Telman orucov


Ədəbiyyatın dirçəlişi. Konkistadorların vəhşiliyi



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

Ədəbiyyatın dirçəlişi. Konkistadorların vəhşiliyi.  
Frimasonluğun gizli missiyası  
 
1492-ci  ildə  Xristofor  Kolumb  Orinoko  çayının  mənsəbinə  çatanda,  o 

246 
 
inanırdı ki, bu Ədəmdən axan dörd çaydan biridir. O, vətəninə yazırdı: «Bu böyük 
əlamətlər buranın təqribən yerüstü cənnət olduğunu göstərir. Təkcə ona görə yox 
ki, müqəddəs rəylərin və oxumuş ilahiyyatların riyazi mövqeyinə uyğun gəlir, həm 
də ona görə ki, bütün digər müdriklər bunun mümkün olması ilə razılaşırlar». 
Kolumb kraliça İzabellaya yazdığı məktubda belə bir ümid ifadə edirdi ki, o 
«qızılla dolu çəllək» tapacaqdır, bu isə qadın və onun əri kral Ferdinand tərəfindən 
Yerusəmimin yenidən işğal edilməsini maliyyələşdirəcəkdir. 
Ferdinand  yenicə  Qranadanın  Mavrlardan  alınmasına  başçılıq  etmişdi. 
Ərəbləri  bütünlüklə  qovmaqla  İspaniyanı  yenidən  Kilsənin  ağuşuna  qaytarmışdı. 
Kolumb bilirdi ki, qızıl, vətənin yaxınlığındakı və sürətlə güclənən düşmənə qarşı 
müharibəni  maliyyələşdirməyə  sərf  ediləcəkdir  və  əleyhinə  böyük  iddialar 
qaldırılan düşmən isə Tampiliyerlər Rıtsarlarının ruhi varisi adlanacaqdır. 
Servantes və Şekspir isə bir-birinə tam müasirlər kimi idilər. Yaşlı rıtsar olan 
Don  Kixot  nizə  ilə  külək  dəyirmanlarını  məhv  etmək  stəyirdi.  Dolu  bədənli, 
sarımsaq çeynəyən kənd qızını isə rıstar nağıllarından gələn Dulsineya adlı gözəl 
kübar qızı kimi görürdü. O, ilk anda komediya qəhrəmanı kimi görünə bilərdi. Bir 
cəhətdən  Don  Kixot  ötüb  keçmiş  Orta  əsrlər  rıtsar  ideallarına  qayıtmağı  təkid 
etməyə  çalışırdı.  Digər  tərəfdən  o,  özünün  «ikinci  uşaqlığına»  daxil  olurdu, 
təxəyüllərin daha real göründüyü dövrlərə qayıdırdı. 
Bəzi ispan alimləri sübut edirlər ki, Don Kixot kabalistik «Zöhar»ın (və ya 
«Füsunkarlıq Kitabı»nın) alleqorik icmalıdır. Don  Kixotun nökəri Sanço Pansaya 
Merlin  hiylə  gələrək  onu  inandırmışdı  ki,  Dulsineya  tilsimlənmişdir,  məhz  ona 
görə də o, kök kənd qızlarına bənzəyir. Don Kixotun özü açıq ürəklilik nəticəsində 
səhvlərə  yol  verirdi.  O,  ispan  Xristi  adlanırdı  və  əgər  o,  real  olaraq  yaşasaydı,, 
dünya tarixinə onun səyahətinin təsiri daha böyük olardı. 
Servantesin  müasiri,  dramaturq  Ben  Conson  isə  Uilyam  Şekspir  haqqında 
deyirdi  ki,  o,  «Latın  dilini  az  bilirdi  və  yunan  dilini  bundan  az  bilirdi».  Belə  bir 
adam olduqca mükəmməl olan bu əsərləri necə yarada bilərdi, öz dövrü üçün necə 
erudit  ola  bilərdi?  Böyük  müasirlərindən  çoxu  Şekspirin  pyeslərinin  müəllifinin 
Oksford  qrafı  Kristofer  Marlou  və  sonradan  şair  Con  Donn  olduğunu  deyirdilər. 
Müəllifliyə daha populyar namizəd isə, əlbəttə ki, Frensis Bekon idi. 
Əgər  İisus  Xrist  iç  həyata  toxum  səpmişdisə,  Şekspir  onun  böyüməsinə 
kömək etdi, onu məskunlaşdırdı və bizə bu düşüncəni verdi. Bizim hər birimiz onu 
daxili  kosmos  kimi  içimizdə  gəzdiririk  və  o  həm  də  zahiri  kosmos  kimi  genişdir. 
Hamlet  yalnız  ağlını  itirmə  vəziyyətində  «olumun  ya  ölümün»  yaxşı  olduğuna 
əmin  deyildi.  Bu  Axillesin  harayından  gələn  uzun  yol  idi,  axı  o,  nəyin  bahasına 
olursa olsun, günəş işığında yaşamaq istəyirdi. Faciə aktyorlarının çoxu indiyədək 
inanır  ki,  «Makbet»də  təhlükəli  okkult  formulu  vardır,  pyes  oynanılanda  bu  ona 
sehrli mərasim gücü verir. «Yay gecəsi yuxusu» pyesində biz Yaşıl Meşəyə giririk, 
digər  komediyalarda  da  yenidən  qədim  meşələrə  daxil  oluruq.  Biz  şüurun  arxaik 
formalarına  qayıdırıq,  bunda  bütün  təbiət  ruhlar  tərəfindən  canlanır.  Bütün 
rəssamlıqda  və  ədəbiyyatda  fırlanan  bitki  adətən  siqnal  verir  ki,  biz  ezoterik 
səltənətə, efir ölçüsünə daxil oluruq. Şekspirin əsərləri, əlbəttə ki, çiçək obrazı ilə 
dolu  idi.  Tənqidçilər  isə  çox  vaxt  qızıl  güldən  istifadə  edilməsini  okkult  simvolu 

247 
 
kimi izah edirlər. 
Şekspir  bir  tapmacadır.  İisus  Xrist  kimi  o,  insan  şüurunu  inqilabiləşdirir, 
həm  də  əks  tarixi  məlumatın  izlərini,  demək  olar  ki,  görünməz  edir.  Şekspirin 
peyslərində  Sufi  məmnunluğunu  bol  şəkildə  görürük.  Sufizm,  mistik  rəmz  kimi 
qızıl gülün böyük mənbəyidir.  
Harun ər- Rəşidin sarayında və sonralar ərəb xalqı arasında elmin, xüsusən 
matematikanın,  fizikanın  və  astronomiyanın  irəliyə  doğru  böyük  sıçrayışı  baş 
verdi.  Bunu  ərəb  xalqı  ilə  ingilislər  arasında  olan  bir  dərin  mistik  əlaqə  hesab 
etmək  olar  ki,  elmi  tədqiqatın  böyük  ərəb  ruhu  yenidən  Frensis  Bekonla  birlikdə 
yaşamağa başladı. Axırıncı isə fərdi qaydada Şekspirlə yaxından eyniləşdirilmişdi. 
Bekon böyük elmi inqilabı ilhamlandırmışdı. 
Şekspir  dünyası  bəşər  dəyərlərinin  dünyası  idi.  Burada  nə  baş  versə,  bu, 
insan xoşbəxtliyi və karta qoyulan insan həyatlarının ölçüsü idi. Bekon dünyası elə 
idi ki, insan dəyərləri soyulub çıxarılmışdı. 
İnsan  təcrübəsi  hiylə  xüsusiyyətli,  paradkosal,  sirrli  və  bütövlükdə 
əvvəlcədən  bilinən  şey  idi,  bunları  isə  Şekspir  dramatikləşdirirdi.  Bekon 
bəşəriyyətə öyrədirdi ki, fiziki obyektlərə baxsın, onlar təcrübə ilə qənaətlənmişdir
tabe olduqları və qabaqcadan məlum olan qanunları nəzərə alır. Ona görə də, elmi 
fəlsəfə tarixində o, İnduksiyanın Atası kimi məşhurdur. Qısaca, Bekon belə qərara 
gəldi  ki,  əgər  obyektiv  qaydada  mümkün  olan  obyektləri  müşahidə  etməyi 
bacarırsansa,  müxtəlif  nümunələr  onun  quruluşunun  subyektiv  təcrübəsini  verir. 
Bu planetin sifətinin dəyişilməsinin reallaşması idi. 
1517-ci  ildə  Papa  Romada  yeni  müqəddəs  Pyotr  bazilikasının  inşaasına 
çəkilən  xərci  ödəmək  üçün  bağışlanmanı  -  indulgensiyanı  satmağı  yenidən  işə 
saldı.  Bu,  dünyada  ən  füsunkar,  həm  də  bədxərcliklə  tikilən  bina  olmalı  idi. 
Vittenberqdəki  müəllim  Martin  Lüter  indulgensiya  satılmasına  qarşı  olan  öz 
arqumentlərini  yazıb, bu kağızı  yerli  kilsənin qapısına vurdu. Həmin  vərəqə  icma 
üçün  nəzərə  çarpan  mövqeyə  çevrildi.  Lüterin  kilsədən  kənarlaşdırılması  barədə 
Papa bullu çıxdından sonra o, bu sənədi ona valeh olan kütlə qarşısında yandırdı. 
O,  elan  etdi:  «Mən  burda  dayanmışam».  Saatın  qəhrəmanı  olan  Lüter  yeni 
hökmdarın himayəsi nəticəsində tonqalda yandırılmaqdan qaça bildi və Papalığın 
bədxərcliyinə qarşı olan etirazlara başçılıq etdi. Protestanizm dünyaya gəldi. 
Lüter  mistik  təlimdə  sərt  qaydada  dəyişdi.  Onun  yaxın  dostu  və  ədəbi 
silahdaşı okkultist Filipp Malanxton idi. Axırınıcı astrologiyanı müdafiə edirdi və 
Faustun tərcümeyi-halını yazmışdı. Lüterin özü də müəyyən şərtlərdə ruh dünyası 
ilə  əlaqədə  idi,  ona  bələdçilik  edən  səsləri  dinləyirdi.  O,  əlkimyaya  rəğbətlə 
yanaşırdı, onu «allerqoriyasına və gizli mənasına» görə tərifləyirdi, etiraf edirdi ki, 
bəşəriyyətin  dirilməsində  müəyyən  rol  oynamışdır.  Lüter  qızıl  gülü  öz  simvolu 
kimi  qəbul  etmişdi.  Buna  baxmayaraq,  Lüterin  beş  ləçəkli  ağ  qızıl  gülü  özündə 
kiçik çarmıxı daşımaqla, heç də mistik qızıl gül deyildi. 
Xristofor Kolumbun izi ilə az sayda idealist adamlar addımladı. 1519-cu ildə 
Ernando  Kortes  Yukatan  körfəzi  sahilinə  üzdü,  orada  o,  Verakruz  adlanan  baza 
yaratdı. O, və onun ispan ardıcılları attseklərin ağlasığmaz sərvəti barədə söhbətlər 
eşitmişdilər,  onların  hökmdarı  Moktesumanın  səfirinin  hədiyyələrlə  bazaya 

248 
 
gəldiyini  gördükdə,  məəttəl  qaldılar.  Hədiyyələrə  araba  təkəri  boyda  Günəşin 
obrazı,  həmçinin  Ayı  təmsil  edən  gümüş  obraz  daxil  idi.  Burada  həmçinin  qızıl 
dənələri ilə dolu dəbilqə və «kettsal» quşunun lələklərindən düzəldilmiş baş bəzəyi 
var  idi.  Attsek  səfiri  izah  etdi  ki,  bu  onun  ağası  Moktesumanın  hədiyyələridir, 
Kettsal  Koutl  böyük  allahı  tərəfindən  verilmişdir.  Səfir  izah  etdi  ki,  bu  allah 
çoxdan  Yer  üzünü  tərk  etmiş  və  Ayı  öz  vətəni  etmişdir.  Attsek  astroloqları 
peyğəmbərlik edirdilər ki, bu allah geri dönəcəkdir. 
Kortesin  ardıcılları  attseklərin  paytaxtı  Tenoçtitlana  (indiki  Mexiko  şəhəri) 
gəlib  çıxanda  öyrəndilər  ki,  bu  şəhər  gölün  ortasındakı  adada  salınmışdır,  yalnız 
əllə tikilmiş dar körpü hesabına asanlıqla müdafiə olunur. 
Moktesuma onları qarşılamağa gəldi, Allah kimi baxdığı Kortesin qarşısında 
əyildi və onları içəri keçməyə dəvət etdi. Kortesin planı Moktesumanı oğurlamaq 
idi ki, onu girova çevirsin. Lakin adamları sarayadakı bütün qızılları görəndə, onlar 
ləngimədən  çarı  öldürdülər.  Bu  səfehlikləri  üzündən  onlar  yalnız  uzun  müddətli 
döyüşdən sonra qaçıb aradan çıxa bildilər. Bu tarixdəki qanlı epizodlardan birinin 
başlanğıcı idi. 
Konkistadorlar  (ispan  işğalçıları)  bütün  qızılların  gizli  mənbəyi  və  qızılla 
örtülmüş çar, El Dorado barədəki şayiələri eşitmişdilər. Çar hər səhər maye qızılda 
çimirmiş. Bu əfsanəvi çar şəhərinə qonaq kimi gələn ingilis səyyahı Uolter Reli də 
yazırdı: «İmperiya şəhərinin damları qızıldandır». 
Kortesin  rəqibi  Fransisko  Pisarro  üzüb  Peruya  gəlmişdi,  on  min  adamı 
himayə  etməklə,  bütöv  ölkəni  talamaq  niyyətində  idi.  Bunu  o,  yalnız  iki  min 
nəfərdən ibarət tərkibi olan ordunun köməyi ilə edəcəkdi. 
Kortes  kimi  o,  silahsız  görüşmək  təklifindən  sonra  çarı  oğurladı.  Girovun 
haqqı  kimi  o,  otağın  tavanına  qədər  qızıl  verilməsini  tələb  etdi.  Bir  neçə  həftə 
ərzində  yerlilər  dəstəsi  qızıl  lövhələri,  şamdanları  və  digər  gözəl  əl  sənəti  işləri 
olan  şeyləri  gətirirdilər.  Lakin  otaq  hələ  də  dolmamışdı.  İspanlar  tələb  etdilər  ki, 
sövdələşmə  yalnız  otağın  qızıl  külçələrlə  dolması  ilə  yerinə  yetiriləcəkdir.  Onlar 
bütün sənət əsərlərini əritdilər ki, otağı doldurmaq üçün daha çox yer qalsın. 
Kortesin etdiyini labüd olaraq təkrar edən Pisarronun adamları da səbirsizlik 
göstərib,  Peru  çarını  öldürdülər.  Açıq  düşmənçilik  başlandı.  Pisarronun  kiçik 
ordusu  paytaxta  hücum  edəndə  qızıl  divarları  olan  sarayları,  qızıl  mətbəx 
avadanlıqlarını, qızıldan olan heykəlləri, heyvanları və qızıl silahları gördülər.  
Burada hətta ağacları, gülləri və heyvanları qızıldan düzəldilmiş süni bağ var 
idi.  Üç  yüz  fut  uzunluğu  və  altı  yüz  fut  eni  olan  sahədə  qarğıdalının  hər  birinin 
gövdəsi gümüşdən, qıçaları isə qızıldan düzəldilmişdi.  
Yüz  min  attsekin  Tenoçtitlan  uğrunda  döyüşdə  öldürüldüyü  güman  edilir, 
bunun  müqabilində  bir  ovuc  konkistador  həyatını  itirmişdi.  Belə  hesab  edilir  ki, 
işğal dövründə iki milyona qədər yerli adam öldürülmüşdü. Yerlilər asan qaydada 
ət  yeyə  bilmirdilər.  Avropalıların  mentallığı  ilə  vuruşanda  yerlilər  onların 
xəyanətkarlığını  öyrənib,  buna  uyğunlaşdılar.  Ona  görə  də  konkistadorlar  da  ağır 
itkilər verməyə başladılar. 
Konkistadorlar heç vaxt El Doradonu və paytaxtın ətrafında belə zənginlikdə 
olan  hansısa  bir  qızıl  mənbəyi  mədənini  tapmadılar,  Cənubi  Amerikadakı  qızıl 

249 
 
ancaq Kontrreformasiyanı (XVI-XVII əsrlərdə Qərbi Avropada papalığın başçılıq 
etdiyi  və  Reformasiyaya  -  katolik  dininin  eybəcərliklərinə  qarşı  mübarizə 
hərəkatına  qarşı  olan  dini-siyasi  hərəkatı)  maliyyələşdirmək  üçün  kifayət  idi.  Bu 
İspan inkvizisiyasına böyük ölçüdə kömək göstərirdi. 
Frensis Bekon yazırdı Ki, «Təbiət sənin tələsik hərəkət etdiyin labirintdir, o 
səni öz yolunu itirməyə sövq edəcəkdir. Bekon, təbiətlə şahmat oynayan alim kimi 
yazırdı. Cavab vermək üçün o, ilk dəfə təbiəti yaşamaq yolunu tuturdu. Əgər təbiət 
öz  sirrlərini  kənara  bölüşməyə,  hiyləgərlik  etməyə  möhtacdırsa,  ona  görə  də 
təbiətin özü irsi olaraq aldadıcıdır, əgər bu aldatmaq deməkdirsə. 
Bekon deyirdi ki, «Biliyin bu bənzər səltənətində, göylərin Allah səltənətinə 
nisbətən əgər bu azacıq qaydada düzgün deyilsə, heç kəs ona «ilk dəfə kiçik uşağa 
çevrilmək  istisna  olmaqla»  daxil  ola  bilməyəcəkdir».  Bu  o  demək  idi  ki,  ağılın 
müxtəlif  və  uşağabənzər  vəziyyəti  birincisinə  çatmağa  möhtacdır,  bu  qaydada 
məhz yüksək biliyə çatılmalıdır. 
Frimasonluq  daim  dünyanın  düzgün  sifətini  təmsil  etmişdir.  Anqlo-sakson 
lojaları öz ezoterik mənşələri barədə utancaq idilər.  Frimasonluğun  məqsədi həm 
də  həsr  olunmağa  hazır  olduqda  adamı  öz  inkişafı  səhnəsinə  gətirmək  üçün  olan 
sosial şəraitlərin sürətlənməsinə kömək etməkdir. Frensis Bekon tərəfindən inkişaf 
etdirilən adam iç kosmosu və fərqli zahiri kosmosu görməyə başladı. 
Corc  Vaşinqton  1752-ci  ildə  frimasonluğa  həsr  olundu.  1774-cü  ildə 
Bencamin  Franklin  Tomas  Peynlə  Londonda  Lojada  (Frimasonluq  təşkilatının 
şöbəsi,  masonların  toplaşma  yeri)  görüşdü  və  onu  Amerikaya  mühacirət  etməyə 
inandırdı.  Peyn  inqilabın  böyük  peyğəmbərinə  çevrildi,  ştatların  federasiyasını 
təklif  edərək ilk dəfə  «Amerika  Birləşmiş  Ştatları»  terminini dilinə  gətirmişdi. O, 
quldarlığın ləğv edilməsini və yoxsulların təhsili üçün dövlət fondu yaradılmasını 
təkid  edirdi.  Kolumbiya  mahalındakı  Vaşinqtonda  tikilən  Kapitolinin  künc  daşını 
Corc  Vaşinqton  1793-cü  ildə  qoyarkən,  icra  edilən  mason  mərasimi  bu  binanın 
qapısında təsvir  edilmişdir.  Vaşinqton xristian  dindarlığının  modeli  kimi  astroloq 
idi.  Frimasonların  astrologiyaya  marağı  Royal  cəmiyyətinin  bünövrəsində 
köklərində çox güclü idi. Kristofer Ren və Corc Vaşinqton kimi ezoteriklərin künc 
daşı qoyulanda astroloji proporsiyalara müraciət etməsi, göy cisimləri ierarxiyasını 
həmin  mərasimdə  iştiraka  dəvət  etmək  mənasını  verirdi.  Bu  da  xüsusi  əhəmiyyət 
kəsb edirdi ki, Corc Vaşinqton Kapitoli binasının binövrə daşını qoyanda Yupiter 
Şərqdə  yüksəlmişdi.  Prezident  Franklin  Delano  Ruzvelt  33-cü  dərəcəli  frimason 
idi,  ona  öz  vitse-prezidenti  Henri  Uolles  tərəfindən  okkult  simvolizmi  barədə 
məsləhət  verilirdi,  axırıncı  isə  frimason  və  teosofizm  ardıcılı  olmaqla  yanaşı, 
rəssam Nikolay Rerixin şagirdi idi. 
XVIII  əsr  tərəqqi  etdikcə  Fransada  «naməlum  filosof»  Müqəddəs  Martin 
öyrədirdi  ki,  «hər  adam  kraldır».  Şevalye  (cəngavər)  Ramsey  1730-cu  ildə 
Parisdəki  Böyük  Lojanın  əsasını qoyan  şotland  mülkədarı  idi.  O, Parisdə  yeddi  il 
sonra  yeni  həsr  olunmalar  vaxtı  nitq  söyləmişdi:  «Bütün  dünya  böyük  respublika 
olmaqdan  başqa  bir  şey  deyildir.  Biz  işıqlanmış  zəkası  olan  bütün  adamları 
yenidən  birləşdirmək  uğrunda  mübarizə  aparırıq…  özü  də  təkcə  gözəl  incəsənətə 
məhəbbətə görə deyil, həm də hətta daha çox ləyaqətin, elmin və dinin inkişaf edən 

250 
 
prinsiplərindən keçməklə, haradakı qardaşlıq maraqları və bəşəriyyətin bütöv ailəsi 
biri  digəri  ilə  birləşə  bilər...  Və  bundan  irəli  gələrək  bütün  səltənətlərin  təbəələri 
biri digərini sevməyi öyrənə bilər». 
Frimasonluq bütün dünyaya yayıldı, çox tezliklə öz sıralarına minlərlə, daha 
sonra  isə  yüz  minlərlə  adamı  cəlb  etdi.  Frimasonlar  müəyyən  sosial  və  iqtisadi 
azadlıq  dərəcəsində  tolerant  çiçəklənən  cəmiyyəti  yaratmaq  üzərində  işləyirlər. 
Şotlandiyada,  Londonda  və  Parisdə  ona  lojalar  qurulduqdan  sonra,  XVIII  əsrdə, 
1760-cı  illərdə  frimasonlar  üçün  böyük  hadisə  baş  verdi.  Bu  Portuqaliya  maqı 
Martines  de  Paskuallinin  yaratdığı  «Elus  Koenlər»  (və  ya  «Seçilmiş  keşişlər») 
ordeni  idi.  Müqəddəs  Martin  isə  onun  şagirdi  və  varisi  idi.  Martinist  fəlsəfəsi  bu 
günə qədər fransız frimasonluğunda yüksək dərəcədə nüfuzlu bir təlim olaraq qalır. 
Terror dövründə (1793-94-cü illər) Parisdə yaşayan Müqəddəs Martin adamlara öz 
mənzilinə  gəlməyə  icazə  verirdi,  onları  öz  əlləri  üzərində  mistik  qaydada 
uzandırmaqla həsr olunmaya cəlb edirdi. Bu vaxt onlar təhlükəyə məruz qalırdılar, 
maska geyinirdilər ki, görüş vaxtı kim olduqlarını digərlərindən gizlətsinlər. 
 
Romantizm. «İşıqlananların» terroru 
 
Kabalada  isə  bütün  Romantizm  ezoterik  ənənələrdə  olan  kimi  dünyanın 
yaranması  kosmik  zəkadan  çıxan  müxtəlif  mənşələr  seriyasının  şəraitlərində  baş 
verən kimi qəbul edilirdi. Kabalada yunan və Roma miflərində olan kimi, mənşələr 
kişi və qadın kimi düşünülürdü. 
Avropa  imperatorlarının  şərqə  doğru  genişlənməsi,  digər  istiqamətlərdə 
keçmişi  qazıb  üzə  çıxarmaq,  Tankrit  yoqa  praktikaları  barədə  şayiələrin 
yayılmasına səbəb oldu. 
Romantizmdə  isə  fərdi  daxili  həyat  nəticədə  genişlənərək  nəhayətsiz 
variantlarda  geniş  kosmosa  çevrildi.  Məhəbbət  bir  kosmosun  digərinə  olan 
məhəbbəti idi. Dərinin dərinliyə çağırırdı. Romantizmlə məhəbbət yeni dəbə keçdi 
və  simfonik  olana  çevrildi.  Əgər  adam  sevirsə,  beləliklə  işıqlananana  çevrilir, 
dünya  isə  kölgələrin  dünyasına  çevriləcəkdir.  Onlar  yenidən  ayrıldıqda,  məna, 
mahiyyət dünyada şeh kimi məskunlaşacaqdır. 
Bethoven  öz  sənətini  yeni  musiqinin  dilini  eşitməklə  tapdı,  hiss  edilən  və 
ifadə  edilən  şeylər  heç  vaxt  belə  şəkildə  hiss  və  ifadə  olunmamışdı.  Böyük 
Aleksandr  ilahi  qüvvə  maniyası  ilə  idarə  olunanda,  onun  dühasının  dayanmaq 
bilməyən  mənbəyi  Misir  və  Hind  ezoterik  mətnlərinin  təkrar-təkrar  oxumaq  idi. 
Bethovenin  isə  «de  Minor  Sonata»sı  və  «Apposionata»sı  Şekspirin  «Tufanı»na 
bərabər bir sənət nümunələri idi. Şekspirin pyesində isə okkult idieyaların ən dəqiq 
ifadəsi nəzərə çarpır. 
Siyasət  məsələlərinə  gələndə,  şevealye  Ramsey  1730-cu  ildə  əsasını 
qoyduğu  lojalarda  siyasətin  müzakirəsini  qadağan  etmişdi,  lakin  frimasonlar 
Avropada siyasi liderliyi əldə saxlamışdılar. Kim ki, siyasi təsir göstərmək istəyir, 
bu yolunu azma şəkilində olmalıdır.  
1789-cu  ildə  Fransada  üç  yüz  loja  var  idi,  onlardan  altmış  beşi  Parisdə  idi. 
Bu  günkü  fransız  frimasonlarının  bəzilərinin  qiymətinə  görə  Fransada  o  vaxtlar 

251 
 
yetmiş  mindən  çox  frimason  var  imiş.  Danton,  Demulen,  Mirabo,  Marat, 
Robespyer, Gilyoten və digər liderlər «işıqlanmışdılar». 
Terror vaxtı edam olunanların sayı barədə müxtəlif məlumatlar vardır. Sərt 
təbiətli  və  pozulmamış  hüquqşünas  olan  Maksimilian  Robespyer  İctimai 
Təhlükəsizlik  Komitəsinə  başçılıq  edəndə,  o,  həm  də  polis  departamenti 
səlahiyyətini  daşıyırdı,  gündə  yüzlərlə  adamı  gilyotinaya  göndərirdi,  cəmi  2750 
adam  edam  olunmuşdu.  Onlardan  yalnız  650-si  kübar  idi,  qalanları  isə  adi 
zəhmətkeş adamlar idi. Rebespyer hətta silahdaşı Dantonu da edam etdirmişdi. 
Saturn öz uşaqlarını yeyirdi. 
Necə  olurdu  ki,  ən  maariflənmiş  və  ağıllı  adamlar,  bu  qan  tökülməsinə 
razılıq  verirlər?  İdealistik  fəlsəfəyə  görə  sonluqlar  heç  də  mahiyyətə  haqq 
qazandırmırdı.  Motivlər  nəticəni  nə  qədər  gizlətsə  də,  ona  təsir  göstərməmiş 
qalmırdı,  Robesniyer  guya  vətəndaşların  haqlarını  və  onların  əmlakını  mühafizə 
etmək  naminə  öz  mənfur  vəzifəsini  həyata  keçirmək  üçün  qan  tökürdü.  Mehrab 
qarşısında  dayanan  Robspyer  8  iyul  1794-cü  ildəki  çıxışında  dedi:  «Bütöv 
universtitet  bura  toplaşmışdır…  Sabah  biz  işə  qayıdacağıq,  biz  yenidən  şərə  və 
tiranlara qarşı vuruşacağıq»  
Robespyer  özünü  allah  elan  etməyə  cəhd  etdiyinə  görə  ittiham  olunmuşdu. 
O, axırıncı küncə sıxılan idi, özünü güllə atəşi ilə öldürmək istəmişdi, ancaq zərbə 
çənəsinin  yarısını  dağıtmışdı.  O,  gilyotina  olunmağa  yollananda  çalışdı  ki,  çox 
sayda  toplaşanlara  bəlağətli  şəkildə  müraciət  etsin,  lakin  yalnız  boğula-boğula 
qışqıra bildi. 
Napoleon  yaxşı  qaydada  öz  ulduzunun  arxasınca  gedirdi.  Höte  onun 
haqqında  demişdi:  «Demon  hər  gün  bizə  bələdçilik  etməyə  borclu  idi  və  hər  bir 
hadisə baş verəndə bizə nəyi etməyə borclu olduğumuzu deyirdi. Lakin yaxşı ruh 
bizi  dönməyə  məcbur  etdi  və  biz  qaranlıqda  əlimizlə  yoxlaya-yoxlaya  gedirik. 
Napoleon  insan  idi.  Demək  olar  ki,  işıqlanmışdı,  demək  olar  ki,  təmiz  və  hər  bir 
saatda qərar verən və dözən idi, lazım bildiyi istənilən şeyi kifayət olan enerji ilə 
yerinə  yetirirdi.  Onun  həyatı  döyüşdən  döyüşə,  qələbədən  qələbəyə  yarımallaha 
məxsus  olan  geniş  addımlar  idi.  Belə  deyilməlidir  ki,  o,  davam  edən  işıqlanma 
vəziyyətində  idi…  Sonrakı  illərdə  bu  işıqlanma  onun  taleyi  və  yaxşı  ulduzu  kimi 
onu tərk etmək üçün meydana çıxdı». 
Fransız qoşunları Misirə girdi, bu Napoleonun nöqteyi-nəzərinə görə vacib 
bir iş idi. Fransız gizli polisinin başçısı Fuşeyə görə Napoleon Böyük Piramidanın 
içərisində müqəddəs Jermen olmaq üçün bir adamla görüşməli idi. Bu hadisə dəqiq 
şəkildə  göstərir  ki,  Napoleon  ezoterist  və  astroloq  olan  Fabre  de  Olivyeni  öz 
məsələhətçilərindən  biri  kimi  seçmişdi  və  həmçinin  işi  elə  qurmuşdu  ki,  Böyük 
Piramidada  bir  gecə  tək  qalsın.  Napoleon  müqəddəs  Jermeni  bədəndə  və  ya  ruh 
şəklində gördümü? 
Napoleon göstəriş verdi ki, Misir antik əşyalarının «Description de l` Egypt» 
adlanan  kataloqunu  tutsunlar.  Bu  «Napaleon  le  Grand»a  –  «Böyük  Napaleona» 
həsr  ediləcəkdi,  onun  Böyük  Aleksandrla  müqayisəsi  üçün  edilirdi.  Günəş  allah 
kimi, kataloqu qarşısında onun portreti çəkildi. 
Onun  imperiyası  genişlənərək  təkcə  İtaliya  və  Misiri  deyil,  Almaniyanı, 

252 
 
Avstriyanı  və  İspaniyanı  əhatə  etdi.  Şarlemandan  başqa  heç  bir  imperator  Papa 
tərəfindən  taclanmamışdı,  ancaq  1804-cü  ildə  Napoleon  Şarlemanın  tacını  və 
skipetrini ondan aldı. Papa Piyi parisə gəlməyə məcbur edərək, Napoleon simvolik 
qaydada tacı onun əlindən tutub aldı və özünü imperator kimi taclandırdı. 
Napoleon  alimlər  komandasını işlədirdi  ki, onlar  belə bir nəticəyə  gəlsinlər 
ki, İsida Parisin qədim ilahəsi olmuşdur və sonra belə dekret verdi ki, ilahə və onun 
ulduzu,  ordunun  Paris  pencəyinə  nişan  kimi  daxil  ediləcəkdir.  Zəfər  Tağının 
üzərində Jozefina, İsidanın  dəfnə  çələngi ilə  onun  ayaqları qarşısında diz  çökmüş 
şəkildə təsvir edilmişdi. 
Biz belə bir rəyə gələ bilmərik ki, Napoleon özünü Siriusla eyniləşdirmirdi, 
özünü Orion göydə Siriusun arxasınca düşən kimi aparırdı. Müəyyən frimason həsr 
etmə  mərasimlərində  namizədlər  Osiris  kimi  yenidən  doğulurlar,  İsidanı  təmsil 
edən  beşgünəşli  ulduza  baxırlar.  Ovçu  Osiris  /  Orion  hakimiyyətə  doğru  kişi 
impulsudur. İsidanı izləməklə məşğuldur, həyat sirrinin qapıçısıdır. 
Bu, Napoleonun ezoterik frimasonluğa dərindən nüfuz etmiş ailədə doğulan 
və  onunla  görüşdükdə  artıq  frimason  olan  Jozefina  haqqında  nə  düşündüyünü 
göstərir.  Napoleon  materik  Avropasını  fəth  edə  bilərdi,  lakin  heç  vaxt  yüksək 
dərəcədə gözəl olan Jozefinanı fəth edə bilmədi. Dante Beatriçanı sevən kimi o, bu 
qadına ürəkdən vurulmuşdu və bu məhəbbət onu yüksək dərəcədə coşdururdu. 
Ezoterik  təlimlə  mürəkkəb  bağlılıq  Jozefinaya  məhəbbətlə  birlikdə  tale 
barədə  Napoleon  düşüncəsindən  xəbər  verir. Lakin  1813-cü  ildə  Napoleonu  idarə 
edən və ona səlahiyyət verən qüvvələr onu tərk etdi, necə ki, onlar daim istənilən 
adamı tam qəflətən tərk edir və Hötenin yazdığı kimi, qitənin irtica qüvvələri onu 
məhv etmək üçün hər tərəfdən hücum etməyə başladılar. 
Erkən  romantizm  öz  iradəsindən  təbiət  dünyasında  diri  olduğuna  görə 
təşvişə  yol  açan  heyvan  şənliyindən  həzz  alırdı.  Hegel  tarix  qüvvəsini  belə  izah 
edirdi: «Ruh bizi aldadır, ruh fitnə törədir, ruh yalan deyir, ruh zəfər çalır». 
Höte  Svedenborqun  «Göy  və  Cəhənnəm»  əsərini  oxuyanda  özünün  şərə 
nüfuz  etmə  düşüncəsini  üzə  çıxarmışdı,  məhz  fövqəltəbii  qüvvələr  Fausta  əzab 
vermişdi. 
Svedenborq  Dostoyevskiyə  də  çox  güclü  və  uzağa  gedən  təsir  göstərmişdi, 
bu təsir bütöv eranın əhval-ruhiyyəsini qəmgin etmişdi. 
Dostoyevski  ruhi  təcrübənin  çıxış  hədlərindən  istifadə  etməkdə  sərbəst 
olduğunu  hiss  edib,  qaranlıq  və  işıq  qüvvələri  arasında  çox  adamın  şüur 
səltənətində  olan  döyüşləri  təsvir  edir.  F.M.Dostoyevskinin  Cəhənnəmə  səyahəti 
Danteninkinə  bənzəyir,  bu  müəyyən  dərəcədə  ruhi  səyahətdir,  ancaq  həm  də 
bəşəriyyətin yaratdığı Yerə cəhənnəmdən keçməklə olan səyahətdir. Cəhənnəm ilk 
dəfə  içərisində  yaşadığımız  dünyada  heç  bir  fərq  olmadan  meydana  çıxa  bilər, 
lakin  sonra  tədricən  anomaliyalar  özünü  göstərir.  «Cinayət  və  cəza»  romanında 
Dostoyevski yazır: «Mən gələcək həyata inanmıram».  
Dostoyevskinin əsərlərində tarixin Rusiya düşüncəsi öz əksini tapırdı.  
İspaniya güman ki, Avropada elə bir ölkədir ki, burada fövqəltəbii hər günün 
səthinə daha yaxın yerləşir. Modernizmin böyük maq-rəssamı Pablo Pikasso daim 
ruh dünyalarına müdaxilə etmək barədə güclü hisslərə malik idi. O, uşaq olarkən 

253 
 
dostları onu fövqəltəbii qabiliyyətlərə yiyələnməli olacağına inandırmışdılar, bura 
düşüncəni oxumaq və peyğəmbərlik etmək də daxil idi. O, Fransaya səfər edərkən 
Apolliner,  Jan  Kokto  və  digərləri  onu  sofistik  okkult  ənənəsinə  həsr  etmişdilər. 
Pikasso bəzən öz əsərində ezoterik mövzulardan istifadə edirdi. 
O,  bəstəkar  Riçard  Vaqnerin  mistik  cəhətlərini  öyrənmək  üçün  yaradılmış 
«Valqalla»  adlanan  qrupun  bani-üzvü  idi.  Həsr  olunmuş  rəssam  olan  Pikasso 
dünyanı yenidən düzəldə bilərdi, allah da yeni doğulmanı məhsuldar edə bilərdi.  
Lakin bunları, gözəlliyin şərti qanunları şəraitində edə bilməzdi. O, kənara 
atılmışdı,  səpələnmişləri,  eybəcərlikləri  yeni  gözəl  qaydada  yenidən 
birləşdirəcəkdi. 
1906-cı  ildə  Mahatma  Qandı  otuz  altı  yaşında  öz  arvadı  ilə  intim 
yaxınlıqdan imtina etdi. Onun ruhi intizamına hər gün əl cəhrəsində parça toxumaq 
işi  də  daxil  idi.  Əgər  o,  müxtəlif  ölçülərdə  öz  bədəninə  ağalıq  edə  bildirdisə, 
özünün  ruh  gücü  adlandırdığına  yüksələ  bilirdi.  O,  inanırdı  ki,  kosmos  həqiqət 
tərəfindən,  həqiqət  qanunları  tərəfindən  ifadə  olunur  və  bu  qanunlara  müvafiq 
olaraq hərəkət etdikdə fərdi olan Satyaqrahanı, həqiqət və məhəbbət gücünü qəbul 
edəcəkdir. Sənin əleyhdarın hücum etdikdə, hirs və sənə həmlə edənə nifrət barədə 
bütün  fikirlərdən  azad  olmağa  çalışmalısan.  Qandi  düşünürdü  ki,  bu  fəlsəfəyə 
boyun  əysən  «sən  krallardan,  xalqdan,  ulduzlardan,  pələnglərdən,  hətta  ölümdən 
qorxmaqdan azad olacaqsan». 
Hindistan pambığı Britaniyaya ixrac edilirdi ki, oradakı Lankaşir toxuculuq 
fabriklərində  emal  edilsin,  sonradan  həmin  parça  satılmaq  üçün  geri  Hindistana 
qaytarılsın  ki,  bundan  Britaniya  fayda  götürsün,  Hindistan  isə  ziyan  çəksin. 
Cəhrənin  arxasında  oturan  Qandi  deyirdi:  «Bu  mənim  müəyyən  inamımdır  ki, 
çəkdiyim  hər  bir  sapla  mən  Hindistanın  taleyini  toxuyuram».  Gizli  cəmiyyətlərə 
xas  olan  tipik  başayaq  düşüncəsində  Qandi  Hindistanı  işğal  etdiyinə  görə, 
britaniyalıları deyil, hindliləri məzəmmət edirdi. Bu nöqteyi –nəzərdən ki, üç yüz 
milyon  hindistanlı  buna  dözməsə,  100  min  britaniyalı  Hindistana  nəzarət  edə 
bilməzdi.  
Qandinin  ruh  gücü  elə  idi  ki,  o,  silahlı  əsgərlərlə  görüşəndə,  onlar  öz 
silahlarından  da  aşağı  görünürdülər.  Hindlilər  və  müsəlmanlar  onun  yanında  bir-
birlərini  bağışlayırdılar.  Qandinin  dustaq  edilməsi  və  aclıq  keçirməsi  Britaniya 
hökumətinin  əxlaqi  iradəsinə  güclü  zərbə  vurdu  və  1947-ci  ildə  Hindistanın 
müstəqilliyinə  aparıb  çıxardı.  Dünyanın  heç  vaxt  görmədiyi  ən  böyük  imperiya 
dağıldı.  
Bu  tarixdə  Böyük  Aleksandr  və  Napoleon  kimi  liderlərin  həyatı  ilə 
müqayisədə, Qandi öz hissəsində onların hər birindən böyükdür. O, inanırdı ki, ruh 
gücü  ən  böyük  hərbi  qüvvədən  də  imtina  edə  bilir,  çünki  hərəkətin  arxasındakı 
niyyət hərəkətin özünə daha böyük və daha geniş yayılan effektlər göstərə bilər.  
Müqəddəs Fransisk kimi Qandi də bütün dünyanı sevirdi. 
Günəş allah göstəriş verirdi ki, özünü tanı. Ezoterik fəlsəfə bizim ürəyimizdə 
sıralanan  ruhi  ierarxiyaları  yenidən  kəşf  etməyə  çağırırdı  və  bizim  içərimizdə 
sıralanan ilahi qabiliyyətlərin kəşfi ilə yaxından əlaqədə idi. Bu Platon, Müqəddəs 
Pavel,  Leonordo,  Şekspir  və  Nyuton  kimi  fərqli  dahilərin  qoruyub  saxladığı  və 

254 
 
qidalandırdığı  sirr deyil.  Platon deyirdi  ki,  bütün fəlsəfə  maraqdan başlayır.  Belə 
bir  qədim  ənənə  vardır  ki,  iki  min  il  bundan  əvvəl  Xrist  inkarnasiya  etmişdi, 
beləliklə bizim dövrümüzdə də İblis inkarnasiya edəcəkdir. 
Konkistadorların yerli dini məhv etmək cəhdlərindən salamat qalan az sayda 
Mayya  mətnləri  indiki  dövrümüzün,  uzun  tarixi  siklin  sonu  kimi  nişanələndiyini 
qeyd  edir.  Mayyaların  21  dekabr  2012-ci  ildə  sonun  baş  verəcəyi  barədə 
əvvəlcədən  verdikləri  xəbər  geniş  qəbul  olunmuşdur.  Yüksək  dərəcədə  intriqa 
xarakterli  olan  bu  Mayya  peyğəmbərliyi  İudaizm-Xristian  peyğəmbərliyi  ənənəsi 
ilə  və  son  vaxtlarda  bəzi  çox  nüfuzlu  xristian  mistiklərinin  öncə  görməsi  ilə  üst-
üstə düşür. Bu mistiklərin proqnozları belə bir köməklik göstərdi ki, 1980-cı ildən 
2016-cı  ilə  qədər  olan  aşağıdakı  dar  pəncərədən  indi  ətrafa  baxıla  bilsin.  Onlar 
həmçinin  mayyaların  nəyi  qabaqcadan  görməyə  cəhd  etdiklərini  daha  aydın 
sezməkdə bizə kömək edə bilər.  
Dünyanın  sonu,  «apokalipsis»  barədə  öncədən  xəbər  vermələr  az  deyildir. 
Hətta  Birləşmiş  Ştatların  bəzi  alimləri  və  elmi  idarələri  də  belə  qorxulu 
proqnozlarla  çıxış  edirlər.  Qədim  mayyaların  gələcəyi  xəbər  verməsinə  gəldikdə, 
onlara  görə  21  dekabr  2012-ci  ildə  bizim  sivilizasiyanın  sonu  baş  verəcəkdir. 
Qədim traktata uyğun olaraq həmin gün bizim Günəş sistemimizdə nəsə qeyri-adi 
bir hadisə – «planetlərin paradı» baş verəcəkdir. Yer, Yupiter, Mars və Saturn bir 
xəttə  düzüləcəkdir,  Günəş  isə  mərkəzdə  olacaqdır.  Yerin  Günəşə  qeyri-adi 
yaxınlığından  zəncirvari  reaksiya  baş  verəcəkdir:  atmosferə  gur  enerji  axınları 
gələcəkdir  ki,  bunlara  yerin  səthi  dözə  bilməyəcəkdir.  Qədim  şumerlər  də  21 
dekabr  2012-ci  ildə  dünyanın  sonunun  baş  verəcəyini  bildiriblər.  Onların 
mülahizəsinə  görə  Yerin  yanından  keçən  Nibiru  planeti  maqnit  qütblərinin 
dəyişilməsinə  səbəb  olacaq  və  bizim  planetin  orbitini  tam  dəyişəcəkdir.  Planetin 
cazibə  qüvvəsi  Yerdən  nəhəng  su  kütləsini  qaldıracaq  və  endirəcəkdir.  Bu  bütün 
canlıları  məhv  edəcəkdir.  Maraqlı  cəhət  orasındadır  ki,  NASA  (ABŞ-ın 
Aeronavtika və kosmosun təriqəti üzrə Milli idarəsi) 1982-ci ildə Nibiru planetinin 
mövcudluğunun mümkünlüyünü etiraf etmişdi.  
Mayyaların  21  dekabr  2012-ci  ildə  sonun  baş  verəcəyi  barədə  əvvəlcədən 
verdikləri  xəbər  geniş  qəbul  olunmuşdur.  Yüksək  dərəcədə  intriqa  xarakterli  olan 
bu  Mayya  peyğəmbərliyi  İudaizm-Xristian  peyğəmbərliyi  ənənəsi  ilə  və  son 
vaxtlarda  bəzi  çox  nüfuzlu  xristian  mistiklərinin  öncə  görməsi  ilə  üst-üstə  düşür. 
Bu  mistkilərin  proqnozları  onda  köməklik  göstərdi  ki,  1980-cı  ildən  2016-cı  ilə 
qədər  olan  aşağıdakı  dar  pəncərədən  indi  ətrafımıza  baxa  bilək.  Onlar  həmçinin 
mayyaların  nəyi  qabaqcadan  görməyə  cəhd  etdiklərini  daha  aydın  ayırd  etməkdə 
bizə kömək edə bilər. Müxtəlif mədəniyyətləri ümumi həqiqi ezoterik ənənəsi belə 
bir  inam  irəli  sürür  ki,  biz  heç  də  dünyanın  sonunun  hansısa  bir  yaxınlığında 
yaşamırıq.  Ezoterik  ənənələrin  bəzilərinin  inamı  belədir  ki,  dünya  tarixi  bizim 
yerdən gördüyümüz kimi ulduzların və planetlərin dövrə vurmasının təsirinə məruz 
qalır. Mayyaların öncə görməsi daha çox ona bənzəyir ki, bir sikildə ulduzların və 
planetlərin  tədricən  formalaşması  başa  çatacaq,  digəri  başlanacaqdır.  Bu  eranın 
sonu  radikal  dəyişikliklərlə  və  böyük  tərpətmələrlə  əlamətlənəcəkdir.  Sonra  isə 
ulduzlar və planetlər arxadan gələn dünya tarixində yeni nümunələr və yeni eralar 

255 
 
əmələ gətirəcəkdir. 
 
Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin