özündə mübahisə, hər hansı bir mövzu ilə bağlı müzakirəni birləşdirən
Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə
metodudur. Debat yalnız nəticəni təhlil edən deduktiv əsaslandırmadan, nəyinsə doğru
davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün
13
mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə
əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz
aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal
debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyyən qaydalar və çərçivə mövcud
olur.
Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə
bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır.
Debatın əsas fərqli xüsusiyyəti: diskussiyanın bu növü qoyulmuş məsələyə
birm
ənalı “bəli” və ya “xeyir” cavabının verilməsini tələb edir. Belə ki, bir qrup (təsdiq
ed
ən) müsbət cavabın lehinədir, digər qrup (inkar edən) mənfi cavabın lehinədir. Hər bir
qrupun içində daha 2 kiçik qrup yaradıla bilər. Birinci kiçik qrup arqumentlər təqdim edir,
dig
əri isə ona əks arqument fikirləşir. Münsiflərin üzvləri və ya hakimlər
müəyyən edilmiş
meyarlar üzrə arqumentləri və əks arqumentləri qiymətləndirir, onları hərtərəfli təhlil
edirl
ər.
Qrupların öz çıxışlarını hazırlamaq imkanları vardır. Burada daha zəruri məsələ
ondan ibar
ətdir ki, əks arqumentlər söyləndikdən sonra dərhal yox, müəyyən vaxtdan
sonra arqumentl
ər söylənir.
Burada
əsas məqsəd iştirakçıları gələcəkdə əhəmiyyətli müzakirələr aparma və
probleml
ərin həlli üçün qərar qəbul etmə bacarıqlarına alışdırmaqdır.
Debatlar üçün vacib şərt mövzunun seçilməsidir. Arqumentlərin və əks
arqumentl
ərin düzgün qiymətləndirilməsi üçün meyarların düzgün müəyyən edilməsi
z
əruridir. Həm də elə bir şərait yaradılmalıdır ki, münsiflər heyətinin işi açıq və obyektiv
olsun.
Dostları ilə paylaş: