Nitqə verilən tələblərdən biri də onun səmimiliyidir. Natiq öz çıxışı ilə onu dinləyənləri inandıra, onların ürəyinə yol tapa bilməlidir. Bu o zaman mümkün olur ki, nitq həyat həqiqətləri, real hadisələr əsasında, qarşı tərəfin mənafeyinə uyğun qurulsun, onu razı salsın. Bu baxımdan ulu öndərimiz H.Əliyevin çıxışlarını, söhbətlərini nümunə kimi göstərmək olar. Dərin məntiqə, mənaya əsaslanan bu çıxışlar cazibəli, sadə, səmimi idi. O, xalqla onun öz dilində danışardı. Çıxışlarında “xalq hər şeyi bilməlidir, xalqdan heç nəyi gizlətmək olmaz” kimi prinsipləri rəhbər tutaraq dinləyiciləri inandıra, qəlblərə yol tapa bilir, izahedici nitqi ilə insanları müstəqilliyimiz uğrunda mübarizə aparmağa, nailiyyətlər əldə etməyə səsləyir və buna nail olurdu [2.47]