Müəllim və şagirdlərdə tərbiyənin məqsədi haqqında aydın təsəvvür olmalIdır;
Öyrəşdirmə zamani qaydaları dəqiq və aydın formalaşdirmaq lazimdir.;
Vaxtin hər bir hissəsi üçün şagirdlərin
gücü çatacaq optimal həcmi
müəyyənləşdirməlidir.
İşi yerinə yetrimə lazim gəldiyində şagirdlərə göstərin. Cirkli və təmiz ayaqqablari
müqayisə edin. Elə edin ki müqayisə şagirdi utandırsin, onda natəmizlikdən əl çəkmək
arzusu yaratsın.
Öyrəşdirmə daimi nəzarət tələb edir. Nəzarət səmimi olmalı, amma zəifləməməli,
mütləq özünənəzarətlə uyğunlaşdırılmalıdr.
Deməli, öyrəşdirmə davranış və əmək bacarıqlarını uşaqlarda vərdişə çevrilənədək
tərbiyəçinin bilavasitə nəzarəti altında müntəzəm yerinə yetirilməsidir.
Tələb nəticəsində davranış normalarının yerinə
yetirilməsinə nail olunur, şagirdlər
müəyyən fəaliyyətə cəlb olunurlar, onlarda sosail keyfiyyətlər formalaşır.
Tələb müəllim və şagirdlər arasında yoldaşlıq münasibətlərinin əmələ gəlməsinə
əsaslanır. Müəllimin istədiyi davranışa nail olmaq üçün irəli sürdüyü tələb casitəsiz tələbdir.
Tələblər verilmə fomasına görə iki cür olur:
bilavasitə(birbaşa) verilən tələblər və bilvasitə
(dolayısı yolla)birbaşa verilən tələblər.
Dostları ilə paylaş: