678) Göstərılənlərdən hansı tez inkişaf edən qlomerulonefritə aid deyil?
A) Mikroskopik periarterit zamanı qlomerulonefrit
B) Lipoid nefroz zamanı qlomerulonefrit
C) İdiopatik anti- yumaqcıq bazal membranın (YBM) nefriti zamanı qlomerulonefrit
D) Vegener qranulomatozu zamanı qlomerulonefrit
E) Qudpasçer sindromu zamanı qlomerulonefrit
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
679) Qlomerulonefritin hansı simptomları onun tez proqressivləşən inkişafını göstərir?
A) Yüksək hipertenziya
B) Xəstəliyin başlanmasından tez inkişaf edən retinopatiya qişanın ayrılması ilə
C) Qısa (bir neçə həftə,ay ) müddətində böyrəklərin funksiyasının enməsi
D) Bir il müddətində uremiyanın inkişafı
E) Bütün sadalananlar
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
680) Hal hazırda nefrologiyada qlomerulonefritlərin müalicəsində istifadə olunan kortikosteroidlər hansıdır?
A) Deksametazon
B) Kortizon
C) Hidrokortizon asetat
D) Triamsinolon
E) Prednizolon
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
Dostları ilə paylaş: |