TəLƏBƏ: Paşazadə Rəhimə faküLTƏ: Filologiya və tərcümə İXTİsas



Yüklə 46,02 Kb.
səhifə7/9
tarix31.12.2021
ölçüsü46,02 Kb.
#50059
1   2   3   4   5   6   7   8   9
rəhimə nitq

5. Nitqin zənginliyi. Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən –sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan,intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarmalıdır.Müəyyən rabitəli mətndə nə qədər çox müxtəlif və təkrarlanmayan söz, ifadə və cümlə işlədilərsə, həmin nitq o qədər də zəngin olar, maraqla dinlənilər, yaxşı təsir bağışlayar, asan dərk olunar. Söz ehtiyatı zəngin olan, işlətdiyi hər söz və ifadənin mənasını yaxşı anlayan adam həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir. Lüğətin zənginliyi məsələsi insanın məşğul olduğu işin xarakterindən, yaşadığı mühitdən, mütaliəsindən, dünyagörüşündən asılıdır. Görüş dairəsi və mütaliəsi geniş, savadı mükəmməl adamların söz ehtiyatı da zəngin olur. Belələri öz çıxışlarında (adi söhbətlərində də) dilimizin söz xəzinəsindən bacarıqla istifadə edirlər.[2.50].

Yüklə 46,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin