TƏBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/28
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#324
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

ƏDƏBİYYAT 
1.
 
Quliyev  Ə.M., Quliyev  V.Ş. Azərbaycan  yaylaqlarının  zəhərli  və zərərli  bitkiləri  və onlarla 
mübarizə  tədbirləri.  Bakı,  Azərnəşr,  1961, 184 s. 
2.
 
Исмаилов Н.М. Алкалоидоносные растения Азербайджанской ССР. Баку,  Элм, 1975, 
199 с. 
3.
 
 www.veterinerx.com/dosyalar/Zehirli%20Bitkiler%201.pd 
4.
 
http://www.  arılarda  zehirlenmeye  bağlı  ölümler 
 
ABSTRACT 
Farida  Safarova                         
 
The  article  studied  toxic  substances  that  affect  the  chemical  composition  of  honey,  honey 
such  a  positive  effect  on  the  human  body  have  been  studied.  Nakhichevan  Autonomous  Republic 
was given  information  about  poisonous  plants  that  affect  beekeeping.     
 
РЕЗЮМЕ 
 
 
 
 
 
 
         Фарида Сафарова 
 
В  статье  изучены токсические вещества, которые влияют на химический состав меда, 
такой  мед  были  изучены  положительный  эффект  на  организм  человека.  Нахичеванская 
Автономная  Республика  была  предоставлена  информация  о  ядовитых  растениях,  которые 
влияют на пчеловодство.                                             
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Biologiya  üzrə fəlsəfə doktoru, dosent M.Piriyev 
 
 
 
 
 
 

- 83 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
KİMYA 
   YASİN  BABAYEV 
Naxçıvan Dövlət Universiteti 
yasinbabayev@rambler.ru 
UOT  546.681.682.24 
 
QALLİUM  (İNDİUM)SESKVİTELLURİD-GERMANİUM  SİSTEMLƏRİNDƏ  
QARŞILIQLI  TƏSİR XÜSUSİYYƏTLƏRİ 
 
Açar  sözlər: qarşılıqlı  təsir, seskvitellurid, faza diaqramı, likvidus, germanium 
Key words:  mutual effekt, sescuitellurid, phase diaqram, liquidus, germanium 
Kлючевые слова: взаимодействие, сесквителлурид, фазовая диаграмма, ликвидус, 
германий 
 
Ga
₂Te₃(İn₂Te₃)-Ge  sistemlərində fazalararası qarşılıqlı təsir xüsusiyyətləri araşdırılımış, 
komponentlərin ekvimolyar nisbətində inkonqruent əriyən A
III
2
GeTe
₃üçlü birləşmələrinin əmələ 
gəlməsi qeyd olunmuşdur.  
Ga
₂Te₃  və  İn₂Te₃  birləşmələri  perspektivli  materiallar  olub  termo  və  fotorezistorlar,  çevirici 
qurğular,  yarımkeçirici  yaddaş  elementləri  hazırlanmasında  tətbiq  oluna  bilərlər  [1,  2].  Ga
₂Te₃-Ge 
və  İn
₂Te₃-Ge  sistemlərinin  faza  diaqramlarının  qurulması,  yeni  fazaların  aşkar  edilməsi  perspektivli 
yarımkeçirici    materialların  əhatə  dairəsinin  genişlənməsinə  və  müvafiq  kimyəvi  elementlərin 
kimyasının  zənginləşməsinə  xidmət  edir. 
Təcrübi  hissə.  Ga
₂Te₃-Ge  və  İn₂Te₃-Ge  sistemlərinin  tədqiqi  üçün  əvvəlcə  Ga₂Te₃,  İn₂Te₃ 
birləşmələri,  sonra  isə  hər  bir  sistem  üzrə    10  ərinti  2.10
⁻²Pa  qalıq  təzyiqə  malik  vakuum  şəraitində 
kvars  ampullarda  sintez  edilmişdir.  Sintez  üçün  yarımkeçirici  təmizliyə  malik  Ga,  İn,  Te  kimyəvi 
elemetntlərindən  istifadə  edilmiş,  germanium  isə  zonalı  əritmə  üsulunun  üfüqi  variantından  istifadə 
etməklə  əlavə  təmizlənməyə  uğradılmışdır.  Sintezdən  sonra  Ga
₂Te₃-Ge  sistemi  ərintilərində  800  K, 
İn
2
Te
3
-Ge  sistemi  ərintilərində  isə  600  k-də  homogenləşdirici  termiki  emal  (dəmləmə)aparılmışdır. 
Dəmləmə  davamiyyəti  72  saat  olmuşdur.  Termik  emal  prosesinin  homogenləşdirici  təsirinə 
mikrostruktur  analiz  (MSA)  vasitəsilə  nəzarət  edilmişdir. 
Ga
₂Te₃(İn₂Te₃)-Ge  sistemlərinin  ərintiləri  fiziki-kimyəvi  analiz  üsulları  (diferensial  termiki-
DTA,  mikrostruktur  analiz-MSA,  piknometrik  sıxlığın  və  mikrobərkliyin  təyini)  vasitəsilə  tədqiq 
olunmuş,  müvafiq  hal  diaqramları  qurulmuşdur  (şəkil  1 və 2). 
Nəticələrin müzakirəsi 
Əsasən  DTA  nəticələrindən  istifadə  etməklə  qurulan  və  MSA,  fazaların  mikrobərkliyinin, 
ərintilərin  piknometrik  sıxlığının  təyininə  əsaslanaraq  dəqiqləşdirilən  Ga₂Te₃-Ge  və  İn₂Te₃-Ge 
sistemlərinin  hal  diaqramlarından  görünür  ki,  hər  iki  sistemdə  qarşılıqlı  təsir  analoji  xarakter 
daşıyır.  Əsaslı  fərq  İn
₂Te₃-Ge  sistemində  61-84  mol  %  Ge  qatılıq  intervalında  maye  halda 
təbəqələşmə  baş  verməsidir.  Buna  görə  Ga
₂Te₃-Ge  sisteminin  faza  diaqramının  likvidus  xətti  3 
qanaddan  ibarət  olduğu  halda,  İn
₂Te₃-Ge  sistemi  üzrə  likvidus  əyrisi  4  qanaddan  ibarətdir;  İn₂Te₃ 
əsasında  α-bərk  məhlulun,  indium  monotelluridin,  germaniumun  maye  ərintidən  ilkin  kristallaşma 
qanadları  və  əyridəki  maye  halda  təbəqləşməni  ifadə  edən  hissə.  Diaqramların  hər  ikisində  5 
izotermik 
xətt 
mövcuddur. 
Yüksəktemperaturlu 

izoterm 
peritektik 
çevrilmələri,  aşağı 
temperaturlu  2  izoterm  isə  evtektik  kristallaşmanı  ifadə  edir.  Həmin  izotermlərdən  aşağı 
temperaturlarda  bütün  ərintilər  bərkimiş  haldadır. 

- 84 - 
Ga-Ge-Te  üçlü  sistemini  ifadə  edən  qatılıq  üçbucağında  Ga
₂Te₃-Ge  kəsiyi  ilə 2 
GaTe-GeTe  kəsiyi  kəsişir.  Kəsişmə  nöqtəsində,  yəni  GaTe-GeTe  sistemində 
komponentlərin  2:1  nisbətində  peritektik  reaksiya  üzrə  Ga
₂GeTe₃  üçlü  birləşməsi 
əmələ  gəlir  [3,4].  GaTe-GeTe  sistemi  üzrə  komponentlərin  1:1  nisbətində  isə  açıq 
maksimumla  əriyən,  konqruent  xarakterli  GaGeTe
₂  kimyəvi  birləşməsi  əmələ  gəlir. 
Ga
₂Te₃-Ge  və  İn₂Te₃-Ge sistemlərinin hal diaqramlarında A
III
GeTe
₂   birləşmələri S₂, 
A
III
2
GeTe
₃  birləşmələri  isə  S₁  ilə  işarələnmişdir.  Nəzərdən  keçirilən  Ga₂Te₃-Ge  və 
İn₂Te₃-Ge  sistemləri  üzrə  ərintilərdə  tam  kristallaşma  məhsulları  kimi  Ga₂GeTe₃  və 
İn₂GeTe₃ üçlü birləşmələrinin  mövcudluğu göstərilən  amillərlə  əlaqədardır. 
 
 
 
 
 
Şəkil  1. Ga₂Te₃-Ge  sisteminin  hal  diaqramı 

- 85 - 
 
Şəkil  2. İn₂Te₃-Ge  sisteminin  hal  diaqramı 
 
A
III
2
Te
₃-B
IV
  sistemlərində  qarşılıqlı  təsirin  ümumi  və  fərqli  xüsusiyyətlərini  nəzərdən 
keçirək.  Həmin  sistemlərdə  komponentlərin  1:1  nisbətində  əmələ  gələn  A
III
2
B
IV
Te
₃  üçlü 
birləşmələrinin  ərimə  xarakterinə  görə  onları  2 qrupa  ayırmaq  olar:   
I.Kvazibinar  xarakterlıi  A
III
2
Te
₃-B
IV
sistemləri.  Buraya  Ga₂Te₃-Sn(Pb)  və  İn₂Te₃-Sn(Pb) 
sistemləri  aiddir.  Bu  sistemlərin  faza  diaqramları  A
III
2
B
IV
Te
₃  üçlü  birləşmələrinin  açıq 
maksimumla  əriməsi  ilə  xarakterizə  olunurlar. 
II.Qeyri-kvazibinar  xarakterli  A
III
2
Te
₃-B
IV
sistemləri.  Ga(İn)-Ge-Te  qatılıq  üçbucaqlarının  bu 
daxili  kəsiklərinə  Ga₂Te₃-Ge  və  İn₂Te₃-Ge  sistemləri  aiddir.  Bu  sistemlərin  şəkil  1  və  2-də 
göstərilən  faza  diaqramları  tam  kristallaşma  məhsulu  kimi  uyğun  sürətdə  Ga₂GeTe₃  və  İn₂GeTe₃ 
birləşmələrinin  mövcudluğu  ilə  xarakterizə  olunurlar. 
A
III
2
Te
₃-B
IV
sistemlərindən  biri  (Ga₂Te₃-Ge)  istisna  olmaqla  qalanlarında  maye  halda 
təbəqələşmə  mövcuddur.  Bunun  əsas  səbəbi,  yəqin  ki,  Ga₂Te₃-Ge  sistemi  komponentlərinin  digər  A
III
2
Te
₃-B
IV
sistemləri  (

T=270-558  K)  ilə  müqayisədə  ərimə  temperaturları  arasında  nisbətən  az 
fərq  (

T=150 K) olmasıdır. 
Nəzərdən  keçirilən  A
III
2
Te
₃-B
IV
sistemləri  komponentlərin  1:1  nisbətində  A
III
2
B
IV
  Te
₃  üçlü 
birləşmələrinin 
əmələ 
gəlməsi  ilə  xarakterizə  olunurlar.  Germaniumlu  Ga₂Te₃(İn₂Te₃)-Ge 
sistemlərində  həmin  birləşmələr  inkonqruent  əridiyi  halda,  qalay  və  qurğuşunlu  sistemlərdə 
konqruent  əriyirlər.  Üçlü  birləşmələrin  konqruent  əridiyi  həmin  diaqramlar  iki  sərbəst  hissədən 
ibaərtdirlər.  A
III
2
Te
₃-A
III
2
B
IV
Te
₃  faza  diaqramları  sadə  evtektik  xarakterli  olduğu  halda,  A
III
2
  B
IV
Te₃- B
IV
 sistemlərində  evtektik  kristallaşma  monotektik  çevrilmə  ilə  müşayiət  olunur. 
Ga
₂Te₃(İn₂Te₃)-Ge  sistemlərinin  hal  diaqramlarından  göründüyü  kimi  GaGeTe₂  və  İnGeTe₂ 
birləşmələri  (S₂)  yalnız  diaqramların  ekstremal  temperaturları  əhatə  edən  orta  hissələrindəki  qatılıq 
intervallarında  (Ga₂Te₃-Ge  sistemində  53-47  mol  %  Ga₂Te₃,  İn₂Te₃-Ge  sistemində  isə  61-46  mol  % 
İn₂Te₃)  mövcuddurlar  və  onlar  maye  fazaların  iştirakı  ilə  başverən  peritektik  reaksiyalar  nəticəsində 
S
₁  birləşmələrinə  (Ga₂GeTe₃  və  İn₂GeTe₃)  çevrilirlər.  S₁  birləşmələri  isə  Ga₂Te₃-Ge  və  İn₂Te₃-Ge 
sistemlərinin  hal  diaqramlarının  solidusunda-kristallaşma  sonu  nöqtələrindən  aşağı  temperaturlarda 
bütün  üçfazalı,  bərk  halda  olan  ərintilərdə  mövcud  olur.  Buna  görə  müvafiq  Ga₂Te₃(İn₂Te₃)-Ge 

- 86 - 
sistemlərinin  hal  diaqramlarının  solidusunun  sol  hissəsi  α-bərk  məhlul  +S₁+Ga(İn)Te  fazalarından, 
sağ  hissəsi  isə  Ge+S₁+Ga(İn)Te  fazalarından  ibarətdir.  Hər  iki  diaqramda  üçfazalı  sahə  α-bərk 
məhlul  sahəsindən  ensiz  ikifazalı  sahə ilə  (α+B
III
Te)  ayrılmışdır. 
Ga
₂Te₃-Ge    və  İn₂Te₃-Ge  sistemlərinin  qurulan  faza  diaqramlarında  fiziki-kimyəvi  analizin  iki 
əsas  prinsipi  (uyğunluq  və  arasıkəsilməzlik  prinsipləri),  həmçinin  həmin  prinsiplərdən  çıxan 
mühüm  nəticə  (bir-birilə  qonşu  olan  sahələrdə  fazalar  sayı  arasındakı  fərqin  vahiddən  çox 
olmaması)  tam  ödənilir. 
ƏDƏBİYYAT 
 
1.В.М.Кошкин,  Л.П.Гальчинецкий, В.Н.Кулик  и др. Монокристаллы и техника. Харьков: 
ВНИИ  монокристаллов, 1974, вып.1(10), с.144 
2.Я.Н.Бабаев. Особенности фазообразования  в системах  A
III
2
Te
₃-B
IV
.  Химия и химическая 
технология, 2004, Т.47, вып. 1,с.70-72 
3.Твёрдые растворы в полупроводниковых системах. Справочник. М.:Наука,  1987, 157 с. 
4.М.И.Заргарова, К.Ш.Кахраманов, А.А.Магерамов  и др. Физико-химические  основы 
выбора контактных материалов. Баку:  Элм, 1990, 168 с. 
 
 
 
 
ABSTRACT 
Yasin  Babayev 
Mutual  effektive features of gallium  (indium)sescuitellurid-germanium  systems 
 
The  article  studies  the  interphases  mutual  effektive  features  in  the  Ga
₂Te₃(İn₂Te₃)-Ge   
systems  and deals  with  the  formation  of incongurent  melting  A
III
2
GeTe
3
 there combinations  in  the 
equimolyar  ratio  of  components.   
 
РЕЗЮМЕ 
                                                                                                     Ясин Бабаев 
Особенности межфазных взаимодействий в системах сесквителлурид галлия (индия)-
германий 
Анализировано межфазное  взаимодействие в системах  Ga₂Te₃(  İn₂Te₃)-  Ge, показано 
образование тройных соединений A
III
2
GeTe
₃  с инконгруэнтным плавлением при 
эквимолярном соотношении компонентов. 
 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         
 
 
 
 
 
 
 
 
 
 
 

- 87 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
MİRNAZİM SEYİDOV 
mnazimseyid@gmail.ru 
AKİF  ƏLİYEV 
Naxçıvan Dövlət Universiteti 
UOT:  665:63×59 
NEFTİN MƏNŞƏYİNİN TƏDRİSİNƏ DAİR 
 
 
Açar  sözlər: neft, yağ, kerosin, benzin, asfalt 
 
Key words:  petrol, oil, kerosine, asphalt 
 
Ключевые слова: нефть, масло смазочное, керосин, бензин, асфальт 
 
 
Neft,  neft  məhsulları  və  təbii  qazın  xassələri,  onların  ayrılması  və  tətbiq  üsulları,  neft  və 
qazın  tərkibinə  daxil  olan  komponentlərin  xassələri,  onlar  əsasında  sənaye  əhəmiyyətli  sintezlər, 
emal  zamanı  alınan  doymamış  birləşmələr  və  onların  mühüm  kimyəvi  çevrilmələri,  səthi-aktiv 
maddələrin  alınması  və  xassələrinin  şərh  olunması,  həmçinin  əsas  növ  yanacaq  və  sürtkü  yağlarının 
tərkibi  və  istismar  xassələri  haqqında  tələbələrə  ətraflı  məlumat  vermək  üçün  birinci  növbədə  neftin 
mənşəyi  haqqında  aşağıdakı  məlumatlar  onlara  geniş  izah  edilməlidir  [1- 6]. 
 
Bu 
məqsədlə 
müəllim  qeyd  etməlidir  ki,  insan  cəmiyyətinin  inkişafının  başlanğıc 
mərhələsində,  hələ  istehsal  vasitələrinin  mövcud  olmadığı  dövrdə  insanlar  öz  tələbatlarını  təmin 
etmək  üçün  asan  tapılan  təbii  məhsullardan,  o  cümlədən  neft  və  asfaltdan  (dağ  qatranı)  istifadə 
etməyə  başlamışlar. 
 
Neftin  mənşəyi  haqqında  müasir  təsəvvürlər  XVIII  əsrdə  və  XIX  əsrin  əvvəllərində 
yaranmışdır.  1757-ci  ildə  M.V.Lomonosov  neftin  üzvi  mənşəli  olması  haqqında  hipotezin  əsasını 
qoydu.  Onun  fikrincə  «yeraltı  alovun»  «daşlaşmış  kömürə»  təsiri  nəticəsində  asfaltlar,  neftlər  və 
«daş  yağlar»  əmələ  gəlir.  Neftin  mineral  mənşəli  olması  fikrini  isə  ilk  dəfə  1805-ci  ildə  A.Qumbolt 
irəli  sürmüşdür.   
 
Kimya  elminin 
inkişafı  və  eləcə  də  qeyri-üzvi  maddələrdən  karbohidrogenlərin  sintezi,  neftin 
mineral  mənşəyi  haqqında  olan  fərziyyələrin  inkişafına  səbəb oldu. 
 
Məşhur  kimyaçı  D.İ.Mendeleyev  1867-ci  ilə  qədər  neftin  üzvi  mənşəli  olmasının  tərəfdarı  olsa 
da  o,  təxminən  10  il  sonra  neftin  mineral  mənşəyi  haqqında  hipotezini  irəli  sürdü.  Onun  fikrincə,  neft 
yüksək  temperaturda  yerin  dərin  qatlarındakı  metal  karbidlərin  su  ilə  qarşılıqlı  təsiri  nəticəsində  əmələ 
gəlir  [1- 4].  
Ötən  əsrdə  neftin  mənşəyi  haqqında  müxtəlif  fikirlər  söylənilsə  də  hazırda  isə  onun  üzvü 
mənşəli  olması  daha  əsaslı  sayılır.  Bununla  yanaşı,  neftin  mineral  mənşəli  olması  hipotezinə  üstünlük 
verən  tədqiqatçılara  da  rast  gəlmək  olur.  Neft  karbohidrogenlərinin  və  heteroatomlu  birləşmələrin 
yüksək  temperaturlarda  C,  H
2
,CO,CO
2
,CH
4
,  H
2
O  kimi  ilkin  sadə  maddələrdən  və  radikallardan  sintezi, 
sintez  məhsullarının  yerin  dərin  qatlarındakı  süxurları  ilə  qarşılıqlı  təsirindən  alınması  kimi  təsəvvürlər, 
neftin  mineral  mənşəli  olmasının  tərəfdarlarının  eyni  fikirə  gəlməsinə  səbəb olmuşdur. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  D.İ.Mendeleyevin  fikrincə  karbohidrogenlərin  əsas  əmələgəlmə 
prosesi  yerin  dərin  qatlarındakı  süxurlarda  olan  metal-karbidlərin  su  ilə  qaşılıqlı  təsiri  nəticəsində  baş 
verir.  Alınmış  karbohidrogenlər  yerdə  olan  çatlarla  yuxarı  qatlara  miqrasiya  edərək  çöküntü  süxurların 
məsamələrinə  toplanır.  Onların  alınması  aşağıdakı  kimi  təsəvvür olunur. 
 
2FeC + 3H
2


 Fe
2
O
3
 + C
2
H
6
 
yaxud  ümumi  şəkildə 
MC
m
 + mH
2


 MO
m
 + (CH
2
)
 m
 
 
Yerin  aşağı  qatlarında  bir  sıra  metalların  karbitlərinin  (Fe
3
C,  TiC,  Cr
2
C
3
,  SiC)  tapılması 
Mendeleyevin  metal-karbidlərlə  əlaqədar  fikrini  təsdiqlədi.  Lakin  yerin  dərin  qatlarında  onların 

- 88 - 
miqdarının  çox  az  olması  və  bu  yolla  külli  miqdarda  neft  karbohidrogenlərinin  əmələ  gəlməsi  isə 
həqiqətə  uyğun  gəlmir.   
N.A.Sokolovun  neftin  kosmik  mənşəyi  haqqındakı  hipotezi  haqqında  məlumat  vermək  məqsədi 
ilə  müəllim  qeyd  edir  ki,  1892-ci  ildə  N.A.Sokolov  özünün  neftin  kosmik  mənşəyi  haqqında  hipotezini 
irəli 
sürmüşdür. 
Hipotezin 
mahiyyəti 
yerin 
kosmik 
formalaşmasının 
ilkin 
mərhələsində 
karbohidrogenlərin  sadə  maddələrdən  əmələ  gəlməsindən  ibarətdir.  O,  belə  güman  etmişdir  ki,  əmələ 
gəlmiş  karbohidrogenlər  əvvəlcə  qaz  halında  olur,  sonradan  yerin  formalaşması  zamanı  həmin  qaz 
qarışığı  soyuyaraq  süxurlar  tərəfindən  udulur.  Karbohidrogenler  yerin  soyumuş  maqmatik  süxurlarından 
ayrılaraq  yerin  daha  yuxarı  qatlarında  toplanır.  Kometaların  quyruqlarında  hidrogen  və  karbonun,  eləcə 
də meteoritlərdə  karbohidrogenlərin  olması  faktı  bu hipotezin  əsasını  təşkil  edir [1- 3]. 
XX  əsrin  birinci  yarısında  neftin  mineral  mənşəli  olması  hipotezi  öz  əhəmiyyətini  itirdi.  Onun 
üzvi  mənşəli  olmasına  üstünlük  verildi.  Əsasən bu istiqamətdə  tədqiqatlar  aparılmağa  başlandı. 
Lakin  1950-ci  ildən  neftin  mineral  mənşəli  olması  hipotezinə  yenidən  maraq  artmağa  başladı. 
Buna  səbəb  isə  çox  ehtimal  ki,  neftin  üzvi  mənşəli  olması  konsepsiyasına  lazımi  səviyyədə  aydınlığın 
gətirilməməsi  səbəb olmuşdur. 
O  dövrdə  N.Kudryavtsevin  təsəvvürləri  daha  geniş  yayılmışdır.  Onun  fikrincə  neft  və  qaz  yerin 
dərin  qatlarında  H
2
,  CO,  CO
2
  və  CH
4
  qaz  qarışığından,  eləcə  də  CH
2
  (metilen  rad)  və  CH
3
  (metil  rad) 
kimi  radikalların  polimerləşmə  reaksiyalarından  alınır. 
Neftin  mineral  mənşəli  olmasını  isbat  edən  tutarlı  arqumentlərin  olmamasını  aydınlaşdırmaq 
məqsədi  ilə  müəllim  qeyd  edir  ki,  neftin  mineral  mənşəli  olması  tərəfdarlarının  bir  sıra  arqumentləri 
termodinamik  hesablamalara  əsaslanmışdır.  Yüksək  temperaturlarda  aparılan  sintezlərdə,  qarışıqda 
termodinamiki  tarazlığın  yaranması  nəzərə  alınaraq,  karbohidrogenlərin  bəzi  izomerlərinin  nisbətlərinə 
əsasən  neftin  əmələgəlmə  temperaturunu  təyin  etməyə  səy  göstərilmişdir.  Nəticədə  neftin  hesablanmış 
əmələgəlmə  temperaturunun  450-900
0
C  olması,  bu  temperaturun  isə  yerin  yuxarı  mantiya  qatının  100-
160  km  dərinliyində  olan  temperatura  uyğun  gəlməsi  nəticəsinə  gəlinmişdir.  Lakin  həmin  neftdə  digər 
izomer  cütlərinə  əsasən  aparılmış  hesablamalardan  isə  başqa  nəticələr  (-100
0
C-dən  20.000
0
C-yə  qədər) 
alınmışdır.  Bu  da  yer  qabığı  və  mantiya  şəraitində  real  olmayan  göstəricilərdir.  Hazırda  isə  müəyyən 
olunmuşdur  ki,  neft karbohidrogenlərinin  izomerləri  arasında  tarazlıq  sistemi  yoxdur. 
Əslində  yerin  dərin  qatlarında  C  və  H
2
  hesabına  metan  və  onun  homoloqlarının  və  həmçinin  bəzi 
yüksək  molekullu  birləşmələrin  alınması  mümkündür.  Ancaq  tərkibcə  çox  mürəkkəb  sistem 
(karbohidrogenlər  və  heteroatomlu  birləşmələr)  olan  təbii  optik  aktiv  neftin  mineral  sintezini  birmənalı 
sübut  edən  lazımi  qədər  nə  nəzəri,  nə  də  ki  təcrübi  nəticələr  yoxdur.  Bununla  yanaşı  neftin  tərkibi 
orqanizmlərdəki  üzvi  mənşəli  maddələr  və  çöküntü  süxurlarında  olan  bioüzvi  maddələrlə  bir  çox 
əlamətlərinə  görə  molekulyar  və  izotop  səviyyədə  oxşardılar.  Neftin  üzvi  mənşəli  olmasını  izah  edən 
arqumentlərin  meydana  çıxmasına  səbəb  olan  təcrübələrin  mahiyyətini  izah  etmək  üçün  müəllim  qeyd 
etməlidir  ki,  neftin  üzvi  mənşəyi  ilə  əlaqədar  bir  çox  alimlər  tədqiqat  işləri  aparmışlar.  1888-ci  ildə 
Enqler  balıq  (siyənək)  yağının  distilləsindən  qəhvəyi  rəngli  yağ,  yanar  qaz  və  su  almışdır.  Yağın  yüngül 
fraksiyası  C
5
-dən  C
9
-a  kimi  karbohidrogenlərdən,  300
0
C-dən  yuxarı  temperaturda    qaynayan  
fraksiyaları  isə  parafin,  naften,  aromatik  və  olefin  karbohidrogenlərindən  ibarət  olmuşdur.  Bununla 
neftin  əmələ gəlməsinin  canlı  mənşəli  olması  hipotezi  yaranmışdır  [1- 4]. 
1919-cu  ildə  Zelinski  bütövlükdə  bitki  materiallarından  (yüksək  miqdarda  lipid  saxlayan 
plankton  yosunlarının  qalıqları)  ibarət  göl  sopropel  lilini  distillə  etmişdir.  Bu  zaman  koks,  qatran,  qaz  və 
pirogenetik  su  alınmışdır.  Alınan  qaz  –  CH
4
,  CO
2
,  H
2
  və  H
2
S-dən,  qatran  isə  benzin,  kerosin  və  daha 
ağır  qatran  maddələrdən  ibarət  olmuşdur.  Benzinin  tərkibində  parafinlər,  naftenlər,  aromatiklərin 
olması,  kerosində  isə  tsiklik  parafinlərin  üstünlük  təşkil  etməsi  müəyyən  edilmişdir.  Alınan 
karbohidrogen  qarışığı  təkcə təbii  neftə yaxın,  ağır fraksiyalar  isə optik  aktivliyə  malik  olmuşdur. 
Optik  aktivlik  -  üzvi  mənşəli  maddələr,  onların  çevrilmələri  və  təbii  neftlər  üçün  ən  vacib 
ümumi  göstəricilərdən  biri  hesab  olunur.  Karbohidrogenlərin  mineral  sintezi  zamanı  optik  aktivliyə 
malik  olmayan  qarışıq  alınır.  Yəni,  bu  qarışıqda  sağa  və  sola  fırlanan  molekulların  miqdarı  bərabər  olur. 
Bütün  canlı  aləm  üçün  isə  əksinə,  güzgü  asimmetriyası  xarakterikdir:  bütün  biogen  amin  turşular  -  sol  , 
şəkərlər  -  sağ  güzgü  izomerləridir.  Üzvi  maddələrin  optik  asimmetrik  olması  onların  canlı  aləmdən 
əmələ  gəlməsini  deməyə  əsas  verir.  Bu  baxımdan  optik  aktivliyə  malik  neft  mineral  sintezin  məhsulu 
deyil  . 
Plankton  yosunlarından  olan  (su  bitkisi)  üzvi  maddələrin  distilləsi  zamanı  neftəbənzər  optik 
aktiv  məhsulun  alınması  neftin  bitki  mənşəli  olması  hipotezinin  əsasını  qoymuşdur.  Geoloji  tədqiqatlar 

- 89 - 
da bu fikrin  inkişafına  təkan vermişdir  . 
1926-cı  ildən  başlayaraq  müasir  və  qədim  çöküntü  süxurlarında  olan  üzvi  maddələrin  tədqiqinə 
başlandı.  İ.Qubkin  aparılan  tədqiqatların  istiqamətinə  xeyli  təsir  göstərmişdir.  Onun  fikrincə  neftin 
mənbəyi  yalnız  çöküntü  süxurlarında  səpələnmiş  şəkildə  geniş  yayılmış  bitki-heyvan  mənşəli  üzvi 
maddələrin  qarışığı  ola bilər. 
Müəyyən  edilmişdir  ki,  humus  üzvi  maddələrin  (yerüstü  bitkilərdən  əmələ  gəlmiş)  yayıldığı 
yerlərdə  neft  yataqlarına  yox,  əsasən  qaz  yataqlarına  rast  gəlinir.  Bu,  humus  üzvi  maddələrin  tərkibində 
lipidlərin  miqdarının  az  olması  ilə  izah  olunur.  Buna  görə  də  temperatur  artdıqca  humusun  termiki 
parçalanmasından  yalnız  quru  metan qazı  alınır. 
Canlı  mənşəli  maddələrdə  və  neftdə  bir  çox  maddələrin  molekulyar  quruluşları  arasında 
oxşarlığın  olması  neftin  üzvi  mənşəli  olmasının  etibarlı  göstəricilərindən  hesab olunur. 
İrsi  biogen  sturukturlara  normal  parafinlər  də  aiddir.  Onların  neftdə  miqdarı  10-15%,  bəzi 
hallarda  isə  30%-ə  çatır.  Neftin  tərkibində  onların  əmələgəlməsi  canlı  orqanizmlərdə  olan  biogen  yağ 
turşularının  çevrilmələri  ilə  əlaqədardır.  Belə  ki,  canlı  orqanizmlərin  biogen  üzvi  turşulardan  əmələ 
gələn  “tək  saylı”  normal  karbohidrogenlər    “cüt  saylı”lara  nisbətən  üstünlük  təşkil  edir.  Canlı 
orqanizmlər  üçün  cüt  karbonlu  yağ  turşuları  xarakterikdir.  Cüt  karbonlu  yağ  turşularının 
dekarboksilsizləşməsindən  isə  tək  karbonlu  karbohidrogenlər  alınır.  Məsələn,  polmitin  turşusunun 
dekarboksilsizləşməsi: 
 
CH
3
(CH
2
)
13
 – CH
2
 – COOH 

 CH
3
(CH
2
)
13
 – CH
3
 + CO
2
 
 
Beləliklə,  bütün  kimyəvi,  geokimyəvi  və  geoloji  nəticələr  neftin  üzvi  mənşəli  olmasını  təsdiq 
edir. 
 
Neftin  üzvi  mənşəli  olduğunu  sübut  edən müddəalar  aşağıdakılardır  : 
1)  neft  çox  nadir  hallarda  yerdə  həyatın  əmələ  gəlməsindən  əvvəl  formalaşmış  süxurlarda  aşkar 
olunur; 
2)  neftin  tərkibinə  daxil  olan  birləşmələr  -  metalporfirinlər  orqanizmlərin  canlı  piqmentləri  ilə 
əlaqədardır;    
3)  neft  bütün  üzvi  birləşmələr  kimi,  qeyri-üzvi  maddələrdən  fərqli  olaraq,  C
13
  izotopuna  nisbətən 
C
12
 izotopu  ilə  zənginləşmişdir. 
4)  neft  karbohidrogenləri  bioloji  yolla  alınan  digər  karbohidrogenlər  kimi  optik  aktivliyə 
malikdir; 
5)  bir  çox  neft  birləşmələrinin  sturukturları  lipidlərə  və  canlı  orqanizmlərə  xas  olan  maddələrə 
oxşayır  və onlardan  əmələ gələ  bilər. 
Neft  və  qazın  əmələ  gəlməsi  haqqında  müasir  təsəvvürləri  aydınlaşdırmaq  məqsədi  ilə  müəllim 
qeyd  edir  ki,  sopropel  slanslarını  150-170
0
C  temperatura  qədər  qızdırdıqda,  üzvi  maddələrin  zəif  termiki 
parçalanması  baş  verir.  Nəticədə  ekstraktiv  maddələrin  miqdarı  artır.  200
0
C-də  bu  artım  kifayət  qədər 
olur.  370-400
0
C  temperatura  qədər  (1  saat  müddətində  )  qızdırıldıqda  isə  slans  maddələrin  60-80%-i  həll 
olmuş  şəklə  düşür.  Bu  zaman  tərkibində  neft  karbohidrogenlərinin  bütün  siniflərini  saxlayan  çoxlu 
miqdarda  asfalt-qatran  birləşmələr,  qazlar  (CH
4
, H
2
S,  CO
2
) və pirogenetik  su alınır. 
Əslində,  təbiətdə  də  neftin  əmələ  gəlməsi  zamanı  sopropel  üzvi  birləşmələrin  termiki 
parçalanması  yuxarıda  göstərildiyi  kimi  aşağı sürətlə  gedir. 
Ətraflı  geoloji-geokimyəvi  tədqiqatlar  dərinlik  yükünün  və  temperaturun  artması  ilə  çöküntü 
süxurlarında  üzvi  maddələrin  çevrilmələri,  neft  və  qazın  əmələgəlməsi  proseslərinin  mərhələlərlə 
gedişini  ardıcıl  izləməyə  imkan  verir. 
Dərinləşmənin  ilkin  mərhələsində  (1,5-2  km-ə  qədər,  temperaturun  isə  50-70
0
C)  kerogendə 
karbonun  və  hidrogenin  miqdarı  artır.  Bu  əsasən  üzvi  maddələrin  molekulyar  quruluşunun  kənarlarında 
olan  oksigen  saxlayan  funksional  qrupların  qopması  ilə  əlaqədardır.  Yüksək  molekullu  neft 
karbohidrogenlərinin  qatılığı  demək  olar  ki,  artmır;  üzvi  maddələrdə  aşağı  temperaturda  qaynayan 
karbohidrogenlər  isə  bu  zaman  olmur.  Bu  mərhələdə  üzvi  maddələrin  qaz  fazasında  əmələ  gələn  CO
2
 
miqdarı  metan  və  onun  homoloqlarına  nisbətən  üstünlük  təşkil  edir.  Üzvi  maddənin  molekulyar 
quruluşu  bu mərhələdə  hələlik  destruksiyaya  uğramır. 
Daha  dərin  qatlarda  (2,5-3  km)  100-150
0
C  temperaturlarda  sopropel  üzvi  maddələrin  termiki 
çevrilmə  prosesinin  istiqaməti  əsaslı  olaraq  dəyişilir.  Kerogendə  karbonun  miqdarının  çox  cüzi 

- 90 - 
dəyişməsi,  hidrogenin  miqdarının  hiss  olunacaq  dərəcədə  aşağı  düşməsinə  səbəb  olur;  bütövlükdə 
yüksəkmolekullu  neft  karbohidrogenlərinin  (C
15
-C
45
)  qatılığı  sürətlə  artaraq  maksimuma  çatır;  benzin 
fraksiyası  karbohidrogenləri  (C
6
-C
14
)  əmələ  gəlir  və  onların  da  qatılığı  maksimuma  çatır.  Üzvi 
maddənin  qaz  fazasında  C
2
-C
5
-in  qatılığı  maksimuma  çatsa  da  bu  mərhələdə  metanın  qatılığı  az  olur. 
Neft  karbohidrogenlərinin  sürətlə  əmələgəlmə  mərhələsi  geoloji  mənada  N.Vasseyeviç  tərəfındən 
neftəmələgəlmənin  baş fazası (NBF) adlandırılmışdır. 
  
Neftin  mənşəyi  haqqında  işlənən  hipotez  aşağıdakı  faktları  izah  etməlidir: 
1)  neftə  həmişə  dəniz  mənşəli  çöküntü  süxurlarında  və  ya  onlara  yaxın  süxurlarda  təsadüf 
olunur; 
2)  neftin  tərkibi  vaxt  çərçivəsində  bir  qədər  dəyişsə  də,  onların  müxtəlif  nümunələri  eyni 
karbohidrogen  saxlayır  ; 
3) olefin  karbohidrogenləri  orqanizmdə  geniş  yayıldığı  halda,  neftdə onların  miqdarı  çox azdır; 
4)  süxur  və  onunla  əlaqədar  olan  neftlərdə  karbohidrogen  qruplarının  nisbi  miqdarları 
müxtəlifdir; 
5)  kaynozoy  və  daha  qədim  süxurlar,  müasir  süxurlara  nisbətən  yüksək  qatılıqlı 
karbohidrogenlərlə  zəngindir  ; 
6)  neft  kiçik  molekul  kütləsinə  malik  çoxlu  karbohidrogenlər  saxladığı  halda,  canlı  orqanizmdə 
və müasir  çöküntülərdə  bu tip  karbohidrogenlərin  miqdarı  azdır; 
7)  müasir  çöküntülərdə  bu  tip  karbohidrogenlər  başlıca  olaraq  tək  saylı  karbon  atomları  ilə 
xarakterizə  olunduğu  halda,  neft  parafinləri  eyni  miqdarda  həm  tək,  həm  də  cüt  karbon  atomları 
saxlayır; 
8)  məlumdur,  neftdə  500-ə  yaxın  müxtəlif  birləşmələrə  rast  gəlmək  olur  və  onların  təxminən 
üçdə birini  qeyri-üzvi  maddələr  təşkil  edir; 
9)  neftin  əksər  birləşmələri  300
0
C-dən  yüksək  temperaturda  davamsızdır,  odur  ki,  neftin 
formalaşma  tarixinin  başlıca  hissəsi  aşağı  temperaturlarla  əlaqədardır. 
Nəzərdən  keçirilən  ədəbiyyat  materiallarından  məlum  olur  ki,  təbii  neftin  bütün  sinif 
karbohidrogenlərinin  qismən  əmələ  gəlməsi  canlı  mənşəli  maddələrdə  karbohidrogenlərin  biosintez 
prosesləri,  ən  başlıcası  isə  NBF  zamanı  katogenez  qatında  çöküntü  süxurlarının  sopropel  üzvi 
maddələrinin  lipid  materiallarının  termiki  və termokatalitik  çevrilmələri  ilə  əlaqədardır. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin