TəHSİLİn konsepsiyasi (MİLLİ kurrikulumu) GİRİŞ



Yüklə 420 Kb.
səhifə11/65
tarix02.01.2022
ölçüsü420 Kb.
#35651
1   ...   7   8   9   10   11   12   13   14   ...   65
Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar

HƏYAT BİLGİSİ
Fənnin əsaslandırılması. İnsan hüquqları və azadlıqları, mənəvi-əxlaqi dəyərlər, həyat fəaliyyətinin təhlükəsizliyi, təbiət, insan-təbiət, insan- cəmiyyət münasibətləri haqqında zəruri məlumatların mənimsənilməsi, obyekt və hadisələri mahiyyətinə görə fərqləndirmək, onlara münasibət bildirmək, iqtisadi, ekoloji, kommunikativ fəaliyyətlər üzrə ilkin bacarıqların formalaşdırılması təmin olunur.
Ümumi nəticələr

Şagird:

  • öz hüquqlarını dərk etməsini, başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, onu əhatə edən insanlara həssas münasibət bəsləməsini nümayiş etdirir, həmin məsələlərlə bağlı şəxsi fikirlərini bildirir;

  • insan həyatı və sağlamlığının qorunması ilə bağlı ən zəruri təhlükəsizlik qaydalarını izah edir;

  • düzlük, ədalətlilik, humanistlik, rəhmdillik nümayiş etdirir, bu mənəvi keyfiyyətlərin mahiyyəti barədə mülahizələrini şərh edir;

  • iqtisadi biliklərdən məişətdə istifadə edir;

  • təbiətə, ekologiyaya həssas və qayğıkeş yanaşmaqla təbiət hadisələri üzərində müşahidələr aparır və onlara münasibət bildirir;

  • cəmiyyətdə baş verən hadisələri öz yaş səviyyəsinə uyğun şərh edir.



Yüklə 420 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin