Tədris planı üzrə fənnin auditoriya saatı: 150 İxtisas: Məktəbəqədər təlim və tərbiyə Təhsil ILI: 2021/22



Yüklə 183,53 Kb.
səhifə53/86
tarix21.06.2022
ölçüsü183,53 Kb.
#62015
növüTədris planı
1   ...   49   50   51   52   53   54   55   56   ...   86
İmtahan suallarının cavabları 2


20. Təfəkkür prosesləri
Hər hansı fikri proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluşuna görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir. Bu və ya digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən fikri akt subyektin hər hansı motivlərindən çıxış edir. Fikri proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə bağlıdır. İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır. Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi ilə müəyyənləşir, O həmişə nəyinsə həllinə istiqamətlənib. Bütün təfəkkür prosesləri şüurlu tənzim edilən əməliyyatlar xarakteri daşıyır.
Şüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri xarakterizə edir. Təfəkkür qarşısında dayanan məsələ həllinin dərki fikri proseslərin axarını müəyyən edir. Təfəkkür şüurlu tənzim olunan intellektual əməliyyatlar kimi icra olunur. Dü­şünmə prosesində yaranan hər hansı fikri təfəkkür uyğunlaşdırır, müqayisə edir və fikri prosesləri istiqamətləndirir. Beləliklə, yoxlama, tənqid, nəzarət təfəkkürü şüurlu proses kimi xarakterizə edir. Fikrin bu şüurluluğu onun xüsusi üstünlüyündə müəyyən olunur. Ancaq fikri proseslərdə səhv mümkündür, ancaq fikirləşən insan səhv edə bilər.
Hər hansı təfəkkür hadisəsi bu və ya digər formada anlayışlarda tamamlanır. Real fikri proseslərdə anlayışlar prosesi ayrıca ifadə olunmur, anlayışlar əyani təsəvvürlər və sözlərlə qarışaraq vahid, anlayışın forması olmaqla eşitmə və görmə obrazları ilə birlikdə fəaliyyətdə olur (icra olunur).
Əyani elementlər fikri proseslərə daxildir:
a) şeylər və əlamətlər haqqında təsəvvür obrazları şəklində,
b) sxemlər şəklində,
c) anlayışlar təfəkkürünü idarə edən sözlər şəklində.
İnsan təkcə mücərrəd anlayışlarla deyil, həmçinin obrazlarla fikirləşir. Real fikri proseslər adətən söz, obraz formalarında hansısa şəkildə mücərrəd anlayışlara qarışır.
Obraz predmetin obrazı kimi semantik məzmuna malikdir. İnsanın qavradığı və ya təsəvvür edilən obrazlar adətən sözlərlə ifadə olunmuş şəkildə məna ilə əlaqəli olur. Söz predmeti mənalandırır. Obrazlı, əyani nə isə qavranılırsa, pred­met dərk edilir və onun vasitəsi ilə qavranılır. Bu semantik məzmun söz-anlayışın və obrazın ümumi əvəzedicisi rolu oynayır. Semantik ümumilik real fikri proseslərin zəruri həlqəsidir, çünki sonrakı səviyyədə bu məqam sözə və ya işarəyə çevrilir.
Təfəkkürə «fikirləş» və ya «fikirləşmə» əmrini vermək absurddur.



Yüklə 183,53 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin