Təchizat zənciri



Yüklə 33,32 Kb.
səhifə1/5
tarix12.03.2023
ölçüsü33,32 Kb.
#87490
  1   2   3   4   5
techiz muh


təchiz” Hər hansı təşkilat və ya əhalinin maddi ehtiyaclarını təmin etmək üçün lazım olan şeylərin, avadanlıq və s.-nin məcmusu. Təchizat idarəsi. Mərkəzi təchizat orqanları.


Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);


Təchizat zənciri (ing. Supply Chain) — bir məhsul və ya xidməti təchizatçıdan müştəriyə çatdırmaq üçün qurulmuş təşkilatlar, insanlar, texnologiya, müxtəlif fəaliyyətlər, informasiya və resurslar sistemidir. Təchizat zənciri fəaliyyətləri təbii ehtiyatların, xammalın və komponentlərin hazır məhsula çevrilməsini təşkil edir.
Təchizat Zəncirinin İdarəolunması

Satınalma və tədarük, istehsal və logistika fəaliyyətlərinin planlaşdırılması və idarə olunmasını əhatə edir. Ən vacibi isə, buraya təchizatçılar, potensial tərəfdaşlar, vasitəçilər, üçüncü-tərəf xidmət təminatçıları və müştərilərlə koordinasiya və tərəfdaşlıq əlaqələri daxildir. Bu da şirkət daxilində və şirkətlər arasında tələb və təklifin tənzimlənməsinə yardım edir. Bu baxımdan TZİ biznesin əsas iş funksiyalarını və proseslərini birləşdirən, onların vahid və səmərəli şəkildə fəaliyyətlərini təmin edən bir mexanizmdir. Biznes funksiyaları dedikdə bir şirkətin fəaliyyəti üçün lazım olan bütün proseslər nəzərdə tutulur. Məsələn, TZİ birbaşa olaraq istehsalat və logistika proseslərinə nəzarət edir; marketinq, satış, məhsul dizaynı, maliyyə və informasiya texnologiyaları proseslərinin fəaliyyətlərini isə koordinasiya edir.


Təchizat zəncirinin əsas məqsədi minimum inventarla tələb və təklif arasında uyğunluq qurmaqdır. Əgər tələb təklifədn çox olarsa onda inventarlar bitəcək və şirkət bazarın tələbatını qarşılaya bilməyəcək. Bu halda müştərilər narazı olacaq. Əgər tələb təklifdən az olarsa, bu zaman inventarlar artacaq. Bu da nəğd pulun anbarda istifadəsiz inventar kimi qalması deməkdir. Beləliklə, şirkətin likvidliyi azalacaq və maliyyə xərcləri artacaq.
Təchizat zəncirini optimallaşdırmaq üçün müxtəlik üsullardan istifadə olunur. Şirkətlərin böyüklüyündən, xammal və məhsulların növündən asılı olaraq fərqli yanaşmalar ola bilər. Hal-hazırda beynəlxalq praktikada ən çox işlənən üsullar bunlardır:
§ Strateji satınalma – ucuz xammal və işçi qüvvəsi olan ölkələrdəki şirkətlərlə əməkdaşlıq. Məsələn bütün dünya üzrə satılan kompüterlərin böyük əksəriyyəti Çində istehsal olunur.
§ Just in Time – (azn.– məhz zamanında) Yaponiyada inkişaf etdirilmiş bu üsul şirkətlərin inventarlarını azaltmaq üçün istifadə edilir. Əsas məqsəd istafədə olunacaq xammalın tam zamanında (istehsal olunan gündə) çatdırılmasıdır. Beləliklə, şirkət heç inventar saxlamı olmur. Məsələn, kompüter istehsalçısı Dell bu metoddan istifadə edərək bir çox müvəffəqiyyətlər qazanmışdır.
§ Logistika optimallaşdırılması – çatdırılma yollarının analizi, konteyner tutumunun maximum istifadəsi və s. bu kimi üsulların tətbiqi üçün uyğun proqramlardan istafadə edərək.


Yüklə 33,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin