TəLƏBƏ: Əliyev Hüseyn qrup: 523. 18 Fakultə: Energetika Fakultəsi MÜƏLLİM: Əliyev Soltan



Yüklə 0,65 Mb.
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#42054
Qurgusun

TƏLƏBƏ: Əliyev Hüseyn QRUP: 523.18 FAKULTƏ: Energetika Fakultəsi MÜƏLLİM: Əliyev Soltan

Pb. Qurğuşun

  • Qurğuşun Mendeleyevin elementlərin dövri sistemində  82-ci elementdir. Ağır metaldır. Valentliyi 2 və ya 4-dür. Oksidləşmə dərəcəsi 0, 2, 4-dür.
  • Elektron konfiqurasiyası: 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d10, 4p6, 5s2, 4d10, 5p6, 4f14, 5d10, 6s2, 6p2.

Qurğuşunun tarixi

  • Qurğuşun eramızdan 3 min il əvvəldən insanlara məlumdur. Qədim Romalılar ondan su borularının hazırlanmasında və şərab istehsalında istifadə edirdilər. Qədim Çində qurğuşundan pul kəsilməsində istifadə olunub. XI və XII əsrlərdə Avropada tikintilərin aparılmasında istifadə olunurdu.

Qurğuşunun təbiətdə tapılması

  • Qurğuşun yer qabığının çəki ilə 1 x 10-4
  • faizini təşkil edir. Qurğuşun təbiətdə qalenit PbS, anqizit PbSO4 serrusit PbCO3, krokoit PbCrO4 mineralları şəklində rast gəlinir.

Qurğuşunun alınması

  • Qurğuşun Qalenitdən (PbS) alınır.
  • Bu iki hissəli reaksiyadır.
  • 2 PbS + 3O2 → 2PbO + 2 SO2↑
  • 2 PbO + C → 2 Pb + CO2↑
  • Proses zamanı əmələ gələn qurğuşun-2 oksidin bir hissəsi qurğuşun-2 sulfidlə də reaksiya olunur.
  • 2PbO+PbS=3Pb+SO2

QALENİT

Qurğuşunun fiziki xassələri

  • Qurğuşun yumşaq metaldır. Ərimə temperaturu 327.46 °C-dir. Elektriki gümüşə nisbətən pis keçirir. Qaynama temperaturu 1749 °C-dir. Rəngi göyümtul ağ rəngli qarışığıdır. Təbiətdə 4 izotopu var: 204Pb, 206Pb, 207Pb,208Pb

Qurğuşunun kimyəvi xassələri

  • Qurğuşun adi temperaturda təsirsizdir. Havada qaldıqda qurğuşunun səthində əmələ gələn oksid təbəqəsi qoruyucu örtük rolunu oynayır.
  • Qurğuşun rütubətli havada qaldıqda oksigenin və karbon qazının iştirakı ilə daha asan oksidləşir.
  • Pb+O2 = 2PbO
  • 2Pb+O2+2H2O = 2Pb(OH)2

    Pb+CO2=PbCO3

Qurğuşunun kimyəvi xassələri

  • Yüksək temperaturda qurğuşun bir sıra qeyri-metallarla qarşılıqlı təsirdə olaraq əasasən +2 oksidləşmə dərəcəsi göstərir.
  • Pb + Cl2 → PbCl2
  • Pb + S → PbS
  • Qurğuşun çox aktiv metallarla birləşir.
  • 2Mg+Pb= Mg2Pb

    Qızdırdıqda HCl və H2SO4 ilə reaksiyaya girir.

    Pb + 2HCl → H2 + PbCl2

    Pb + H2SO4(duru) → PbSO4 + H2

    Qurğuşun qaynar qələvi məhlulda həll olur

    Pb+2KOH+2H2O=K2[Pb(OH)4]+H2

Qurğuşunun Oksidləri

  • PbO- Sarı rəngli tozdur, suda həll olmur, amfoter xassəlidir. PbO qurğuşunu qızdırdıqda alınır.
  • 2Pb+O2=2PbO
  • PbO2- tünd qonur rəngli tozdur və dolayı yolla alınır.
  • Pb(CH3COO)2+CaOCL2+H2O=PbO2+CaCl2+CH3COOH
  • Pb3O4+4HNO3= PbO2+2Pb(NO3)2+2H2O
  • Pb(OH)2- ağ rəngli çöküntüdür. Amfoter xassəlidir ona görə də həm turşu həm də qələvilərlə reaksiyaya girir.
  • Pb(OH)2+2HNO3=Pb(NO3)2+2H2O
  • Pb(OH)2+2NAOH=Na2PbO2+H2O

PbO2

Qurğuşunun istifadəsi

  • Qurğuşundan turşulu batareyalar hazırlanır. Bu batareyalar avtomobil akkumlayatorlarında istifadə olunur. Batareya işləyən zaman aşağidakı reaksiya gedir.
  • Pb+ PbO2 + 2H2SO4 → 2PbSO4 + 2H2O
  • Həmçinin qurğuşundan süxurların yaşının təyin olunmasında, silah istehsalında, istifadə olunur.
  • Korroziyaya qarşı istifadəsi də vardır.

Büllur Şüşə

  • Xalq arasında "kristal" kimi adlandırdığımız maddə, qurğuşun dan hazırlanır. Amma, adi kalium şüşədəki kalsium  qurğuşunla əvəz olunur. Büllur şüşə kütləcə 18-40 % qurğuşun(II)oksid (PbO) təşkil edir, hansı ki, günümüzdə hazırlanan müasir qurğuşun kristallar (keçmişdə onları tərkibindəki silisiumun çoxluğuna görə rəngsiz şüşə və ya çaxmaqdaşı adlandırırdılar) minimum 24% PbO-dən təşkil olunur. Qurğuşun şüşə dekorativ xüsusiyyətinə görə daha çox arzu ediləndir.

Qurğuşun bitkilərə təsiri

  • Adətən bitkilərdə qurğuşunun miqdarı az olur: külün çəkisinin təxminən 1-2 mində bir faizi qədər. Qurğuşunun miqdarının son həddi müəyyənləşdirilməmişdir. Bitki məhsulları heyvan məhsullarına nəzərən daha çox qurğuşuna malik olurlar. Səbəbi yay yarpaq tökülməsi və havada qurğuşunun yüksək miqdarda olmasıdır. Amma, qurğuşunu toplayaraq bitkilər havanı təmizləyirlər.
  • Qurğuşunun miqdarı çox olduqda yonca və yulafın böyüməsi ləngiyir.

Qurğuşunun insana zərərləri

  • Qurğuşun zəhərlənməsi uşaqların inkişafını ləngidir, onların əqli qabiliyyətlərinin pozulmasına gətirib çıxarır, bəzi hallarda isə ölümə səbəb olur. Qurğuşun xüsusilə azyaşlı uşaqlar üçün çox təhlükəlidir, çünki bu zərərli maddə böyüklərə nisbətən onların orqanizminə 3-4 dəfə daha artıq təsir göstərir. Qurğuşun ilk növbədə beyində, qaraciyərdə, böyrəkdə, sümüklərdə, hətta dişlərdə yığılır. Qurğuşunun uşaq sağlamlığına mənfi təsirlərinin aşkar olunmasına baxmayaraq bir çox ölkələr hələ də boyalarda onun istifadəsini davam etdirir.

DİQQƏTİNİZƏ

DİQQƏTİNİZƏ

GÖRƏ

TƏŞƏKKÜR


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin