Zehni tərbiyənin üçüncü vəzifəsi şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırmaqla onlarda elmi dünyagörüş və fəlsəfi dünyagörüş formalaşdırmaq, fakt və hadislərə elmi və fəlsəfi dünyagörüş baxımından yanaşmağı öyrətməkdir. Elmi dünyagörüş - yəni, insan təcrübi elmlərin nailiyyətləri əsasında var- lıq aləmi barəsində ümumi bir nəzər əldə etmiş olur. Fəlsəfi dünya- görüş isə əqlin səyləri və elmi dəlillər vasitəsi ilə əldə etdiyi nəzə- riyyə və təcrübəyə öz xüsusi fikri və düşüncəsi olur. Bu da məktəb- linin yaradıcı, düşüncəsi, tənqidi təfəkkürü sayəsində mümkün olur. İnsanlarda elmi dünyagörüşün əsası hələ kiçik yaşlarından qoyulur. Bu sistemli təlim müəssisələrindəki, təlim prosesində tə- lim-tərbiyə prinsiplərinə riayət etməklə ayrı-ayrı fənlərin tədrisi
prosesində həyata keçirilir. Təbii və dəqiq elmlərin tədrisi prose- sində təbiətin sirləri açılır, humanitar fənlərin tədrisi prosesində isə cəmiyyətin inkişaf qanunlarını mahiyyəti dərk edilir və s. Material- ların tədrisi prosesində əsası qoyulan elmi dünyagörüş sinifdən- kənar tədbirlər vasitəsilə möhkəmləndirilir və inkişaf etdirilir.
Məktəbli hər yanda öz elmi, biliyi ilə öz ziyalılığını göstər- məli, elmli və ədəbli danışmalı, məsələlərə elmi nöqteyi nəzərdən yanaşmalıdır.
İntellektual səviyyəsi yüksək olan insanlar ictimai-siyasi və təbiət hadisələrinə elmi nöqteyi-nəzərdən, elmi əsaslara istinad edə- rək yanaşır. Bu isə onlarda elmi dünayögörüş formalaşmasına səbəb olur.
Dostları ilə paylaş: |