ƏDƏBİYYAT
1.
Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikası florasında yayılan Dalamazkimilər (Lamiaceae
Lindl.) fəsiləsinin Ziziphora L. cinsinə daxil olan növlərin müalicəvi xüsusiyyətləri Naxçıvan
Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2013, №4, s. 132-138
2.
Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikası florasında yayılan Dalamazkimilər (Lamiaceae
Lindl.) fəsiləsinin Satureja L. (Çöl nanəsi) cinsinə daxil olan növlərin biomorfoekoloji və müalicəvi
xüsusiyyətləri. Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2014, №4, s. 115-119
3.
Ələkbərov R.Ə., Qasımov H.Z. Gövdəsiz çaşır (Prongos acaulis L.) və Çiriş (Eresmus spectabilis
(Bieb.) bitkiləri, onların faydalı xüsusiyyətləri. “Faydalı bitkilərdən istifadənin aktual problemləri” Bakı,
26-28 oktyabr, 2011,s. 97-100
4.
Mehdiyeva N.P. Azərbaycanın dərman florasının biomüxtə lifliyi. Bakı, "Letterpress" nəşr, 2011, s.
188.
5.
Səyyarə İbadullayeva, Ramiz Ələkbərov Dərman bitkiləri (Etnobotanika və Fitoterapiya) Medicial
plants (Ethnobotany and Phytoterapya) Təhsil, Elm, Bakı, 2013, 331 s.
6.
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri (Ali
sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan, Əcəmi, 2008, 364 s.
- 67 -
7.
Talıbov T.H., İbrahimov Ə.Ş., İsmayılov A.H. Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikasında
rəsmi dərman bitkilərinin taksonomik spektri / “Faydalı bitkilərdən istifadənin aktual problemləri” (26-
28 oktyabr 2011), Bakı, s.189-195
8.
Алекперов Р.А. Биоморфологические, экологические и лечебные свойства видов, входящихся
и роды Осimum L. и Origanum L. семейства Lamiaceae Lindl. флоры Нахчыванской Автономной
Республики. Современное общество, образование и наука, Тамбов, 30 июня 2014 года, часть 4, с.
13-17
9.
Борисова А. Г. Род черноголовка Prunella L. // Флора СССР. М.; Л., 1954. Т. 20. С. 494–498.
10.
Виноградова Т. А., Гажев Б. Н. Практическая фитотерапия. М.: Эксмо-Пресс, 2001. С. 39-46
c.
11.
Георгиевский В. П. Биологически активные вещества растений. Новосибирск :Наука, 1990.
110 c.
12.
Ибадуллаева С.Д., Алекперов Р.А., Гасымов Г.З.. Thymus hyemalis Lange (Lamiaceae) - Новый
вид для флоры Азербайджана. Санкт-Петербург, Бот. жур., 2014, т. 99, №7, с. 825-827.
13.
Мамаев С.А. Основные принципы методики исследования внутривидовой изменчивости
древесных растений // Индивидуальная эколого-географическая изменчивость растений. Вып. 94.
Свердловск, 1975. с. 9–14.
14.
Флора Азербайджана. Баку, 1957, т. VII, c. 283-284
15.
Fang X, Chang R., Yuen W., Zee S. Immune modulatory effects of Prunella vulgaris L. // Mol
Med. 2005. № 15 (3).P. 491- 496.
16.
Phenolicsrich extracts from Silybum marianum and Prunella vulgaris reduce a high-sucrose diet
induced oxidative stress in hereditary hypertriglyceridemic rats // Pharmacol Res. 2004. № 50 (2). P.
123–130.
17.
Shin T., Kim Y., Kim H. Inhibition of immediate type allergic reaction by Prunella vulgaris in a
murine model // Immunopharmacol Immunotoxicol. 2001. № 23 (3). P. 423–435.
ABSTRACT
RamizAlakbarov
Biomorphological, environmental and medical properties of certain members of the genus
prunella l., family lamiaceae lindl. Distributed, in flora Nakhchivan Autonomous Republic
The article describes bio morphological, environmental characteristics, habitat types and
prospects of the species belonging to the genus Prunella L., family Labiate (Lamiaceae Lindl.),
Common in the flora of Nakhchivan Autonomous Republic. Also provides information about the areas
of dissemination of existing species in the world, Azerbaijan and in the redistribution of the
Nakhichevan
Autonomous
Republic, their timing of flowering and fruiting, chemical and
pharmaceutical properties of the action and therapeutic areas
РЕЗЮМЕ
Рамиз Алекперов
Биоморфологические, экологические и лечебные свойствавидов, входящих в состав рода
prunella l., семейства lamiaceae lindl., распространенных, во флоре Нахчыванской
Автономной Республики
В статье изложены биоморфологические, экологические характеристики, типы ареалов и
перспективы использования видов, входящих в состав рода Prunella L., семейства Губоцветные
(Lamiaceae Lindl.), распространенных во флоре Нахчыванской Автономной Республике. Также
представлены сведения о зонах распространения существующих видов вмире, Азербайджане и в
переделах Нахчыванской АР, их сроках цветение и плодоношения, химическом и
фармакологическим свойстве действиях и лечебных направлениях.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
M.Piriyev
- 68 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
SURƏ RƏHİMOVA
AMEA NaxçıvanBölməsi
E-mail:sura_rahimova@hotmail.com
UOT: 58
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YAYILAN CAPPARACEAE JUSS.
FƏSİLƏSİNƏ DAXİL OLAN CAPPARIS HERBACEA L. NÖVÜNÜN FİTOKİMYƏVİ
TƏDQİQİ VƏ MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ
Məqalədə Capparis L. cinsinə daxil olan Capparis herbacea L . növünün meyvələrinin
fitokimyəvi cəhətdən tədqiq edildiyi haqqında məlumat verilir. Bir neçə həlledicilərdən istifadə
edilərək meyvələrin ekstraktları alınmış və spektrləri çəkilmişdir. Müxtəlif metodlardan istifadə
edilərək ekstraktların tərkibində flavonoid, karotinoid və xlorofil piqmentlərinin olduğu müəyyən
edilmişdir. Bundan başqa Capparis herbacea L. növünün tibbi xüsusiyyətləri və müalicəvi
istiqamətləri haqqında da ətraflı məlumat verilmişdir.
Açar sözlər: capparis, flavonoid, karotinoid, heksan, fitokimyəvi
Key words: capparis, flavonoid, carotenoid, hexan, phytochemical
Ключевые слова: каппарис, флавоноиды, каротиноиды,гексан,фитохимическое
Qədim zamanlardan insanlar bitkilərdən müxtəlif məqsədlər üçün əvvəlcə qida, sonralar isə
tibbi, kosmetik və digər məqsədlər üçün istifadə etmişlər. Hal-hazırda bitkilər müxtəlif təsirlərə
malik təbii dərman xammal maddələrinin əvəzedilməz mənbəyidir. Son illərdə bir çox sahələrdə
istifadə etmək məqsədilə təbii vasitələrin axtarışı vacib məsələlərdən hesab edilir. Bioloji fəal
maddələrlə zəngin olan bitki növlərinin öyrənilməsi və tərkibindəki maddələrin tədqiqi hal-hazırda
müasir elmin aktual problemlərindəndir. Bu məqsədlə bitkilərdən bioloji aktiv maddələrin alınması
və öyrənilməsi, istehsalatın müxtəlif sahələrinə tətbiqi mühüm əhəmiyyətə malik vacib
məsələlərdən hesab edilir. XX əsrin əvvəllərindən sənaye inqilabının başlanması ilə sürətli
sənayeləşmənin nəticəsi olaraq yeraltı və yerüstü qaynaqlar yararsız vəziyyətə düşmüşdür. Xüsusilə
də atmosferə buraxılan zərərli qazlar ozon təbəqəsinin incəlməsində və hətta deşilməsində böyük rol
oynamışdır. Bununla bərabər kimya sənayesinin inkişafı ilə əlaqədar müxtəlif məhsulların istehsalı
artmışdır ki, bu da orqanizmin immun sisteminə təsir edən və insanlarda xərçəng xəstəliyi, tez
yaşlanma və ürək xəstəlikləri yaratmışdır. Belə zərərli təsirlərə malik sərbəst radikalların əmələ
gəlməsi günü-gündən artmaqdadır. Buna görə də son 20 ildə xüsusən təbii antioksidantlı dərman
bitkilərinə tələbat daha çox yaranmışdır.
Naxçıvan Muxtar Respublikasının ərazisi müxtəlif dərman və faydalı bitkilərlə zəngin olsa
da, heç də indiyə qədər fitokimyəvi cəhətdən ətraflı tədqiq olunmamışdır. Buna görə də
respublikanın tükənməz bitki ehtiyatlarından məqsədyönlü və səmərəli istifadə olunması, bitkilərin
fitokimyəvi cəhətdən tədqiq edilməsi, tərkibindəki bioloji aktiv maddələrin və tətbiq sahələrinin
müəyyən edilməsi mühüm məsələlərdən hesab edilir. Bu kimi məsələləri nəzərə alaraq
Capparaceae Juss. fəsiləsinə daxil olan Capparis herbacea L. növünün fitokimyəvi aspektdən
öyrənilməsi məqsədilə tərəfimizdən bir sıra tədqiqat işləri aparılmışdır.
Capparaceae Juss. fəsiləsinin nümayəndələri əsasən tropik və subtropik ölkələrdə yayılmış
ot və kol bitkiləri olub, əsasən yarımsəhra, çay vadiləri, gilli-çınqıllı yamaclarda, sıldırımlarda və
köhnə tikililərdə daha çox yayılmışdır. Bu fəsiləyə daxil olan Capparis L. cinsinin dünyada 350-dən
çox növü yayılmışdır. Demək olar ki, 37 cinsə daxil olan 400-dən çox növü dünyanın bir çox
ölkələrinin əksər ərazilərində becərilir. Azərbaycanda və o cümlədən Naxçıvan MR ərazisinin
xüsusən aran və dağətəyi rayonlarında, çöllərdə, çay kənarlarında, gilli-çınqıllı torpaqlarda,
- 69 -
düzənlik, dağlıq, qayalıq və qumlu sahələrində yayılmışlar. Muxtar respublikada bu fəsilənin 2
cinsinə daxil olan 4 növü yayılmışdır [1,s.213; 2, s. 401].
Bu fəsiləyə daxil olan Capparis herbacea L. növü xalq arasında çöl kəvəri, çöl qarpızı bəzən
də yalama adı ilə adlandırılır. Bitkinin gövdəsi 2 m-ə qədər uzanmaqla, sürünəndir.Yalançı zoğu və
yarpaqaltlığı sarımtıl tikanlıdır. Yarpaqları yumurtaşəkilli-dairəvi və ya ellipsvaridir. Qısa saplaqlı
və seyrək tükcüklü olub, sivri ucludur. Kasa yarpaqları iri, 18-30 mm uzunluğunda olmaqla,
yumurtavarıdır. Çiçəkləri iri, tək-tək yerləşmişdir. Ləçəkləri 3-6 sm, ağ və ya solğun-çəhrayı
rəngdədir. Meyvəsi yumurtaşəkilli, uzunsov olub, uzunluğu 20-45 mm-dir. Giləmeyvəli yarımkol
bitkidir. Yetişmiş meyvələri qırmızı lətli, toxumları yumru, qəhvəyi rəngli olub, acı dadlıdır. Bitki
mart-iyul aylarında çiçəkləyir, iyun-avqust aylarında isə meyvələri yetişir. Əkin üçün yararsız
torpaqların yararlı torpaqlara çevrilməsində bu bitki mühüm əhəmiyyətə malikdir. Tez adaptasiya
xassəsi olduğundan erroziya və yanğın təhlükəsi olan ərazilərdə əkilməsi məqsədəuyğundur [3,
s.120-125].
Araşdırmalar nəticəsində aydın olmuşdur ki, bu növ zəngin fitokimyəvi tərkibə malikdir.
Ədəbiyyat məlumatlarına əsasən demək olar ki, bitki fenollu birləşmələr və flavonoidlərlə olduqca
zəngindir [5, s.40-45]. Fenollu birləşmələr hidrogen və elektron vermələrinə görə antioksidant
molekullar olaraq fəaliyyət göstərirlər. Bu maddələr təbii antioksidantların əsas qruplarını təşkil
edirlər. Antioksidantlar bitkilərin bütün hissələrində rast gəlinən polifenollu birləşmələrdir. Fenollu
birləşmələr bitkilər aləmində ən geniş yayılan maddələr qrupunu təşkil edirlər. Hazırda 8000-dən
çox fenollu birləşmələr məlumdur. Bu birləşmələr güclü antioksidant xassələrə malik olduğundan
orqanizmdə yaranan sərbəst radikalları neytrallaşdıraraq bir çox xəstəlikləri və tez yaşlanmanın
qarşısını alır. Ən geniş yayılmış fenollu antioksidantlar flavonoidlər, kumarinlər, tokoferollar və
fenol turşularıdır. Kosmetik vasitələrin alınmasında, boyaq və kağız istehsalında xüsusən, qida
sənayesində bu birləşmələr mühüm əhəmiyyətə malikdirlər [4, s. 3-5]. Flavonoidlər bitkilər
tərəfindən sintez edilən fenollu birləşmələrin bir sinfini təşkil edirlər. Onlar meyvə və tərəvəzlərin
özünə xas dad və rəngini verən maddələrdir. Təbii olaraq bitkilərin gövdə, yarpaq, kök və xüsusilə
də çiçəklərində olurlar. Flavonoidlər yaşıl bitkilərin çoxunda olduğundan bitki ekstraktları alınan
zaman tez-tez onlara rast gəlinir.
Capparis herbacea L. növü bir sıra müalicəvi xüsusiyytlərə malikdir. Belə ki, bitkinin çiçək,
tumurcuq və meyvələri müxtəlif məqsədlərlə - saçlara qulluq edilməsində, yaraların
sağaldılmasında, dalaq və qaraciyər xəstəliklərinin müalicəsində istifadə olunurlar. Xalq
təbabətində kəvərin təzə dərilmiş meyvələrindən endemik ur xəstəliyində, dizenteriyada və
qaraciyər iltihabı (hepatit) zamanı, yarpaqlarından yanıqların, şişlərin müalicəsində istifadə edilir
[6, s. 197]. İştahartırıcı, sidikqovucu və qəbizliyin aradan qaldırılması kimi xassələrə malikdir.
Buna görə də bu bitkidən tibbdə və sənayenin müxtəlif sahələrində geniş şəkildə istifadə olunur.
Otvari kəvərin çiçək tumurcuqları vitamin və minerallarla zəngin olduğundan boyaq maddəsi
alınmasında, dərman, kosmetika və qida sənayesində tətbiq edilir. Revmatizm ağrılarının qarşısının
alınmasına kömək edir, dalağın müalicəsi və qaraciyərin mübadilə funksiyasının tənzimlənməsində,
xərçəng xəstəliyinin inkişafının qarşısını alan ekstraktların hazırlanmasında istifadə olunan bitkilər
sırasındadır. Belə ki, kəvərin duza və ya sirkəyə qoyulmuş qönçələri qida kimi yeyilir, kök və
budaqlarından isə dərman və kosmetik vasitələr alınmasında istifadə olunur [7, s.74-75].
Təcrübi hissə
17 sentyabr 2014-cü il tarixdə Şahbuz rayonuna gedilən ekspedisiya zamanı “Rüstəm
meşəsi” ətrafı ərazilərindən Capparis herbacea L. bitkisinin tam yetişmiş meyvələri toplanılaraq
laboratoriyaya gətirildi. Meyvələrin lətli hissəsi toxumlardan ayrılaraq, otaq temperaturunda,
kölgədə quruduldu və istifadə edilənə qədər kağız kisələrdə saxlanıldı. Meyvələr üyüdüldü və bitki
nümunəsindən 5 q götürülərək lipofil xassəli maddələri və xlorofilləri ayırmaq məqsədilə əvvəlcə
50 ml heksanla 2 dəfə, 25˚C-də, 2 saat müddətində ekstraksiya edildi. Sonra nümunələrin qalığı
qurudularaq, etanolla və distillə suyu ilə ekstraksiya edildi. Ekstraktın tərkibindəki maddələrin
müəyyən olunması kimyəvi və fiziki-kimyəvi metodlar vasitəsilə yerinə yetirildi. Ekstraktlardan
fərdi maddələrin ayrılması və onların saflaşdırılması incə təbəqə xromotoqrafiya və UB-
spektrofotometrik metodlar vasitəsilə yerinə yetirildi. İncə təbəqə xromotoqrafiya Silufol UV
254
- 70 -
lövhələrdə, UB-spektroskopiyası isə 200-700 nm dalğa uzunluğunda Hitachi UV-2900 UV-VIS
spektrofotometr cihazında aparıldı.
Şəkil 1. Capparis herbacea L. bitkisinin meyvələrindən alınan heksan ekstraktının spektri
Nəticələr və müzakirə
Capparis herbacea L. növünün meyvələrinin etanol ekstraktının UB spektrlərinin analizi
nəticəsində 656-664 nm dalğa uzunluğunda piklərin alınması ekstraktın tərkibində xlorofillərin
olmasını, 432-466 nm dalğa uzunluğu isə karotinoidlərin varlığını göstərir. Etanol ekstraktında
flavonoidlərin vəsfi təyini bu birləşmələr üçün xarakterik olan 2 reaksiya: dəmir (III) xlorid və
sianidin testi vasitəsilə aparılmışdır. Flavonoidlərin dəmir (III) xloridlə qarşılıqlı təsirindən
flovonollar yaşıl rəngli, flovononlar isə qəhvəyi rəngli komplekslər əmələ gətirirlər. Müvafiq
rənglərin alınması ekstraktın tərkibindəki flavonoidlərin olduğunu təsdiq edir.
Cədvəl
Təzə yığılmış Capparis herbacea L.
meyvələri
Qurudulmuş Capparis herbacea L.
meyvələri
Nəm təyini
1 ədəd meyvənin
lətli hissəsinin
çəkisi
Toxumların
çəkisi
Meyvənin lətli
hissəsinin çəkisi
Toxumlarınçəkisi
3.99 q
7.14 q
0.75q
3.04q
66 %
Şəkil 2. Capparis herbacea L. növünün meyvələrindən alınan etanol ekstraktının spektri
- 71 -
ƏDƏBİYYAT
1.
Əsgərov A.M. Azərbaycanın ali bitkiləri (Azərbaycan florasının konspekti) Bakı, Elm, c. I,
2006, 247 s.
2.
Флора Азербайджана. Баку: Изд-во АН Азерб. ССР, 1953, т.4, 401 с.
3.
Atilla Akgül. Yeniden keşf edilen lezzet: Kapari (Capparis sp.) // Selçuk Üniversitesi, s. 120-
125
4.
Guliyev V.B., Mansur H. Flavonoidler. İstanbul, Cağaloğlu, 1999, 380 s.
5.
Mehmet Emin Diken. Bazı şifalı bitkilerin antioksidan içerikleri. Yüksek lisans tezi. Balıkesir
Üniversitesi, s. 81
6.
Mustafa Özer. Tabiat eczanesi, şifalı bitkiler ansiklopedisi. İstanbul, Cağaloğlu, 2007,400 s.
7.
Oktay Yemiş. Kapari (Capparis spp.) acılık birleşenleri ve flavonoidlerin proses sırasındaki
deyişimi. Doktora tezi. Ankara Üniversitesi, s. 101
ABSTRACT
Sura Rahimova
Phytochemical research and therapeutic features of capparis herbaceal. species which
included capparaceae juss. family in the territory of the Nakhchivan Autonomous Republic
The article provides information about the phytochemical research fruits Capparis herbacea
L. is part of the species of Capparaceae Juss.. C using certain solvents obtained extract fruits and
make them fotospektry. It is established that the content of extracts are flavonoids, carotenoids and
pigments hlorofilnye. The article also features in detail the medical and therapeutic areas of species
Capparis herbacea L.
РЕЗЮМЕ
Сурa Рагимова
Фитохимическое исследование и лечебные свойствавида capparis herbacea l., входящего
в состав семейства capparaceae juss., распросранного в территории Нахчыванской
Автономной Республики
В статье приводится сведение о фитохимическом исследовании плодов Capparis
herbacea L. входящего в состав рода Capparaceae Juss.. C применением некоторых
растворителей получены екстракты плодов и сделаны их фотоспектры. Установлено, что в
содержимом экстрактов имеются флавоноиды, каротиноиды и хлорофилные пигменты. В
статье также подробно отражаются медицинскиеособенности и лечебные направления вида
Сapparis herbacea L.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
M.Piriyev
- 72 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
ZÜLFİYYƏ SALAYEVA
AMEA Naxçıvan Bölməsi
E-mail: Zulfiyyə Salayeva@rambler.ru
UOT: 57.8
LİLİALES SIRASINA DAXİL OLAN BİTKİLƏRİN TƏDQİQİ VƏZİYYƏTİ
Məqalədə, Lilialis sırasına daxil olan bitkilərinin öyrənilmə tarixndən bəhs edilmişdir. Qeyd
edilmişdir ki, bu sıraya daxil olan bitkilər geofit bitkilərdir. Azərbaycan və Dünya alimlərinin
tədqiqat işlərində Liliales sırasına daxil olan bitkilərin sistematikası, introduksiyası, yayılması,
morfoloji quruluşu, faydalı xüsusiyyətləri və qorunması haqqında geniş məlumatlar verilmişdir.
Lilialis sırasına daxil olan növlərin əksəriyyətinin bəzək, dərman, yabanı tərəvəz, yem və boyaq,
bitkiləri olduğu göstərilmişdir.
Açar sözlər: geofit, bəzək bitkiləri, faydalı, fəsilə, cins, növ, mühafizə, flora, sistematik
təhlil.
Key words: Geofit, ornamental plants, useful, family, genus, species, protection, flora,
systematic analysis.
Ключевые слова: геофит, декоративных растений, полезный, семейство, род, вид,
охрана, флора, систематический анализ.
Naxçıvan Muxtar Respublika florası klassiklər və görkəmli alimlər tərəfindən zaman-zaman
öyrənilmiş və dəyərli elmi əsərlər nəşr edilmişdir. Liliales sırasına Zambaqkimilər fəsiləsi
( Liliaceae Juss.) daxildir. Lilialis sırasına daxil olan bitkilərinin sistematikasının əsasını Marşall-
Biberşteyn qoymaqla indiyə qədər öyrənilməsi davam etdirilir (38, s.128-133). Zambaqkimilər
fəsiləsinin öyrənilməsi sahəsində L.P. Boçanseyevanın gördüyü elmi-tədqiqat işlərini xüsusi ilə
qeyd etmək olar. Müəllif, Qafqazda yayılmış tülpan növlərindən hibridləşmə və seleksiya yolu ilə
müxtəlif rəngli 80-ə yaxın yeni sort almışdır, həmçinin regionda yayılmış bu növlərinin
toxumlarının cücərmə biologiyası, introduksiyası, morfologiyası üzrə elmi-tədqiqat işəlri aparmışdır
(12, s.75-133). A.A. Axverdov, N.V. Mirzəyeva Zambaqkimilər fəsiləsi bitkilərinin bioekoloji
xüsusiyyətlərini çiçəkləmə müddətini, toxumlarla və vegetativ üsullarla çoxaldılma yollarını
öyrənmiş, perspektiv növlərin yaşıllaşdırmada istifadə olunmasını göstərmişdir (11, s. 37-45). B.D.
Serdyukov da Zambaqkimilər fəsiləsilərinə aid olan dekorativ növlərin təbii şəraitdə yayılma
arealını, hansı bitkilər əhatəsində bitdiyini müəyyən etməklə yanaşı, həyat formalarını, toxum əmələ
gətirməsini, boy və inkişafını, kultura şəraitində bu bitkilərin çiçəkləməsini, aqrotexniki qaydada
becərilməsi yollarını öyrənmiş və yaşıllaşdırma təsərrüfatına təkliflər etmişdir (34, s. 85-93).
Son illərdə Türkiyə florasından Liliaceae Juss. fəsiləsinə aid elm üçün bir-neçə yeni növlər
verilmişdir, onlardan Tulipa L. cinsinə aid T .gumusanica, Lilium cinsinə aid L. pamphylicum və s.
göstərmək olar. Elm üçün yeni növ hesab edilən T. gumusanica haqqında məlumat verilmiş və
regiondan zanbaqkimilərə aid bir-neçə yeni növün olduğu da müəyyən edilmişdir (43, s. 221-226;
47, s.149-151). Cinsin digər Tulipa biebersteiniana Schult. et. Schult. fil. növü isə Moskva
vilayətinin cənubunda Oka çayının vadisində və Moldovanın şimal-şərqində Alatır çayının ətrafında
yayılmışdır. Həmçinin bu növə Tatarıstanda da rast gəlinir və yeni yayılma arealı da müəyyən
edilmişdir. B.Winterhdlerə görə Qərbi-Tyan-şan üçün Tulipa neustruevae Zur. növü nadir və
endemik hesab olunur. Həmçinin alim tərəfindən bu növün digər növlərlə qohumluq əlaqəsi də
filogenetik əsaslarla öyrənilmişdir. Daşkənd ətrafında isə tülpanın 10 yabanı növünə rast gəlinir
( 12, s. 300-329). Çeboksar botanika bağında (Çuvaş Respublikası) Tulipa cinsinə aid 35 -dən çox
növ introduksiya edilərək fenoloji müşahidələr aparılmış, monitorinq keçirilərək onların böyümə
- 73 -
dinamikası öyrənilmiş, qönçə, çiçək və meyvə fazaları qeydə alınmışdır. Burada alimlər relikt
növlərin anotomik quruluşunun öyrənilməsi istiqamətində də bir sıra elmi tədqiqat işləri
aparmışdırlar (12, s.125-153).
Raamsdonk L.W.D tərəfindən Şimail Əfqanıstan üçün endemik olan (elm üçün yeni növ
olan T. heweri - yarımcins - Tulipa, seksiya - Eichleres, sıra - Multiflarae) təsvir olunub.
Tədqiqatçı müəyyən etmişdir ki, T. heweri və T. praestans növlərinin çarpazlaşdırılması nəticəsində
həyat qabiliyyəti yüksək olan toxumlar əmələ gəlir (45, s. 51-55). L.İ. Silina tərəfindən Tulipa L.
növlərinin müasir şəraitdə formalaşmasının tarixini öyrənmiş, Leninqrad şəraitində bu bitkinin bir
neçə növünü mədəni şəraitdə becərmişdir. O.N. Danilevskaya Tulipa L. növlərini introduksiya
edərək, vegetativ və toxumla çoxaldılmasını, yaşıllaşdırmada istifadə olunması üçün yeni üsullarını
göstərmişdir (19, s. 31-37; 20, s. 176-224 ).
O.A. Sorokopudova Lilium cinsinin növ və sortlarının bəzi anatomik-morfoloji
xüsusiyyətlərini araşdırmışdır. Bunun üçün açıq sahədə becərilən Lilium cinsinə aid 11 növ və 13
cins götürülmüşdür. Öyrənilən növlər M.B. Baranovun klassifikasiyasına uyğun olaraq 7 seksiyaya
aid edilmişdir. Novosibirsk regionunda aparılan araşdırmalar Lilium cinsinin yarpaqların anatomik
strukturlarının öyrənilməsinə həsr edilib. Məlum olmuşdur ki, mezofitlərə Lilium. hansonii və
Lilium. pardalinum, kserofitlərə isə Lilium davidii, Lilium regale, “Lastoçka” sortu və Lilium
pumilum növləri aiddir. (33, s. 46-53).
Danileviç V.Q. Rusiyanın cənubunda olan Gagea Salisb. (Liliaceae Juss.) cinsinin
qorunması və introduksiyasına aid məlumatlar verilmişdir. 1993-cü ildən 1995-ci ilə qədər Gagea
Salisb. cinsinə aid 14 növ becərilmişdir. 1995-ci ildən 1998-ci ilə qədər növlərin inkişaf və boyları
üzərində müşahidələr aparılmışdır. Yalnız Gagea villosa növündə hər il çiçəkləmə müşahidə
olunmuşdur. İkinci il Gagea dubia, Gagea bultifora, Gagea pusilla, Gagea chanae, Gagea
taurica çiçək açmış, Gagea minima, Gagea gemainae və Gagea lutea növlərində bəzi hallarda
çiçəkləmə müşahidə olunmuşdur. Meşə və yarımsəhra növlərində isə çiçəkləmə prosesi nəzərə
çarpmamışdır. Aparılan tədqiqatlar nəticəsində mədəni şəraitdə introduksiya üçün tövsiyə olunan
Gagea villosa növünün bir çox xüsusiyyətləri haqqında məlumatlar əldə edilmişdir. Farmakoloji
xüsusiyyətlərlə bərabər, cinsin 4 növünün kimyəvi tərkibi də öyrənilmiş, həmçinin Gagea cinsinin
Rostovda nadir növləri qeyd edilmişdir. Stavropolun «Qırmızı» kitabına aşağıdakı növlər daxil
edilmişdir:Gagea artumczukii, Gagea fibrosa, Gagea tenuifolia, Gagea alexeenkoana (18, s.16-18).
Kulikov P.V. öz tədqiqatlarında Gagea fagifera, Gagea samojedorum və Gagea mirabilis
növlərinin Uralda yayılması haqqında məlumat vermişdir. Həmçinin bu taksonların cənubi Uralda
yeni yayılma areallarını aşkar etmişdir. İ.Q.Leviçev ontogenezdə Gagea Salish cinsinin (Liliaceae
Juss.)
nümayəndələrinin yarpaqlarının en kəsiyinin oxşarlıqlarını müqayisə etmişdir. Qeyri
tendensiya hal - ən çox zoğun (birinci) ilk böyüməsində, nisbətən az dərəcədə isə ikinci
böyüməsində (əsasən yan hüceyrələrdən inkişaf edənlərdə) müşahidə edilmişdir. Şübhəsiz ki, bu
yolla məhz soğanaqlı yumru, kökyumrusu əmələ gəlmişdir. Leviçev İ.Q digər elmi əsərində cinsinin
yeni növünü Gagea takhtajanii haqqında məlumat vermişdir. (27, s. 657-667; 28, s. 278-280).
Kriçfaluşiy V.V. və Sabadaş V.İ. Gagea spathacea növünün Avropada və Ukraynada
(Karpat ətrafında) yayılma sahələrini göstərmiş, boiekoloji xüsusiyyətlərindən bəhs etmişdir.
Məlum olmuşdur ki, Karpat ətrafından yıyılan və əvvəllər ayrı bir növ müxtəlifliyi hesab olunan
Gagea spathacea var. transcarpatica Domin morfoloji əlamətlərinə görə göstərilən bu növlərdən
fərqlənmədiyindən, onu ayrıca yeni bir takson hesab etmək lazım deyil. Növün ekoloji - fitosenotik
xüsusiyyətləri öyrənilmiş, müəyyən olunmuşdur ki, bu növün qorunması vacibdir. Belə ki, son 100
il növün ərzində onların yayılma sahəsi demək olar ki, 80-90% azalmışdır (18, s.16-18).
Sauerwein Bernd Almaniyanın qərbində Kasseliya şəhəri yaxınlığında Gagea pratensis,
Gagea villosa (G. arvensis) və Gagea pratensis (Pers.) Dum. növlərinin yayıldığını aşkar etmişdir.
Bu növlər yeni şəhərlərin salınması ilə əlaqədar olaraq dövrün reliktləri hesab edilirlər. Molina
James öz əməkdaşları ilə Buş-dyu-Ron (Fransa) dendroparkında aşkar olunan Gagea mauritanica
haqqında məlumat vermişdir. Alman alimlərindən Hugin Gerold, Hugin Heide apardığı elmi
tədqiqatlarını Gagea villosa növünün müxtəlif torpaqlara yayılma xəritəsinin tərtibinə həsr edilmiş,
- 74 -
eyni zamanda ona yaxın olan Gagea lutea, Gagea pratensis növləri haqqında məlumat verilmişdir
(46, s.71-79).
Ukrayna alimi Sabadai V.İ. fikrincə Gagea spathacea növünün fitokütləsi, antogenezdə bir
inkişaf halından digərinə keçidikdə 3 dəfə artır. Çiçəkləyən nümayəndələrdə generativ təbəqənin
kütləsi (çiçəksaplağı çiçəklərlə birlikdə) bitkinin fitokütləsindən 40% çox artır, yarpaqların və
soğanaqların kütlə payı isə nəzərə çarpacaq dərəcədə azalır. Çiçək saplağının çiçəklərlə birlikdə
kütləsi isə bitkinin assimilyasiya olunan yarpaqlarının kütləsinə yaxın olur. Çiçək qrupunda çox
zaman tam inkişaf etməyən 1-5 sayda çiçəklər olur. Çiçəkyanlığın yarpaqlarının başlanğıcı ilə
erkəkcik arasından şirə ifraz olunur. Çiçəkləri xırda milçəklər və böcəklərlə, bəzən isə arılar
fəsiləsinin nümayəndələri (Andrena haemorrhoa, A. minutula və s.) ilə çarpazlaşırlar. Bu bitkilərin
çiçəklərinin spesifik iyləri olur (27, s. 658-667; 28, s. 278-280).
Fəsilənin maraqlı nümayəndələrindən olan Laləvərin ilk növdaxili təsnifatını K. Linney
vermişdir. O, bu cinsin 5 növünü təsvir etmiş, onları yarpaqlarının və çiçək qruplarının düzülüşünə
görə ayırmışdır. Bununla bərabər Lalavər cinsinin 2 növünü K. Linney başqa cinsə daxil etmişdir.
XIX əsrin əvvəllərində Laləvər cinsinin təsnifatı ilə M. Biberşteyn (1808), Şultes (1830), Kunt
(1843), Beyker (1874), Bentam və Quker (1883), Buasse (1884), Enqler və Prante (1930),
Bornmüller (1930), Tarril (1932-1937), Bek (1946, 1947, 1953), Mişenko (1911), Qrossheym
(1928, 1940, 1949) və başqaları məşğul olmuşdurlar (14, s. 1-34; 15, s.105-136; 16, s. 109-127; 38,
s. 128-133). Cinsə aid yeni növlər və variasiyalar təsvir edilmiş, sistematik analizlər verilmişdir.
Laləvər cinsinin Qafqazda olan növləri haqqındakı ilk tam məlumat M. Bieberştein (1808),
tərəfindən verilmiş, o Qafqazda laləvər cinsinin 6 növünü göstərmişdir.Lakin onlardan üçü Adam
(1805) tərəfindən başqa adla adlandırılmışdır. Laləvər cinsinin sistematikası haqqında ən böyük
elmi tədqiqat işi S.Beckə məxsusdur. O, bu cinsin 55 növünün təsvirini vermiş və onların ümumi
təsnifatını çıxarmışdır. Beck cinsi 10 yarımcinsə bölmüşdür. Beattie V.R. Laləvər cinsinin 33
növünün xromosom sayını vermişdir. O, təyinat üçün gövdənin düzülüşünü, çiçəkyanlığının və
qutucuğun quruluşunu nəzərə almışdır. P.İ. Mişenko Qafqaz üçün verilən 7 növü Eufritillaria (və ya
Fritillaria) seksiyasına daxil etmişdir. V.İ.Melnik Ukrayna florasında nadir növ olan Fritillaria
meleagris növünün yayılma arealları, ekoloji-senotik xüsusiyyətləri və populyasiyanın strukturunu
öyrənmişdir. Növün genofondunun qorunması haqqında təklif irəli sürülmüşdür (32, s.81-86; 38,
s.213-219; 39, s. 83-91; 40, s. 23-30; 41, s. 18-27; 42, s. 94-97).
İvanov A.İ. və Çistyakova A.A. Penza vilayətində Fritillaria cinsi 2 növlə - F. ruthenica
Wikstr və F. meleagroides Patr. ex Schult təmsil olunduğunu qeyd edir. Alimlərin fikirincə
Rusiyanın “Qırmızı kitabı”na 1 növ daxil edilib, lakin şübhəsiz ki, hər 2 növün qorunması vacibdir.
Qubanov və b. tədqiqatlarında Fritillaria meleagroides Rusiyanın Avropaya yaxın hissəsində
olduqca az rast gəldiyini göstərmişdir. Tədqiq olunan regionda da bu növə az rast gəlinir. Penza
vilayətində cənubi, mərkəzi və cənub-şərq rayonlarında isə çox rast gəlinir. Bütün hallarda onlar
rütubətli çəmənlərə uyğunlaşmışlar. Penza vilayətində Fritillaria ruthenica növünün yaşayış yerini
qorumaq məqsədilə 2 təbiət abidəsi təşkil edilmişdir. Həmçinin F. ruthenica və Tulipa
biebersteniana
növlərinin yaşayış yerlərinin saxlanılması, Fritillaria meleagroies növünün
qorunması üçün isə 2 qoruq yaradılması planlaşdırılmışdır (25, s.301-307; 26, s. 1-78-85).
Alman alimi Schilko Andronun Salta gölünün cənub hissəsində (Türkiyənin qərbində) aşkar
edilən Fritillaria saldaensis bitki populyasiyasında, F. pinardii növünün yayıldığını göstərmiş və
ona müstəqil endemk növ kimi yanaşmışdır. Zhao Peijie Wang Huizhong, Zhao Huai sistematik
analizlər nəticəsində Smilax, Allium, Fritillaria, Asparagus və s. cinslərin taksonomik vəziyyətini
öyrənmiş və bir sıra yeni növ və variasiyaları təsvir etmişdir. Zarri Bertrand Fransanın Mayen
dendroparkında Orta Aralıq dənizi növü olan Tulipa sylvestris növünün olduğunu və fitosenozda
onun iştirakı ilə yeni yayılma formasiyalarını aşkar etmişdir ( 42, s. 221-226; 45, s. 51-55; 46, s.
71-92).
Zhu Xue-nan, Zin-Xiaofeng, Gao Zhan Liliaceae Juss. fəsiləsinə aid bəzi növlərin
xromosom dəstlərini öyrənmişdir və Tulipa edulis 2n = 2x = 48 = 26 sm + 22 st xromosom ədədi
olduğunu müəyyən etmişdir. Zhao Qing-fang, Wang Hui-rong tərəfindən isə skayner elektron
mikroskopunun köməyilə zanbaqların 10 sortunun tozcuq dənələrinin morfologiyası öyrənilib, eyni
- 75 -
zamanda 3 hibrid formanın və Lilium davidii var, unicolor LxL formolongi Hort, L. formosanum x
L. longiflorum tozcuğun əsas əlamətəlri və morfoloji göstəriciləri təsvir oulnmuşdur. Müəyyən
olunmuşdur ki, Lilium sortlarında tozcuq dənələri adətən ellipsvari və distal formada olurlar və
morfoloji əlamətlərinə görə oxşardırlar (48, s. 66-68; 49, s. 22-25).
Liliales sırasına daxil olan növlər dekorativ bəzək bitkiləri kimi daima introduktorlar
tərəfindən diqqət mərkəzində olmuşdur. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da
Liliales sirasına daxil olan növlərin
becərilməsi ilə də zaman-zaman məşğul olunmuşlar. Qeyd
etmək lazımdır ki, 1918-ci ilə qədər bu bitkilərin becərilməsi, fərdi xüsusiyyət daşımış və ayrı-ayrı
çiçək həvəskarları bu işlə məşğul olmuşdurlar. Tacirlər, varlı təbəqədən olanlar, Yaxın Şərqdən və
Avropadan nərgiz, dağlaləsi, qərənfil, süsən və başqa bəzək bitkilərini gətirib, öz bağlarını və
bağçalarını bəzəyirdilər. Azərbaycanda ilk dəfə, 1890-cı ildə çiçəkbecərilmə işi ilə Rza bəy
Səlimxanov məşğul olmuşdur. O, Peterburqdan 1989-cu ildə geofit bitkilərin bir çoxunun əkin və
səpin materialları gətirərək özünün həyətyanı sahəsində becərmişdir. 1913-cü ildə o, Almaniya,
Belçika, Fransadan bir çox bəzək, qida əhəmiyyətli bitkilərin əkin materialları gətirmişdir (13, s.
26-33; 14, s.11-34).
Azərbaycanın faydalı bitkilərin öyrənilməsində, akademik A.A. Qrossheymin böyük
xidmətləri olmuşdur. Bu sıraya daxil olan bitkilərin hərtərəfli öyrənilməsi onların faydalı və bəzək
əhəmiyyətli olması ilə əlaqədardır. İlk dəfə olaraq A.K. Rollov bu bitkilərin təsviri və istifadəsi
barədə məlumat vermişdir. A.A. Qrossheym isə onların sistematikasını və faydalı xüsusiyyətlərinin
istifadə yollarını ətraflı şərh etmişdir. O, regionun bitki ehtiyatlarını, bir çox növün əhəmiyyətli
xüsusiyyətlərini müəyyənləşdirmiş, bəzək əhəmiyyəti olan geofit bitkilərin bəzi növlərinin
siyahısını tərtib etmişdir. Bu siyahıda Liliales sırasının bitkilərinin özünəməxsus yeri vardır. A.A.
Qrossheym «Qafqaz florası»nda Laləvər cinsinin 9 növünü, bir növmüxtəlifliyini və 3 formasını
təsvir etmişdir. Burada növ sayı daha çox verilmişdir, çünki müəllif Komarovun fikrinə əsaslanmış
və yarımnövləri növ kimi qeyd etmişdir. A.A. Qrossheym eyni zamanda burunçiçəyi və laləvər
cinslərini də öyrənmişdir. O, Naxçıvan Muxtar Respublikası ərazisində bir növ, qozbel burunçiçəyi
(Rhinopetalum gibbosum Boiss.) Lasinsk. et Vved. olduğunu müəyyən etmişdir. Laləvərin 2
növünü - Fritillaria kurdica Boiss. et Noe və F. caucasica Adam. qeyd etmişdir. Bu məlumatlar
Azərbaycan florasında da öz əksini tapmışdır (15, s. 203-212; 16, s. 65-82). Zanbaqkimilər
fəsiləsinin Laləvər cinsinin Sarı laləvər (Fritillaria lutea Miller) növünü V.C. Hacıyev və
S. Musayev tərəfindən “Qırmızı kitab”a salınması təklif edilmişdir. A.B. Melnikova və A.M.
Dolqix Laləvər cinsinin növlərini də “Qırmızı kitab”a daxil etmişlər (24, s. 225-253; 25, s.209-235).
R. Əsgərova Naxçıvan Muxtar Respublikası florasından elm üçün yeni qazsoğanı növü vermişdir
(10, s. 84-85).
L.İ. Prilipko Naxçıvan MR-nin bitki örtüyünü öyrənmək məqsədilə 4 ekspedisiya təşkil
etmişdir. Bu ekspeidsiyalar zamanı o geofit bitkilərdən Allium L., Tulipa L., İris L. cinslərinə aid
ayrı-ayrı növlərin çoxalma qaydalarını göstərməklə, faydalı xüsusiyyətlərini, bəzək bağçılıqda
istifadə məqsədilə mədəni şəraitə becərilməsinin vacib olduğunu qeyd etmişdir (17, s. 35-47).
Q.F. Axundov Azərbaycan endemiklərinin üzərində apardığı tədqiqat işlərində geofitlərin bir çox
cinslərinin sistematikasını öyrənməklə bu növlərin təbabətdə, yaşılaşdırmada istifadə yollarını
gostərmişdir.
Həmçinin
bəzi
növlərin
Azərbaycan
florası
üçün
endemik
olduğunu
aydınlaşdırırmışdır (8, s.23-30).
Süleymanova V.N., Mullaxaeva E.Z. Fritillria ruthenica Wikstr. - Rus laləvərinin generativ
orqanlarının parametrlərinin və toxumun potensial və real məhsuldarlığının ən çox ekoloji şəraitdən
asılılığını göstəriblər. Tədqiqatlar zamanı müəyyyən etmişlər ki, senopopulyasiyalarda yüksək
toxum məhsuldarlığı müşahidə olunur ki, bu da müvəffəqiyyətlə toxumla çoxalmanı təmin edir (31,
s. 188-190). S.A. Məmmədova isə öz elmi tədqiqatlarını dağlaləsinin 6 növünün xromosom sayının
müəyyənləşdirilməsinə həsr etmişdir. Bunlardan florensiya dağlaləsi, eyxler dağlaləsi, şmidt
dağlaləsi, yuliya dağlaləsi və çoxçiçəkli dağlaləsi dinloid xromosom sayına (2n=24), biberşteyn
dağlaləsi isə poliplad xromosom sayına malikdir (2n=48). Müəyyən olunub ki, geniş yayılan
dağlaləsi növlərinin hüceyrələrinin toxumlarının uzun müddətli saxlanılması zamanı xromosomların
sponton mutasiyası nadir, itməkdə olan dağlaləsi növlərinin spontan mutasiyasından aşağıdır. Geniş
- 76 -
yayılan çoxçiçəkli dağlaləsi növünün fiziki və kimyəvi tərkibi mutagen faktorların təsirinə daha
davamlıdır (29, s. 30-31; 30, 25 s.).
Son illərdə Liliales sırasına daxil olan bitkilər, taksonomik dəyişikliklər nəzərə alınmaqla,
T.H. Talıbov, Ə.Ş. İbrahimov, O.V. İbadlı, S.C. İbadullayeva, Z.K. Salayeva tərəfindən tədqiq
olunmağa başlanmış, nəticədə Naxçıvan Muxtar Ruspublikasının flora biomüxtəlifliyinə yeni cins
və növlər daxil edilmişdir (3, s. 35-41; 6, s. 45-47; 9, s.17-18; 21, s.11-115; 22, s. 53; 23, s.65-67;
35, s. 124-171; 36, s. 201-269; 37, s. 309- 378). Naxçıvan Muxtar Respublikasında Liliales sırasına
daxil olan Zanbaqkimilər fəsilələrinin biomüxtəlifliyi və introduksiyası son olaraq Z.K. Salayeva
tərəfindən elmi surətdə ətraflı tədqiq edilmişdir (1, s. 218-219; 2, s. 458-461; 4, s. 125-128; 5, s. 90-
95; 7, s.108-113;).
Dostları ilə paylaş: |