Ümumi nəticələr
Şagird:
sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxuyur və savadlı yazır;
dialoqa girir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;
oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirir;
ayrı-ayrı mətnlərdən əsas faktları seçib qruplaşdırır, kiçikhəcmli mətnlər qurur;
Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında ilkin məlumatları sadə formada təqdim edir;
lüğətlərdən, məlumat kitablarından, kataloqlardan istifadə edir.
AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ1
Fənnin əsaslandırılması. Təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan əlifbasının, çoxişlək sözlərin, söz birləşməsi və cümlə modellərinin, ən zəruri nitq etiketlərinin, tələffüz və yazı qaydalarının mənimsənilməsi təmin olunur, şagirdlərdə dinləyib anlama, düzgün və sürətli oxu, ilkin şifahi nitq və tərcümə bacarıqları formalaşdırılır.
Dostları ilə paylaş: |