Təchizat zənciri


kotirovka sorğusu şərtləri



Yüklə 33,32 Kb.
səhifə5/5
tarix12.03.2023
ölçüsü33,32 Kb.
#87490
1   2   3   4   5
techiz muh

kotirovka sorğusu şərtləri – satınalan təşkilatın kotirovka şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd.
Maddə 3. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Dövlət satınalmaları ilə bağlı münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları ilə tənzimlənir.
Maddə 4. Dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanı
4.1. Dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanı dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirir və bu məqsədlə:
4.1.1. Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak edir. Dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlayır və təsdiq edilmək üçün müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir;
4.1.2. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını 7 bank gününədək dayandırır və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırır;
4.1.3. dövlət satınalma prosedurlarında mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulduğu hallarda bu Qanunun müddəalarına uyğun tədbirlər görür;
4.1.4. dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir, mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üçün kurslar yaradır, seminarlar və konfranslar keçirir, müvafiq tədris-metodiki materialları hazırlayır;
4.1.5. dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir;
4.1.6. dövlət satınalmaları üzrə illik hesabatları hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir.
4.1.7. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmalarının rəsmi internet saytını (bundan sonra — rəsmi internet saytı) yaradır; [13]
4.1.8. satınalan təşkilatların, malgöndərənlərin (podratçıların) dövlət satınalmalarının vahid internet portalından istifadə etmələri üçün onlara metodiki köməklik göstərir, məsləhətlər verir;
4.1.9. dövlət satınalmalarının vahid internet portalında mövcud olan informasiya resurslarının təhlükəsizliyinin qorunması üçün tədbirlər görür. [14]
4.2. Dövlət satınalmaları üzrə icra hakimiyyəti orqanının vəzifəli şəxsləri və digər məsul işçiləri öz xidməti vəzifələrini yerinə yetirmədikdə müvafiq qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
Yüklə 33,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin