Tərbiyə prosesinin mahiyyəti və məqsədi


Zehni tərbiyənin ikinci vəzifəsi şagirdləri tədqiqatçılıq ba- carıq və qabiliyyətlərinə yönəltməkdir



Yüklə 268,27 Kb.
səhifə29/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   25   26   27   28   29   30   31   32   ...   122
PEDAQOGİKA 2 hissə

Zehni tərbiyənin ikinci vəzifəsi şagirdləri tədqiqatçılıq ba- carıq və qabiliyyətlərinə yönəltməkdir. Şagirdləri araşdırıcılığa, axatarıcılığa yönəltmək, onlara müstəqil çalışmaq, müstəqil bilik qazanmaq bacarıq və vərdişlərini aşılamaq lazımdır. Şagirdlərin tədqiqatçılq fəaliyyəti onlara məlum olmayan faktların, nəzəri bilik- lərin və fəaliyyət üsullarının açılması kimi başa düşülə bilər. Bu yolla şagirdlər müxtəlif fənlərin tədrisi prosesində tədqiqatın əsas metodları ilə tanış olur, bilikləri sərbəst və müstəqil əldə etmək ba- carığına yiyələnirlər. Şagirdlərin tədqiqatçılıq bacarıqları bilikləri müstəqil qazanmaq, onları araşdırmaq, müqayisə və təhlillər apar-

maq, ümumiləşdirmək üçün intellektual praktik bacarıqlar siste- midir.

Təlim prosesi və zehni inkişaf bir birilə sıx əlaqəlidir. Təlimin keyfiyyəti zehni qabiliyyətlərin inkişafına və zehni tərbiyənin yeri- nə yetirilməsinə qüvvətli təsir göstərir. Bu baxımdan tədris materialı yadda saxlamaq üçün verilməməli, o şagirdlərin zehni təfəkkürünü inkişaf etdirməli, onları axtarıcılığa, daha yeni biliklər qazanmağa sövq etdirməli, dərsdə hər bir şagirdin idraki fəallığı təmin olunma- lıdır.

Şagirdləri tədqiqatçılıq bacarığına yiyiləndirmək üçün onlara təcrübə və müşahidələr aparmağa, praktik işlər yerinə yetirmələrinə şərait yaradılmalıdır. Şagirdlərin tədqiqatçılıq metodu ilə iş aparma- ları özündə müşahidə, eksperiment, modelləşdirmə, sınaqdan keçir- mə kimi metodları özündə birləşdirir.

Tədqiqatçılıq bacarığının yerinə yetirilməsində modelləşdirmə metodunun xüsusi yeri vardır. Bu metod vasitəsilə hər hansı prose- sin modeli hazırlanır

Qeyd edək ki, məktəblinin tədqiqatçılıq bacarıq və qabiliyyət- ləri yuxarı siniflər üçün xarakterik olsa da, bunu kiçik məktəbli yaş dövründən başlamaq lazımdır. Məktəblinin tədqiqatçılıq ba-carıq- larına yiyələnməsi, onun intellektual səviyyəsini yüksəldir, dünya- görüşünü genişləndirir, zehni təfəkkürünü, müstəqil düşünmə və bilik qazanma qabiliyyətini inkişaf etdirir, əqli mühakimələr, təhlil- lər, ümumiləşdirmələr aparmasına kömək edir ki, bütün bunlar da məktəblinin təhsilinə uğurlar qazandırır.




Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin