Şərəf
hüquqi
İnsanın fəaliyyəti əxlaqi prinsiplərə uyğun gəldikdə ictimai rəydə formalaşmış sosial əhəmiyyətli
müsbət rəydir.
Şərq Tərəfdaşlığı
tarixi
Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin
yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu
ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna.
"Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq 2009-cu il mayın 7-də Avropa İttifaqının Praqadakı
sammitində qüvvəyə minmişdir.
Şərti
maliyyə
vahidi
hüquqi
1 manat 10 qəpikdir. AR-ın qanunlarında və digər normativ hüquqi aktlarında aylıq əmək haqqının
minimum məbləği əsasında hesablanan əmək haqları, dövlət rüsumları, cərimələr, maliyyə
sanksiyaları və digər ödənişlər, əgər mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti maliyyə vahidi ilə
hesablanır.
Şimali Atlantika
Müqaviləsi
Təşkilatı (NATO)
tarixi
4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaq "Atlantika paktı" və ya "Atlantika alyansı" da adlanır.
NATO - sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və
üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi
gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.
Şimali Qafqaz
coğrafi
Şərqi Avropada region, Rusiya Federasiyasının cənub hissəsində yerləşir.Tərkibinə ön Qafqaz,
Böyük Qafqaz aşırımının şimal tərəfi (şərq hissəsi Azərbaycana aiddir) , Psou şayına qədər cənub
sıldırımın qərb hissəsi daxildir. Rusiyanın ən çoxmillətli regionudur. Şimali Qafqaz əhalisinin çoxu
Avropoid irqinin Şimali Qafqaz tipinə aiddir .
Şliffen planı
tarixi
Birinci Dünya müharibəsində Almaniya uzun müddət alman baş qərargahına rəhbərlik etmiş və
müharibədən az öncə vəfat edən rəhbərinin adı ilə adlandırılmış Şliffen planına əməl edirdi.
Almaniyanın planı zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən Fransaya keçərək fransız
qoşunlarını əzmək, həm də onu Rusiya zərbə vurmaq üçün öz qoşunlarını bir yerə toplayanadək
təslim olmağa məcbur etmək idi. Bundan sonra qısa müddətdə Rusiyanı da darmadağın etmək
nəzərdə tutulurdu.
Şovinizm
siyasi
(fransızca “chauvinisme”) Milli müstəsnalığın təbliği, bir millətin mənafeyinin başqa millətin
mənafeyinə qarşı qoyulması, millətçiliyin ifrat, mürtəce formalarından biri. Başqa millət və xalqlara
nifrət və ədavəti qızışdırmağa yönəlmişdir. Şovinzm siyasəti "ikinci dərəcəli" millət və irqlər
üzərində hökmranlıq etməli bir millətin milli müstəsnalığını təbliğ edir. Şovinizm termini 1831-ci
ildə Fransada yazılmış komediyalardan birinin qəhrəmanı - Napoleonun işğalçılıq siyasətinin
pərəstişkarı Nikola Şovenin adından yaranmışdır. Şovinizm sözü ilə millətçilik eksterminizmin
müxtəlif təzahürlərini ifadə edirlər. XIX əsrin 70-ci illərində Böyük Britaniyada Şovinizm xüsusi ad
- cinqoizm adını almışdır. Şovinizmin digər təzahürləri sosial-şovinizm, hakim millətçilik
şovinizmidir.
Tandem
siyasi
Siyasi cütlük
Tapşırıq
hüquqi
Rəhbərlik tərəfindən verilən şifahi göstərişlər
Tarif Şurası
iqtisadi
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 26
dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilib. Fərmana görə quruma iqtisadiyyat və
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
sənaye naziri Şahin Mustafayev rəhbərlik edir.
Üzvləri:
Maliyyə nazirinin müavini - Azər Bayramov
Vergilər nazirinin 1-ci müavini - Natiq Əmirov
Ədliyyə nazirinin müavini - Toğrul Musayev
Energetika nazirinin müavini - Gülməmməd Cavadov
Nəqliyyat nazirinin müavini - Musa Pənahov
Rabitə və informasiya texnologiyaları nazirinin müavini -İltimas Məmmədov
Kənd təsərrüfatı nazirinin müavini - İlham Quliyev
Səhiyyə nazirinin müavini - Elsevər Ağayev
Təhsil nazirinin müavini – Ceyhun Bayramov
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini - İlqar Rəhimov
Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini - Səfər Mehdiyev
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini - Dövlətxan Dövlətxanov
Tarix
tarix
Keçmişdə insanların necə yaşadıqlarını, onların həyatında hansı hadisələrin baş verdiyini,
həyatlarının necə və nə cür dəyişib indiki şəkilə düşdüyünü öyrənən ictimai elm sahəsidir.
TASİS
hüquqi
(ing. TACIS) MDB-yə texniki yardım nəzərdə tutan proqram
Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədi ilə
həyata keçirdiyi proqram. Proqram nou-hauların MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir.
Temperatur
inversiyası
coğrafi
Hündürlüyə doğru temperaturun aşağı düşməsi bəzi hallarda pozulur, yəni hündürlükdə temperatur
gözləniləndən yüksək olur.
Tereza Ana
tarixi
(tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı) (1910-1997) Katolik rahibə, rahibələr
konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh
Mükafatı laureatı. Tereza Ana Katolik Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O,
1997-ci ildə ABŞ-ın ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib. Əsl adı Aqnes Qondja
Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində
anadan olub
Tereza Ana Efiopiyadakı aclara, Çernobıldakı radiasiya və Ermənistandakı zəlzələ qurbanlarına
kömək etmək üçün bu ölkələrdə oldu. 1996-cı ilin dekabr ayında ona ABŞ-ın fəxri vətəndaşı verildi.
1997-ci ildə vəfat edən Tereza Ana son gününə qədər yaxşılıq, yoxsullara kömək etmək üçün
fəaliyyət göstərdi. Onun gördüyü işlər insanlıq üçün əsl nümunə idi.
Terrikon təpələr
coğrafi
Mədən kənarlarında tullantılardan yaranan təpələr
Təbiət elmləri
coğrafi
(ing. natural science) İnsana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri.
Elm nəzəriyyəsində təbiət elmləri dedikdə biologiya, astronomiya, fizika, kimya və coğrafiya
nəzərdə tutulur.
Təbii
ehtiyatlar
(təbii
sərvətlər,
resurslar)
coğrafi
İnsanların həyat və təsərrüfat fəaliyyətində istifadə etdiyi bütün təbiət komponentləri
Təbii sərvətlərin növləri:
1) Tükənməyən: Günəş, geotermal, külək, nüvə enerjiləri, iqlim, qabarma - çəkilmə, dəniz
cərəyanları.
2) Tükənən: A) Bərpa olunmayan: bütün faydalı qazıntılar. B) Bərpa olunan: torpaq, bioloji
ehtiyatlar, su enerjisi.
Təcavüz
siyasi
Bir və ya bir neçə dövlətin digər dövlətin ərazisini qəsb etmək, istiqlaliyyətini məhv etmək və yaxud
məhdudlaşdırmaq, ictimai quruluşunu zorla dəyişdirmək məqsədilə onun üzərinə etdiyi silahlı
basqın.
Təhlükəsizlik
Şurası
siyasi
AR Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası
vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi
bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə
şərait yaradılmasını təmin edir.
Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılmışdır. Fərmana əsasən,
Şuranın tərkibinə aşağıdakı vəzifəli şəxslər daxil edilmişdir:
Milli Məclisin sədri
Baş nazir
Prezidentin Administrasiyasının rəhbəri
Xarici siyasət məsələləri üzrə dövlət müşaviri
Hərbi işlər üzrə dövlət müşaviri
Baş prokuror
Xarici işlər naziri
Müdafiə naziri
Milli təhlükəsizlik naziri
Daxili işlər naziri
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin
Administrasiyasının rəhbəri yerinə yetirir.
Təqsirsizlik
prezumpsiyası
hüquqi
Bu prinsipə görə şəxsin təqsiri sübuta yetmədikdə o, təqsirkar sayıla bilməz.
Təqvim ili
hüquqi
Sırf təqvim üzrə hesablanan, həmçinin uçot və hesabat dövrünün onunla üst-üstə düşdüyü il başa
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
düşülür. Təqvim ili yanvarın 1-də başlanır və dekabrın 31-də başa çatır.
Təlimat
hüquqi
Mərkəzi İH orqanları tərəfindən qəbul edilir. MSK, Mərkəzi Bank tərəfindən öz məsələlərini həll
etmək üçün nəzərdə tutulur.
Tolerantlıq
siyasi
Dözümlülük
Topxana meşəsi
coğrafi
Qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı torpaqların
20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar vardı. Topxana meşəsində subalp və
alp çəmənləri, dərin dərələrində bulaqlar olub.Bu gün işğal altında qalmış Topxana meşəsi demək
olar dağıdılmış, bitki örtüyü, heyvanat aləmi məhv edilmişdir.
Qarabağda Topxana meşəsinin qırılması 1988-ci ilin anti-sovet mitinqlərinin alovlanmasına səbəb
oldu və beləliklə, 17 noyabr 1988-ci ildə Meydan hərəkatı başladı
Total
Tam, ümumi, hər şeyi əhatə edən
Totalitarizm
siyasi
Avtoritar dövlət formalarından biri, demokratiyanın boğulması, dövlətin cəmiyyət üzərində tam
nəzarəti
Trans
Adriatik
qaz-boru kəməri
(TAP layihəsi)
iqtisadi
Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP)
davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə
İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə
ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir.
Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır.
Məlumatlara görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə
2003-cü ildə İsveçin "Axpo" şirkəti irəli sürüb. Məlumatlara görə, Azərbaycan qazının Avropaya
çatdırılmasında İtaliya heç də son hədəf olmayacaq və "Şahdəniz" qazının bu ölkədən Avstriyaya,
İsveçrəyə, Almaniyaya və digər ölkələrə çatdırılması nəzərdə tutulub. Hazırda TAP-da pay bölgüsü
aşağıdakı kimidir: BP (20 faiz), ARDNŞ (20 faiz), "Statoil" (20 faiz), "Fluxys" (16 faiz), "Total" (10
faiz), E.ON (9 faiz) və "Axpo" (5 faiz).
Trans
Anadolu
Qaz Boru Kəməri
(TANAP layihəsi)
iqtisadi
Təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin
edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa
Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri
7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa
çatacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd.
kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz
Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində
ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. TANAP
layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düym
və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz
hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.
TRASEKA
hüquqi
ing. ТRACECA, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi
MDB göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının
dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda səkkiz
ölkənin (beş Mərkəzi Asiya, Qazaxıstan və üç Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir.
Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi TRASEKA-da öz təzahürünü
tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi
iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub
saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz
hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir.
Traybalizm
siyasi
Qəbiləninnmədəni-məişət, kult və ictimai-siyasi xüsusiyyətinə həddindən artıq bağlılığı. özünü
başlıca olaraq afrikada tayfalararası düşmənçilikdə göstərir.
Tualet
tarixi
fransız sözüdür, “özünü qaydaya salmaq yeri” mənasını ifadə edir.
UNEP
coğrafi
Birləşmiş Millətlər Ətraf Mühit Proqramı, ekologiya və ətraf mühit sahəsində fəaliyyət göstərən əsas
beynəlxaq qurum
Unitar dövlət
hüquqi
Vahid, ayrılmaz dövlət olub ərazisinin hər hansı siyasi müstəqilliyə malik olmayan inzibati ərazi
vahidlərinə bölünməsi ilə xarakterizə edilir.
Uniya
siyasi
Latınca birlik deməkdir.dövlətin bir monarxın hakimiyyəti altında birləşdirilməsi.
Urbanizasiya
coğrafi
Şəhərlərin eninə və uzununa böyüməsi
Üçüncü Reyx
tarixi
Almaniya imperiyasının 1933-cü il avqustun 16-sında 1945-ci il mayın 23-dək dövrünün qeyri-rəsmi
adı. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə isı o
öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir.
Ümumi
Daxili
Məhsul (ÜDM)
iqtisadi
Verilmiş zaman müddətində (il və ya rüblər) ölkə daxilində istehsal olunan bütün son əmtəə və
xidmətlərin bazar dəyəridir.
Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. ÜDM istehsalın
həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət
göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti
Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin
ÜDM-də əks olunacaq.
Ümumi
daxili
məhsul (ÜDM)
iqtisadi
Müvafiq dövr ərzində ölkə rezidentlərinin iqtisadi fəaliyyətinin son nəticələrini əks etdirir və ölkə
rezidentləri tərəfindən istehsal olunmuş və son istehlak, yığım və ya ixrac məqsədilə istifadə edilən
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
məhsul və xidmətlərin dəyəri ilə ölçülür. ÜDM iqtisadiyyatın bütün (istehsal və xidmət) sahələrində
istehsal edilmiş əlavə dəyərin cəminə bərabərdir.
Ünvanlı
dövlət
sosial yardımı
hüquqi
Aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardım (“Ünvanlı dövlət sosial yardımı
haqqında” Qanundan)
Vahə
coğrafi
Səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin
əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı
suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə
isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi
(Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca
hektardan on minlərlə km2-ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı
ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq),
üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır
Valyuta
iqtisadi
Müəyyən ölkənin pul vahidi
Vandallar
tarixi
Roma imperiyası ilə müharibə edən german tayfası. 455-də Romanı darmadağın etmişlər
Varfolomey gecəsi
tarixi
Fransa kralının və katolikkilsənin əmri ilə 1572-də (24 avqust) protestantların qırılması
Varşava
Müqaviləsi
Təşkilatı (VMT)
tarixi
14 may 1955-ci ildə SSRİ və Avropanın 8 sosialist dövləti tərəfindən imzalanan Varşava müqaviləsi
əsasında yaranan hərbi ittifaq (1955-1991).
Bu müqavilə NATO-nun yaradılmasına SSRİ-nin cavabı idi. Müqavilənin şərtlərinə görə müqaviləyə
qoşulan ölkələr beynəlxalq münasibətlərdə güc nümayiş etdirmək və tətbiq etməkdən çəkinmək və
müqaviləyə qoşulan ölkələrdən hər hansı birinə hərbi hücum olacağı təqdirdə ona bütün mümkün
vasitələrlə, o cümlədən hərbi qüvvə ilə dərhal yardım etmək öhdəliyini götürürdülər.
Müqavilə Albaniya, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya, Macarıstan,
Polşa, Rumıniya və SSRİ arasında imzalanmış və 5 iyun 1955-ci ildə qüvvəyə minmişdir. Əslində
Varşava Müqaviləsi əvvəllər SSRİ ilə Çexoslovakiya (1943), Polşa (1945), Bolqarıstan, Macarıstan
ve Rumıniya (1948) arasında imzalanmış ikitərəfli müqavilələri tamamlayırdı. Almaniya Demokratik
Respublikası Paktın hərbi qoluna 1956-cı ildə qoşuldu. 1962-ci ildə Albaniya SSRİ ilə siyasi
ixtilaflarına görə təşkilatdakı fəaliyyətini dondurdu və 1968-ci ildə təşkilatın qoşunlarının
Çexoslovakiyaya yeridilməsindən sonra onu tərk etdi.
SSRİ-də, Mərkəzi və Şərqi Avropa ölkələrində baş verən sistem dəyişiklikləri səbəbindən 1991-ci
ilin fevralında VMT üzvləri təşkilatın hərbi strukturlarının ləğv edilməsi barədə qərar qəbul etdilər. 1
iyul 1991-ci ildə isə Varşava Müqaviləsinin qüvvədən düşməsi barədə Protokol qəbul olundu,
bununla da Varşava Müqaviləsi Təşkilatı öz fəaliyyətini dayandırdı.
Vassal dövlət
tarixi
Daxili siyasətdə sərbəst, xarici siyasətdə asılı
Vatikan
coğrafi
Katolik kilsənin başçısı Roma papasının iqamətgahı
Veçe
tarixi
Slavyanlarda "xalq yığıncağı"
Veksel
iqtisadi
Ciddi müəyyənləşdirilmiş formada yazılı borc öhdəliyi. Veksel öz sahibinə ixtiyar verir ki, o öhdəlik
müddəti bitdikdən sonra borc olan şəxsdən vekseldə göstərilən məbləğin ödənilməsini tələb etsin.
Veksel aksepti
iqtisadi
Vekselin üz tərəfində yazılı şəkildə qeyd olunan borcun göstərilən vaxtda ödəniləcəyi barədə razılıq
Veksellər
iqtisadi
Orderli qiymətli kağızlardır, veksel verən onların vasitəsilə müəyyən şəxsə müəyyən məbləğ ödəmək
barəsində başqa şəxsə (ödəyiciyə) göstəriş verir (köçürmə vekseli) və ya hər hansı müəyyən şəxsə və
ya bu şəxsin sərəncamına müəyyən məbləğ ödəməyi öhdəsinə götürür (sadə veksel)
Veksillologiya
tarixi
Bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi sahəsi.
Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır.
Verbal ünsiyyət
siyasi
Söz və işarələrlə danışıq
Qeyri-verbal danışıq və ya vücud dili demək istədiklərimizin 70%-ə qədərini ifadə edir.
Verden
qəssabxanası
tarixi
Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum
edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-
hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə
"Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər
alman və fransız əsgər və zabit məhv edilmişdi.
Vermaxt
tarixi
Faşizmin hökmranlığı dövründə (1933-1945) nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq
verilən ad. Versal sülh müqaviləsinin şərtlərinə zidd olaraq yaradılmışdır. Vermaxtın Ali Baş
komandanlığını Adolf Hitler özü həyata keçirirdi.
Versal
sülh
müqaviləsi
tarixi
Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən Fransada imzalanmış sülh
müqavilələrindən biri
Veto
siyasi
Qadağan. İlk dəfə Romada e.ə. V əsrdə tətbiq olunmuşdu.
Veto hüququ
hüquqi
Dövlət başçısının qanunu imzalamaqdan imtina etməsi. AR Konstitusiyasında bu termin işlədilməsə
də, 110-cu maddədə bu məsələlərdən bəhs olunur.
Vəqf
tarixi
Xilafət vaxtı dini idarələrə məxsus torpaqlar
Vətəndaşlıq
hüquqi
Dövlətin üzvü olmaq statusu
Bu vətəndaşların öz dövlətlərinə sədaqətli olmalarını, onun qorunmasına və siyasətinin müdafiəsinə
hüquqları olmasını nəzərdə tutur.
Vicdan azadlığı
hüquqi
Vətəndaşların istədikləri dinə sitayiş etmək və ya heç bir dini qəbul etməmək hüququ
VİP
siyasi
ingiliscə very important person, yəni “çox önəmli şəxs”
Votçina
tarixi
XII-XVII əsrlərdə Rusiya dövlətində iri torpaq mülkiyyəti
Tərtibçi:
Elçin Cəfərov
, versiya 15.04
Vulkan
coğrafi
Yer qabığında kanal və çatlar vasitəsi ilə yerin dərin qatlarından ərimiş dağ süxurları (lava), kül,
müxtəlif qazlar və su buxarının yüksək təzyiqlə yer səthinə atılması (çıxarılması) ilə müşayiət olunan
geoloji törəmədir.
Vulkan relyefi
coğrafi
Vulkan konusları, lava qübbələri və s. formaları var.
Yaşayış
minimumu
hüquqi
Minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma (“Yaşayış
minimumu haqqında” Qanundan)
Yeger
coğrafi
Ovçuluq təsərrüfatlarında ov haqqında qanuna nəzarət edən peşəkar ovçu
Yeniçəri
tarixi
Sultan Türkiyəsində piyada qoşun
Yer saatı
ictimai
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə
günündə keçirilir. “Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına
qayğının rəmzi olaraq bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır.
Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və
həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak
edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.
Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib.
2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı
dəstəkləyən ölkələrin sırasına daxil olub.
Yezuit
tarixi
Katolik kilsədə ruhani ordeni
Yuli
təqvimi
(Yulian təqvimi)
tarixi
Tarixin hesablanma sistemi, ilk Günəş təqvimi. Yuli Sezarın göstərişi ilə başda Sozigen olmaqla bir
qrup İsgəndəriyyə astronomu tərəfindən tərtib edilmiş və e.ə. 45-ci ildən Roma imperiyasının əsas
təqvimi olmuşdur. İlin orta uzunluğu 365,25 gündür. Fevral ayı hər 4 ildə 3 dəfə 28, bir dəfə isə 29
gündən ibarət olur. Təqvim 1582-ci ildə Qriqorian təqvimi ilə əvəz edilmişdir.
Yurisdiksiya
hüquqi
Məhkəmə və ya dövlət hakimiyyətləri orqanlarının səlahiyyətlərinin hüdudları
Yüksəklik qurşağı coğrafi
Dağın ətəyindən zirvəyədək landşaftın dəyişməsi
Zəkat (sədəqə)
tarixi
Xilafət vaxtı daşınmaz əmlakdan (tikililər, becərilən torpaqlar və s.) verilirdi
Dostları ilə paylaş: |