1. Fonetik təhlil.
Fonetik əvəzlənmələr. Sait səs əvəzlənmələri:
Halə- hala (a>ə);
Əsbabinə- əsbabına (ı>i; a>ə);
Güzər- güzar (a>ə);
Hali- halı (ı>i);
Pərişanə- pərişana (a>ə);
Şami- şamı (ı>i);
Narə- nara (a>ə).
Fonetik əvəzlənmələr. Samit səs əvəzlənmələri:
Degil- deyil (y>g);
Xatəm- hatəm (h>x).
Səsdüşümü:
Eyləməz- eləməz;
Eylə- elə;
Göstərü- göstər.
Səsartımı:
Ömr- ömür;
Gər- əgər;
Çün- çünki.
2. Leksik təhlil.
Milli sözlər (Əsl Azərbaycan-türk mənşəli sözlər):
Həzər- saqınma, uzaq olma, ehtiyat etmə, qorunma, çəkinmə, özünü gözləmə;
Əyyam- günlər, çağ, zaman, dövr;
Xacə- 1) sarıqlı əfəndi, molla, seyid; 2) axtalanmaq, axta;
Əsbab- 1) səbəb, dəlil; 2) silah, yaraq, alət, hacət, avadanlıq, ləvazimat;
Güzar- 1) yol, keçid, keçmə; 2) gediş, səfər;
Sidq- sədaqət, səmimilik, ürək təmizliyi;
Şol- “ol” (“o”) işarə əvəzliyinin qədim forması;
Dilbər- gözəl sevgili, canan;
Hüsn- 1) gözəllik, camal; 2) gözəllik, yaxşılıq, məqbulluq, müsbətlik;
Məlahət- gözəllik, şirinlik, lətafət, cazibə, duzluluq;
Şərh- 1) açma, anlatma, izah etmə, təfsir etmə, bildirmə; 2) bir şey haqqında izahedici və ya tənqidedici qeydlər, mühakimələr;
Səltənət- 1) padşahlıq, hökmdarlıq; 2) dövlət, hökumət;
Bünyad- özül, kök, əsas, bina, təməl.
Dostları ilə paylaş: |