35. Yaradıcı və qaydalı oyunlar
Pedaqoqlar məktəbəqədər yaş dövrü üçün oyunları iki böyük qrupa bölürlər:
1.Yaradıcı oyunlar-uşaqların yaradıcı təxəyyülü əsasında düşünülüb düzəldilir. Bu da öz növbəsində üç qrupa bölünür:
1.Sujetli-rollu
2. Dramlaşdırılmış
3. Tikinti-quraşdırıcı (konstruktor)
2. Qaydalı oyunlar-yaşlılar tərəfindən nəsillərdən-nəsillərə yadigar kimi keçən xalq oyunlarıdır. Bu oyunlar da öz növbəsində iki qrupa bölünür:
1. Mütəhərrik oyunlar- hərəkəlik mühüm yer tutur, topu atmaq-tutmaq, yüyürüb yoldaşa çatmaq və s. Bu da öz növbəsində iki qrupa bölünür:
1. Sujetli oyunlar
2. İdman oyunlarına yaxın olan sujetli oyunlar
2. Didaktik oyunlar- oynayanın qarşısında əqli vəzifə qoyulur, heyvan şəkillərini cinsinə və növünə görə qruplaşdırmaq və s. Xarakterinə görə üç qrupa bölünür:
1. Oyuncaqlarla oyunlar
2. Stolüstü çap oyunlar
3. Şifahi oyunlar
Uşaqların bilik və təsəvvürlərini möhkəmləndirmək məqsədilə didaktik, hərəkətli(mütəhərrik) və yaradıcı oyunlardan istifadə etmək lazımdır. Didaktik oyunlar uşaqların təbiət hadisələri, əşyaları, bitki və heyvanlar haqqında qazandıqları təsəvvürlərini dəqiqləşdirir, möhkəmləndirir və genişləndirir. Təbiət materialları ilə olan didaktik oyunlar təbiət haqqında qazanılmış təsəvvür və bilikləri aydınlaşdırmağa, iradi diqqəti inkişaf etdirməyə və nitqi tez başa düşməyə kömək edir. Məsələn, “Yarpaqlarla” oyun, “Güllərlə” oyun, “Meyvələrlə və tərəvəzlərlə” oyun, “Qəribə torba”, “Yarpağından tanı” və s. Bu oyunlarda əşyaların özünəməxsus xüsusiyyəti, keyfiyyəti dəqiqləşir, konkretləşir və təsəvvürləri zənginləşir. Əşyalarla oyundan ən çox kiçik-orta qrupda istifadə olunur. Gəzinti zamanı uşaqlar parkda və meşədə gəzərkən ağacları müşahidə edirlər. Sonra tərbiyəçi uşaqlarla belə bir oyun keçirə bilər. Məsələn, “Yarpağın hansı bitkidən olduğunu tap”. Uşaqlar tərbiyəçinin dərdiyi yarpağa diqqətlə baxıb onun hansı ağacdan olduğunu adlandırmalıdı
Oyunların əsas psixoloji xüsusiyyəti ondan ibarətdir ki, o, uşaqların şəxsiyyətin bütün cəhətlərinə toxunur: onda fikirlər fəallaşır, emosiyalarla zəngin olur, fəal fəaliyyət, iradi səy tələb olunur. Oyun tərbiyə vasitəsi olub, əsas mahiyyəti əqli inkişaf üçün böyük əhəmiyyətə malik olmasıdır. Ətrafdakılar haqqında təəsürat oyunlarda əks olunur. Bunun sayəsində təsəvvür və anlayışlar inkişaf etdirilir, dəqiqləşdirilir, əqli qabiliyyətlər təkmilləşir. Oyunda məqsəd çatmaq üçün mərkəzləşdirilmiş diqqət, gərgin yaddaş, təxəyyül, zirəklik, hazırcavablıq tələb edir. Oyunda işlədilən əşyaların xassələri ilə tanış olurlar. Məsələn, gəlinciklərin müxtəlif ölçüdə hazırlanması, işlənən materiallara görə fərqlənməsi, tikinti materialların müxtəlif formaya malik olması və müxtəlif rənglərlə rənglənməsini fərqləndirirlər. Uşaqların nitqinin inkişafında oyunun rolu böyükdür. Hər fəaliyyətdə olduğu kimi oyun da sözlə müşayiət olunur. Hətta ən kiçik uşaq belə öz hərəkətini ifadə edir, obrazlar yaradır, kollektiv oyunda nitq xüsusilə böyük əhəmiyyət kəsb edir, burada söz, ünsiyyət, hərəkətlərin razılaşması uşaqlar arasında razılıq vasitəsidir. Hər bir oyunda uşaqlar öz fikirlərini yoldaşlarına ifadə etməli və ifadəli şəkildə danışmalıdır. Ona görə də oyun nitqin inkişafına kömək edir, oyunun köməyi ilə uşaqlarda iradə və xarakter tərbiyə edilir.
Hər hansı bir mövzuda didaktik oyunların məzmunu və qaydaları tərbiyəçi tərəfindən uşaqlara hazır şəkildə verilir. Didaktik oyunlar uşaqlara yeni təsəvvür verir, yaxud mövcud bilik, bacarıq və vərdişləri möhkəmləndirir. Uşaqların bilik, bacarıq və vərdişlərə əsasnalanan didaktik oyunlardan biri “Tap görək torbada nə var?” oyunudur. Böyük qrupda təbiətlə tanışlıq məqsədilə keçirilən oyunlar məzmunca mürəkkəb olur. Əsas məqsəd uşaqları fikirləşməyə dəvət etmək, onlarda təfəkkür və məntiqi, danışıq bacarığını inkişaf etdirməkdir. Böyük qrupla müqayisədə orta qrup uşaqları əşyaları təsvirinə görə tanımaqda çətinlik çəkirlər.
Tərbiyəçi uşaqlarla bostan bitkilərin forması, rəngi, dadı, iyi barədə qısa müsahibə aparır. Məsələn, tərbiyəçi Samirdən soruşur: Samir qarpız nə adlanır? harada bitir? rəngi necədir? hansı formadadır? dadı necədir? Sualları cavablandıran və fəallıq göstərən qalib sayılır. Əsasən böyük və məktəbəhazırlıq qruplarında aparılır. Bu oyunlar əsasən əqli fəallıq tələb edir.
Dostları ilə paylaş: |