TəHSİLİn konsepsiyasi (MİLLİ kurrikulumu) GİRİŞ



Yüklə 420 Kb.
səhifə22/65
tarix02.01.2022
ölçüsü420 Kb.
#35651
1   ...   18   19   20   21   22   23   24   25   ...   65
Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar

Ümumi nəticələr



Şagird:

  • şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, şifahi ədəbiyyat nümunələrinin xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;

  • cəmiyyətdə və insan həyatında ədəbiyyatın rolunu və əhəmiyyətini şərh edir, bununla bağlı şəxsi fikir və mülahizələr irəli sürür;

  • ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir;

  • fikir və ideyanı ifadə etmək baxımından poeziya, nəsr və dramaturji materialların imkanlarını müqayisə edir, onları yaradıcılıq və sənətkarlıq xüsusiyyətlərinə görə qiymətləndirir;

  • müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;

  • ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir;

  • ədəbi əsərlərin kollektiv müzakirəsi zamanı başqalarının fikrinə səbrli, obyektiv və ədalətli münasibət göstərməklə yanaşı, öz mülahizələrini müdafiə etməyi və əsaslandırmağı, ümumi rəyə gəlməyi bacarır;

  • məzmun istiqamətinə görə ayrı-ayrı ünsiyyət məqamlarında öz fikrini aydın, ardıcıl, məqsədyönlü, yığcam və yeri gəldikcə bədii təsvir vasitələri ilə obrazlı şərh edir, yazılı nitqdə məzmuna uyğun üslub müəyyənləşdirməyi, orfoqrafiya və orfoepiya qaydalarına əməl etməyi, söz ehtiyatından səmərəli istifadə etməyi, fikirləri ümumiləşdirmə aparmağı bacarır.



Yüklə 420 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin