Milli Kurrikulum - AR NK 30 oktyabr 2006 N 233 qerar
AZƏRBAYCAN TARİXİ Fənnin əsaslandırılması. Əsas təhsil pilləsində nəzərdə tutulmuş fəaliyyətləri genişləndirməklə müstəmləkə şəraitlərində yürüdülən siyasi xəttin Azərbaycanın ərazi bütövlüyünə, milli-mənəvi dəyərlərinə təsiri, bu dövrlərdə sosial-iqtisadi, mədəni inkişaf tendensiyaları, milli azadlıq hərəkatı, dövlətçiliyin bərpası, qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın dünyadakı mövqeyi, ölkənin ümumi inkişafını şərtləndirən amillər haqqında məlumatlar mənimsənilir, demokratik cəmiyyət şəraitində şagirdlərdə sosial-siyasi tarixi hadisələrə münasibət bildirmək və qiymətləndirmək bacarıqları formalaşdırılır.