Tələbə: Həsənova Sevda Muxtar qızı Mövzu: Tikinti təşkilatlarında iş vaxtı fondundan istifadənin


Ümumi adam-günlərinə təsir edən amillər



Yüklə 262 Kb.
səhifə4/5
tarix05.04.2023
ölçüsü262 Kb.
#93466
1   2   3   4   5
kurs tehlil 003

Ümumi adam-günlərinə təsir edən amillər

Göstəricilər

Ölçü vahidi

Plan

Fakt

Kənarlaşma

1.İşlənmiş adam-günlərin cəmi

min adam-günlə

21.5

22.5

+1.02

2.İşçilərin orta illik sayı

adam

121

124

+3

3.Hər işçiyə düşən adam-günlərinin sayı

adam-gün

177

181

+4

Cədvəldən görünür ki,işlənmiş adam-günlərinin sayı bir min adam-gün çoxalmışdır.


Təsir göstərən amilləri müəyyən edək;
1.İşçilərin orta illik sayının dəyişməsinin təsiri:
+3 x 177 = +531 və yaxud +0.5 min adam-gün,
2.Hər işçiyə düşən adam-günlərinin dəyişməsinin təsiri:
+4 x 124 = +496 və yaxud +0.5 min adam-gün təsir göstərmişdir.
Cəmi min adam-gün (0.5+0.5) təşkil edir.
İşlənmiş adam-günlərini təhlil etdikdə iş gününün uzunluğu, gündəlik normaların yerinə yetirilməsi, iş vaxtından səmərəli istifadə göstəriciləri mühüm əhəmiyyət kəsb edir.
Əmək məhsuldarlığının artırılmasının müəssisədaxili mühüm ehtiyat mənbələrindən biri iş vaxtı itkilərinin azaldılmasıdır.İş vaxtı itkiləri iki növə―bütün günü və növbədaxili iş vaxtı itkilərinə ayrılır.Bütün günü iş vaxtı itkilərinə aşağıdakılar aiddir:
-xəstəlik üzündən;
-müdiriyyətin icazəsinə görə;
-bütün günü boşdayanma;
-üzürsüz səbəbdən işdən yayınma.
Növbədaxili iş vaxtı itkiləri isə istehsalın təşkilati-texniki şəraitindən və işçinin özündən asılı olan itkilərə ayrılır. Növbədaxili iş vaxtı itkilərinin təşkilati-texniki səbəbləri əsasən aşağıdakılardan ibarət olur: texnoloqun; ustanın iş naryadının,tapşırığın, iş alətlərinin, qaldırıcı–nəqliyyat vasitələrinin gözlənilməsinə gedən vaxt; materialların, alətlərin, yanacağın, enerjinin olmaması; cari təmir və yaxud avadanlığın saz halda olmaması; işin müvəqqəti olaraq olmaması.
Növbədaxili iş vaxtı itkilərinin işçidən asılı olan səbəbləri: növbənin başlanğıcında və nahar fasiləsindən sonra işə gec başlamaq; nahar fasiləsindən qabaq və növbənin axırında işi tez qurtarmaq, iş yerində kənar danışıqlara aludəçilik və s.
İş vaxtından istifadə edilməsinin yaxşılaşdırılması əmək məhsuldarlığının səviyyəsinə müsbət təsir edir.Belə ki, əmək məhsuldarlığı iş vaxtının artmasına proporsional olaraq artır.Bu amilin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, iş vaxtı itkilərinin azaldılması və aradan qaldırılması əsas etibarilə əməyin təşkilinin yaxşılaşdırılması hesabına əldə edilir və bu nəzərə çarpacaq dərəcədə investisiya qoyuluşu məsrəfləri tələb etmir.
Növbədaxili itkilərin azaldılması iş vaxtı ehtiyatlarını təşkil edir və bu əməyin düzgün təşkil edilməməsindən irəli gələrək bu sahədə görülən tədbirlər nəticəsində aradan qaldırılır.
İş gününün itkisini aşağıdakı düsturla müəyyən etmək olar.
İ.i= İ.s.n / İ.s
Burada, İ.i – iş gününün itkisi əmsalını,
İ.s.n – iş saat normalarını,
İ.s – iş saatlarını göstərir.
Məsələn, gün ərzində 1600 faktiki iş saatı olduğu halda, 1550 norma-saat yerinə yetirilmişdir.Deməli,
İ.i = 1550 / 1600 =0.97 əmsalı bərabərdir.
Başqa sözlə desək, 3 % , yaxud 50 saat iş vaxtının itkisinə yol verilmişdir.
Normaların yerinə yetirilməsini və bu sahədə ehtiyat mənbələrini meydana çıxarmaq üçün normaları yerinə yetirmə səviyyəsinə görə onları qruplaşdırmaq lazımdır.Məsələn,briqadada 30 nəfər fəhlə işləmişdir.Bunlardan 18 nəfəri “A“ iş prosesi üzrə normanı 125-130 faiz , 2 nəfəri isə 105-110 faiz dairəsində yerinə yetirmişdir. Bu briqadada 12 nəfər “B“ iş prosesi üzrə işləyərək 6 nəfər normanı 100-101 faiz, 4 nəfəri 95-100 faiz, 2 nəfəri isə 80-95 faiz yerinə yetirmişdir.Göründüyü kimi, “A“ iş prosesi üzrə normalar yüksək faizlə yerinə yetirildiyi halda “B“ iş prosesi üzrə isə ehtiyat mənbəyini axtarmaq üçün bu iş prosesi üzrə iş şəraiti, normaların kəsirdə qalma səbəbi öyrənilməlidir.
Məhsul istehsalı dinamikasını iş vaxtı fondunun artırılması və əməktutumunun azaldılması əsasında nəzərdən keçirək.İş gününün uzunluğu 8 saat (480 dəq.) əməliyyatın davamı 10 dəq., zay məhsula görə növbədaxili iş vaxtı itkiləri,boşdayanmalar 40 dəq. Bu şəraitdə növbə ərzində 44 əməliyyat {480-40}/10 yerinə yetirilmişdir.Əgər növbə daxili boşdayanma aradan götürülərsə,onda növbə ərzində 48 əməliyyatın həyata keçirilməsi mümkündür.Bu zaman istehsal 9,1% (48:44·100-100) artacaqdır.Əgər təşkilati-texniki tədbirlər nəticəsində əməliyyatın davamı 8 dəqiqəyə endiriləcəksə onda elə həmin iş vaxtı ərzində 55 əməliyyat (440:8) yerinə yetiriləcəkdir ki,bu da 25%(55:44·100-100)artım deməkdir.İş vaxtı itkiləri aradan qaldırılarsa, bu rəqəm 60 olacaqdır,əmək məhsuldarlığı isə 36,4%(60:44·100-100) artacaq.
Ona görə də əmək məhsuldarlığının təhlili zamanı iş vaxtından istifadə göstəriciləri diqqətlə öyrənilməli, itkilərin səbənləri aydınlaşdırmalı və onların aradan qaldırılması üçün tədbirlər hazırlanmalıdır.
İş vaxtından istifadənin təhlili orta saatlıq, orta günlük və orta illik məhsul istehsalı göstəricilərini dinamika üzrə müqayisə etmək lazımdır.
Orta günlük istehsalın orta saatlıq istehsala nisbətən artması növbədaxili iş vaxtından istifadənin yaxşılaşmasını, orta illik hasilatın orta günlük hasilata nisbətən artması isə il ərzində işlənmiş günlərin sayının artmasını göstərir.Bu göstəricilər arasında aşağıdakı asılılıq vardır:
Y illik ist.=Y günlük ist. x Y iş günləri sayı;
Y günlük ist.=Y saat ist. x Y növbə ərz. saat miqd.;
Y illik ist.=Y saat ist. x Y il ərzində saat sayı=Y saat ist. x Y növbə ərz. saat sayı x Y iş günü.
İş vaxtı fondunun formalaşmasına və istifadə edilməsinə təsir edən amillərin təhlilində iş vaxtının orta uzunluğunun, iş vaxtının və fəhlələrin sayının dəyişməsinin müəssisədə iş vaxtı fondunun artırımasına və onlardan səmərəli istifadə edilməsinə nə dərəcədə təsir göstərdiyi aşkar edilməlidir.
Göstərilən amillərin iş vaxtından istifadə edilməsinə təsir dərəcəsini müəyyən etmək üçün müəssisənin uçot və hesabat məlumatlarından istifadə etməklə hesablamaları nəzərdən keçirək.

Göstəricilər



Keçən ildə

Cari ildə

Hesabat ilinin keçən ildəkinə və plana nisbətən kənarlaşması

Plan üzrə

Hesabat üzrə

Keçən ildəkinə nisbətən

Plana nisbətən

Mütləq rəqəmlə

%-lə

Mütləq rəqəmlə

%-lə

1.Cəmi işlənmiş adam-günləri (min adam günü hesabı ilə)

526.9

531.0

534.8

+7.9

+1.5

+3.8

+0.7

2.Cəmi işlənmiş adam-saatları (min adam saatı hesabı ilə)

3668

3672

3704

+36

+1.0

+32

+0.9

3.Fəhlələrin orta siyahı sayı

2175

2190

2210

+35

+1.6

+20

+0.9

4.bir fəhləyə düşən orta adam-günlərin sayı

242.3

242.5

242.0

-0.3

-0.1

-0.5

-0.2

5.İş gününün orta uzunluğu,saat hesabı ilə

6.96

6.91

6.93

-0.03

-0.4

+0.02

+0.3

Hesabat ilində fəhlələrin sayının həm keçən ildəkinə, həm də plana nisbətən artması ilə ümumi iş vaxtının (yəni adam-günü və adam-saatı) faktiki miqdarı da həm keçən ildəkinə, həm də nəzərdə tutulan plana nisbətən xeyli artmışdır.Məsələn, hesabat dövründə keçən ildəkinə nisbətən ümumi adam-günü 7.9 min adam-gün (534.8-526.9) və ya 1.5% (7.9 : 526.0 x 100) və 36 min adam-saat (3704-3668) və ya 1.0% (36 : 3668 x 100), plana nisbətən 3.8 min adam-gün (534.8-531.0) və ya 0.7% (3.8 : 531.0 x 100) və 32 min adam-saat (3704-3672) və ya 0.9% (32 : 3672 x 100) artmışdır. Bir fəhləyə görə orta hesabla işlənilmiş adam-günlərinin sayına gəldikdə isə burada vəziyyət nisbətən pisləşmişdir. Yəni hesabat dövründə keçən ilə nisbətən bir fəhləyə düşən orta adam-günlərinin sayı 0.3 adam-gün (242.3-242.0) və plana nisbətən 0.5 adam-gün (242.5-242.0) azalmışdır.


Hesabat dövründə iş gününün orta uzunluğu keçən ildəkinə nisbətən 0.03 saat (6.96-6.93) qısalmış və nəzərdə tutulan plana nisbətən 0.02 (6.93-6.91) artmışdır.
Deməli, hesabat ilində işçi qüvvəsindən və iş vaxtından bütövlükdə səmərəli istifadə olunmamış və boşdayanma hallarına yol verilmişdir ki, bu da müəssisə üçün mənfi hal kimi qiymətləndirilməlidir.
Təhlil işinin sonrakı mərhələlərində bir işçinin orta iş gününün, o cümlədən iş gününün orta uzunluğunun dəyişməsi səbəbləri öyrənilməlidir.Birinci dəyişikliyin səbəbi fəhlələrin müvəqqəti olaraq başqa işlərə cəlb edilməsi, növbədənkənar məzuniyyətlərin verilməsi, ayrı-ayrı sexlərin işinin müvəqqəti dayandırılması və başqa səbəblərdən işçilərin bütün boş dayanmaları hesabına iş vaxtının itkisi və ikinci dəyişikliyin səbəbi isə sexin materiallarla təminatının pis təşkil edildiyi, elektrik enrjisinin, suyun müvəqqəti olmaması və başqa hallarda fəhlələrin növbədaxili boş dayanmaları hesabına iş vaxtı itkisi hesab olunur. Beləliklə, iş vaxtı itkisinin öyrənilməsi, əməyin təşkili zəif olan sahələrin aşkar edilməsi, bu geriliyin aradan qaldırılması üçün zəruri olan tədbirlərin hazırlanmasından ötrü lazımdır. Bütün göstərilən məsələlər öyrənildikdən sonra iş vaxtından istifadənin təhlili vasitəsi ilə əldə edilən nəticələr ümumiləşdirilməlidir.
Fəaliyyətini təhlil etdiyimiz müəssisədə planda nəzərdə tutulmuş adam-saatlardan faktiki işlənilmiş adam-saatlarının kənarlaşması aşağıdakı amillərin təsiri nəticəsində olmuşdur.
1.Fəhlələrin orta siyahı sayının dəyişməsinin təsiri. Mütləq rəqəmlə nəzərdə tutulan plandan 200 fəhlənin artıq saxlanması hesabına plan üzrə bir fəhlənin iş günü 242.5 adam-gün və orta iş vaxtı fondu 32.5 min (20 x 242.5 x 6.9) adam-saat artmışdır.
2.Bir fəhlənin iş günlərinin plana nisbətən dəyişməsinin təsiri. Bir fəhlənin iş günlərinin planda nəzərdə tutulduğundan 0.5 gün az olması hesabına orta siyahı sayının 2210 və iş gününün orta uzunluğu 6.93 saat olması nəzərə alınmaqla 11.0 min (0.5 x 2210 x 6.93) adam-saat iş vaxtı itkisinin əmələ gəlməsinə səbəb olmuşdur.
3.İş gününün orta uzunluğunun dəyişməsinin təsiri. İş gününün orta uzunluğunun plandan 0.02 (6.91-6.93) saat artması hesabına iş vaxtı 10.7 (0.02 x 534.8) adam-saatı həcmində artmışdır.
Beləliklə, yuxarıdakı amillərin təsiri nəticəsində əldə etdiyimiz nəticəni aşağıdakı kimi ümumiləşdirmək olar:
1.İşlənmiş adam-saatlarının cəmi (min adam-saatı hesabı ilə)
a)plan üzrə 3672
b)hesabat üzrə 3704
c)plandan kənarlaşma (artmağa doğru) +32
2..O cümlədən amillərin təsiri nəticəsində:
a)fəhlələrin siyahı sayının dəyişməsi hesabına +32
b)orta hesabla bir fəhlənin iş gününün dəyişməsi hesabına -11
c)iş günü uzunluğunun dəyişməsi hesabına +11
Bu məlumatlardan görünür ki, müəssisədə fəhlələrin sayının dəyişməsi və iş gününün uzunluğunun artması hesabına işlənmiş adam-saatların sayı 43 min adam-saat (32+11) həcmində artmış və bir fəhlənin iş gününün dəyişməsi hesabına 11.0 min adam-saat iş vaxtı itkisinə yol verilmişdir.Nəticədə üç amildən ikisinin müsbət və birinin mənfi təsiri nəticəsində iş vaxtı 32 min adam-saat (43-11) artmışdır.



Yüklə 262 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin