Tərbiyənin metdolarının xüsusiyyətləri və təsnifatı. Plan Tərbiyə metodlarının təsnifatı a Şüuru formalaşdıran metodlar



Yüklə 278,06 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix17.06.2023
ölçüsü278,06 Kb.
#132032
1   2   3   4
12 muhazire

Bilavasitə tələblərə müəyyənlik, konkretlik, dəqiqlik xarakterikdir. Burada tələb 
qəiyyətli tonda verilir, özü də çoxlu çalarda(intonasiya, mimika, səsin gücü) ifadə olunur. 
 
Bilvasitə tələblərdə( məsləhət, xahiş, işarə, etibar) fəaliyyətin stimulu artıq tələbin özü 
deyil, onun yaratdığı psixoloji amillərdir. 
 
İctimai rəy. Əslində bu da tələbin bir formasıdır, hə də kollektiv formasıdır. İctimai 
rəy- şagirdin hərəkt davranışının, öz istək və arzusunu ifadə etmək tərzini başqaları 
tərəfindın qiymətləndirilməsi əlaqədardır. 
 
Rejim. Bunu alışdırma metodunun vasitələrindən biridə qeyd edirlər. Sözün geniş 
mənasinda rejim- insanın davranışını, həyat tərzini nizamlandıran qaydaların cəmidir. 
 
Tapşırıq tərbiyə metodu olub müxtəlif xarakter daşıyır. Müəllimlər tapşırıqların 
köməyi ilə şagirdləri müsbət hərəkətlərə alışdırırlar. Müəllimlər tapşırığın köməyi ilə 
şagirdləri yaxşı hərəkətə alışdırır. 
 
Yarış. Yarış kollektivdə şagirdin fəaliyyətini təşkil etməyin və onu stimullaşdımağın 
başlıca metodlarından biridir. Tərbiyə metodu kimi o, uşağın özünütəsdiqləmə faktına istinad 
edir. 
 
Şagirdin müxtəlif fəaliyyət növünə cəlb edilməsi.Şəxsiyyət fəaliyyət prosesində 
formalaşır. Fəaliyyətin isə müxtəlif sahələri, növləri vardır. Şagirdlərin ən çox məşğul 
olduğu, fəaliyyət sahələri, təlim, ictimai faydalı əmək, ictimai işlər, oyun və idman 
məşğələrdir. Bunların hər biri tərbiyə işində müstəsna rol oynayır. Təlim özünün təşkili 
formaları ilə tərbiyələndirici səciyyə daşıyır. 
 
Tərbiyə edici situasiya. Xüsusi yaradılmış şəraitdə şagirdlərin fəaliyyətinin və 
davranışının təşkili metodudur.
Davranışı və fəaliyyəti stimullaşdıran metodlar. 
Stimullaşdırma- Hərəkətə gətirmək, təkan vermək, həvəsləndirmək deməkdir. Fəaliyyət və 
davranış stimullaşdırmaq- fəaliyyət və davranışa təkan verməkdir, insanı müsbət 


fəaliyyətətəhrik etmək, hərəkətə gətirmək, həvəsləndirmək deməkdir. Fəaliyyət və davranışı 
stimullaşdıran metodlar- rəğbətləndirmə və cəzalandırmadır. 
Rəğbətləndirmə şagirdlərin hərəkətlərinin müsbət qiymətləndirilməsinin, təqdir edilməsinin 
ifadəsidir. Rəğbətləndirmə- inam, xoş əhval- ruhiyyə yaradır, məsulliyyət daşıyır. 
Rəğbətləndirmə metodunu iki qrupa ayırmaq olar: 
1) 
Sadə rəğbətləndirmə metodları; 2) Yüksək rəğbətləndirmə metodları; 
Sadə rəğbətləndirmə metodları şagirdin başına sığal çəkmək, “Afərin”, “İşi belə görərlər” 
kimi ifadələr işlətmək, kitab alıb hədiyyə vermək, tərifləməkdir. Yüksək rəğbətləndirmə 
metodları şifahi və yazılı təfəkkür elan etmək, tərifnaməvermək, fərqlənmə diplomu 
vermək,şəklini şərəf lövhəsinə vurmaq və s. 
Cəzalandırma metodu pedaqoji- psixoloji təsir metodudur. Bu tərbiyə metodu şagirdlərdə 
arzuolunmaz hərəkətlərin qarşısını almaq, onları aradan qaldırmaq məqəsdini daşıyır. 

Yüklə 278,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin