Mədəni nitqə verilən başlıca tələblər
Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. Tarixi inkişafın bütün dövrlərində nitqə,onun gözəlliyinə xüsusi diqqət yetirilmiş və yüksək qiymət verilmişdir.“Qobusnamə” də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də
söz anladasan”Bir zərb-məsəldə deyilir: “Sözün zahiri lətif, batini lətif olmalıdır”.
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar mədəni nitqin əsas keyfiyyətləridir)vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər aşağıdakılardır: aydınlıq, düzgünlük, dəqiqlik, ifadəlilik,sadəlik, yığcamlıq, zənginlik, təmizlik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu
işarələrinə əməl edilməsi də daxildir.[3.62] Kütlə qarşısında çıxışın anlaşıqlığını və səmərəliliyini müəyyən edən əsas üslub əlamətlər: