Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar
Ümumi nəticələr
Şagird:
tarixi hadisələrin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və ona münasibət bildirir;
müasir texnologiyalardan istifadə etməklə tarixi informasiyaları toplayır, təhlil edir və təqdimatlar hazırlayır;
tarixi hadisələrlə bağlı fərziyyə və mülahizələr irəli sürür, proqnozlar verir;
debatlarda, diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdıran məsələlər ətrafında təkliflərlə çıxış edir, hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət azadlığı və s.) həyatda reallaşmasına münasibət bildirir.