kiçikhəcmli mətnləri düzgün və sürətli oxuyur, məzmununu izah edir;
söz birləşməsi və cümlə nümunələrindən, zəruri tələffüz və yazı qaydalarından istifadə edərək kiçikhəcmli şifahi və yazılı mətnlər qurur və təqdim edir;
müşahidə etdiyi şəkil və illüstrasiyaların məzmun və əlamətlərini təsvir edir;
məlumat xarakterli kiçikhəcmli mətnləri lüğət vasitəsilə ana dilinə və əksinə tərcümə edir.
XARİCİ DİL Fənnin əsaslandırılması. Dinləyib anlama, şifahi nitq, əlifbanın öyrənilməsi və ilkin yazı bacarıqlarının formalaşdırılması, düzgün və ifadəli oxu qabiliyyətlərinin yaradılması və inkişaf etdirilməsi təmin olunur.
Ümumi nəticələr Şagird:
gündəlik həyatda və məişətdə istifadə olunan əşyaları, habelə onlara aid hərəkət və əlamətləri adlandırır;
sadə nitq etiketləri əsasında ünsiyyət yaradır, süjetli şəkillər üzrə nitq nümunələri qurur;
öyrəndiyi dilin hərf və hərf birləşmələrini oxuyur və yazır;
öz ana dili ilə müqayisədə fərqli səsləri ayırır və tələffüz edir;
kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir.