“Dəyirmi masa”nın keçirilməsi mərhələlərinin variantları:
V
ariant “A”
1.
Təlimçinin qısa giriş sözü.
2.
“Dəyirmi masa” iştirakçılarının qısa giriş məlumatlarının dinlənilməsi.
3.
Auditoriyalardan daxil olan sualların “dəyirmi masa” iştirakçılarına çatdırılması.
4.
Diskussiyanın yaradılması.
5.
Müzakirə predmeti üzrə mövqelərin razılaşdırılması.
Variant “B”
1.
Tematikanın və iş qaydasının razılaşdırılması məqsədilə auditoriyada
iştirakçılar arasında blitssorğunun keçirilməsi.
2.
İşin qaydasının və xarakterinin dəqiqləşdirilməsi.
3.
Qoyulan məsələlər üzrə sorğuların cavablandırılması.
4.
Auditoriyadan çıxış edənlərin fikirlərinin dinlənilməsi.
5.
Diskussiya zamanı problemin düzgün həllinin tapılması.
Variant “C”
1.
Problemin göstərilməsi, təqdim edilməsi (İKT vasitəsilə).
2.
“Dəyirmi masa” iştirakçılarının təqdim edilməsi, problemə münasibətinin
dinlənilməsi.
3.
Auditoriyanın mövqeyinin öyrənilməsi üçün “sərbəst mikrofon”un verilməsi (işə
salınması).
4.
Müzakirə.
5.
“Təmas nöqtəsi”nin tapılması və mövqelərin razılaşdırılması.
Bu metod ilə məşğələnin keçirilməsi üçün “dəyirmi masa” iştirakçılarını məşğələ
zamanı daxil olmuş problemli məsələlərin həlli qaydalarını izah etmək lazımdır.
Sonda “dəyirmi masa”nın işi üzrə yekunlaşma aparılır, onun iştirakçılarına arzular
bildirilir.
Dostları ilə paylaş: |