Here is analyzed the level of development of the problem of dublet and absolute synonymy in Azerbaijani linguistics. The author clarifies the problem of belonging to foreign lexicology. Also the author attitudes predictions with being ballast of dublet event. It is analyzed the problem of commitment of dubletlic event with terminology parallels.
Севиндж Багирова
Проблема дублетности и абсолютной синонимии в азербайджанской лингвистике
Резюме
В статье рассматривается степень разработки проблемы абсолютной синонимии в азербайджанской лингвистике. Автор отстаивает свое отношение дублетности как балласту в языке. В статье исследуется проблема взаимосвязанности терминологиической паралельности с дублетностью.
Çapa tövsiyə edən: Gəncə Dövlət Universiteti Rəyçilər: filologiya elmləri doktoru,professor T.Quliyev
Key words: diplomacy, term, unification. Hazırda Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində iştirak etməsi, müstəqil siyasətin aparılması Azərbaycanda diplomatiya və beynəlxalq münasibətlərlə bağlı terminlərin, eləcə də rəsmi və işgüzar üslublarda terminlərdən istifadə məsələləri, qeyd edilmiş sahələrə aid terminlərin inventarlaşdırıması, unifikasiyası, nizama salınması və standartlaşdırılması məsələlərinin həllini aktuallaşdırmışdır. Diplomatiya və beynəlxalq münasibətlərlə bağlı terminlərin unifikasiyası məsələsini konkret nümunələr üzrə nəzərdən keçirməyə çalışaq.
Beynəlxalq münasibətlər və diplomatiya terminologiyasına AGENDA termini işlədilir. Bu termin Azərbaycan dilində «gündəlik» kimi istifadə olunur. AGENDA termini müxtəlif terminoloci birləşmələrin tərkib komponenti kimi çıxış edir. Məsələn, tentative AGENDA, provisional AGENDA, temporary AGENDA, expanded AGENDA, crowded AGENDA, intensive AGENDA, heavy AGENDA və s. Qeyd olunan terminlərin Azərbaycan dilində qarşılıqlarını müəyyənləşdirmək lazım gəlir, Bu terminlərin bir qismi sovet dövründə formalaşmış terminləridir. Məsələn, gündəlik, gündəlik məsələ, ilkin ündəlik, qabaqcadan hazırlanmış gündəlik və s. Təbii ki, qabaqcadan hazırlanmış gündəlik termin kimi məqbul olunan variant deyildir. Oxşar formalar rus və ingilis dillərində də vardır. Məsələn, theagendaasitstands -povestka dnə kak estğ; theagendaasis – povestka dnə bez izmeneniy – gündəlik olduğu kimi; dəyişikliksiz gündəlik və s. Gündəlikdə müəyyən maddələr olduğundan onun tərkib hissələri ilə bağlı terminlərdən də istifadə olunur. Məsələn, anitemonagenda –gündəliyin bəndi; deletion of items from the agenda –gündəlikdən bəndlərin çıxarılması və s. Gündəliklə bağlı bəzi məsələlrin həlli üçün də müəyyən terminlərdən istifadə oluünur. Məsələn, to draw up agenda–gündəliyi hazırlamaq; to place an item on agenda, to include in, inscribe in agenda, to adhere to agenda, to stick to agenda və s.
Müasir dövrdə terminologiya sahəsində mühüm elmi-nəzəri və praktik əhəmiyyəti olan məsələlərdən biri diplomatiyaya aid terminoloji lüğətlərin işlənib hazırlanması və nəşr etdirilməsidir. Şübhəsiz ki, ictimai-siyasi həyatda gedən proseslər diplomatiya ilə bağlı terminoloji lüğətlərin hazırlanmasına da yeni istiqamətdə yanaşma tələbini ortaya atır. İndi hər cür lüğətin, eləcə də terminoloji lüğətlərin elektron variantlarının hazırlanması və onların internetdə yerləşdirilməsi artıq olduqca aktual və təxirəsalınmaz bir iş kimi diqqət mərkəzinə çəkilməlidir. Bu baxımdan müxtəlif tipli (ikidilli, çoxdilli, izahlı və s.) terminoloji lüğətlərin hazırlanmasının nəzəri, praktik və metodik məsələlərinin yeni tələblər prizmasından işlənməsinə kəskin ehtiyac duyulurdu. S.Sadıqova terminoloji lüğətlərin tərtib prinsiplərinin həm elmi-nəzəri, həm praktik, həm də metodik cəhətlərinin şərhini və elmi prinsiplərini müəyyənləşdirmişdir. Onun tədqiqatlarında terminoloji lüğətlər haqqında verilmiş geniş məlumatda terminoloji lüğət qarşısında qoyulan tələblər, indiyə qədər tərtib olunmuş lüğətlərdəki səciyyəvi nöqsanlar şərhini tapmışdır. Müəllif terminoloji lüğətlərin tərtibinin aşağıdakı prinsiplərini müəyyənləşdirmişdir: 1) lüğətə elmdə istifadə edilən ən yeni terminlərin daxil edilməsi; 2) variantları olan terminlərdən anlayışı ən dəqiq ifadə edəni və termin qarşısında qoyulan tələblərə cavab verən variantın lüğətə daxil edilməsi; 3) alınma termin üçün Azərbaycan dilində qarşılıq varsa ondan istifadə olunması; 4) Azərbaycan dilində qarşılığı olmayan terminin lüğətdə olduğu kimi verilməsi; 5) beynəlxalq terminlərin olduğu kimi verilməsi; 6) ayrı-ayrı terminlərdə beynəlmiləl element varsa həmin elementin olduğu kimi saxlanması; 7) beynəlmiləl terminoloji birləşmələrin Azərbaycan dilinin normalarına uyğunlaşdırılması; 8) izahlı terminoloji lüğətlərə təsadüfi terminlərin deyil, dildə artıq sabitləşmiş terminlərin daxil edilməsi.(5,211)
Standartlaşdırma üçün terminlərin izahlı lüğətləri də çox əhəmiyyətli vasitələrdən biridir. İzahlı lüğətlərdə terminlərin tərifləri verilir. Lakin bütün izahlı lüğətlərdə təriflər sahədə qəbul edilmiş formada olmur. Ən zəruri olan izahlı lüğət tərifin sahədə qəbul edilmiş şəkildə ifadəsini tapdığı izahlı lüğətdir.
Məsələn: Посланник -elçi (ikinci dərəcəli nümayəndəliyin başçısı. Elçi başçısının yanında akkreditə olunur).
Откомондирование посланника - elçinin ezam olunması
Полмочие посланника - elçinin səlahiyyətləri
Посланник, аккредитованный при государства - dövlət başçısının yanında akkreditə edilmiş elçi.
Черезвычайный и Полномочный посланник – Fövqəladə və Səlahiyyətli elçi.
Посол–səfir –bir dövlətin digər dövlətdə olan ən yüksək dərəcəli diplomatik nümayəndəsi, elçisi və s. ölkələrə qısamüddətli səfərlər edən səfir).
Qeyd olunan terminologiya diplomatiya və beynəlxalq münasibətlərə aiddir. Bu terminologiya rus dilində işlənsə də, Azərbaycan dilində kifayət qədər ətraflı işlənməmişdir. Doğrudur, Azərbaycan dilində beynəlxalq terminlər lüğəti hazırlanmışdır. Lakin həmin lüğətə daxil edilən terminlər rus dilindən kalka yolu ilə götürürülmüşdür və onların unifikasiyası vacib şərtdir.
Terminlərin unifikasiyası və nizama salınması prosesində belə paralellik aradan qaldırılmır. Terminlərin standartlaşdırılması zamanı isə standart kimi bir termin qəbul edilir. Həmin terminin paralel variantı isə qeyri-standart termin kimi qeydə alınır. Normativ sənədlərdə terminin standart variantının istifadə edilməsi zəruri tələbdir. Qeyri-standart termin isə məqalə və monoqrafiyalarda, dissertasiyalarda istifadə oluna bilər. Paralel terminlərin və ya termin dubletlərin işlənməsi səbəbləri üslubla bağlıdır. Bir sıra hallarda müəllif tavtologiyanı aradan qaldırmaq üçün terminin variantlarından, onun substitutlarından istifadə edilir. Müxtəlif terminlərin eyni mənada işlədilməsi də üslubi səciyyə daşıyır. Məsələn, diskussiya, mübahisə, disput, debat, müzakirə; rayon, bölgə, ərazi; arqument, dəlil, sübut, fakt; inkişaf, tərəqqi, proqress və s.
Terminlər leksik-semantik, morfoloji, sintaktik və fonetik səviyyələrdə müqayisə obyekti olur. Terminlərin orfoqrafiya və orfoepiya normaları da təyin olunur. Bu normalar dilin leksikasına verilən normalarla eyniyyət təşkil edir. Terminologiya elmi dilin daha çox məlumat daşıyan, informativ səciyyəyə malik olan leksik qrupudur. Terminologiya elm və texnikanın inkişafı ilə bilavasitə əlaqəli olmaqla yanaşı, ictimai-siyasi həyatda baş verən dəyişikliklərin təsirinə də tez məruz qalır. Bu isə dil əlaqələrinin ümumi vəziyyəti ilə bağlı məsələdir. Çoxmillətli dövlətdə milli dillərdəki terminlərlə ifadə olunmuş elmin və texniki anlayışların vahid definitiv prinsiplər əsasında formalaşdırılması mahiyyəti daşıyan unifikasiya işləri böyük əhəmiyyət kəsb edir.
Azərbaycan dilinə keçmiş və ya dilin aldığı söz və terminlərdə zaman-zaman müəyyən dəyişmələr aparılır. Bu dəyişmələr alınmaların dilin normalarına uyğunlaşdırılması məqsədini daşyır. Terminologiyada bu iş nizama salma prosesində getməklə yanaşı, ayrı-ayrı müəlliflərin terminlərin, eləcə sözlərin işlədilməsinə münasibətindən də bəhrələnir.
Əgər dillərarası unifikasiya nəzərdə tutulursa, onda hansı dillərin əhatə olunması məsələsi həll edilir. Təyin edilmiş dillərin hər birinin müvafiq sahəyə aid terminləri seçilir. Belə bir ardıcıllıq vahid terminoloji fondun yaradılmasını tələb edir. Adətən, vahid terminoloji fondun yaradılması üçün müvafiq lüğətlərdən istifadə olunur. Bəzi tədqiqatçılar unifikasiya üçün yalnız lüğət materialına istinad edilməsini düzgün saymırlar. Onların fikrinə görə unifikasiya zamanı elmi mətnlər xüsusi əhəmiyyət kəsb edir.
Ayrı-ayrı sahələr üzrə, o cümlədən definitiv terminlərin unifikasiyası, standartlaşdırılması ilə əlaqədar araşdırmaların çoxalmasına da ehtiyac yaranır ki, bu da terminlərin definitiv tipinin hərtərəfli öyrənilməsinə şərait yaradır.
ƏDƏBİYYAT