Tədris planına görə saatların miqdarı о cümlədən


II.Fənninin hədəf və məqsədi



Yüklə 181 Kb.
səhifə2/5
tarix05.07.2023
ölçüsü181 Kb.
#135714
növüTədris planı
1   2   3   4   5
C fakepath050630-2021

II.Fənninin hədəf və məqsədi.
Fənnin tədrisinin əsas məqsəd və vəzifəsi kimyəvi elemetlər, onların birləşmələri, xassələri və çevrilmələri, klassik və müasir kimyanın əsas qanunauyğunluqları, atomun quruluşu, kimyəvi rabitənin təbiəti, molekullararası qarşılıqlı təsiri, kimyəvi reaksiyaların getməsinin ümumi qanunauyğunluqları, kimyəvi termodinamika və kinetikanın elementləri, dispers sistemləri, məhlulları, elektrolit məhlulların xassələri, habelə, oksidləşmə-reduksiya reaksiyaları və digər elektrokimyəvi proseslər, elektroliz və onun qanunauyğunluqları, həmçinin laboratoriya şəraitində qeyri-üzvi birləşmələrin alınması və xassələri, müxtəlif maddələrin atom və molekul kütlələrini, həmçinin ekvivalentinin təyin edilməsi, kimyəvi formulların çıxarılması və kompleks birləşmələrin alınması, kimyəvi reaksiyaların əmələgəlmə istiliyinin təyini və getməsinin mümkün olub-olmaması, kimyəvi reaksiyaların sürətinin qatılıqdan, təzyiqdən və temperaturdan asılılığı, müxtəlif qatılıqlı məhlulların hazırlanması, elektrolitik məhlullarda gedən reaksiyalar və bundan asılı olaraq mühitin pH-nın təyin olunması, oksidləşmə-reduksiya reaksiyaları, müxtəlif ərinti və məhlulların elektrolizi, metalların ümumi xassələri, müxtəlif metalların və qeyri-metalların alınması, barədə tələbələrə nəzəri biliklər vermək və praktiki vərdişlər aşılamaqdır.
Bu fənnin yaxşı mənimsənilməsi və dərindən öyrənilməsində tələbələrin təbiət və fundamental, istiqamətin ümum peşə hazırlığı fənnləri üzrə kifayət dərəcədə nəzəri bilik və praktiki vərdişlərə malik olmaları vacib sayılır.


III.Fənninin qısa məzmunu.
Fənnin tədrisinə aşağıdakı mövzular daxildir:
I semestr

  1. Giriş.Kimyanın əsas anlayışları. Kimyanın əsas stexiometrik qanunları.




  1. Atomun quruluşu. Nüvənin tərkibi.De-Broyl tənliyi. Kvant ədədləri və onların fiziki mənası. Atomda elektronların əsas paylanma qaydaları. Pauli prinsipi, Hund və Kleçkovski qaydaları.


  1. Kimyəvi rabitələrin növləri. İon, kovalent və metal rabitəsi. Onların əmələgəlmə mexanizmləri. Atom orbitallarının hibridləşməsi. Hidrogen rabitəsi və onun xüsusiyyətləri. Hidrogen rabitəsinin maddənin xassələrinə təsiri.




  1. Kimyəvi reaksiyaların təsnifatı və istilik effekti. Hess qanunu. Entalpiya və entropiya haqqında anlayış.




  1. Kimyəvi kinetika və tarazlıq Homogen və heterogen sistemlərdə reaksiyanın sürəti. Reaksiyanın sürətinin qatılıqdan, temperaturdan, təzyqdən asılılığı. Vant-Hoff qaydası. Aktivləşmə enerjisi. Kimyəvi tarazlıq və ona təsir edən amillər. Le-Şatelye prinsipi.




  1. Məhlullar. Dispers sistemlərin təsnifatı. Məhlulların qatılığının ifadə üsulları. Elektrolit məhlullar. Elektrolitik dissosiasiya nəzəriyyəsi. İon-mübadilə reaksiyalarının sona çatması şərtləri.




  1. Duzların hidroizi. Hidroliz dərəcəsi və ona təsir edən amillər Oksidləşmə-reduksiya reaksiyaları və onların istiqaməti. Əsas oksidləşdirici və reduksiyaedicilər.




  1. Elektrokimyəvi proseslər. Elektrod potensialı. Qalvanik elementlər. Akkumulyatorlar.




  1. Elektroliz. Ərinti və məhlulların elektrolizi, Faradey qanunları. Elektrolizin praktiki əhəmiyyəti.




  1. Metalların ümumi xassələri və filizlərdən alınma üsulları. Metalların korroziyası. Korroziyanın səbəbləri və növləri. Metalların korroziyadan mühafizə üsulları .




  1. Be, Mg,Al, Cr, Mn,Fe -in mineralları, alınması, xassələri və tətbiqi.




  1. Neft, sürtgü yağları və yanacaqlar haqqında ümumi məlumat.




  1. Polimer materialları


Yüklə 181 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin