabran,  Xarabagilan  və  s.),  qismən  qalalarda 

(Gülüstan, Qız qalası) və kəndlərdə (Dərəzarat, Sərkərtəpə və s.) aparılan qazıntılardan 

tapılmıĢdır.  Bunlara  Ģəhərlərin  və  qalaların  müdafiə  istehkamları,  yaĢayıĢ  tikintiləri, 

təsərrüfat və  mədəni-məiĢət qurğuları,  ictimai  və  dini  binaların  qalıqları,  sənətkarlıq 

ocaqları və saysız-hesabsız əĢyavi materiallar  - əmək  alətləri, qab-qacaq, bəzək Ģeyləri, 

pullar,  yazılar  və  s.  daxildir.  ġəhərlərdə  həmin  materiallar  tapılan  mədəni  təbəqələrin 

qalınlığı bəzən 3 metrə çatır. 

O  dövrün  Azərbaycan  Ģəhərlərinin,  demək  olar,  hamısı  möhtəĢəm  qala 

divarları  ilə  əhatə  olunmuĢdu.  Onların  yerüstü  niĢanələrini Ģəhər  xarabalarında  aydın 

görmək olur. Qəbələ Ģəhərinin Qala adlanan hissəsində cənub divarları və qala darvaza 

bürcləri  bütün  möhtəĢəmliyi  ilə  bu  günə  qədər  qalmıĢdır.  Bünövrə  hissədə  iri  puç 

(əhəng) daĢdan, yuxarısı isə əhəng məhlulu ilə biĢmiĢ kvadrat kərpicdən hörülmüĢ bu 

qala  divarları  orta  əsr  Ģəhərimizdən  zamanımıza  qədər  qalmıĢ  yeganə  yerüstü 

istehkamdır. Beyləqanda hələ ilk orta əsrlərdə iri çiy kərpiclə hörülmüĢ qala divarlarının 

IX-X  əsrdə biĢmiĢ  kvadrat  kərpiclə  bərpa  olunmuĢ  hissələri  qazıntılar  zamanı  aĢkara 

çıxarılmıĢdır.  Gəncədə  həmin  dövrə  aid  kirəc  məh lulu  ilə  biĢmiĢ  kərpic  və 

çaydaĢından hörülmüĢ qala divarları  qalıqları  öyrənilmiĢdir.  Bütün  hallarda divarlarda 

müdafiəçilərin  yerləĢdiyi  və  hərəkət  etdiyi  üst  hissələr  uçub  dağıldığından  bu  günə 

qədər saxlanılmamıĢdır.  Beyləqan  qazıntılarından tapılmıĢ  bir  ədəd bürc  formalı  qabın 

quruluĢu  əsasında  həmin  hissənin  görünüĢünü  bərpa  etmək  mümkündür.  Görünür, 

onların  da  üstü,  qabda  olduğu  kimi,  diĢli  düzəldilmiĢ,  mazqallar  və  "gözlük"lərlə 

əhatələnmiĢdir. 

ġəhərlərdə tikintilərin sıx və davamlı tikildiyi müĢahidə olunur. Su Ģəbəkəsi və 

kanalizasiya qurğularından istifadə olunur. Yerli Ģəraitə uyğun olaraq quyu suyundan, 

kəhrizlərdən, kanal və arxlardan Ģəhər əhalisi və Ģəhər təsərrüfatı su ilə təchiz edilirdi. 

Artıq bu dövrdə sənətkarlıq ocaqları və emalatxanaları yerləĢən məhəllələr Ģəhərin qala 

divarlarından  kənarda  suyun  bolluğu,  küləyin  istiqaməti  nəzərə  alınmaqla  xüsusi 

yerlərdə  salınırdı.  Beyləqanın  sənətkarlar  məhəlləsi  Ģəhərin  cənub-qərbində, 

Qəbələnin  dulusçuluq  emalatxanaları  Ģəhərin  Ģimal-Ģərqində  salınmıĢdı.  ġəhərlərin 



215 

 

sənətkarlar  məhəllələrində  saxsı  qab  və  kərpic  biĢirilən  kürələr,  dəmirçixana,  ĢüĢə 



istehsalı  qalıqları  və  digər  emalatxanalar  aĢkara  çıxarılmıĢdır.  Qəbələdə  ikigözlü  iri 

düzbucaqlı  formada  kərpic  kürələri,  Beyləqanda  qab  biĢirilən  dairəvi  kürələr  aĢkar 

edilmiĢdir. 

Dəmirçilik əĢyalarından xüsusi formalı kəlbətin, dəhrə, ox ucluqları, kərki ağzı, 

nizə  ucluqları, ərsin, qarmaq,  halqa  və  zəncir  qırıqları,  müxtəlif  mismarlar  və s.  qeyd 

etmək olar. Misgərlik sənətinə aid Beyləqanda toqqa baĢlıqları, biz, iy və sancaqlar, qab 

qırıqları,  Ģamdan ayağı və s. tapılmıĢdır.  Zərgərlik  əĢyalarından  mis üzük,  bilərzik  və 

döĢ  bəzəklərini  göstərmək  olar.  Beyləqanda  dulus  emalatxanalarını  təchiz  edən  biĢmiĢ 

kərpicdən hörülmüĢ su arxları ü zə çıxarılmıĢdır.  Artıq  bu dövrdə sənət sahələri  xeyli 

geniĢlənmiĢdi. 

Çox  böyük  dəyiĢiklik  dulusçuluq sənətində baĢ  verir.  Saxsı  qab  istehsalında 

metal  tozlarından  hazırlanmıĢ  Ģirdən  geniĢ  istifadə  olunur.  Qazıntı  materialları 

göstərir  ki,  bu dövrdə,  demək  olar  ki,  hər yerdə ayaqla hərəkətə gətirilən dulus çarxı 

tətbiq  olunur,  gilin  hazırlanması,  qabların  biĢirilməsi  xeyli  yaxĢılaĢır,  onların  çeĢidi 

çoxalır.  Dövrün  əsas  gil qab növləri  qazan,  küp, səhəng, sərnic,  bardaq, dopu, goduĢ, 

küpə,  aftafa,  boĢqab, sini,  təknə, dolça,  silbiç,  xeyrə,  kasa,  duzqabı,  qənddan  biçimli 

vazlar,  badya və s.-dən  ibarətdir.  Yeni  formalı,  o  cümlədən,  Ģar  -  konusvari  qablar 

meydana  gəlir.  ġirsiz  qablar  içərisində  ən  çətin  hazırlanan  və  biĢirilməsi  böyük 

ustalıq  tələb  edən  belə  qabların  istehsal  olunması  dulusçuluğun  nailiyyəti  kimi 

qiymətləndirilməlidir.  Beyləqanda  Əhməd  və  onun  oğlu  Fəzlun  Ģar-konusvari  qab 

istehsalı  ilə  ixtisaslaĢmıĢdılar.  Beyləqanın  sənətkarlar  məhəlləsində  belə  qabları 

biĢirmək  üçün  istifadə  edilmiĢ  nalvari  yığcam  quruluĢa  malik  xüsusi  kürələrin 

qalıqları aĢkar edilmiĢdir. ġirin tətbiqi saxsı qabların bədii iĢlənməsinə böyük imkan açır. 

Bu  dövrlər  üçün  Ģabalıdı,  yaĢıl,  sarı  və  firuzəyi  Ģirlərlə  örtülmüĢ,  yaxud  bu  Ģirlərin 

mü xtəlif  çalarları  ilə naxıĢlanmıĢ qablar səciyyəvidir.  Əsasən həndəsi  naxıĢlardan  isti-

fadə  olunurdu.  Lakin  Beyləqanda  bu  dövrə  aid  bir  böyük  kasanın  içərisində  bir  qədər 

sxematik  olsa  da,  ov səhnəsi  təsvir  olunmuĢdur. ġəhərlərdə aparılan qazıntılar zamanı 

Ģirli  qab  biĢirilən  zaman  kürədə  istifadə  olunan  gil  çubuqlar,  üçayaqlılar,  S-ə  bənzər 

qarmaqlar  və  kiçik  konuslar  tapılması  artıq  IX-X  əsrlərdə  Azərbaycanda  Ģirli  qab 

istehsalının geniĢ yayıldığına əsaslı dəlildir.  Kürələrin yanlarında Ģirsiz  qablarla bərabər 

Ģirli  qab  çıxarlarına  da tez-tez təsadüf  olunur.  Bu dövrdə baĢlıca olaraq  mətbəx  qabları 

Ģirlənirdi.  Dövrün  sonlarında  Ģirli  qablarda  bəzən  çox  ötəri  çəkilmiĢ  dayaz  qrafik 

(cizgili) naxıĢlardan da istifadə olunmağa baĢlanır. 

Qazıntılardan tapılan ĢüĢə məmulatı - qablar və bəzək əĢyaları, onların çıxarları 

tədqiq edilən dövrdə Azərbaycan Ģ əhərlərində (Qəbələ, Bərdə, Beyləqan, ġabran və s.) 

ĢüĢə  istehsalının  artdığını,  keyfiyyətinin  yaxĢılaĢdığını,  çeĢidinin  çoxaldığını  nümayiĢ 

etdirir.  Onların  əksər  hissəsi  texniki  və  bədii  cəhətdən  yüksək  səviyyədə  durur.  ġir 

istehsalında tətbiq olunan rənglər ĢüĢə istehsalında da istifadə olunur. Bu dövrdə müxtəlif 

çalarlı ĢüĢə qablarla yanaĢı çəhrayı, göy və qara rəngli ĢüĢə qablara və bəzək Ģeylərinə 

təsadüf edilir. Üfurmə üsulu daha geniĢ tətbiq olunur. Qulplu və lüləkli  qablar meydana 



216 

 

çıxır.  Ən  ço x  yayılan  bərni,  vaz,  flakon  və  badə  formalı  qablardır.  Bəzək  Ģeyləri 



içərisində  əsas  kütləni  bilərziklər  təĢkil  edir.  Dairəvi  tilli  bilərziklərlə  yanaĢı  eĢmə 

bilərziklər  meydana gəlir. Əksəriyyətinin bitiĢən yeri ilan baĢı Ģəklində düzəldilmiĢdir. 

ġüĢədən üzük, metal üzüklərə qaĢ və müxtəlif muncuqlar hazırlamıĢlar. 

Qazıntılar  daĢiĢləməyə  aid  zəngin  material verir.  BaĢlıca tapıntılar  memarlıq 

hissələri - sütunaltlıqları, divar və karniz bəzəkləri, yazılı daĢlar və s.-dir. DaĢ qablara da 

təsadüf  olunur.  Dəyirman  və  kirkirə  daĢları,  bülöv  və  kart  daĢları,  daban  daĢları  adi 

tapıntılardır. 

Orta  əsr  abidələrinin  bu  dövrünə  dair  təbəqələrindən  qazıntılar  zamanı 

miĢarlanmıĢ,  lakin  hələ  istifadə olunmamıĢ  heyvan sümükləri  və  buynuzlarına  tez-tez 

təsadüf  edilir.  Sü mükdən  və buynuzdan  ipəyirən, daraq,  bıçaq sapı,  düymə  və  digər 

alət və bəzək Ģeyləri hazırlanırd ı. 

Qazıntılardan  tapılan  aĢılanmıĢ  gön  qalıqları  (Beyləqan),  toqqa  baĢlıqları, 

yüyən,  tapqır  halqaları  və  s.  göniĢləmə  sənətinin,  iynə  və  qıyıqlar  dərziçiliyin,  biz  - 

pinəçiliyin, boyaq qalıqları isə boyaqçılığın arxeo loji n iĢanələridir. 

Azərbaycanda  arxeoloji  qazıntılar  zamanı  VIII-X  əsrlərə  aid  mədəni 

təbəqələrdən külli  miqdarda sikkə qalıqları, təsadüfi tapıntılar da çoxdur. Sikkələrə 

dəfinə Ģəklində və ya tək-tək rast gəlinir. 

Orta  əsr  abidələrində  aparılmıĢ  qazıntılarda  yazılı  maddi  mədəniyyət 

qalıqlarına  da  az  təsadüf  olunmur.  Memarlıq  abidələrindəki  yazılar  bu  və  ya  digər 

tikintini  tikdirən  Ģəxsin  və  yaxud  tikən  ustanın adları,  inĢa  tarixi  ilə  bizi  tanıĢ edir. 

Pullardakı yazılar vasitəsilə onları zərb etdirən hökmdarın, zərb olunduğu yerin adlarını, 

zərb  tarixini  müəyyən  edə  bilirik.  Saxsı  və  metal  qab  üzərindəki  yazılar  isə  qab 

ustalarının adlarını saxlamıĢlar.  Ərəb əlifbası ilə olan yazıların ən qədim nümunələri 

pullar üzərindəki yazılardır. IX - X əsrlərdə ərəb əlifbasının əsasən kufi xətti ilə yazılmıĢ 

maddi mədəniyyət nümunələrinə təsadüf olunur. Pullardakı yazıların  hamısı möhürlə 

zərb olunmuĢdur. DaĢ üzərindəki yazılar baĢlıca olaraq fonları oyulmaqla nəqĢ edilirdi. 

Beyləqan  Ģəhərində  Ģar-konusvari  qablar  üzərində  (IX  əsrin  ortaları)  və  Ģəhərin 

yaxınlığında  yerləĢən  "Peyğəmbər"  adlı  qəbiristanlıqda  qəbir  daĢında  (X  əsrin 

əvvəlləri)  tapılmıĢ  yazılar  hələlik,  həmin  dövrün  daĢ  və  qab  üzərində  olan  ilk 

nümunələri hesab edilir. Qab üzərindəki yazılar qab çiy ikən möhürlə basılmıĢ (Fəzlunun 

möhürü) və ya ucu ĢiĢ qələmlə cızılmıĢdır (Əhmədin yazısı). Bir qab üzərindəki yazı qab 

biĢirildikdən sonra qazılıb  yazılmıĢdır  (Cəfərin  yazısı).  Elə  bu  dövrün sonlarında Ģirli 

qablarda fırça ilə yazılmıĢ yazı nümunələrinə də təsadüf olunur. 

 

 



 

 

 



 

 


217 

 

§ 2.ELM VƏ FƏLSƏFĠ FĠKĠR 

 

Ərəb  istilası  və  Xilafətin  Azərbaycanda  uzun  sürən  ağalığı  ölkən in 



mədəni  həyatında  da  dərin  iz  qoydu.  Bu  vəziyyət,  müvəqqəti  də  olsa,  məhsuldar 

qüvvələrin in kiĢafın ı və ö lkən in mədəni tərəqqisini ləngitsə də, Azərbaycanın geniĢ 

ərazili  Xilafət  tərkibinə  daxil  edilməsi  obyektiv  olaraq  onu  ümu mi  müsəlman 

mədəniyyətinə  cəlb  etdi,  tədqiq  olunan  dövrün son  əsrlərindən  baĢlayaraq  is lamın 

burada  geniĢ vüsət  tapmasına  Ģərait  yaratdı.  Lakin  Yaxın   və  Orta  ġərqin  bir  ço x 

ölkələrində (Ġranda,  Orta Asiyada və s.) olduğu kimi, tarixi A zərbaycan ərazisində 

də  bu  proses  yerli  ədəbi  dillərin  inkiĢafına  ara  verdi.  Orta  əsr  ərəb  mədəniyyəti 

tarixində  ən  məhsuldar  çağın  baĢlandığı  bu dövrdə "ərəb"  ifadəsi  öz  məzmununu 

dəyiĢdi.  Xilafətin  ərəb  dilini  həm  ədəbi,  həm  danıĢıq  dili  kimi  qəbul  edərək,  son 

nəticə  olaraq  "ərəbləĢmiĢ"  xalqları  (suriyalılar,  misirlilər  və  b.)  ərəb -müsəlman 

mədəniyyətinin  yaran ması  prosesinə  fəal  surətdə  qoĢulub,  bu  mədəniyyəti  qədim 

ġərq  və  antik  dünya  xalq larından  onlara  irs  qalmıĢ  ənənələrlə  zəngin ləĢdirdilər. 

Bununla  yanaĢı,  Xilafətin   ərəbləĢ məyib,  yalnız  müsəlmanlaĢ mıĢ  bir  ço x  xalq ı,  o 

cümlədən  azərbaycanlılar,  tədricən  ərəblərin  dini  ilə  birlikdə  onların  dillərini  də 

mən imsəyərək,  az  qala,  XI  əsrədək  elmi,  din i  və  ədəbi  yaradıcılıqda  bu  məqsədlə 

latın  dilindən  istifadə  edən  avropalılar  kimi  ərəb  dilin i  iĢlətməyə  baĢladılar.  Buna 

Ģimallı-cənublu  Azərbaycan  ərazisində  mü xtəlif  dillərdə  danıĢılması,  dil 

vahidliyin in olma ması, dar çərç ivədə tətbiq edilən alban əlifbası nəzə rə alın ma zsa, 

ümu mi  əlifbasızlıq  üzündən  ərəb  əlifbasının  qəbul  edilməsi  ilə  yanaĢı,  baĢqa 

obyektiv amillər də xeyli kö mək etdi. 

Xəlifə  Əbdülməlikin  (685-705)  islahatları  nəticəsində  kargüzarlığın  ərəb 

dilində aparılması dövlət idarələrində iĢləyən yerli azərbaycanlı  məmu rlar üçün bu 

dili  bilməy i  vacib  etmiĢdi.  Ərəb  dilini  bilməyənlərə  hətta  adi  vəzifələr  də 

verilmirdi.  Tədricən  ərəb  dilinin  iĢğalçın ın  dili  o lduğu  unuduldu.  Artıq  bir-iki 

əsrdən  sonra  bu  dili  b ilmək  mədəniyyət  göstəricisinə  çevrildi.  Qu ranın  yalnız 

yazıldığ ı  dildə  öyrənilməsi  də  ərəb  dilinin  iĢlənilmə  və  mən imsənilmə  arealını 

geniĢləndirdi.  Hər  bir  müsəlman  (bəzən  də  mü xtəlif  mənafeli  qeyri-müsəlman) 

millətindən  asılı  o lmayaraq  Xilafət  xalqlarının  ünsiyyət  dilinə  çevrilmiĢ  ərəb  dilini 

öyrənməyə çalıĢırdı. Ümu miyyətlə, o dövrdə hər bir müsəlman hər Ģeydən  əvvəl dini 

icmanın  ü zvü,  ondan  sonra  isə  bu  və  ya  digər  yerin  sakini,  hər  hansı  millətin 

nümayəndəsi  idi.  Ona  görə  də  milli-etnik  sərhədlər  tədricən  zəifləyir,  yox  dərəcəsinə 

çatır,  dini  mənsubiyyət  isə  çox  iĢdə  əsas  amil  hesab  olunurdu.  Bəzən  mənĢəcə  ərəb 

olmayan,  lakin  əsərlərini  ərəb  dilində  yazan  hər  hansı  alimin  və  ya  yazıçının etnik 

mənsubiyyətini  müəyyənləĢdirmək və üzə çıxarmaq  çətin, hətta qeyri-mümkün  olurdu. 

Belələrinin Xilafətin mənəvi həyatında iĢtirakı ümu mi ərəb-müsəlman mədəniyyətinin 

inkiĢafına səbəb olur, onlar həm ərəb, həm də öz milli  mədəniyyətlərinin  nümayəndəsi 

kimi çıxıĢ ed irdilər. 

Ġslamı  qəbul  etmiĢ  bütün  xalqlar  kimi  o  zaman  dini-etnik  anlamlı  ümu mi 



218 

 

"müsəlman" məfhu mu  ilə b irləĢmiĢ azərbaycanlılar da  IX əsrin ortaları - X əsrlərdə 



tərəqqi,  X-XII  əsrlərdə  çiçəklənmə  dövrünü  keçirən  müsəlman  mədəniyyətinin 

inkiĢafı  prosesində  iĢtirak  edirdilər.  Ərəb  ġərqinin  mədəni  mərkəzləri  olan  Bağdad, 

Kufə, Bəsrə, DəməĢq, Qahirə və baĢqa Ģəhərlərə təhsil almaq üçün çoxlu azərbaycanlı 

gedirdi. 

Beləliklə,  kargüzarlıq,  dövlət  və  Ģəxsi  yazıĢmaları  kimi  dini  və  dünyəvi 

xarakterli elmi əsərlər də ərəb dilində yazılırdı. Ərəblərin özləri iĢğaldan sonra tədricən 

ərəbləĢmiĢ və müsəlmanlaĢmıĢ Xilafət xalqları ilə birlikdə islamaqədərki zəngin mədəni 

ənənələri bir yerə cəmləĢdirərək ümumi ərəb-müsəlman mədəniyyətinin yaranmasında 

iĢtirak edirdilər. Azərbaycan ərazisinə köçürülmüĢ və ya köçüb  gəlmiĢ  ərəb  qəbilələri 

doğma ərəb dilinin Xilafətin bu bölgəsində də aparıcı rol oynamasından istifadə edərək, 

yerli əhali arasında ərəb dilinin və bəzi hallarda ərəb kitab mədəniyyətinin yayılmasına 

(xüsusilə  Quran,  onun  təfsirləri,  sərf-nəhv  kitabları  və  s.  vasitəsilə)  kömək  edirdilər. 

Artıq  IX  əsrdən  baĢlayaraq  Xilafətin  ən  böyük  Ģəhərləri  DəməĢq,  Bağdad,  Hələb, 

Bəsrə,  o  cümlədən Azərbaycanın Ərdəbil, Marağa, ġamaxı və b. təhsil ocaqları, kitab-

xanaları, məscidləri olan mədəni mərkəzlərə çevrildilər. 

Bu  mərkəzlərdə  fəaliyyət  göstərən  məktəb  və  mədrəsələr  də  ərəb  dilinin 

öyrənilməsində  az  rol oynamırdı.  Lakin,  əlbəttə,  ərəb  dilinin geniĢ yayılmasına səbəb 

olan  ən  baĢlıca  amil  azərbaycanlıların  baĢqa  Ģərq  xalqları  ilə  IX  əsrdən  sonra 

geniĢlənməkdə  olan  və  sonrakı  əsrlərdə  davam  edən  ticarət-iqtisadi,  siyasi  və 

mədəni münasibətləri oldu. 

Azərbaycanın  da  bir  vilayət  kimi  daxil  olduğu  Ərəb  dövlətinin  -  Xilafətin 

əhalisinin dini və etnik mü xtəlifliyi ilk Abbasi xəlifələrini bu müxtəlifliklə hesablaĢmağa 

vadar  etdi.  Alimlərin  fikrincə,  məhz  bu  hesablaĢma  Xilafətdə  IX  əsrin  ortalarından 

dünyəvi elmlərin inkiĢafı üçün Ģərait yaratmıĢ, ortodoksal islamın təriqətçilərlə, sünni və 

Ģiələrlə geniĢ mübahisələri və s. isə dini nəzəriyyələrin və müsəlman hüququnun - fiqhin, 

məntiqin və fəlsəfənin inkiĢafına səbəb olmuĢdu. 

Ġlahiyyat və  fiqh  adətən  məscidlərdə tədris edilirdi.  Lakin  ziddiyyətli fikirlər 

artdıqca  "Allahın  evi"ndə  mübahisə  açmaq  istəməyən  alimlər  xüsusi  dini  təhsil 

müəssisələrinin -  mədrəsənin əsasını qoydular. Mənbələrdən aydın olur ki, ilk  mədrəsə 

X yüzilin sonunda NiĢapurda açılmıĢ, daha sonra isə müsəlman dünyasının  demək olar 

bütün  böyük  Ģəhərlərinə  yayılmıĢdı.  Bu  mədrəsələrdə  dərs  deyən  alim-ilahiyyatçılar 

təhsili  özlərinin  tərtib  etdikləri  ədəbiyyat  əsasında  qurur,  təhsil  baĢa  çatdıqda  öz 

tələbələrinə "icazə"  adlandırılan  "Ģəhadətnamə" verirdilər.  Ona görə  də "elmli  adam" 

adını qazanmaq  istəyən  hər bir  tələbə peyğəmbərin "lap  Çində də  olsa, elmin  dalınca 

get" kəlamına riayət edərək, dövrün nüfuzlu alimlərini dinləmək üçün Ģəhərdən-Ģəhərə 

gəzir,  əldə  etdiyi  "icazə"  vərəqələri  isə  artıq  onun  özünün  də  ilahiyyat  və  hüquq 

sahəsində müəyyən mənsəb tutmasına imkan yaradırdı. 

VII-X  əsrlərdə  Azərbaycanda  ədəbiyyat,  hüquqĢünaslıq  və  baĢqa  ictimai 

elmlərlə birlikdə təbiətĢünaslıq, riyaziyyat, astronomiya və b. dəqiq elmlərin yayılması 

üçün əlveriĢli Ģərait vardı. IX əsrin əvvəllərindən etibarən müsəlman Ģərqində mövcud 



219 

 

elmi  ədəbiyyatın  xarici  dillərdən ərəbcəyə  tərcümə  olunması elmlərin  inkiĢafını  xeyli 



sürətləndirmiĢdi.  Hələ  Harun  ər-RəĢid  dövründə  Bağdadda  təsis  edilmiĢ,  elm  və 

mədəniyyətin inkiĢafına daha böyük imkanlar yaratdığı üçün xəlifə əl-Məmunun adı ilə 

bağlı "Dərul-hikmə" və ya "Xizanət əl-hikmə" ("Hikmət evi" və ya "Hikmət xəzinəsi") 

adlandırılan  elmi  mərkəz  müxtəlif  (xüsusilə  yunan  və  siryani)  dillərdə  yazılmıĢ 

əsərlərin  ərəb  dilinə  tərcümə  edilməsi  sahəsində  mühüm  iĢlər  gördü.  Xilafət 

ölkələrindən olan və əsərlərini ərəb dilində yazan  müs əlman və qeyri-müsəlman lar 

Xilafət in  mədəni  və  elmi  həyatına  qoĢuldular.  Platon,  Aristotel,  Hippokrat,  Qa len 

və  baĢqa  alimlərin  əsərlərinə  Ģərhlər  yazılır,  onlara  müqabil  elmi  və  fəlsəfi 

traktatlar yaranırd ı. Məhəmməd ibn Musa əl-Xarəzmi (ö l. 847) ilk dəfə o laraq sabit 

məntiq i qaydalar əsasında cəbr elmin in bünövrəsini qoymuĢ, Əbubəkr Məhəmməd 

ər-Razi  (865-925)  tibbə,  Əbu  Abdullah  əl-Bəttani  (858-929)  astronomiyaya  dair 

qiymətli əsərlər yazmıĢdı. Kimya ilə məĢğul olan ərəbdilli alimlər bu elmin sonrakı 

inkiĢafı  üçün  qiymətli  olan  bir  sıra  iĢlər  görmüĢdülər.  On lar  gümü Ģ  nitrat  (ma  əl-

fıdda),  sulfat  turĢusu  (zit  əz-zac)  və  i.a.  kimyəvi  birləĢ mələri  hazırlamıĢ,  naĢatır 

spirti  (ruh  ən-nuĢadir),  sülema  (əs-süleyman i),  spirt  (əl-kühul),  potaĢ  (əl-qily), 

arsen  (əz-zirnic),  bura  (əl-bura)  və  b.  maddələr  kəĢf  etmiĢlər.  Distillə  etmə, 

süzgəcdən  keçirmə,  büllurlaĢdırma  kimi  proseslərin  izah ını  ilk  dəfə  ərəbdilli 

kimyaçılar vermiĢlər. Bu alimlər kimyəvi maddələrdən dərmanlar hazırlamıĢlar.  

Təbiət elmləri IX əsrdən etibarən Azərbaycanda da əhəmiyyətli dərəcədə 

inkiĢaf  etmiĢdi.  O  dövrdə  Azərbaycanda  olmuĢ  səyyahlar  və  coğrafiyaĢünaslar 

burada bacarıqlı həkimlərin yaĢadıqların ı xəbər verirlər. 

Əldə  edilmiĢ  elmi  nailiyyətlər  təkcə  bu  və  ya  digər  ölkə  daxilində 

qalmayıb,  bütün  müsəlman  ġərqi  xalqların ın,  sonralar  isə  bütün  bəĢəriyyətin  elm 

və fikir xəzinəsinin ü mu mi sərvətinə çevrilmiĢdi. 

Ərəb  istilasınadək  Azərbaycanda  rəsmi  dini  dünyagörüĢləri  olan 

atəĢpərəstlik və  xristianlıqdan əlavə bəzi d igər dini əqidələrə (məsələn, Ģamanizmə 

və  b.)  tapınanlar  da  vardı.  Ərəblərin  iĢğalı  ilə  islam  əvvəlki  dini  əqidələri  aradan 

qaldırmağa  baĢladı.  Ġslamın  keçmiĢ  etiqadlara  nisbətən  mütərəqqi  cəhətləri, 

xüsusən  azadfikirlilik  meyillərinə  dözü mlülüyü  ona  qarĢı  rəğbəti  artırırdı.  Lakin 

əvvəlki  din i  əqidələr  birdəfəlik  yox  olmamıĢ,  özünün  bir  sıra  müddəalarını  və 

prinsiplərini  xalq  adət-ənənələrinə  qoĢaraq  əsrlər  boyu  yaĢatmıĢdır.  Ölkədəki 

maddi  mədəniyyət  abidələri  -  atəĢgahlar,  alban  kilsələri  də  keç miĢlə  bağlılığı 

möhkəmlətmiĢdir.  Əski  etiqadlar  zehin lərdən  tamamilə  silin məmiĢ,  bəzən  siyasi 

hərəkatda  açıq  Ģəkildə,  bəzən  də  rəsmi  ideologiya  ilə  bir  araya  sığmayan  bidət 

formasında  təzahür  etmiĢdir.  Ərəb  istilaçılarına  qarĢı  yönəldilmiĢ  Babək 

hərəkatının  ideologiyası  -  xürrəmilik  qədim  din i-fəlsəfi  fikir,  xüsusən  zərdüĢtilik 

zəminində təĢəkkül tapmıĢdı. 

Ġslam  dini  təliminin  müqəddəs  kitabına  "Quran"  (mənası:  "qiraət"),  onun 

tərəfdarına  isə  "müslim"  (təslim  olmuĢ,  tabe  olmuĢ),  yaxud  həmin  mənada 

"müsəlman" deyilir.  Quran 114 surədən (fəsildən)  ibarət olub, ayələrə bölünür.  Bu 



220 

 

müqəddəs  kitab  yalnız  din in  deyil,  hüququn,  Ģəriətin  və  bütünlükdə  müsəlman 



xalq larının  ideologiyasının  əsasını  təĢkil  edir.  Orta  əsrlərin  fəlsəfi,  ictimai,  siyasi, 

etik, estetik və s. görüĢlərini  Qurandan təcrid edilmiĢ halda təsəvvür etmək olmaz; 

hər bir ideolo ji cərəyan, təlim bu və ya digər dərəcədə onunla bağlıdır. 

Xilafətin  geniĢlənib  inkiĢaf  etməsi  ilə  əlaqədar  olaraq  hüquqi 

münasibətlər  formalaĢırd ı.  Ġdarəetmədə  əvvəllər  təkcə  Qurandan  istifadə  edildiyi 

halda  sonralar  sünnə  (hədislər  toplusu),  icma  (d in  xadimlərinin  yekd il  qərarı)  və 

qiyas  (məntiq i  müqayisə  üsulu)  da  müsəlman  hüququnun  -  fiqhin  əsaslarından 

oldu. Birinci iki əsasda ortodoksiya, sonrakı əsaslarda rasionalist meyillər ö zünə yer 

tuturdu.  Bu  əsaslardan  nə  dərəcədə  istifadə  edilməsindən  asılı  o laraq  hənəfilik, 

ma likilik, Ģafiilik və hənbəlilik kimi sünni hüquq məzhəblə ri (məktəblə ri, təlimlə ri) 

yaranmıĢdı.  Əks  qütblərdə  dayanan  hənəfilikdə  fikir  sərbəstliyi,  hənbəlilikdə 

mühafizəkarlıq  güclü  idi.  Sünni  fəqih lər  -  hüquqĢünas  alimlər  A zərbaycanda  da 

fəaliyyət  göstərirdilər.  Əl-Müqəddəsi  bu  alimlərin  əsasən  hənbəli  məzhəbinə 

mənsub  olduqlarını  qeyd  edir.  Əslində  mü xtəlif  hüquq  məktəblərinin  hamısının  

Azərbaycanda nümayəndələri vard ı.  Hənəfilərdən  Əbusəid Əhməd  ibn Hüseyn əl-

Bərdə i (ö l. 929),  ma likilərdən Əbubəkr Məhəmməd  ibn  Abdullah əl-Əbhəri (902-

985),  Ģafiilərdən  Yəqub  ibn  Musa  əl-Ərdəbili  (öl.  941)  və  baĢqa  azərbaycanlı 

hüquqĢünas alimlərin adına bir sıra mötəbər mənbələrdə rast gəlmək olur.  

Əh məd  ibn  Harun  əl-Bərdəi  əl-Bərdici  (844-914),  Məkki  ibn  Əh məd  əl-

Bərdəi (öl. 965),  Cəfər  ibn Məhəmməd əl-Maraği (889-967), Əbdüləziz  ibn Həsən 

əl-Bərdəi  (ö l.  935),  Musa  ibn  Ġmran  əs -Səlmasi  (ö l.  990)  kimi  mükəmməl  təhsil 

görmüĢ  alimlər  hüquqi  baxıĢların  mündəricəsin i  özlərin in  topladıqları  hədislər 

əsasında geniĢləndirdiklərinə görə bütün müsəlman ġərq i ölkələrində sayılmıĢlar. 

Bərdənin  14  fərsəxliy ində  yerləĢən  Bərdic  Ģəhərində  anadan  olmuĢ 

Əbubəkr  Əh məd  ibn  Harun  əl-Bərdici  doğma  yurdunda dövrünün zəruri biliklərinə 

yiyələndikdən sonra müxtəlif yerlərə -Ġran, Ġraq, Suriya, Misir, Əlcəzair, Hicaz və baĢqa 

ölkələrə səyahətlər  etmiĢ,  təhsilini  artırmıĢdır.  Mənbələrin  verdiyi  məlu mata  görə o, 

sakin  olduğu  yerlərdə  həm  öyrənir,  həm  də  öyrədirmiĢ.  Əhməd  əl-Bərdici  nüfuzlu 

müəllim sayılanda hələ iyirmi beĢ yaĢı tamam deyilmiĢ. Bir tarixçi yazır:  Əbu Əmr əl-

Müstəmlinin xəttində oxudum ki, o, Əh məd ibn Harun əI-Bərdicini 255 (869)-ci  ildə 

Zəhli məscidində dinləmiĢdir. 

Əhməd  əl-Bərdicinin  yaradıcılığı  dini  ideologiyaya  həsr  olunmuĢdur. 

Əbülhəsən  əd-Darəqütni  (918-995)  onu  "hədis  dayaqlarından  biri"  sayıb,  "inanılmıĢ", 

"nüfuz  sahibi"  adlandırmıĢdır.  Xətib  əl-Bağdadi  (1002-1071)  və  Əbu  Səd  əs-Səmani 

(1113-1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini 

iĢlətmiĢlər.  Ġbn  əl-Ġmad  əl-Hənbəli  (öl.  1078)  yazır  ki,  Əhməd  əl-Bərdici  "axırıncı 

nüfuz sahiblərindən və dünya alimlərin in  məĢhurlarından idi". BaĢqa mənbələrdə isə 

o, "təkzibedilməz nüfuz sahibi", "müsəlman hüququnu dərindən bilən" alim  kimi təqdim 

olunur. 

Tarixi  mənbələrdə  Əhməd  əl-Bərdicinin  əsərlərindən  üçü  haqqında  xüsusi 



221 

 

məlumat verilir: "Mən rəvaan in-Nəbi (s) fi-1-kəbair" ("Böyük günah barədə Peyğəmbər 



əleyhissəlamın sözlərini nəql edənlər"),  "Mərifət  əl-müttəsil  min  əl-hədis  və-l-mursəl 

və-l-məqtu  va bəyan  at-turuq  as-sahiha"  ("Hədis,  mürsəl  və  məqtudan  ayrılmamıĢın 

idrakı  və  düzgün  yolların  bəyanı")  və  "Təbəqat  əl-əsma  əl-müfrədə  min  əs-sahabə 

va-t-tabiin  və  əshab  əl-hədis"  ("Əshablar,  ardıcıllar  və  hədis  müəlliflərindən  nadir 

adların  təbəqələri").  Bunlardan  axırıncı  əsər  daha  məĢhurdur.  Burada  426  Peyğəmbər 

əshabının, ardıcılının, davamçının və hədis aliminin adı, onlann mənsub olduqları yerlər 

göstərilir.  Əhməd  əl-Bərdici  traktatın  əvvəlində  onun  yeniliyinə  iĢarə  edərək  yazır: 

"Mənim  [araĢdırdığım]  nadir  adlardır.  Onlar  Peyğəmbər  əleyhissəlamın  əshablarıdır. 

Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiĢ olduğunu bilmirik". 

Bu  əsər  uzun  müddət  islam  ideoloqlarının  marağını  doğurmuĢdur.  Ġbn 

Bukeyr  əl-Bağdadi  (938-998)  ona  Ģərh  və  kiçik  əlavələr  verməklə  özünün  "Nəqd 

təbəqat  əl-əsma  əl-mü frəda"  ("Nadir  adların  təbəqələrinin  tənqidi") traktatını qələmə 

almıĢ,  bir  sıra  hüquqĢünas,  ilahiyyatçı  alimlər  ilk  mənbə  kimi  ondan  geniĢ 

bəhrələnmiĢlər. 

Sünni  fəqihlər,  xüsusən  hənbəlilər  belə  bir  fikri  q ızğın  müdafiə  edirdilər 

ki,  imam  (baĢçı,  xəlifə)  ancaq  Peyğəmbərin  mənsub  olduğu  qüreyĢ  qəbiləsinin 

üzvlərindən seçilməlidir.  Peyğəmbərin əmisi oğlu və kürəkəni  Əli  ibn Əbu Talib in 

tərəfdarlarına  -  Ģiələrə  gəld ikdə,  onlar  yalnız  Əli  nəslinin  baĢçılığın ı  qanuni 

sayırdılar. Ġlahin in insanda təcəssüm etməsini, həll olmasın ı, bir ruh kimi ayrı-ay rı 

Ģəxslərə  keçməsin i  qəbul  etmək  ifrat  Ģiə  (ğali)  firqələri  üçün  demək  o lar  ki, 

səciyyəvi  cəhətdir.  Ġfratçılıq  və  is maililik  öz  bidətçi  ideyaları  ilə  məĢhurdur. 

Məhəmməd əĢ-ġəhrəstani yazır  ki, ğalilərə  Ġsfəhanda xürrəmilər və ku zilər,  Reydə 

məzdəkilər  və  sunbadilər,  Azərbaycanda  dəqulilər  və  s.  deyilirdi.  Ġfrat  Ģiələrin 

əksəriyyəti  bütün  müsəlmanlar  üçün  zəruri  ayin ləri,  ibadətləri  icra  etmir,  cənnəti 

də,  cəhənnəmi  də  həyatın  özündə  görərək,  dünyanın  əbədiliyinə  inanırd ılar. 

Ġsmaililiyə  gəld ikdə,  o,  Ģiəliyin  ən  mürəkkəb  qolu  idi.  Mənbələrdə  göstərilir  ki, 

həmin  firqəyə  mü xtəlif  yerlərdə  batinilər,  məzdəkilər,  təlimilər,  mülhid lər 

(dinsizlər)  ad ları  verilmiĢdir.  Əlbəttə,  bu  adlanma  isma ililiy in  mü xtəlif  təlimlə ri 

müəyyən dərəcədə özündə birləĢdirməsi ilə əlaqədardır. 

Vaxtilə dördüncü xəlifə  Əli ibn Əbu Talibdən siyasətdə narazılığa görə üz 

döndərmiĢ  xaricilərin adı ilə bağlı hərəkat da orta əsrlərdə müsəlman ölkələrində , o 

cümlədən  Azərbaycanda  yayılmıĢdı.  Bütün  Əməvi  və  Abbasi  xəlifələrinə  qarĢı 

çıxmıĢ  xaricilər sonralar elm ilə də məĢğul olmuĢ, hüquqa, ilahiyyata və tarixə dair 

kitablar  yazmıĢlar.  Ġbn  ən-Nədim  (936-995)  xaricilərin  görkəmli  azərbaycanlı 

nümayəndələrindən  Əbubəkr  Məhəmməd  əl-Bərdəi  haqqında  məlu mat  vermiĢdir: 

"Əbubəkr  əl-Bərdəini  (ad ı  Məhəmməd  ibn  Abdulladır)  340-cı  (951-952)  ildə 

gördüm;  mənimlə etdiyi ünsiyyətdə mütəzili təliminə  mənsubiyyəti aydınlaĢdı.  O, 

xaricilərdən o lub, onların fəq ihlərindən id i". Mütəfəkkir tə xminən 350-ci (961) ildə 

vəfat etmiĢdir. Ġbn ən-Nədim  Əbubəkr Məhəmməd əl-Bərdəinin on dörd traktatının 

adını  çəkmiĢdir:  "Kitab  əl-mü rĢid  fi-l-fiqh"  ("Fiqhə  dair  düzgün  yol  göstərən 



222 

 

kitab"),  "Kitab  ər-rədd  alə  əl-mü xalifin  fi-l-fiqh"  ("Fiqhdə  mü xaliflərə  cavab 



kitabı"),  "Kitab  təzkirət  əl-ğərib  fi-l-fiqh"  ("Qərib in  fiqhə  dair  yaddaĢ  kitabı"), 

"Kitab ət-təbəssür li-l-mütəallimin" ("Öyrənənlər üçün düĢüncə kitabı"), "Kitab əl-

ihticac  alə  əl-mü xalifin"  ("Müxaliflərə  qarĢı  etiraz  kitabı"),  "Kitab  əl-cami  fi  üsul 

əl-fiqh" ("Fiqhin əsaslarına dair toplu"), "Kitab əd-dua" ("Dua kitabı"), "Kitab ən-

nasix  va-l-mənsux  fi-l-Quran"  ("Quranda  əvəz  edən  və  əvəz  olunan  ayələr 

haqqında  kitab"),  "Kitab  əs -sünnə  va-l-cəmaa"  ("Sünnə  və  yekdillik  kitabı"), 

"Kitab  əl-imamə"  ("Ġmamətə  dair  kitab"),  "Kitab  nəqd  kitab  Ġbn  ər-Ravəndi  fi-l-

imamə"  ("Ġbn  ər-Ravəndinin  imamətə  dair  kitabına  tənqid  kitabı"),  "Kitab  təhrim 

əl-muskir"  ("Məstedici  maddəni  qadağan  etmək  haqqında  kitab"),  "Kitab  ər-rədd 

mən  qalə  bi-l-muta"  ("Siqəni  təsdiqləyənə  cavab  kitabı"),  "Kitab  əl-iman  va-n-

nüzur" ("Ġman və vəd kitabı"). 

Xaricilərin təliminə görə, hakimiyyət baĢçısı üçün ümdə Ģərt onun ədalətli 

və  haqq  tərəfdarı  olmasıdır.  Hakim  buna  dönük  çıxarsa,  taxtdan  dərhal  salın malı, 

günahı  böyük  olarsa  öldürülməlidir.  Bu  prinsip  onları  bəzi  mütəzililərlə  həmfikir 

edirdi. 

VIII  əsrdə  Bəsrədə  meydana  çıxmıĢ  mütəzililik  elə  həmin  vaxtdan 

etibarən  Azərbaycanda  yayılmıĢdı.  Əbubəkr  Məhəmməd  əl-Bərdəidən  baĢqa 

Əbusəid  əl-Bərdəi  və  Əbülhəsən  əl-Bərdəi  mütəzili  kimi  məĢhur  olmuĢlar.  Xətib 

əl-Bağdadi  yazır:  "Əbusəid  Əh məd  ibn  Hüseyn  əl-Bərdəi,  Əbu  Hənifən in 

məzhəbinə  (hənəfiliyə)  mənsub  fəqihlərdən  və  mütəzililərin  təlimlərin i  izləyən 

mütəkəllimlərdən  biridir".  Tarixçi  sonra  IX  əsrin  sonu  -  X  əsrin  əvvəllərində 

yaĢamıĢ  Əbülhəsən  əl-Bərdəi  haqqında  "mütəzililərin  təlimlərini  izləyən 

mütəkəllimlərdən  biri"  ifadəsini  iĢlədərək,  onun  həmin  cərəyanın  görkəmli 

nəzəriyyəçilərindən  Məhəmməd  ibn  Əbdülvəhhab  əl-Cübbai  (849-916)  və 

Əbumücalid Əh məd ibn Hüseynlə yaxın müsahib olduğunu yazmıĢdır.  

Əh məd  ibn  Yəhya  ibn  Mürtəzan ın  (1363-1437)  'Təbəqat  əl-mütəzilə" 

("Mütəzililərin  təbəqələri")  kitabında  Əbülhəsən  əl-Bərdəi  haqqında  söhbət 

gedərkən  deyilir:  "Əbülhəsən  Əhməd  ibn  Ömər  ibn  Abdulla  əl-Bərdəi...  nəcib  və 

görkəmli alim  idi". Mənbədə "əl-Bərdəinin ço xlu disputları, kitabları və ardıcılları" 

olduğu qeyd edilir.  Bütün mütəzililər kimi, həmin azərbaycanlı  mütəfəkkirlərin də 

əsərləri ortodoksal islam ideoloqları tərəfindən qadağan edilmiĢ, itib batmıĢdır. 

Müxalifətçi  s xolastika  o lan 

mütəzililikdə  ayrı-ayrı 

məsələlərə 

münasibətdə  ciddi  fikir  ayrılıqları  vardı.  Ən  böyük  ixtilaf  imamət  barədə  idi. 

Mütəzililərdən bəziləri  xaricilərlə həmfikir idilər, bəziləri onlara zidd gedərək, imamın 

yalnız  qüreyĢilərdən  seçilməsini  təkid  edirdilər,  bəziləri  isə  ifrata  vararaq  ədalətli 

cəmiyyət üçün baĢçını artıq sayırdılar. əl-Əsəmm adlı bir mütəzili göstərirdi ki, "insanlar 

bir-birlərinə zülm etməkdən əl çəksələr ima ma ehtiyac yoxdur". 

Orta  əsr  müəllifləri  mütəzililərin  təlimində  ümumi  cəhətləri,  prinsipləri, 

əsasları (əl-üsul) də müəyyənləĢdirmiĢlər. Onlardan "ət-tauhid" və "əl-ədl" mütəzililər 

üçün  daha  səciyyəvidir.  Mütləq  monizm  mövqeyində  duran  mütəzililər  "ət-tauhid" 



223 

 

(tovhid, Allahın birliyinin qəbulu) məsələsində sifatilərə zidd idilər.  Sifatilik firqəsinin 



nümayəndələri  bilavasitə  Qurana və hədislərə  əsaslanaraq, Allahın bilik,  qüdrət, dirilik, 

iradə,  eĢitmə, görmə,  danıĢma  və baĢqa əzəli  atributlara  malik  olduğunu söyləyirdilər. 

Onlardan  bəziləri,  hətta  ifrata  vararaq  Allahı  insana  bənzədir,  maddiləĢdirirdilər. 

Məsələn, kərramilik firqəsinin banisi Əbu Abdulla Məhəmməd ibn Kərram demiĢdir: 

"Allah  cisimdir,  onun  həddi  və  sonu  vardır..."  Müşəbbihə  firqəsinin  tərəfdarı  Davud 

Cəvaribi  isə demiĢdir:  "Məbud  cisimdir,  ətdir və qandır.  Onun  hissələri,  uzun  əzaları, 

ayaqları, baĢı, dili, gözləri və qulaqları var..." Sifatilər israrla deyirdilər ki, Quran Allahın 

kəlamıdır, yaradılmamıĢdır. 

Mütəzililər iddia edirdilər ki, əzəlilik Allahın mahiyyətinin ən  xüsusi vəsfidir. 

Onlar əzəli atributları əslən inkar edib demiĢlər: "O, bilik ilə, qüdrət ilə, dirilik ilə yox, 

özü-özlüyündə  biləndir,  özü-özlüyündə qüdrətlidir,  özü-özlüyündə diridir".  BaĢqa  cür 

söyləmək  tovhidə  ziddir:  "Çünki  atributlar  ən  xüsusi  vəsf  olan  əzəlilikdə  [Allaha]  Ģərik 

olsaydılar, ilahilikdə də ona Ģərik çıxardılar".  Beləliklə,  mütəzililərin fikrincə, Allahın 

"əzəldə nə bir adı, nə də bir atributu olmuĢdur". 

Ardıcıl monist olan mütəzililərin təliminə görə, Allahın atributları əzəli olmadığı 

üçün onun kəlamı (danıĢığı), baĢqa sözlə, Quran da sonradan meydana çıxmıĢdır. 

Mütəzililər  iradə  azadlığı  məsələsində  cəbərilərə  qarĢı  olub,  qədərilik 

mövqeyindən çıxıĢ edirdilər. "Əl-Ədl" ("ədalət") prinsipinə görə, Allah zülm etməz. O 

adildir.  Ġnsan  özünün  xeyir  və  Ģər  əməllərinin  müqtədir  yaradıcısıdır,  yaxĢılığı  və 

yamanlığı  əql  ilə  dərk  etmək,  xeyir  iĢlərə  qoĢulmaq,  Ģərdən  saqınmaq  mümkündür. 

Mütəzililərin bu prinsipi həyatda insanın məsuliyyət hissini artırmaqla bərabər, belə bir 

nəticəyə  gəlməyə  əsas  verirdi  ki,  hər  bir  iĢ  yalnız  insanın  özündən  asılıdır,  ilahi 

qüvvənin ona müdaxiləsi yoxdur. 

Yunan fəlsəfəsi ilə yaxından tanıĢ olan mütəzililərin yaradıcılığında təbii-elmi 

fikirlər, o cümlədən ruh haqqında, substansiya haqqında, cisim haqqında, atom haqqında 

maraqlı fikirlər, mülahizələr irəli sürülmüĢdür. 

Mütəzililər  -  baĢqa  sxolastlar  kimi  kreatsionizmi  (dünyanın  heçdən  xəlq 

edilməsi haqqında əqidəni) qəbul edib, dini dünyagörüĢünü fəlsəfi planda əsaslandırmaq 

məqsədini güdsələr  də  məntiqi  mühakimələrin  axarında bəzi  ehkamlara qarĢı  çıxdıqları 

üçün ortodoksal  islam  ideoloqlarının ciddi narazılığmı doğurmuĢlar.  Onların əleyhinə xeyli 

kitab  və  məqalə  yazılmıĢdır.  Ġdeya  mübarizəsi  bəzən  həddini  aĢır,  açıq  vuruĢmalara 

gətirib çıxarırdı. Ərəb tarixçisi və coğrafiyaĢünası Əhməd əl-Yəqubi (IX əsr) o dövrdə 

Bərdədə  sünnilərlə  mütəzililər  arasında  baĢ  vermiĢ  çəkiĢməni  təsvir  edərək  yazırdı: 

"Bərdədə mütəzililərlə təəssübkeĢ müsəlmanlar arasında dava düĢdü. Onlar bir-birini az 

qala qırıb qurtarana qədər vuruĢdular". 

Azərbaycanda  ideoloji  mübarizənin  gediĢini  izləmiĢ  coğrafiyaĢünas-səyyah 

Ġbn  Havqəl  (öl.  977)  yazırdı  ki,  orada  kəlamın  və  nəzəri  elmlərin  təəssübkeĢlərinə 

yer verilmir,  məntiqi  küfr,  mübahisə sənətini insanı vacib iĢlərdən ayıran, idarəçiliyə 

mane olan məĢğuliyyət hesab edirlər.  

Mütəzililik IX əsrin ortalarından etibarən hakim dairələr tərəfindən bidət elan 



224 

 

edilərək  öz  yerini tədricən ortodoksal  islam  sxo lastikasına  -  əşəriliyə  tərk  etmiĢdir. 



Əbülhəsən  əl-ƏĢəri  və  onun  ardıcılları  olan  əĢərilər  də  məntiq  və  fəlsəfə 

istilahlarından  istifadə  edirdilər.  Bununla  belə,  onlar  Allahın  atributlarının  əzəliliyini 

təsdiqləyir, lakin sifatilər kimi Ġlahiyə insan surətini isnad vermirdilər. 

Hüquq təlimlərində, mütəzililikdə və əĢərilikdə dini və dini-fəlsəfi baxıĢların 

sxolastika aspekti iĢlənib hazırlanmıĢdır. Ġslam ehkamlarının  mistik planda Ģərhi qismən 

Ģiəlikdə,  daha  geniĢ  surətdə  sufizmdə  verilmiĢdir.  Sxolastlarla  mistiklərin  gəldikləri 

nəticələr əsas etibarilə uyğun olsa da (məsələn, mütəzililər kimi  ismaililərdən də Allahın 

atributlarının əzəliliyini  inkar  edənlər  vardı)  onların tədqiqat üsulları,  metodları baĢqa-

baĢqa  idi;  mistiklər  məntiqi  sübutlara,  dəlillərə  deyil,  mistik  halda  intuitiv  idrak 

sayəsində alınan "biliklərə", "həqiqətlərə" arxalanırd ılar. 



Sufizm  (sufilik,  təsəvvüf)  VIII  əsrdə  zühd  (asketizm)  əsasında  formalaĢıb, 

müsəlman  ölkələrində  sürətlə  yayılmıĢdır.  Xilafətdə  gedən  təbəqələĢmə,  hakim 

dairələrdə  varlanmaya,  dəbdəbəli  həyat  sürməyə  güclü  meyil  göstərilməsi  müsəlman 

icmasının aĢağı təbəqələrində ciddi narazılığa səbəb olmuĢdu. Bu, öz ifadəsini ən əvvəl 

passiv formada zühddə tapdı. Zahidlər (asketlər) zəngin həyat tərzinə nifrət bəsləyərək, 

mənəvi  kamilliyi  maddi  sərvətə  qarĢı  qoyurdular.  Sufizmdə  zühddən  əlavə  fəqirlik 

prinsipi də  mühüm  yer tutur. Burada fəqirlik Allaha ehtiyac hissini ifadə edir: "Fəqirlik 

haqdan savayı heç Ģeyə möhtac olmamaqdır".  



Sufı  (əs-sufı)  termininin  mənĢəyi  müxtəlif  cür  izah  edilmiĢdir.  Orta  əsr 

müəlliflərinin,  xüsusən sufi mütəfəkkirlərin əksəriyyətinin fikrincə, bu termin suf (əs-

suf  -  "yun,  qaba  yun")  sözündən  götürülmüĢdür:  sufilər  ilahiyyatla  daha  dərindən 

məĢğul  olmaq  üçün qaba yundan  paltar geyməklə  özlərini həyati  həzzlərdən  məhrum 

etməyə çalıĢırd ılar. 

Sufizm  bütövlükdə  islam  zəminində yaranıb  inkiĢaf etmiĢdir.  Ona təsir  edən 

ideya  mənbələrinə  gəldikdə,  burada  Ģamanizm,  buddizm,  zərdüĢtilik,  xristianlıq, 

neoplatonizm və baĢqa təlimlərə oxĢar ünsürlər tapmaq olar. Sufizm yarandığı dövrdən 

ortodoksal  islama  qarĢı  müxalifətçi  cərəyan  kimi  tanınmıĢdır.  Onun nümayəndələrinin 

müddəaları  öz  yeniliyinə  və  panteist  əhval-ruhiyyəsinə  görə  bütün  müsəlman  ġərqi 

ölkələrində  böyük  sürətlə  yayılmıĢdır.  Əbu  Yəzid  əl-Bistaminin  (öl.  874)  "Mən 

Allaham,  məndən  baĢqa  ilahi  yoxdur"  ("Ənə  Allah,  la  ilahə  illa  Ənə"),  Hüseyn  ibn 

Mənsur əl-Həllacın (858-921) "Mən haqqam" ("Ənə əl-haqq") ifadələri bütün dinlərə 

açıqdan-açığa  zidd  görünürdü.  Sufi  mütəfəkkirlər  Ģiələrdən  fərqli  olaraq  ilahinin 

konkret Ģəxsdə - peyğəmbərdə, imamda, yaxud onun övladlarından birində deyil, mistik 

özünükamilləĢdirmə yolunu keçmiĢ hər hansı insanda təcəssüm etdiyini söyləyirdilər. 

Orta  əsrlərin  mötəbər  mənbələrində  IX-X  yüzillərdə  yaĢamıĢ  çoxlu 

Azərbaycan  sufilərin in  adları  çəkilir:    Hüseyn  ibn  Cibril  əl-Mərəndi,  Əbubəkr  əz-

Zəncani,  Ġbrahim  ibn  Yəhya  ət-Təbrizi,  Əbülfərəc  Əbdülvahid  əl-Varsani,  Səid  ibn 

Qasim əl-Bərdəi, Əli ibn Ġbrahim əl-Urməvi, Əbdülhüseyn əz-Zəncani, Əbuzürə əl-

Ərdəbili, Məhəmməd əl-Bakuvi və b. Həmin mütəfəkkirlərdən bəziləri guĢəniĢin ömür 

sürmüĢ, bəziləri isə ideoloji həyatda fəal iĢtirak etmiĢdir. 



225 

 

Məhəmməd  əl-Bakuvi  Hüseyn  ibn  Mənsur  əl-Həllacın  qızğın 



təbliğatçılarından sayılır.  Əbu  Abdulla  Məhəmməd  ibn Abdulla  babası  Übeydullaya 

görə  əl-Bakuvi  və  Ġbn  Bakuyə,  yaxud  Ġbn  Baku  (Bakılı),  ġirazda  yaĢadığına  görə 

ġirazi  kimi  tanın mıĢdır.  O,  "Böyük Ģeyx"  ləqəbli sufi  Ġbn  Xəfifin  (öl.  982)  tanınmıĢ 

müridlərindəndir.  Məhəmməd  əl-Bakuvi  həm  sufi  hekayətlər,  həm  də  hədislər 

toplamaqla  məĢğul  olmuĢdur.  Onun  mövcud  əsərləri  sufizm  mövzusundadır: 

"Bidayət  hal  əl-Həllac  və  nihayətuhu"  ("Həllacın  həyatının  baĢlanğıcı  və  sonu"), 

"Hikayat əs-sufiyyə" ("Sufilərin hekayətləri"), "Əxbar əl-arifin" ("Ariflərin  xəbərləri") 

və "Əxbar əl-Ğafilin" ("Qafillər haqqında xəbərlər"). 

Birinci  traktatı  L.  Massinyon  fransızcaya  tərcüməsi  ilə  birlikdə  1914-cü  ildə 

Parisdə  çap  etdirmiĢdir.  Ġkinci  traktatın  əlyazma  nüsxələrindən  biri  Ġstanbulun 

Ayasofiya  kitabxanasında  saxlanılır.  Bəzi  mənbələrdə  Məhəmməd  əl-Bakuvi 

əĢəriliyin nümayəndəsi kimi də göstərilir. Mütəfəkkirin hədislər toplaması faktı da eyni 

zamanda onun hüquqĢünas alim və s xolast olmasını söyləməyə əsas verir. 

Məhəmməd  əl-Bakuvi  ömrünün  axır  çağlarında  ġiraz  yaxınlığında  bir 

mağaraya çəkilib orada yaĢamıĢdır. Uzun ömür sürüb, 1029-cu ildən sonra vəfat etmiĢ 

mütəfəkkirin həmin yerdə məzarı "Bakuhi", yaxud "Baba Kuhi" adlanır.

1

 

Elmi-fə lsəfi fikir təbiət elmləri ilə vəhdətdə inkiĢaf edird i. PeĢəkar filosoflar 



eyni zamanda təbiətĢünas alimlər idi. Yəqub əl-Kindi və Əbunəsr əl-Farabinin əsərləri, 

habelə “Saflıq qardaĢları” (―Ġxvan əs-səfa‖) cəmiyyətinin hazırladığı traktatlar o dövr 

fəlsəfi fikrinin qiy mətli nü munələridir. 

Azərbaycanda  elmi-fəlsəfi  fikrin  in kiĢafı  o  dövrdə  ən  çox  ―Saflıq 

qardaĢları‖    cəmiyyətinin  fəaliyyəti    ilə  bağlı    olmuĢdur.  Üzvləri  Orta  Asiya, 

Azərbaycan,  Suriya  və  baĢqa  yerlərdən  toplanmıĢ  bu  gizli  cəmiyyət  X  əsrin 

sonlarında  Bəsrədə  (Ġraq)  yaran mıĢdı.  "Saflıq  qardaĢları"  camaat  arasında  təbii-

elmi b iliklə ri yayır, din i  fəlsəfiləĢdirməyə,  mü mkün qədər fə lsəfə  ilə   əvəz et məyə 

çalıĢırdılar.  Onların  fikrincə,  "Ģəriət  cəhalətlərlə  korlan mıĢ,  yanılmalarla 

qarıĢmıĢdır.  Onun təmizlən məsi və paklaĢdırılması yalnız  fəlsəfə  ilə  mü mkündür". 

ġəriət  fəlsəfə  ilə  nizamlansa  kamillik  hasil  olar.  Bu  məqsədlə  onlar  "Saf lıq 

qardaĢlarının  və  vəfa  munislərin in  traktatları"  ("Rəsail  Ġxvan  əs -səfa  və  xüllan  əl-

vəfa")  adlı  geniĢ  mündəricəli  bir  ensiklopediya  yaratmıĢdılar.  Onun  məlu m  beĢ 

müəllifindən biri azərbaycanlı Əbülhəsən Əli ibn Harun əz-Zəncanid ir. 

Dörd  hissədən  ibarət  bu  ensiklopediya,  mənbələrdə  göstərildiyi  kimi,  51 

(mövcud nüsxələrdə 52) traktatı əhatə edir. Onlardan on üçü (on dördü) riyaziyyat, 

on  yeddisi  təbiyyat,  onu  metafızika  və  on  biri  ilahiyyat  məsələlə rinə  həsr 

olunmuĢdur."Saflıq  qardaĢları"nın  təlimi  qədim  yunan  filosoflarının   və  orta  əsr 

ġərq  mütəfəkkirlərinin  ideyaların ın təsiri altında formalaĢmıĢdır. Mütəzililər  kimi, 

onlar da özlərini "ədalət əhli" ("əhl əl-ədl") ad landırırdılar. Lakin onlar mü xalifətçi  

 

1

Qeyd  etmək  lazımdır  ki,  XIX  əsrdə  Rzaqulu  xan  Hidayət  "İnsan"  və  "Kuhi" 



təxəllüslü Ģair Əli ġirazinin bir divanını səhvən Bakuviyə mənsub bi lmiĢdir. 

 


226 

 

sxolastlardan  fərq li  o laraq  elmi  dünyagörüĢünə  malik  idilər.  "Saflıq  qardaĢların ın 



traktatları"  orta  əsrlərdə  təəssübkeĢ  islam  ideoloqları  tərəfindən  yandırılmıĢ 

kitablardan idi. Bununla belə, bütün müsəlman ö lkələrində geniĢ yayıla b ilmiĢdir.  

Xilafətə  tabe  digər  ölkələ rdəki  kimi,  VII-X  əsrlərdə  ideologiya 

Azərbaycanda da ümumislam  mədəniyyəti ilə bağlı  inkiĢaf etmiĢdir. Hüquqi, d ini, 

dini-fəlsəfi  və  fə lsəfi  məsələ lər  bütün  isla m  a lə mi  üçün,  de mək  o lar  ki,  eyni 

olduğundan Azərbaycanın ideoloji həyatı baĢqa yerlərdəkindən  məzmunca o qədər 

də  fərqlənmirdi.  Bununla  belə,  yerli  adət-ənənələr,  əski  düĢüncələr,  xalq ın 

xarakterindən  irəli  gələn  xüsusiyyətlər  ədəbiyyat,  incəsənət,  elm  və  mədəniyyət 

sahələrində  öz  təsirini  göstərməyə  bilməzdi.  Xürrəmilikdə  iĢığa  vurğunluq, 

Ģuubilikdə el-obasının üstünlüyü ilə fəxr etmə, azadfikirlilik  mey illəri Azərbaycan 

gerçəkliyi  üçün  səciyyəvi  idi.  O  dövrdə  Azərbaycanda,  ümumiyyətlə  müsəlman 

ġərqində  dini  və  dini-fəlsəfi  təlimlər  (s xolastika  və  mistika)  ilə  yanaĢı  elmi  fəlsə-

fənin (ġərq peripatetizminin, "Saflıq qardaĢlarının" fəlsəfəsi) olması bəĢər fəlsəfəsi 

tarixi  üçün  böyük  nailiyyət  sayılmalıdır.  Çünki  elmi  fəlsəfə  xristian  aləmində 

mövcud  deyild i,  orada  " kilsə  ehkamı  hər  cür  təfəkkürün  çıxıĢ  mo menti  və  əsası 

idi". 


VII-X  əsrlə rdə  Azərbaycanda  yaranmıĢ  ideolo ji  tə limlə rdən  ço xu  öz 

inkiĢafını davam etdirərək sonrakı dövrlərin ideologiyasının əsası olmuĢdur. 



 

 

 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin