ƏDƏBİYYAT
1. Салащов С.Ш.Yalama-Nabran zonasыnыn mineral sulaрынын mцalicяvi яhяmiyyяti vя
perspektivliyi. Fizika, riyaziyyat, yer elmlяri, № 3. 2004. sяh. 126-129.
2. Тагиев И.И., Ибрагимова Н.Ш., Бабаев А.М. Ресурсы минеральных и термальных вод
Азербайджана. – Баку, «Чашыоьлу», 2001. 168 с.
3. C.Ш.Салахов. Бальнеологические свойства термальных вод Худатской п лощади
Азербайджанской Республики. Санкт-Пeтербург. Научное Мнение, № 6, 2013, c. 199-202.
4. Дадашев Ф.Г., Дадашев А.М., Кабулова А.Я. Отчет "Природные газы термальных и
йодобромных вод Азербайджана и разработка поисковых критериев с проведением
радиометрических исследований (1991-1993гг.), Баку, 1994. 108с.
5. C.Ш.Салахов. Ингибиторная защита от коррозии оборудований при использова-нии
термальных вод Азербайджана.Москва., Актуальные проблемы гуманитарных и
естественных наук, № 2, 2011, c.268-270.
6. C.Ш.Салахов. Йодобромные воды Шемаха-Гобустанского района Азербайджана.
Курск: «Редакция журналов научных публикаций аспирантов и докторантов», Журнал
научных публикаций аспирантов и докторантов, № 1, 2011, c.82-85.
7. C.Ш.Салахов, Ш.И.Нифтиев. Водоносность пород мезо-кайнозойских отложений
Алазань-Агричайской долины Азербайджанской Республики. Казахстан: Актау, Материалы
Международной научно-практической конференции «Современные проблемы нефтегазового
комплекса Казахстана», Том I, 2011, c.138-140.
- 103 -
ABSTRACT
S.Sh.Salakov
PROSPECTS OF THERMAL WATERS OF MEZO-CENOZOIC IN THE TERRITORY OF
MIDLE KURA DEPRESYON.
Azerbaijan also possesses significant reserves high-thermal pressure üatersş
Hot and üarm sourcesmeet in a number of areas of the great and lesser caucasç talyishş also
thermal üater are opened üith numerous üells in territory of the kur basin.
Let's notice, that the pre-caspian-quba area is one of the most perspective in republic for the
organisation of large-scale production of geothermal waters
In mine-folded areas of azerbaijan thermal waters are dated for largefractures and have local
spreading. On plains thermal waters have a wide-spreading and are dated to water comlex mezo-
cenozoic deposits.
Distribution of thermal waters to territories of midle kura depressyon is defined by regional,
geothermal and hydr-geological features.
In work geochemical features mezo-cenozoic deposits of midle kura depressyon have been
investigated.
As a result of researches it has been received, that depending on the area and depth of
occurrence their heat conduction, and also ionic component changes.
On a chemical compound thermal waters belong to chloride-natriumand sulphate types, and
for chloride-natrium waters the methane structure, and for sulphate-nitric is characteristic.
By data about distribution of midle kura depressyon thermal waters, their temperature,
dischare and compound follows, that in a number of areas of these waters can be used in a complex.
Go, industrial underground waters can be used not only in heat-and-power engineering, but also in
balneology.
In a number of midle kura depressyon areas of thermal waters can be used for practical
purposes as heat source, as use of forest areas for heating worsens an environment (geographical
diseription) and, as a whole, republic ecology.
On the basis of the investigations carried out it is possible to draw a conclusion on necessity
of transition to use of thermal waters today. After all, development of such leading branches of a
national economy of republic is connected with development of geothermal resources as heat-and-
power supply, the agroinstrial complex, housing and communal services, hot water supply and
building of a sanatorium complex.
РЕЗЮМЕ
С.Ш.Салахов
ПЕРСПЕКТИВЫ ТЕРМАЛЬНЫХ ВОД НА ТЕРРИТОРИИ СРЕДНЕ КУРИНСКОЙ
ВПАДИНЫ
Азербайджан обладает значительными запасами высокотермальных напорных вод.
Горячие и тёплые источники встречаются в ряде районов Большого и Малого Кавказа,
Талыш. Также термальные воды вскрываются многочислен-ными скважинами на территории
Куринской впадины.
Отметим, что Средне Куринская впадина – одна из наиболее перспективных в
республике для организации широкомасштабной добычи геотермальных вод.
В горноскладчатых районах Азербайджана термальные воды приурочены к крупным
разломам и имеют локальное распространение. На равнинах термальные воды имеют
широкое площадное распространение и приурочены к водоносным комплексам мезо-
кайнозойских отложений.
- 104 -
Распределение термальных вод на территории Средне Куринская впадина
определяется региональными, геотермическими и гидрогеологическими особенностями.
В работе были исследованы геохимические особенности мезо-кайнозойских
отложений Средне Куринская впадина. По данным о распространении термальных вод, их
температуре, дебите и составе следует, что в ряде районов Средне Куринская впадина, эти
воды могут быть использованы комплексно. Так, промышленные подземные воды могут
использоваться не только в теплоэнергетике, но и в бальнеологии.
В составе термальных вод мезозойских отложений основными микрокомпонентами
являются йод, бром, бор очень высокой концентрации, что позволяет использовать в
промышленных целях. Потребность современной промышленности в йоде и броме велика.
Они используются в медицине, химическом производстве. В настоящее время в Средне
Куринская впадина,уже получают йод и бром в большом объёме из подземных вод.
Отметим, что термальные воды в Средне Куринская впадина обладают
бальнеологическими свойствами, например, при лечении больных с заболеваниями опорно-
двигательной системы, обмена веществ, кожных покровов и другими болезнями.
На основе проведённых исследований можно сделать вывод о необходимости
перехода к использованию термальных вод сегодня. Ведь, с освоением геотермальных
ресурсов связано развитие таких ведущих отраслей народного хозяйства республики как
теплоэнергоснабжение, агропромышленного комплекса, жилищно-коммунальное хозяйство,
горячее водоснабжение, строительство санаторно-курортного комплекса.
NDU-nun Elmi Şurasının 28 aprel 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 09)
Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent
N.Bababəyli
- 105 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
ELNARƏ SEYİDOVA
Naxçıvan Dövlət Universiteti
TURANƏ SEYİDOVA
UOT: 911.2
S.Y. BABAYEVİN COĞRAFİYA ELMİNİN İNKİŞAFINDA ROLU
Açar sözlər: coğrafiyaçı,elm, toponim, landşaft .
Key words: geographer, science, toponymies, landscape.
Ключевые слова: географ, наука, топоним, пейзаж.
Azərbaycan elmi ictimaiyyətin görkəmli üzvlərindən biri, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Səfərəli
Yaqub oğlu Babayev coğrafiya tarixində izi və sözü qalan ziyalılardandır. Səfərəli Yaqub oğlu
Babayev 15 mart 1923-cü ildə indiki Kəngərli rayonunun Təzəkənd kəndində anadan olmuşdur.
İxtisasca coğrafiyaçı olan Səfərəli müəllim Naxçıvan Pedaqoji Texnikumunu, daha sonra isə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsini və Bakı Ali Partiya məktəbini
fərqlənmə diplomları ilə bitirmişdir.
Azərbaycan coğrafiya elmində böyük xidmətləri olan professor Səfərəli Babayevin coğrafi
tədqiqatlarında Naxçıvanla bağlı mövzular xüsusi əhəmiyyət kəsb edir. Onun elmi yaradıcılığının
mühüm cəhətləri -landşaft, kənd təsərrüfatı və iqtisadiyyat istiqamətli əsərlərinin təhlili ilk dəfə
qarşıya qoyulan və onun aktuallığını əsaslandıran məsələlərdəndir.
Səfərəli Babayevin toponim tədqiqatları onun yaradıcılığının əsas hissələrindən birini təşkil
edir.
S.Y.Babayevin Naxçıvan təbiətinin tədqiqinə dair yazdığı əsərlər dörd istiqamətdə qruplaşır.
1. landşaft istiqamətində
2. kənd təsərrüfatı istiqamətində
3. iqtisadiyyat istiqamətində
4. toponim tədqiqatları istiqamətində
İlk elmi fəaliyyətinə müəllimliklə başlayan S. Babayev həmişə elmi araşdırmaları və
mülahizələri ilə diqqəti cəlb etmiş və coğrafiya elminə bir sıra yeniliklər gətirmişdir. 1966-cı ildə
“Kənd həyatı ” jurnalının 4-cü nömrəsində S. Babayev Naxçıvan MSSR Nazirlər Soveti Sədrinin
müavini kimi “Naxçıvan MSSR-in su təsərrüfatı beşillikdə” adlı məqaləsi ilə çıxış etmişdir. Həmin
əsərdə torpaq və suların milliləşdirilməsi nəticəsində süni suvarma işlərinin surətli inkişafından,
səksənə yaxın kəhrizin bərpası, 10 kəndi suvarma suyu ilə təmin edən Fərhad arxın çəkilib
istifadəyə verilməsi, Arazboyu düzənliyin bir sıra sahələrini suvarmaq üçün Saraclı, Qorçulu,
Diyadin, Qaraçuq və Böyükdüz kəndlərində su nasoslarının işə salınması, bir sıra göllərin tikilib
istifadəyə verilməsi və s. məsələlərdən bəhs edilir: “Qaraçuq gölü, Qanlı göl, Qahab gölü əsaslı
surətdə təmir edildi və onların ümumi su tutumu 1,2 milyon kub m-dən, 3,9 milyon kub m-ə qədər
qaldırıldı. Batabat yaylağındakı 3 göl bərpa edilib genişləndirildi ”.
S.Y. Babayev 1966-cı ildə gənc alimlərin V elmi konfransında “Naxçıvan MSSR-in
landşaft qurşaqları və onların əhəmiyyətinə dair” mövzusunda çıxış etmişdir. Məqalədə adı çəkilən
ərazinin relyef və iqliminin təsiri nəticəsində yarımsəhra, çöl, subalp və alp çəmənlikləri və qayalıq
qurşaqlarının mövcudluğundan danışılır. Əsərdə yarımsəhra qurşağı, çöllük qurşaq, subalp və alp
çəmənlikləri qurşağı və qayalıq zona tədqiqata cəlb edilmişdir. Qeyd olunan sahələrin iqlimi,
tərkibi, bitkiləri, əhatə dairəsi, torpaq tipləri, təsərrüfat əhəmiyyəti maraqlı faktorlarla təhlil edilir.
1967-ci ildə S.Y. Babayev digər bir elmi konfransda -Azərbaycan SSR Elmlər Akademiyası
Coğrafiya İnstitutu gənc alimlərinin VI elmi konfransında “Naxçıvan MSSR-in əsas landşaft
tipləri” mövzusu ilə çıxış etmişdir. Konfransın materialları 1967-ci ildə Azərbaycan SSR Elmlər
- 106 -
Akademiyası redaksiya nəşriyyat şurasının qərarı ilə Azərbaycan SSR Elmlər Akademiyası
Nəşriyyatı tərəfindən çap olunmuşdur. Əsərdə irimiqyaslı landşaft xəritəsində Naxçıvan MSSR -in
ərazisi üçün xarakterik olan altı landşaft tipi və onların xüsusiyyətləri tədqiqata cəlb olunur.
Kənd təsərrüfatı S.Y.Babayevin elmi yaradıcılığında aparıcı mövzulardan biridir. Bu
baxımdan “Naxçıvan MSSR-in kənd təsərrüfatı ehtiyatları və onlardan istifadə edilməsi
perspektivlərinə dair” adlı məqaləsi diqqəti cəlb edir. Əsərdə başlıca olaraq, su və energetika,
mineral xammal və kənd təsərrüfatı ehtiyatlarından ibarət olan zəngin təbii ehtiyatlar və mürəkkəb
coğrafi şərait məsələləri və onların izahı ön plana çəkilmişdir. “Naxçıvan MSSR kənd təsərrüfatı
ehtiyatları və onlardan istifadə edilməsi perspektivlərinə dair” adlı məqalədə respublikanın digər
təbii sərvətlərindən -faydalı bitkilərdən, arıçılıq təsərrüfatından, kənd təsərrüfatına ciddi zərər vuran
hadisələrdən də danışılır.
S.Y. Babayev coğrafiya elmi ilə bağlı bütün sahələrdə qələmini sınamış, müxtəlif
mövzularda elmi əsərlər yazmış, məsələlərə elmi münasibət göstərmiş və öz təklif və mülahizələrini
qətiyyətlə irəli sürmüşdür.
1970-ci ildə S.Y. Babayevin “Qədim diyarın təbiəti” adlı kitabı çap olunur. Kitabın
əvvəlində “Tarixi vərəqlərkən” başlığı altında yazılan hissədə nəinki Azərbaycan və Qafqazın,
həmçinin dünyanın ən qədim şəhərlərindən biri olan Naxçıvanın tarixi, coğrafiyası, iqtisadiyyatı,
mədəni-maarif istiqamətində vəziyyəti və s. haqda məlumat verilir. Kitabda “Naxçıvan MSSR-in
coğrafi mövqeyi, sərhədləri və ərazisi” başlığı altında maraqlı məlumatlar verilmişdir. Həmin
hissədə Muxtar Respublikanın sərhəd xəttinin ümumi uzunluğu, sərhədlərin harada başlayıb harada
qurtarması, ölkənin ərazisi və s. haqqında danışılır.
S.Y. Babayev qeyd edir ki, Naxçıvan ərazisindəki fiziki-coğrafi amillər uzun müddət
öyrənilməmişdir. Belə ki, Muxtar Respublikanın ərazisindən keçən bəzi tədqiqatçı və səyyahlar
orada tədqiqat işi aparmağı qarşılarına məqsəd kimi qoymamışdır”
Hazırda dünyanın ən qlobal problemlərindən biri olan ekologiya məsələləri S.Y. Babayevin
elmi yaradıcılığında müəyyən yer tutmuşdur. Bu mövzu onun “Naxçıvan MSSR-in su təsərrüfatı və
ekoloji problemlər” adlı əsərinin ana xəttidir.
S.Y. Babayev bütün elmi yazılarında qarşıya qoyduğu problemə və onun həlli istiqamətində
görüləcək işlərə münasibət bildirir. Bu məqalədə də S. Babayev qeyd edir ki, nəinki Muxtar
Respublikamızın, həmçinin Azərbaycanın incilərindən sayılan Batabat göllərini qorumaq, bizcə,
hamının və hər kəsin vətəndaşlıq borcudur. Bunun üçün vaxtında düşünmək və əməli tədbirlər
görmək lazımdır.
1999-cu ildə “Elm” nəşriyyatı tərəfindən S. Babayevin “Naxçıvan Muxtar Respublikasının
coğrafiyası” kitabı nəşr edilmişdir. Həmin kitabda müxtəlif başlıqlar altında Naxçıvanın coğrafiyası
təhlil olunmuşdur. Bundan başqa, kitabda Səfərəli Babayevin əvvəlki kitabında toxunmadığı
maraqlı bir başlıq-“Naxçıvan MR-də təbiəti mühafizənin vəziyyəti” adı altında beş maraqlı məqalə
verilmişdir. Bunlardan “Suların mühafizəsi vəziyyəti” və “Bitki örtüyünün mühafizəsi vəziyyəti”
məqalələri diqqəti cəlb edir.
S.Y. Babayevin Naxçıvan MR təbiətinin qorunmasına dair araşdırmaları hazırda dünyanın
ən qlobal məsələlərindən olan ekoloji problemlərin həll edilməsi üçün atılan mühüm addımlardan
biri və həmin elmin inkişafına kömək edən amillərdəndir.
S.Y.
Babayev
xalqımızın
folklor yaradıcılığına bələd olan alim idi. Onun elmi
yaradıcılığında çox saylı əfsanə və rəvayətlərinin adı çəkilir, onlar haqqında maraqlı fikirlər irəli
sürülür. lakin alimin bu nümunələrində əsas məqsəd və marağı toponimlər, onların ərazisi, elmi
izahı və s. məsələlərdir. S.Y. Babayevin “Ağ qaya əfsanəsi” məqaləsi də bu qəbildəndir. Əsər
1984-cü ildə “Elm və həyat” jurnalının 11-ci sayında çap edilmişdir. Əsərdə Naxçıvan şəhərindən
20-22 km şimal-qərbdə yerləşən Çalxanqala kəndi və bu kənd ərazisindəki toponimlər elmi təhlilə
cəlb edilir. Oradakı e. ə II minilliyin sonu, I minilliyin əvvəllərində müdafiə məqsədilə tikilmiş
Oğlanqala, Çalxanqala, Ağ qaya, Bəzəkli, Qırmızı daş, Dar, Günortadaşı, Əjdaha yolu, Əjdaha
cəmdəyi kimi çoxsaylı toponimlər aydınlaşdırılır, onların yaranma izləri xalq əfsanələrində axtarılır.
S.Y. Babayevim toponim araşdırmaları bir daha sübut edir ki, Naxçıvan bölgəsindəki
toponimlərin hamısı türk mənşəlidir. Bu, təbiidir, çünki çox qədim dövrlərdən Naxçıvan MR
- 107 -
ərazisində türk mənşəli etnoslar yaşamışlar. Erməni tarixçiləri Naxçıvan bölgəsi haqqında cəfəng
fikirlər, uydurma və yalanlar söyləyərək bu qədim və ulu torpağın ermənilərə məxsus olduğunu
yazsalar da, çox qiymətli və qədim məxəzlər bu bədnam mülahizələri rədd edir, ermənilərin heç
vaxt bu ərazidə aparıcı rol oynamadıqlarını bildirir. Bu baxımdan, S.Y. Babayevin “Naxçıvanın bəzi
etnotoponimləri” adlı məqaləsi diqqətəlayiqdir. Əsərdə Kəngərli, Qaraxanbəyli, Əlixanlı, Muğan,
Xələc və s. etnotoponimləri elmi tədqiqata cəlb edilir.
Coğrafi adlar S.Y. Babayevin ömrü boyu müraciət etdiyi mövzulardandır. Onun “Türk
dünyası” dərgisində çap edilən “Naxçıvanda bəzi yer adları” məqaləsi də həmi mövzudadır. Əsərdə
qədim və müxtəlif yer adları ilə zəngin olan Naxçıvan bölgəsindəki Biçənək, Vənənd, Qazançı,
Qaraçuq, Dəmirçi, Əlincəqala, Keçili, Qaraxanbəyli, Əlixanlı, Püsyan, Alışar, Kərki, Günnüt,
Muğan, Tırkeş, Tumbul, Xalxal və Xələc kimi yer adları haqqında mülahizələri irəli sürmüşdür.
Oğuz türklərinin tarixini əks etdirən, dünyanın bir çox dillərinə tərcümə olunan və 200 ildən
artıq bir dövrdən başlayaraq tədqiqat mövzusuna çevrilən “Kitabi Dədə Qorqud” dastanları ilə bağlı
məlumatları dəqiqləşdirmək üçün Qorqudşünaslar böyük əmək sərf etmiş, lakin coğrafi baxımdan
onun tədqiqi son dövrlərə qədər qənaətbəxş hesab edilməmişdir. Əsərdə S.Y. Babayev diqqətdən
kənarda qalmış 30-dan artıq toponim olduğunu qeyd edir.
S.Y. Babayev “Dədə Qorqud-da Naxçıvan toponimləri” adlı məqaləsində Şərur, Əlincə
qalası, Göy göl, Ağqaya, Salaxan, Qara çoban düzü kimi elmi aləmdə müxtəlif mübahisəli fikirlərə
səbəb olan toponimlərə aydınlıq gətirir və bəzi adlar haqqında maraqlı mülahizələr irəli sürür.
“Kitabi-Dədə Qorqud”: Əkrək və Səkrəkin səfər marşrutu barədə qeydlər" əsərində alimin
əldə etdiyi nəticələrdən biri Şərukun Şərur düzü olduğudur.
S.Babayevin “Kitabi Dədə Qorqud” un Naxçıvanda izləri” məqaləsi də araşdırmalara, tarixi
və coğrafi dəlillərə əsaslanır. Əsərdə Naxçıvanın “Dədə Qorqud” un əsas yaşayış məskənlərindən
biri olması təsdiq edilir. S. Babayev “Kitabi Dədə Qoqud” boyları və onlardakı personajlarla
əlaqədar 50 -dən artıq toponim müəyyənləşdirmişdir.
S. Babayevin toponim tədqiqatlarının sistem halında təhlili göstərir ki, o, coğrafi adlara
obyektiv yanaşmanın məsuliyyətini hiss və dərk etdirməklə yanaşı mühüm rol oynamış və bu
məsələnin həlli yollarını göstərmişdir.
Alim “Kitabi- Dədə Qorqud” dastanları ilə bağlı yüzdən çox toponimi hadisələrin ardıcıllığı
baxımından sistemləşdirmişdir. Həmçinin dastanla əlaqədar əlliyə yaxın toponimin Naxçıvan
ərazisində olduğunu elmi dəlillərlə sübut etmişdir.
S.Babayevin “Naxçıvanın itirilmiş torpaqları” məqaləsi də maraqlı aktual bir mövzuda
yazılmışdır. Əsər həm tarixi, həm coğrafi, həm də milli-mənəvi dəyərlər baxımından
əhəmiyyətlidir. Əsərdə Naxçıvanın tarixi torpaqları, ərazisi haqqında keçmiş və indiki məlumatlar
müqayisə edilir, bu mövzu ilə əlaqədar tarixi sənədlərdən bəhs edilir.
Səfərəli Babayevin “Əlincə qalası qəhrəmanlıq rəmzidir” məqaləsi tarixi coğrafi etimoloji
baxımdan diqqəti cəlb edir. Əlincə qalası müdafiə qalası olub Culfa rayonunda Əlincə çayın sağ
sahilində Xanağa kəndi yanında monolit bir qaya parçasını xatırladan, hündürlüyü 1700 m olan, hər
tərəfdən sıldırım yamaclı Əlincə dağının üstündə yerləşir. Bu qala Azərbaycan xalqının yadelli
işğalçılara qarşı apardığı mübarizə tarixi ilə sıx əlaqədar olub, onun yenilməzlik, cəsurluq və
qəhrəmanlıq rəmzidir.
S. Babayevin “Naxçıvan diyarının təbiət abidələri” məqaləsi daha maraqlı bir mövzuda
yazımışdır. Əsər insanların maddi və mənəvi tələblərini ödəyən canlı və cansız varlıqlar, tükənməz
sərvətlərə, mürəkkəb relyefə, müxtəlif landşafta, bitki örtüyünün təzadlı çalarlarına, talalar şəklində
sədalı dağ meşələrinə, 200-dən artıq mineral su mənbələrinə, 400- ə qədər çay və çay qollarına,
özünəməxsus faunaya malik olan Naxçıvan MR-in təbii abidələrinə həsr olunub.
Yuxarida qeyd olunanlardan görünür ki, prof.S. Babayev Azərbaycan coğrafiyasının
inkişafında onun Naxçıvan MR ilə bağlı coğrafi məlumatlarla zənginləşməsində xüsusi rol oynamış,
Naxçıvan ərazisindəki fiziki-coğrafi amilləri ayrıca öyrənən elm xadimi olmuşdur.
- 108 -
ƏDƏBİYYAT
1.Babayev S.Y. “Naxçıvan MSSR-in əsas landşaft tipləri”, Azərbaycan SSR Elmlər
Akademiyası Coğrafiya İnstitutu gənc alimlərinin VI elmi konfransının materialları, Bakı
Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1967.
2. Babayev S.Y. “Qədim diyarın təbiəti”, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1970.
3. Babayev S.Y. “Naxçıvanda Kitabi-Dədə Qorqud toponimləri”, Bakı, “Yeni nəşrlər evi”
1999.
4. Babayev S.Y. “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” , Bakı, “Elm”,1999.
5. Babayev S.Y. “Naxçıvan MSSR-in düzənlik landşaft kompleksi”, “Coğrafiya
cəmiyyətinin əsərləri”, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1968.
6. Babayev S.Y. “Naxçıvan MSSR-in su təsərrüfatı və ekoloji problemlər”, “Elm və həyat”,
Bakı, “Kommunist”, 1989, N-11.
7. Babayev S.Y. “Naxçıvan MSSR-in kənd təsərrüfatı ehtiyatları və onlardan istifadə
edilməsi perspektivlərinə dair”, Naxçıvan Kompleks Zonal Təcrübə Stansiyasının “Elmi əsərlər”
seriyası, V buraxılış, Bakı, “Kommunist”, 1968.
8. Babayev S.Y. “Naxçıvanda bəzi yer adları” “Türk dünyası”, Ankara, 1996.
9. Babayev S.Y. “Ermənilərin Zaqafqaziyaya gəlişi və demoqrafik proseslər”, Prometey, Bakı,
2000.
Dostları ilə paylaş: |