Tələbə: Məmmədova Cəmilə Fakultə: Filologiya



Yüklə 24,72 Kb.
səhifə2/3
tarix24.12.2023
ölçüsü24,72 Kb.
#193095
1   2   3
6556- Verbal kommunikasiya

1. Monoloji nitq
2. Dialoji nitq.
3. Poliloq
Monoloji nitq. Latınca “mono”- bir, “loqos”- nitq deməkdir. Bu nitq başqa nitq növlərinə nisbətən mürəkkəb sintaktik quruluşa malik olub, daha geniş mövzunu əhatə edir. Monoloq öz-özünə, həmçinin bir və ya bir neçə şəxsə, dinləyiciyə ünvanlanan nitq növüdür. Monoloji nitq bir adamın öz fikir və mülahizələrini müntəzəm və ardıcıl surətdə şərh etməsi, başqalarının onu dinləməsidir. Monoloqu söyləyən adam nitqin məzmununa, zəngin söz ehtiyatına malik olmalı, danışdığı dilin qayda-qanunlarına mükəmməl yiyələnməlidir. Bu nitq daha çox incəsənət, təhsil, radio və televiziya, məhkəmə sahəsində və s. yerlərdə işlədilir. Monoloji nitqin məlumatvermə, təsviretmə və inandırma və s. kimi növləri vardır. Monoloji nitq intonasiya, mimika və jestlərlə müşayiət olunur. Bu nitq danışandan yüksək nitq mədəniyyəti, dinləyicinin diqqətini cəlb etmək üçün böyük məharət tələb edir.
Monoloji nitq şifahi və yazılı formada olur. Şifahi monoloji nitqin ən geniş yayılmış növləri mühazirə, məruzə, çıxışdır.
Mühazirə ali məktəblərdə, elmi idarələrdə, kütləvi tədbirlərdə istifadə olunur. Ali məktəblərdə müəyyən mövzu üzrə professor və ya dosentin söylədiyi mühazirə bu nitqə ən gözəl nümunədir. Mühazirə zamanı danışana yerindən sual verilə bilər. Bu zaman o, suallara yerindəcə və ya nitqin sonunda cavab verə bilər.
Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqdir. Məruzənin bir neçə növü vardır: hesabat məruzəsi, elmi məruzə, siyasi məruzə. Məruzə söylənilir, sonra məruzə müzakirə edilir və təkliflər verilir.
Çıxış müxtəlif yığıncaq və konfranslarda söylənilir. Çıxış elmi, siyasi və ictimai xarakterdə ola bilər. Çıxış yığcam və aydın olmalı, mövzudan kənara çıxılmamalı.
Yazılı monoloji nitqdən bədii ədəbiyyatda geniş istifadə olunur. Daha çox dram əsərlərində monoloqlar personajların daxili aləmini açmağa xidmət edir. Şair və yazıçılar ya özlərinin, ya da lirik qəhrəmanın hisslərini monoloqlar vasitəsilə ifadə edirlər.
Dialoji nitq. Dialoq- “dia”- iki, “loqos”- danışıq, nitq mənasındadır. dialoq, söhbət şəklində olur. Dialoji nitqdə iki nəfər iştirak edir. Dialoji nitqin əsas xüsusiyyəti həmsöhbətlərin bir-birinə münasibəti və bir-birini anlamalarıdır. Danışan əvvəlcə düşünür, sonra fikrini ifadə edir. Digəri əvvəlcə dinləyir, düşünür, sonra deyilənlərə öz münasibətini bildirir: ya sual verir, ya təsdiq edir, ya inkar edir.
Bu nitqdə sadə cümlənin bütün növlərindən, əsasən, yarımçıq cümlələrdən, xitab və ara sözlərdən, ritorik suallardan istifadə edilir. Dialoji nitqdə bəzən inversiyaya da yol verilir. Ancaq bununla belə, bu nitq zamanı dil normalarına əməl edilməli, fasilə və intonasiya gözlənilməlidir.
Dialoji nitq zamanı tərəflər daha fəal olub müxtəlif intonasiya və jestlərdən istifadə edə bilərlər. Lakin bu zaman onlar etik normalara əməl etməyi unutmamalı, kobud sözlərə, artıq, yersiz jestlərə yol verməməlidirlər. Bununla yanaşı dialoji nitq zamanı danışanlar bir-birinin sözünü kəsməməli, dinləməyi bacarmalıdırlar. Çünki danışıq, nitq mədəniyyəti olduğu kimi, dinləmə mədəniyyəti də vardır. Səbirlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin təzahürüdür. Dialoji nitq zamanı danışanların xarakteri və mədəni səviyyəsi açılır.
Dialoji nitqin sual-cavab, deyişmə, diskussiya, müsahibə, müzakirə və s. kimi növləri vardır.
Dialoqların ən qədim nümunələri antik dövrdə yaşamış Platonun dialoqları hesab olunur.
Dialoq bədii əsərin, xüsusilə dramatik əsərlərin əsas tərkib hissəsini təşkil edir. Bədii əsərlərdə müəllif oxucuya surətlərin daxili aləmini dialoqlar vasitəsilə çatdırır.

Yüklə 24,72 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin