Tərbiyəvi söhbətlər metodunun
mahiyyəti ondan ibarətdir ki, tərbiyəçi tərbiyə ilə
bağlı hər hansı bir məsələni canlı formasında şərh edir, uşağa həmin
məsələyə aid konkret
suallar verir, onun fikirlərini aşkara çıxarır, lazım gəldikdə müvafiq dəqiqlşdirmələr aparılır.
Aydınlaşdırma emosionla formada təsir metodu olub, qrupa və ya ayrıca
şəxsə
yönəldilir. Bu metodun tətbiqi sinfin və kollektivin üzvlərinin şəxsiyyət keyfiyyətlərini
bilməyə əsaslanır.
Təlqin hiss edilmədən insanın
daxili aləminə, psixakasına qüvətli təsiretmək, inam
yaratmaqdır. Təlqin qüvvətli inandırma metodudur. Tərbiyə digər tərbiyə metodlarının
təsirini gücləndirmək üçün istiofadə olunur.
Bədii əsərlərin müzakirəsi Uşaqların mənəviyyatına- zehnini və hissi aləminə təsir
göstərməkdə, davranış normalarını
onlara başa salmaqda, inam və əqiə yaratmaq işində
qüdrətli tərbiyə üsullarından biriddə bədii əsərlərin müzakirəsidir.
Mühazirə bu və ya digər mövzu üzrə dinləyicilərdə nisbi də olsa düzgün anlayış
formalaşdırmaq üçün planlılığı, ardıcıllığı, elmliliyi ilə səciyyələnən mütəşəkkil şərhdir.
Dostları ilə paylaş: