120) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin emfizematoz formasına hansı klinik xüsusiyyət daxil deyil?
A) Dərinin və selikli qişaların çəhrayı –boz rəngi
B) Kaxeksiya
C) Ağ ciyərlərin emfizeması
D) Bəlğəmin hipersekresiyası
E) Təngnəfəslik və öskürək
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
121) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı hansı laborator – instrumental üsullar məqsədəuyğun deyil?
A) Qanın klinik analizi
B) EKQ
C) Bədən çəkisinin indeksinin ölçülməsi
D) α-antitripsin defisiti testi
E) KT
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
Dostları ilə paylaş: |