Tərbiyə prosesinin mahiyyəti və məqsədi



Yüklə 268,27 Kb.
səhifə27/122
tarix02.01.2022
ölçüsü268,27 Kb.
#35378
1   ...   23   24   25   26   27   28   29   30   ...   122
PEDAQOGİKA 2 hissə

Zehni tərbiyə



Zehni tərbiyə - (Bəzi pedaqoji ədəbiyyatda əqli tərbiyə də işlənir) uşaqların, şagirdlərin zehni qüvvələrinin, zehni təfəkkürü- nün, əqlinin, dünyagörüşünün, intellektinin məqsədyönlü inkişaf etdirilməsi prosesidir.

Zehni tərbiyə insanda mənəvi zənginlik yaratmaqla bərabər əxlaqi saflığın da əsasını qoyur. Biliklərə yiyələnmə prosesində intellektual qabiliyyətləır yaradıcı təfəkkür inkişaf edir, nəcib əxlaqi keyfiyyətlər formalaşır. Bu prosesdə insanlarda öz gücünə inam ya- ranır, bu inam isə təşəbbüskarlıq və yaradıcılıq meyllərinin yaran- masına səbəb olur.

Fənn və maraq dərnəklərinin, müxtəlif idraki klubların işi, ki- tab mütaliəsi, kitab üzərində müxtəlif işlər - rəy yazmaq, plan tut- maq, icmallaşdırmaq, tezis hazırlamaq və s., kitab və kitabxanalar- dan istifadə, tarixi yerlərə, muzey və sərgilərə, təbiətə ekskursiyala- rın təşkili, müxtəlif peşə sahibləri, elm adamları ilə görüşlər zehni tərbiyənin mühüm vasitələri hesab edilir.

Zehni tərbiyənin bir sıra vəzifələri vardır.



Zehni tərbiyənin birinci vəzifəsi təfəkkürü, əqli qüvvələri, potensial intellektual qabiliyyətləri inkişaf etdirməkdir. Təfək- kür beynin məhsuludur və bütün insanlara xasdır. Onun dialektik,

məntiqi, mücərrəd induktiv, deduktiv, yaradıcı növləri vardır. Təfəkkürün inkişafı fikri fəallıqla, məntiqi və tənqidi düşüncə ilə, təhlil, müqayisə və ümumiləşdirmələr aparmaqla həyata keçirilir.

Düşüncə və fikirləşmək təfəkkürü inkişaf etdirir. Alman peda- qoqu A.Disterveq yazırdı ki, uşaqlara fikirləri deyil, fikirləşməyi öyrətmək lazımdır. Bilikləri deyil, bilikləri tapıb öyrənməyi öyrət- mək lazımdır.

Təfəkkürün inkişafı ağlın inkişafına təsir göstərir. Psixoloqlar ağlın aşağıdakı keyfiyyətlərini göstərirlər: ağlın müstəqilliyi, ağlın tənqidiliyi, ağlın dərinliyi, ağlın çevikliyi, fikrin sürəti, fikrin məntiqiliyi.




Yüklə 268,27 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin