Dialektlər:
Tüngi- cavan.
Arxaizmlər:
Xacə- sarıqlı əfəndi, molla, seyid;
Əsbab- 1) səbəb, dəlil; 2) silah, yaraq, alət, hacət, avadanlıq, ləvazimat;
Şol- “ol” işarə əvəzliyinin qədim forması;
Hüsn- 1) gözəllik, camal; 2) gözəllik, yaxşılıq, məqbulluq, müsbətlik;
Xatəm- 1) möhür, damğa; 2) üzük;
Şəcər- ağac.
3. Morfoloji təhlil.
Seçdiyim parçada əsas nitq hissələri ilə yanaşı aşağıdakı köməkçi nitq hissələri işlənmişdir:
Ey- çağırış bildirən nida;
Gəl- əmr ədatı;
Gər (əgər)- şərt bağlayıcısı;
Üçün- səbəb-məqsəd qoşması;
İlə- birgəlik, vasitə qoşması;
İlə- birləşdirmə bağlayıcısı;
Çün (çünki)- səbəb bağlayıcısı;
Kimi- bənzətmə qoşması.
Xüsusi adlar:
Musayi-İmran- Musa ibn İmran;
Nəsimi.
Bənzətmələr:
Musiyi-İmran kimi;
Ər kimi.
İzafət birləşmələri:
Əhli-nəzər- dərindən düşünən, düşüncəli;
Tərki-sər- 1) başından keçmə; 2) həyatından keçmə;
Dövri-məlahət- dövr gözəlliyi;
Şəqqül-qəmər- ayın parçalanması;
Şərhi-şəcər- ?;
Zirü-zəbər- alt-üst;
Tüngi-şəkər- cavan şəkər.
Sinonimlər:
Dünya- cahan;
Şirin- şəkər;
An-əyyam;
Xətm- xatəm;
Hüsn- məlahət.
Antonimlər:
Zirü- zəbər.
Xitablar:
Ey can;
Ey əhli-nəzər;
Ey xacə;
İlahi;
Еy fitnələrin хatəmi.
Dostları ilə paylaş: |