Təchizat zənciri


malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti



Yüklə 33,32 Kb.
səhifə4/5
tarix12.03.2023
ölçüsü33,32 Kb.
#87490
1   2   3   4   5
techiz muh

malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti - satınalan təşkilat tərəfindən tenderin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) müəyyənləşdirilən orta bazar qiyməti;
dövlət satınalmalarının vahid internet portalı – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan və fəaliyyəti təmin edilən, satınalma prosedurları haqqında dəvətlər və həmin prosedurların nəticələri dərc edilən, satınalma müqavilələrinin və etibarsız malgöndərənlərin (podratçıların) vahid reyestri aparılan, dövlət satınalmalarının elektron vasitələrlə həyata keçirilməsini təmin edən, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyi əks etdirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə inteqrasiya olunan vahid internet portalı;
elektron satınalma – qalib təklifin seçilməsi üçün satınalan təşkilat tərəfindən tətbiq edilən, real vaxt rejimində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən, malgöndərənlərin (podratçıların) təqdim etdikləri təkliflərin avtomatik qiymətləndirilməsini təmin edən satınalma proseduru;
satınalma planı – satınalan təşkilat tərəfindən tərtib edilən, bu Qanuna uyğun olaraq bir büdcə ili ərzində satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, həcmi, miqdarı və ölçüsü barədə məlumatı, satınalmanın ardıcıllığını və təqvim ili üzrə bölgüsünü əks etdirən və elektron formada dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən sənəd;
təkliflərin cəlb edilməsi – tenderdə, ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunda, təkliflər sorğusu prosedurunda və ya elektron satınalmada iştirak etmək üçün verilən dəvət; [11]
iştirak haqqı – tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən ödənilən vəsait; [12]

Yüklə 33,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin