TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix06.09.2017
ölçüsü1,07 Mb.
#29057
1   2   3   4   5   6
Partiya 

siyasi 


"Partiya" termini, "pars"  – hissə  və  ya "partire"  – bölmək  olan latın sözləridən  meydana gəlmişdir. 

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

Partiya  adlandırılan  siyasi  birləşmələr  hələ  qədim  zamanlardan  məlum  olsalar  da,  müasir  dövrdə 

onların  yeri  və  rolu  bilavasitə  demokratiyanını  inkişafı  və  təmsili  hakimiyyət  orqanlarının 

möhkəmlənməsi ilə bağlıdır. 

Person non qrata 

siyasi 


(lat. persona non grata) Arzuolunmaz şəxs 

Personalizm 

siyasi 


(latınca  “şəxsiyyət”)  Müasir  fəlsəfədə  teistik  istiqamətdir.  Adından  göründüyü  kimi,  burada 

şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. Şəxsiyyətin yaşadığı və fəaliyyət 

göstərdiyi dünya Ali şəxsiyyət– Allah yaradıcılıq fəallığının təzahürüdür. 

Piratçılıq 

hüquqi 


Kommersiya miqyasında müəllif hüquqlarının pozulması 

Plagiat 

hüquqi 


Oğurluq 

Podzol torpaqlar 

coğrafi 


Küləçalan  torpaqlardır,  yalnız  Şimali  Amerika  və  Avrasiya  materiklərində  rast  gəlinir  və  tayqa 

zonasına xasdır. 



Poliqon 

siyasi 


Sınaq, döyüş meydanı 

Politologiya 

siyasi 


Yunanca, politika – siyasət, loqos – elm. 

Politologiya 

(Siyasi elm) 

siyasi 


Bir sosial elm olub siyasi davranışın, siyasi sistemlərin və geniş mənada siyasətin nəzəriyyəsi, təhlili, 

təsviri və proqnozu ilə məşğul olur. 



Potsdam 

konfransı 

 

tarixi 


Avropanın muharibədən sonrakı quruluşu və Almaniyanın gələcək muqəddəratı məsələləri uc boyuk 

dovlətlər – SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin1945-ci il iyulun 17-dən avqustun 2-dək Potsdamda 

kecirilən  konfransında  həll  edildi.  Konfransda  dovlətləri  Stalin,  Trumen  və  Corcill  təmsil  edirdilər. 

Muttəfiqlər razılığa gəldilər ki, Almaniyanı SSRİ, ABŞ, İngiltərə və Fransa 

qoşunları işğal edəcəklər. Almaniyaya aid butun məsələləri həll etmək ucun Nəzarət şurası yaradıldı. 

Almaniyanın  tam  tərk-silah  edilməsi  və  iqtidardan  salınması  həyata  kecirmək,  hərbi  sənayeni  ləğv 

etmək,  faşist  partiyasını  buraxmaq,  hər  cur  nasizm  və  militarizm  təbliğatını  qadağan  etmək  qərara 

alındı.  Konfrans  Koniqeberq  şəhərini  və  onun  ətrafındakı  rayonu  (indiki  Kalininqrad  şəhəri  və 

Kalininqrad vilayəti) SSRİ-yə verməyi qərara aldı. 

Praqa 

prosesi 

(Mərhələli həll) 

siyasi 


Azərbaycanda 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişindən sonra erməni tərəfi bildirirdi ki, 

danışıqları  bundan  əvvəl  Ki-Uestdə  əldə  edilmiş  razılaşmalar  əsasında  aparacaqlar.  Lakin 

Azərbaycan dövlət başçısı danışıqların sıfırdan başlayacağını elan etdi. 

 

2004-cü  il  aprelin  16-dan  başlayaraq  Praqada  Azərbaycan  və  Ermənistan  xarici  işlər  nazirləri 



səviyyəsində danışıqlar yenidən bərpa olundu. Sonradan “Praqa prosesi” adını almış danışıqların bu 

mərhələsində  2005-ci  ilin  yayına  qədər  iki  dövlətin  xarici  işlər  nazirləri  11  görüş  keçirərək 

münaqişənin nizama salınmasına dair sülh planının yeni variantının detallarını müzakirə etdilər. 

 

2005-ci  il  yanvarın  3-də  Azərbaycan  Prezidenti  İlham  Əliyev  Bakıda  Təhlükəsizlik  Şurasının 



iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində 

əlverişli  şəraitin  yarandığını  və  bu  problemin  “Praqa  prosesi”  əsasında  getdiyini  bildirməklə 

danışıqlarda  yeni  mərhələnin  başlandığını bəyan etdi.  2005-ci  il  mayın 15-də  Varşavada, avqustun 

27-də  isə  Kazanda  iki  ölkənin  prezidentləri  arasında  keçirilən  növbəti  görüşlərdə  danışqların  əsas 

mövzusu təklif olunan yeni sülh planının detallarının müzakirəsi oldu. 

Keçirilən  görüşlərdə  Ermənistanın  qeyri-konstruktiv  mövqedən  çıxış  etməsi  “Praqa  prosesi”nin 

yenidən  dalana  dayanmasına  və  danışıqların  nəticəsiz  qalmasına  gətirib  çıxartdı.  Ermənistan-

Azərbaycan münaqişəsinin nizama salınması prosesini sürətləndirmək üçün yenidən baza prinsipləri 

2007-ci il noyabrın sonunda Madriddə tərəflərə təqdim olundu. 

Bundan  sonra,  2008-ci  il  iyunun  5-də  Sankt-Peterburqda,  noyabrın  2-də  Moskvada,  2009-cu  il 

yanvarın  28-də  Sürixdə,  mayın  7-də  Praqada,  iyunun  4-də  Sankt-Peterburqda,  iyulun  17-18-də 

Moskvada, oktyabrın 8-9-da  Kişinyovda, noyabrın 22-də isə Münhendə Azərbaycan və Ermənistan 

prezidentlərinin  8  görüşü  keçirildi.  Bu  görüşlər  zamanı  danışıqların  mahiyyəti  haqqında  verilən 

məlumatlarda bildirilir ki, son beş ildə “Praqa prosesi” çərçivəsində işlənilməsi başlanılan və Madrid 

sənədinə çevrilən baza prinsipləri mövcuddur.  

Prezident 

iqtisadi 

Keçmişdə olmuş və bu gün ola biləcək eyni tipli hadisələrə misal ola bilən hadisə, hərəkət,rəftar. 

Pristij 

siyasi 


Nüfuz 

Profan 

ictimai 


Hər hansı bir sahədə biliyi olmayanlar 

Prokurorluq 

hüquqi 


Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların 

icra  və  tətbiq  olunmasına  nəzarət  edir;  qanunla  nəzərdə  tutulmuş  hallarda  cinayət  işləri  başlayır  və 

istintaq  aparır;  məhkəmədə  dövlət  ittihamını  müdafiə  edir;  məhkəmədə  iddia  qaldırır;  məhkəmə 

qərarlarından protest verir. 



Prolonqasiya 

iqtisadi 

Hər hansı bir müqavilənin, sazişin müddətinin uzadılması. 

Promille 

coğrafi 


Duzluluğun ölçü vahididir. 1000 qram suda olan duzun qramla miqdarını bildirir. 

Proporsional seçki 

sistemi 

hüquqi 


Səslərin  ayrı-ayrı  şəxslərə  deyil,  partiyalara  verilməsidir.  İlk  dəfə  olaraq  1889-cu  ildə  Belçikada 

tətbiq olunub. 



Proses 

siyasi 


Latınca, irəliyə doğru hərəkət. 

Protest 

hüquqi 


Etiraz.  Prokurorun  qanunların  icrasına  nəzarəti  həyata  keçidiyi  zaman  aşkar  etdiyi  qanun 

pozuntularını aradan qaldırmaq üçün verdiyi hüquqi cəhətdən əsaslandırılmış rəsmi etiraz 



Psixologiya 

 

"psixika haqqında elm" deməkdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. 



Psixometr 

coğrafi 


Hiqrometr kimi havanın rütubətliyini ölçür. 

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 



Publisistika 

siyasi 


(latınca  “ictimai”)  Publisistika  termini  19-cu  əsrdə  yaranmış  və  uzun  müddət  sosial  ədəbiyyat 

mənasında  işlənmişdir.  Hal-hazırda  jurnalistikanın  hər  janrı  publisistika  adlanır.  Publisistikanın 

məqsədi  həyatı  əks  etdirmək,  tədqiq  etmək,  onun  haqqında  kütləni  düşündürərək  inandıracaq 

formada danışmaqdır. 



Radiasiya 

təhlükəsizliyi 

coğrafi 


İnsanın,  bütövlükdə  populyasiyanın,  ətraf  mühit  obyektlərinin  ionlaşdırıcı  şüalanmanın  zərərli 

təsirlərindən qorunmasını təmin edən elmi əsaslanmış tədbirlər kompleksidir 



Radikal 

siyasi 


Sərt 

Rasional 

siyasi 


(fransızca, səmərəli) Daha çox rasional hakimiyyət ifadəsilə işlənir. 

Ratifikasiya - dövlət başçısının digər dövlətlə, yaxud beynəlxalq təşkilatla bağladığı müqavilənin öz 

ölkəsinin parlamenti tırıfindın təsdiq edilməsi. 

Ratifikasiya 

hüquqi 


Dövlətin  ali  hakimiyyət  orqanının  dövlət  və  ya  hökumət  nümayəndəsi  tərəfindən  bağlanmış 

beynəlxalq sənədləri təsdiq etməsi 



Reemiqrasiya 

coğrafi 


Ölkədən gedənlərin yenidən öz vətəninə qayıtması 

Reformator 

siyasi 


İslahatçı 

Refrijirator 

iqtisadi 

(lat. refrigero-soyuduram) Tez xarab olan məhsulların dasınması üçün içərisində soyuducu qurğu  

olan nəqliyyat vasitəsi (gəmi, avtomobil, vaqon və s.) 



Regional 

təşkilatlar 

 

coğrafi 


Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi 

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM 



Rekreasiya 

iqtisadi 

Turizm 

Reqlament 

hüquqi 


Toplantı, iclas, sessiya və qurultayların zamanla aparılma qaydası. 

Bəzi beynəlxalq konqres və konfransların qərarlarının adı (məsələn, 1815-ci il Vyana reqlamenti). 

Biznesdə  -  layihə  üzvünün  layihədə  nəzərdə  tutulan  işlərin  yerinə  yetirilməsi  üçün  etməli  olduğu 

fəaliyyət ardıcıllığı 



Reqrutasiya 

siyasi 


Latınca, cəmiyyət üzvlərinin siyasi fəaliyyətə cəlb olunması 

Relikt bitkilər 

coğrafi 


Keçmiş geoloji dövr florasından qalmış və yeni mühitə uyğunlaşmış bitki növləri 

Remitent 

iqtisadi 

Veksel sahibi 

Renta 

iqtisadi 

Kapitaldan,  əmlakdan  və  ya  torpaqdan  müntəzəm  alınan  gəlir,hansı  ki,  öz  sahibindən  heç  bir 

işgüzarlıq fəaliyyəti tələb etmir. 



Reparasiya 

siyasi 


Təzminat,  hücuma  məruz  qalmış  dövlətə  dəymiş  zərərin  ödənilməsi  üçün  məğlub  olmuş  tərəfin 

öhdəsinə götürdüyü ödənc. 



Repatrasiya 

coğrafi 


Uzun  illərdən  sonra  ölkəyə  qayıtma.  Məsələn,  II  Dünya  müharibəsindən,  Böyük  Vətən 

müharibəsindən çox müddətdən sonra. SSRİ-yə qayıdanların sayı 30 mln.nəfərdən çox olmusdur. 



Respublika 

siyasi 


(latınca republic – "dövlət işləri, ictimai işlər" deməkdir) Elə idarəçilik formasıdır ki, burada dövlət 

başçısını  seçmək  və  dəyişdirmək  mümkündür,  onun  hakimiyyəti  isə  seçicilərin  iradəsi  və  ya 

nümayəndələr  qurumu  tərəfindən  müəyyən  edilir.  Prezidentli,,  parlamentli  və  qarışıq  formalı 

respublikalar var. 



Respublika 

idarəetmə forması 

coğrafi 


Ali qanunverici hakimiyyət seçkili Parlamentə, icraedici hakimiyyət hökumətə məxsusdur. 

Revalvasiya 

iqtisadi 

Pul  vahidinin  qızıl  tərkibinin  rəsmi  artırılması  onun  valuyta  paritetinin  və  faktiki  valuyta 

məzənnəsinin yüksəlməsi. 



Revanşizm 

siyasi 


Məğlubiyyətin  əvəzini  çıxmaq,  itirilmiş  əraziləri,  iqtisadi  və  siyasi  mövqeləri  geri  qaytarmaq  üçün 

aparılan mürtəce müharibə siyasəti. 



Rəqabət 

iqtisadi 

Qabiliyyətlilik  Bu  terminlə  məhsulun  keyfiyyət,  texniki  səviyyə,  materialhəcmlilik,  etibarlılıq  və  s. 

göstəricilərinin yüksək olması başa düşülür və bir nəticə kimi xarici bazarda satışa getmək imkanı ilə 

qiymətləndirilir. 

Royalti 

iqtisadi 

Lisenziya  alanların  icra  etdikləri  göstəriçilərə  mütənasib  olaraq  qismən  ödəmə(royalti)  qaydası  ilə 

haqqın tədricən verilməsi. 



Rumb 

coğrafi 


Dənizçilər cəhətin istiqamətini belə adlandırırlar 

Run yazısı 

coğrafi 


Qədim türk yazısı hesab olunur 

Sadizm 

 

Kiməsə işgəncə verərək ondan həzz almaq 



Saqqız ağacı 

coğrafi 


Püstə  cinsinin  Azərbaycanda  yabanı  halda  yayılmış  növü  olub,  üçüncü  dövrün  ən  qiymətli  relikt 

ağaclarından  biridir.  Oduncağından  əldə  olunan  qətran  yüksək  texniki  keyfiyyətlərə  malikdir, 

aviasiya, elektronika və kimya sənayesində tstifadə olunur. 

Sanasiya 

iqtisadi 

Müəsisəni  müflisləşməkdən  qaytarmaq  və  ya  onun  rəqabət  qabiliyyətini  yüksəltmək  məqsədilə 

dövlət tərəfindən onun maliyyə vəziyyətini yaxşılaşdırmağa yönəldilən tədbirlər sistemi 



Sanksiya 

iqtisadi 

Qanunu  pozanlara  qarşı  tətbiq  edilən  və  onların  fəaliyyətini  məhdudlaşdıran  dövlət  tədbiqi;  icarə, 

təsdiq 


Sarıqamış 

əməliyyatı 

tarixi 


Rus  İmperiyası  ilə  Osmanlı  İmperiyası  arasında  Birinci  dünya  müharibəsi  dövründə  1914-cü  il 

dekabr  ayından  1915-ci  il  yanvar  ayına  qədər  Sarıqamış  bölgəsində  baş  vermiş  hərbi  münaqişə. 

Osmanlının məğlubiyyəti ilə nəticələndi 

Sektor 

hüquqi 


Bölmə 

Sertifikat 

iqtisadi 

Bu və ya digər faktı təsdiq edən sənəd.Xarici ticarətdə sertifikatın bir neçə növü işlədilir: 

a)  keyfiyyət  sertifikatı-kompetent  orqanlar  tərəfindən  verilən  və  malın  keyfiyyətini  təsdiq  edən 

sənəd;  b)  mənşə  sertifikatı-ixlac  edən  ölkənin  gömrük  işçisi  tərəfindən  imzalanmış  və  malın  hansı 


 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

ölkədən ixlac edildiyini göstərən sənəd; c) sığorta sertifikatı-sığorta müqaviləsinin şərtlərini göstərən 

və sığorta polisini əvəz edən sənəd. 



Səhm 

iqtisadi 

Qiymətli kağızdır ki,öz sahibinin səhmdarlar cəmiyyətinin üzvü olduğunu (oraya pul qoyduğunu) və 

cəmiyyətin gəlirinin bölüşdürülməsində (dividend almağa) hüququ olduğunu təsdiq edir 



Səhmdarlar 

cəmiyyəti 

iqtisadi 

Hər  hansı  bir  işi  icra  etmək  məqsədilə  işgüzar  adamların  nizamnamə  əsasında  öz  vəsaitlərini 

birləşdirmək  üçün  yaratdıqları  cəmiyyət.Vəsait  qoyan  işgüzar  bunun  müqavilində  qiymətli  qağız 

səhm alır.Səhm sahibi olmaq isə hər bir işgüzara cəmiyyətin idarə olunmasında və gərilin müəyyən 

hissəsinin (dividendin) bölüşdürülməsində iştirak etmək hüququ verir. 



Səmavi 

 

Səmaya, göyə mənsub 



Sənaye səhraları 

coğrafi 


Daş, qum karxanaları, neft, qaz kəmərlərinin çəkilişi ilə yaranan pozulmuş ərazilər belə adlanır. 

Sənəd 

hüquqi 


(latınca,  documentum  —  nümunə,  şəhadətnamə,  sübut)  Qeyd  edilmiş  və  zaman,  məkan  üzrə  təyin 

edilmiş  informasiyaya  malik  material  daşıyıcı,  hər-hansı  faktı  və  ya  hüququ  təsdiq  edən  işgüzar 

məlumatdırdır. 

Sərəncam 

hüquqi 


Prezident,  Nazirlər  Kabineti  və  s.  tərəfindən  ümumi  qaydalar  istisna  olmaqla  başqa  məsələlər 

barəsində verilir. Dövlət orqanları, müəssisə, idarə, təşkilat rəhbərləri tərəfindən verilən yazılı və ya 

şifahi, məcburi və konkret göstərişlərdir. 

Sığorta 

iqtisadi 

(ing. incurance) Şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericilikdə 

qadağan  olunmayan  fəaliyyəti,  o  cümlədən  sahibkarlıq  fəaliyyəti  ilə  əlaqədar  olan  əmlak 

mənafelərinin  müdafiəsi  sahəsində  riskin  ötürülməsinə  və  ya  bölüşdürülməsinə  əsaslanan 

münasibətlər sistemidir. 



Sintez 

tarixi 


Birləşmə, Analiz - parçalanma 

Siyasət 

siyasi 


"Siyasət" termini ilk dəfə qədim yunan mütəffəkiri Aristotel istifadə etmişdir. O, bu termini dövləti 

idarə  etmək  sənəti  kimi  müəyyən  edirdi.  Hələ  qədim  zamanlarda  siyasət  haqqında  belə  bir  fikir 

formalaşmışdır  ki,  "onun  haqqında  hamı  düşünə  bilər,  lakin  onu  yaratmaq  seçmə  insanlara 

məxsusdur". Müasir elmdə "siyasət" anlayışı hələ də birmənalı qəbul edilmir. 



Siyasi sistem 

siyasi 


Siyasi təsisatların, birliklərin və onlar arasında qarşılıqlı əlaqə formalarının məcmusu 

Sosial siyasət 

siyasi 


İnsan üçün insani şərait yaratmaq deməkdir. 

Sosializm 

siyasi 


İdeologiyasının kökləri çox qədim zamanlardan müşahidə  edilib. Az-çox sistemli şəkildə sosializm 

ideyaları  böyük  utopistlər  T.Mor  və  Kampanellanın,  sonralar  isə  Sen-Simon,  Furye  və  Ouenin 

əsərlərində  şərh  edilib.  J.J.Russonun  və  F.Babyöfün  də  xidmətləri  az  olmayıb.Əsas  ideya 

bərabər,ədalətli,xoşbəxt,istismarsız cəmiyyət qurmaqdır. 



Sosiologiya 

 

Cəmiyyəti  mikro  və  makro  səviyyədə  öyrənən  elmdir.  O,  cəmiyyəti,  onun  təşkil  edən  sistemlərin 



strukturu, funksiyaları və inkişafını, sosial institutları, münasibətləri və icmaları tədqiq edir. 

Soyurqal 

tarixi 


Monqolca  hərfi  mənası  “ehsan”,  “bəxşiş”,  “hədiyyə”,  “güzəşt”  -  orta  əsrlərdə  hərbi  xidmət 

müqabilində feodal əyanlara bağışlanılan torpaq sahəsi, mülk. Qızıl Orda, Orta Asiya, İran, İraq və 

Azərbaycanda  (XIV-XIX  yüzilliklərdə),  habelə  Hindistanda  (XVI-XIX  yüzilliklərdə)  və  bir  sıra 

başqa ölkələrdə geniş yayılmışdı. Zaman keçdikcə s. tiyul torpaq sahibliyi ilə əvəz olunmuşdur. 



Spitak 

zəlzələsi 

(Leninakan 

zəlzələsi,  Gümrü 

zəlzələsi) 

tarixi 


7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ. 

Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Ümumilikdə zəlzələdən 

21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min 

nəfər  ölüb,  140  min  adam  şikəs  olub,  514  min  nəfər  evsiz  qalıb.  Alimlərin  hesablamalarına  görə, 

zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. 

Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. 

O  zaman  təbii  fəlakətdən  zərər  çəkənlərə  yardım  göstərmək  üçün  Bakıdan  fəlakət  zonasına  təcili 

yola  düşən  azərbaycanlılardan  ibarət  böyük  qrupu  təyyarə  qəzasına  düşmüşdü.  İL-76  təyyarəsinin 

qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu. 

Status-kvo 

siyasi 


Latınca "mövcud vəziyyətin saxlanılması" deməkdir. 

Stenoqram 

hüquqi 


İclas,  müşavirə  və  s.  kollegial  orqanların  yığıncaqlarından  məruzələrin,  mitinqlərin  və  s.  çıxışların 

stenoqrafiya üsulu ilə tərtib edilmiş sənəddir. 



Struktura 

siyasi 


Quruluş, dövlətin təşkili forması 

Sublimasiya 

coğrafi 


Suyun maye haldan bərk hala keçməsi. Dolu sublimasiya nəticəsində yaranan yağıntıdır. 

Suverenlik 

hüquqi 


(fr. ali hakimiyyət) Ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və 

hüquqi  xüsusiyyəti  olub  onun  öz  daxili  və  xarici  funksiyalarını  azad  və  sərbəst  şəkildə  dövlətin 

Konstitusiyası  və  qanunları,  beynəlxalq  hüququn  hamılıqla  tanınmış  prinsipləri  və  normaları 

əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən 

etmək  hüququndan  ibarətdir.  Dövlət  suverenliyi  dedikdə,  dövlətin  ölkə  daxilində  və  onun  xarici 

siyasi  fəaliyyətində  müstəqilliyi  başa  düşülür.  Dövlətin  daxili  suverenliyi  onun  ərazisi  daxilində 

aliliyə  iddia  edən  başqa  hakimiyyətin  olmasını  istisna  edir.  Hətta  federativ  dövlətlərdə  belə 

federasiya  subyektləri  suveren  təşkilatlar  hesab  olunmur,  yalnız  federasiyanın  özü  suveren  təşkilat 

kimi  tanınır.  Xalqın  suverenliyi-  xaqlın  aliliyini,  öz  taleyini  özünün  həll  etməsi,  öz  dövlətlərinin 

siyasətinin  istiqamətini,  orqanlarının  tərkibini  formalaşdırmaq,  dövlət  hakimiyətinin  nəzarət  etmək 

hüququnu  bildirir.  Demokratik  dövlətin  konstitusiyasında  öz  əksini  tapan  “hakimiyyət  xalqa 

mənsubdur”,  “xalq  hakimiyyətin  mənbəyidir”  kimi  müddəalar  xalqın  suverenliyinin  hüquqi 

təminatıdır. 

Şahdəniz yatağı 

iqtisadi 

1999-cu ildə kəşf edilmişdir. Kollektorda 40 trilyon kub fut  – 1 trilyon kub metr qaz ehtiyatı ilə bu 


 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, 

suyun  dərinliyinin  50-500  m  arasında  dəyişdiyi  Xəzər  dənizinin  şelfində  yerləşir.  Şahdəniz 

Azərbaycanı,  Gürcüstanı  və  Türkiyəni  təhlükəsiz  və  etibarlı  qazla  təchiz  edən  bir  yataq  olduğunu 

sübut etmişdir. 



Şahdəniz-1 

layihəsi 

iqtisadi 

Şahdəniz Mərhələ 1 üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb.  

BP  şirkəti  və  Şahdəniz  tərəfdaşları  bu  vaxtadək  Şahdəniz  Mərhələ  1  layihəsinə  9  milyard  ABŞ 

dolları dəyərində investisiya yatırıb. 

Quyuların  qazılmasında  çətinliklərə,  platformanın  inşa  edilməsinə,  sahil  terminalının  tikintisinə  və 

Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Gürcüstan-Türkiyə sərhəddinə qədər uzanan 700 km 

uzunluğa  malik  Cənubi  Qafqaz  Boru  Kəmərinin  çəkilməsinə  baxmayaraq,  Şahdəniz  Mərhələ  1 

işlənməsinə cəmi yeddi ildə nail olundu. 

Şahdəniz-2 

layihəsi 

iqtisadi 

Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi 

Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz 

dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq 

Qazın  hasil edilməsi  və  onun Gürcüstan-Türkiyə  sərhədinə  çatdırılması  üçün təxminən  28  milyard 

ABŞ  dolları  dəyərində  kapital  qoyuluşuna  ehtiyac  vardır.    Bundan  sonra    əlavə  kəmər  sistemləri 

Cənub Qaz  dəhlizi  marşrutu üzrə 6 milyard kub metr qazı  Türkiyəyə,  əlavə 10 milyard kub  metr 

qazı    isə  Avropadakı    bazarlara  çatdıracaq.    Şah  Dəniz    qazı  2500  metr    hündürlüyə  qalxaraq    və 

dəniz  dibində  800metr  dərinliyinə  enərək 3500 kilometr  məsafə boyunca nəql ediləcək. 

İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın 

bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır. 



Şalaxo (Şələqoy) 

tarixi 


Azərbaycan  və  Gürcüstanda  oynanılan  kişi  rəqsidir.  "Şalaxo"  ən  qədim  Azərbaycan  rəqslərindən 

biridir. 



Şengen 

razılaşması 

tarixi 


Gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, 

Niderland,  Lüksemburq,  Fransa,  AFR)  arasında  Lüksemburqun  Şengen  şəhərində  imzalanmış 

razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir. 

Şengen zonası ölkələri arasında  sərhəd  yoxlama  məntəqələri ləğv olunmuş  və  Şengen vizası almış 

turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin