MÜBTƏDA VƏ FOR SÖZÖNLÜ MƏSDƏR TƏRKİBLƏRİNİN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ YOLLARI
Açar sözlər: mübtəda budaq cümləsi, mübtəda məsdər tərkibi, üslubi çalarlar, mürəkkəb mübtəda
Ключевые слова: придаточное предложение подлежащего, инфинитивная конструкция подлежащего, стилистические оттенки, сложное подлежащее, инфинитивный состав с предлогом «for».
Key words: subject clause, subjective with the infinitive construction, stylistic colouring, complex subject
İstər Azərbaycan, istərsə də ingilis dilində felin təsriflənməyən formaları say etibarilə eyni olsa da, məzmun cəhətcə fərqlidir. Azərbaycan dilində felin təsriflənməyən formaları məsdər, feli sifət, feli bağlama, ingilis dilində isə məsdər, feli sifət, cerunddur. Bu məqalədə mübtəda və for sözönlü məsdər tərkibi haqqında danışacağıq.
Mübtəda məsdər tərkibi –Subjective İnfinitive Construction bir çox dilçilik ədəbiyyatında “Nominative with the İnfinitive Construction” termini ilə verilir. Bu məsdər tərkibi bəzən “genişləndirilmiş üzv”, “üçelementli quruluş” , “adlıq hal və məsdər” və s. kimi də adlandırılır. Zənnimizcə “Nominative with the İnfinitive Construction” termini, yəni “adliq hal və məsdər” mübtəda məsdər tərkibinin tam mahiyyətini açır.
Mübtəda məsdər tərkibində də digər tərkiblərdə olduğu kimi iki komponent iştirak edir. Birinci hissə isim və ya əvəzlikdən, ikinci hissə isə predikativlə ifadə olunmuş məsdərdən ibarət olur. İkinci hissəyə bəzən ikinci dərəcəli predikat deyilir və bu ikinci dərəcəli predikat əsasən cümlənin nominal hissəsindən əsas predikat vasitəsilə ayrılır (1, 218).
Məs.: Suddenly the car seemed to drop almost vertically, the road was descending out of the mountains into a valley (M.Puzo. The Sicilian, p.29). Birdən maşının şaquli istiqamətdə enməsi göründü, yol dağların ətəyindən vadiyə tərəf enirdi.
He was virtuous and his bandits were never permitted to molest women or priests (M.Puzo. The Sicilian, 17).
O ləyaqətli adam idi və onun quldurlarına qadınları və keşişləri rahatsız etmək icazəsi verilmirdi.
Məs.: He was happened to pass the way in the wrong way.
-
İş elə gətirdi ki, onlar yolu səhv keçdilər.
Bu cümlədə “was happened” əsas predikat, “to pass” ikinci dərəcəli predikat, “he” isə mübtəda funksiyasını yerinə yetirir.
Mübtəda məsdər tərkibinin Azərbaycan dilinə tərcüməsi aşağıdakı faktorlardan ibarətdir:
-
felin semantik mənasından;
-
mübtəda məsdər tərkibinin hansı növdə işlənməsindən;
-
cümlənin quruluşundan (yəni sadə və ya mürəkkəb olmasından);
-
tərcüməçinin seçimindən.
Mübtəda məsdər tərkibləri “to say”, “to seem”, “to be supposed”, “to prove”, “to happen” kimi fellərlə daha çox işlənir. Bu fellərlə mübtəda məsdər tərkibi məlum növdə tərcümə olunur.
Məs.:With each step he could see them more clearly and they seemed to loosen, to spread away from each other as if to envelop him in their greeting (M.Puzo. The Sicilian, p.14).
Hər addımda o onları daha aydın görürdü, hər görüşdə onlar sanki ətrafa yayılır və yoxa çıxırdılar.
Maraqlı faktlardan biri də bundan ibarətdir ki, mübtəda məsdər tərkibi qeyri-müəyyən şəxsli mübtəda ilə ifadə olunduqda, o Azərbaycan dilinə tamamlıq budaq cümləsi kimi tərcümə olunur ( 1).
He is said to be very ill. – Deyirlər o, çox xəstədir.
She was not expected to reply, but she did. – Gözlənilirdi ki, o, cavab verməyəcək, lakin o, cavab verdi.
“to permit, to request, to intend, to order” kimi fellərlə mübtəda məsdər tərkibi Azərbaycan dilinə passiv konstruksiya kimi tərcümə olunur.
Məs.: ... and Turi was compelled to brush to him away (Mario Puzo. The Sicilian. p.108) .
-
Turi ona qarşı çıxmağa vadar edildi.
Pisciotta was forced to set the blame entirely down to his wife (Mario Puzo. The Sicilian. p.108) .
-
Piskiottaya qarşı zor işlədildi, belə ki, onun günahı arvadının boynuna qoyuldu.
“to be likely/unlikely, to be sure, to be certain” kimi fellərlə işlənən mübtəda məsdər tərkibi Azərbaycan dilinə tərcümədə gələcək zaman kimi tərcümə olunur.
Məs.: ... he is not likely to part with it except at a good price.
Yəqin ki, o ondan yaxşılıqla ayrılmayacaqdı.
Dediklərimizi aşağıdakı sxemdə ümumiləşdirə bilərik.
Mübtəda məsdər tərkibi və ya mürəkkəb mübtədanın Azərbaycan dilinə tərcüməsini aşağıdakı kimi təqdim etmək məqsədəuyğun olardı.
-
Passiv konstruksiya vasitəsilə;
-
Budaq cümlə kimi;
-
Gələcəkdə baş verəcək hərəkətin göstəricisi kimi;
-
Təsirlik halında olan isim və ya əvəzlik və feli sifət kimi;
-
Yiyəlik halında olan isim və ya əvəzlik və təsirlik halında olan feli sifət kimi.
İngilis dilində digər məsdər tərkiblərindən fərqli olaraq bir tərkib də var ki, o da for sözönlü məsdər tərkibidir. Onu digər tərkiblərdən fərqləndirən əsas xüsusiyyət onun for sözönü vasitəsilə işlənməsidir. Bu tərkibin hansı fellərdən sonra işlənə bilmə məhdudiyyəti yoxdur. Bu tərkib sadə məsdərlər kimi cümlədə müxtəlif vəzifələrdə çıxış edir. Tərkibin komponentləri arasındakı məntiqi əlaqə mübtəda və xəbər arasındakı əlaqəyə çox oxşayır, lakin nəzərə almaq lazımdır ki, tərkibdə nə mübtəda, nə də xəbər yoxdur, çünki onun ikinci elementi predikativ forma ilə ifadə olunmayıb (4, 361).
Tədqiqatlar göstərir ki, for- to- məsdər tərkibi həm canlı danışıq dilində, həm də bədii dildə çox işlənir. Digər tərkiblərə nisbətən bu tərkibin dildə işlənməsi onu daha da dəqiqləşdirir, fikri aydınlaşdırır. Bu tərkib daha çox mürəkkəb mübtəda funksiyasında reallaşır.
Məs.: For Hector Adonis to settle the issue is possible (M.Puzo. The Sicilian, p.54).
Bu cümlə formal “it” ilə də işlənə bilər. Bu zaman cümlənin mənasına heç bir xələl gəlməz.
Məs.: So now it was the time for Hector Adonis to settle the issue (M.Puzo. The Sicilian, p.54).
-
Bu məsələni həll etmək Hektor Adonis üçün mümkündür.
Birinci cümləni “Suppositional Mood” və ya “Present Subjunctive”də də işlətmək olar.
Məs.: It is possible that Hector Adonis should settle the issue. (Suppositional Mood)
It is possible that Hector Adonis settle the issue. (Present Subjunctive və ya Subjunctive I)
Hər iki cümlə mahiyyət etibarilə “It is possible for Hector Adonis to settle the issue” cümləsinə bərabərdir.
For- to- məsdər tərkibi Azərbaycan dilinə eyni zamanda budaq cümlə kimi də tərcümə oluna bilir.
Məs: (1) Oarz were shipped and its occupants waited for us to have to and take them abroad.
- Avarçəkənlər gəmiyə toplandı və onun icarəçiləri bizim onları qaldırıb xaricə göndərməyimizi gözlədilər.
Məs.: We were waiting for him to do something.
Onun nə isə etməsini gözləyirik.
So I didn’t wait a second time for Mand to send me some notes.
-
Belə ki, mən ikinci dəfə gözləyə bilmədim ki, Mand mənə qeydlərini göndərsin və yaMandın mənə ikinci dəfə qeydləri göndərəcəyini gözləyə bilmədim.
Bütün bu cümlələrdə for-to- məsdər tərkibi dilimizə tamamlıq budaq cümləsi kimi tərcümə olunur və for - sözönü ilə müşayət olunan məsdərin hərəkəti gələcəyə aid olur.
Məsdər tərkibi eyni zamanda mürəkkəb mübtəda, təyin, predikativ, məqsəd və nəticə zərfliyi funksiyalarını yerinə yetirir, lakin dilimizə tərcümədə sadə cümlə kimi verilir.
Məs.: Now the best thing will be for me to leave this place.
-
İndi mənim üçün ən yaxşı şey bu yeri tərk etməkdir.
Bu cümlə mürəkkəb xəbər funksiyasında işlənmişdir və dilimizə sadə cümlə kimi tərcümə olunur.
Lakin təyin, məqsəd və nəticə zərfliyi funksiyalarında işlənən cümlələr Azərbaycan dilinə həm budaq cümlə, həm də sadə cümlə kimi tərcümə oluna bilirlər.
Məs.: There was some beer for him to drink.
Burada bir az pivə var ki, o içsin. və ya
Onun üçün içiləsi bir az pivə var (təyin funksiyasında).
I stopped aside for the young lady to pass.
Mən kənara çəkildim ki, gənc qadın keçsin. və ya,
Gənc qadının keçməsi üçün kənara çəkildim (məqsəd zərfliyi).
These men, specially chosen for them to understand of Italian character and culture, since many of them were of Sicilian origin (M.Puzo. The Sicilian, p.123). - (məqsəd zərfliyi).
İtalian xarakterini və mədəniyyətini anlamaq üçün seçilən bu insanlarin çoxu siciliya mənşəli idi.
Some days are enough for me to translate this poem.
Bu şeiri tərcümə etmək üçün mənə bir neçə gün bəs edər (nəticə zərfliyi).
Göründüyü kimi, nəzərdən keçirdiyimiz konstruksiyaların hər biri cümlənin bir üzvünü (mübtədanı, tamamlığı və s.) təşkil edir və semantik cəhətdən Azərbaycan dilinə tərcümədə budaq cümləyə bərabər olur.
Azərbaycan dilində belə birləşmələr olmadığından, tərcümə zamanı müəyyən çətinliklər yaranır. Bu kontruksiyaları düzgün tərcümə etmək üçün, onların cümlədəki sintaktik xüsusiyyətlərini bilmək və konkret daxili mənanı nəzərə almaq lazımdır.
“There was nothing else to do” cümləsinin tərcüməsi bizə bu tərkibin “dative case+ infinitive” kimi qəbul olunmasına əsas verir. Belə ki, cümlə Azərbaycan dilinə belə tərcümə olunur “ Onun görüləsi heç bir işi yoxdur.” Bu cümlədə “onun” dative case-i + “görüləsi” məsdəri göstərir.
Beləliklə, for sözönlü məsdər tərkibi Azərbaycan dilinə nominal və adverbial budaq cümlələr, sadə cümlə və adlıq hal + infinitiv kimi tərcümə olunur.
İstifadə olunmuş ədəbiyyat
1. Бархударов Л.С., Штелинг Д.А. Грамматика английского языка. Издательство «Высшая шkола», Москва 1973.
2. Musayev O., Hacıyev E., Huseynov A. A Practical Grammar of Contemporary English. Baki- Qismat 2009.
3. Ganshina M., Vasilevskaya N. English Grammar. Foreign Languages Publishing House. Moscow 1951.
4.N.Vəliyeva. Müxtəlifsistemli dillərdə feli birləşmələrin tipoloji təhlili. “Avropa” nəşriyyatı, Bakı -2008.
5. Xanbutayeva L.M. Müasir Azərbaycan və ingilis dillərində infinitiv (ümumi tipoloji tədqiqat), Bakı- 2003.
Leyla Xanbutayeva
Пути перевода подлежащных и инфинитивных конструкций с предлогом «for» на
азербайджанский язык
Резюме
Статья посвящена методам перевода подлежащего и инфинитивным конструкциям с предлогом «for» на азербайджанский язык. В статье анализируются эквивалентные методы или стилистические оттенки предложения, избранные переводчиком при переводе на родной язык подлежащных и инфинитивных конструкций с предлогом «for».
Ханбутаева Л. М.
The ways of translation of the subjective and the for-to –infinitive construction into azerbaijani
Summary
The article deals with the ways of translation of the subjective and the for-to- infinitive constructions into Azerbaijani. The equivalents used by the translator and the stylistic colouring of the sentences of the constructions are identified in the article.
Çapa tövsiyyə edən: Azərbaycan Dillər Universiteti
İngilis dilinin qrammatikası kafedrası
Rəyçilər: fil.üz.fəl.dok.dos.L.Cəfərova
fil.üz.fəl.dok.dos.İ.Nuriyeva
Pərvanə Abbasova
AMEA Nəsimi adına Dilçilik İnstitutu.
MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ YARIMÇIQ CÜMLƏLƏRİN TİPOLOGİYASI
Açar sözlər: parselyasiya hadisəsi, kontekstual yarımçıq cümlə, elliptik yarımçıq cümlə, situativ yarımçıq cümlə, qoşulma yarımçıq cümlə.
Ключевые слова: Парцеллационное событие, контекстуальное неполное предложение, эллиптическое неполное предложение, ситуативное неполное предложение, прилагаемое неполное предложение.
Key words: parcellation case, contextual incomplete sentence, elliptic incomplete sentence, situational incomplete sentence, attached incomplete sentence
Cümlə problemi nəzəri dilçiliyin ən çox işlənmiş, araşdırılmış məsələlərindəndir. Struktur əlamətinə görə cümlə bütöv və yarımçıq cümlələrə ayrılır. Bütöv cümlələrdə bütün gərəkli, lazımlı, cümlənin quruluşu üçün ehtiyac duyulan üzvlər yerində olur, bu da fikri asan anlamaq üçün əlverişlidir.
Sintaksisin «binası»nın qurulmasına yarımçıq cümlənin özünəməxsus yeri vardır. Yarımçıq cümlənin dilçilikdə mübahisə yaradan cəhətləri bir o qədər çox deyil. Buna baxmayaraq, müxtəlifsistemli dillərdə bu cümlə tipinin müqayisəsi, qarşılaşdırılması məsələsi tədqiq olunmamışdır. Amma bir dil materialı əsasında yarımçıq cümlə haqqında xeyli sayda dissertasiyalaryazılmışdır (1).
Yarımçıq cümlənin başlıca cəhətlərindən biri bu strukturda, modeldə bütöv cümlədən fərqli olaraq bir və ya bir neçə zəruri olan üzvün buraxılmasıdır. Məs.: Mənim dostum kitab oxumağı sevir, mən isə futbol oynamğı sevirəm (bütöv cümlə); Mənim dostum kitab oxumağı sevir, mən isə futbol oynamağı (...). Birinci cümlə ilə ikinci cümləni fərqləndirən əsas cəhət ikincidə «sevirəm» feili xəbərinin buraxılmasıdır. Həmin feili xəbər birinci cümlədə maddiləşib, ikincidə isə buraxıldığı üçün bu cümlə yarımçıq cümlədir.
Dialoqları yarımçıq cümləsiz təsəvvür etmək çətindir?- Səlimi yaylağa aparmaq istəyirəm.- Yaylağa (İ.Şıxlı), -Bir furqon tutacağam. –Sonra? (İ.Şıxlı), - Yaxşı, indi sən nə eləmək istəyirsən?- Camaatıma kömək (İ.Şıxlı)
Yarımçıq cümlədə həm baş, həm də ikinci dərəcəli üzvlər buraxıla bilir. Bu, yarımçıq cümlə ilə bağlı müxtəlifsistemli dillər arasında olan ümumi qanunauyğunluqlardan biridir. Başqa bir qanunauyğunluq yarımçıq cümlənin cüttərkibli, təktərkibli cümlələrin tərkində reallaşmasıdır. Məs.: yuxarıda Azərbaycan dilindən verdiyimiz nümunə eyni ilə digər dillərdə də işlənir.
Rus dilində:
1.Reka raskinulasğ, teçet, qrustit leknivo i moet bereqa (A.Blok) Cüttərkibli cümlə strukturunda «reka» mübtədası buraxılmışdır.
2.V komnate paxnet sirenğö, a na uliüe-vesnoy. Bu strukturda isə «paxnet» xəbəri şəxssiz cümlədə buraxılmışdır.
3.–Kuda on edet?-Domoy. Bu dialoji şəraitdə müşahidə edilən cüttərkibli cümlədə «on» mübtədası və «edet» xəbəri buraxılmışdır.
4.–Tı v kakom kinotatre bıl?- V blicayhem . Bu dialoq parçasında isə «Ə bıl» baş üzvləri və «v kinoteatre» tamamlığı buraxılmışdır.
Cümlə üzvlərinin buraxılması həm cüttərkibli, həm də təktərkibli cümlələrdə özünü göstərir. Bütün dillərdə cümlə üzvlərinin bu tip cümlələrdə buraxılması absurtdur. Bu əlamət, hər şeydən əvvəl, nitq situsiyası ilə bağlı olaraq meydana çıxır. «Yarımçıq cümlə hər hansı bir cümlənin tərkibindəki məntiqi cəhətdən mühüm olan üzvü nəzərə çarpdırmaq, nitqə yüngüllük, səlislik, yığcamlıq vermək, lazımsız təkrarın qarşısını almaq məqsədi ilə işlədilir».
Mübtəda və ya xəbəri buraxılmış cümlə müstəqil bir cümlə növünü təşkil etmir. O, cüttərkibli və ya təktərkibli cümlənin bir növüdür. Bunların yarımçıqlığı bütöv cüttərkibli və təktərkibli cümlələrlə müqayisədə meydana çıxır. Əgər bütöv cümlələrdəki üzvlərdən hər hansı biri (istər baş üzv olsun, istərsə ikinci dərəcəli üzv) buraxılarsa, qrammatik cəhətdən mövcud cümlənin yarımçıqlığına səbəb olur.
Yarımçıq cümlə dialoji nitq üçün daha çox səciyyəvidir. Çünki dialoq nitqi həmsöhbətlərin danışığı əsasında qurulur və real şərait tələb edir ki, nitq situasiyası yığcam və lakonik olsun. Bu, bir qanunauyğunluqdur və üslubi şərtdir.
Dialoq nitqi isə ayrı-ayrı replikalardan təşkil olunur. Həmin replikalar sual və cavabdan ibarət olur. Dialoq nitqini təşkil edən cümlələrdə sual cümləsi cüttərkiblidirsə yaxud təktərkiblidirsə, mütləq onun cavab hissəsi də həmin quruluşu ehtiva edir. Məs.:
Cüttərkibli yarımçıq cümlə: -Qospodi, çem tı razbil okno?- Mışelovskoy (=Ə razbil okno mışelovskoy).
Təktərkibli yarımçıq cümlə: -Çeqo tebe ne xvataet?-Vnimaniə (=Mne ne xvataet vnimaniə).
Qeyd edək ki, cüttərkibli cümlənin yarımçıq növü ilə müqayisədətəktərkibli cümlənin yarımçıq quruluşda çıxış edən növləri demək olar ki, tədqiq edilməmişdir. Eyni zamanda təktərkibli bütöv cümlələr də lazım olan səviyyədə öyrənilmişdir.
Demək, təktərkibli yarımçıq cümlə bütöv təktərkibli yarımçıq cümlənin formal olaraq bir növü kimi ortaya çıxır. Belə yarımçıq cümlənin də fərqləndirilməsində əsas ölçü onun formal qrammatik tərkibi, strukturudur. Ona görə ki, ümumən cümlənin quruluş yarımçıqlığı bütöv cümlələrlə qarşılaşmada, müqayisədə üzə çıxa bilir.
Bütöv təktərkibli cümlənin növləri sırasında adlıq cümlə yarımçıq şəklə düşə bilmir. Çünki adlıq cümlənin dialoq mühitində iştirak etmə imkanları məhduddur. Yerdə qalan təktərkibli cümlə növləri- xəbər əsasında formalaşanlar dialoji şəraitdə nitqin mübadiləsini təşkil edə bilirlər.Dialoq-nitqin bir formasıdır, hansı ki, hər bir söyləm həmsöhbətə doğru istiqamətlənir. Dialoq nisbi qısalığı, lakonikliyi ilə xarakterizə edilir və sintaktik quruluş yaradır (2, s. 132).
Belə ki, dialoqun sual komponenti nə zaman təktərkibli quruluşda olursa, onun cavab hissəsi də təktərkibli quruluşda çıxış edir. Məsələn, -Onun kimə rəhmi gəlir?- Kimsəsizlərə. Hər iki dialoq vahidi quruluş etibarı ilə təktərkiblidir. Sual cümləsi xəbər əsasında formalaşmış təktərkibi yarımçıq cümlədir. Həmçinin də onun cavabı da yarımçıq quruluşdadır. Hər iki dialoq vahidi şəxssiz cümlədir. Hər ikisində mübtəda iştirak etmir və heç nəzərdə də tutulmur.
Və ya;- Məsələyə nə zaman baxıldı?-Srağagün. Şəxssiz cümlə zaman zərfliyindən ibarətdir, cümlənin tamamlıq və xəbəri buraxılmışdır. Mübtəda iştirak edə bilmir.
Təktərkibli cümlənin dialoq mühitində bütöv forması ilə yanaşı, yarımçıq şəklə düşmüş qeyri-müəyyən şəxsli forması da çox işlənir. Məs.:-Hamını apardılar, ya tək səni?- Əlbəttə, məni. Sonuncu cümlə yarımçıq qeyri-müəyyən şəxsli cümlədir. Birinci cümlə isə sualdan ibarət olan qeyri-müəyyən şəxsli cümlədir.
Müxtəlifsistemli dillərdə yarımçıq cümlənin bir sıra tipləri fərqləndirilir.
1.Kontekstual yarımçıq cümlələr. Belə yarımçıq cümlələrdə buraxılmış üzv kontekstdə görə müəyyənləşdirilir. İ.A.Popova tədqiqatında yazır ki, kontekstdə mübtədanın təkrarlanmaması, həmçinin də əvəzliklə əvəzlənməməsinin başlıca səbəbi ondan ibarətdir ki, dominant fikir xəbərdə mərkəzləşsin, bundan savayı, bu cümlələr əvvəlki cümlənin, fikrin davamı olaraq dərk edilsin. Bu cür mübtədaların hərəkətin və prosesin inkişafında yeni mərhələni, yeni dönüşü əks etdirib, digər zaman münasibətlərində gerçəkləşir (3, s. 54)
Z.Budaqova kontekstual yarımçıq cümlədə mübtədanın buraxılmasına münasibətini belə bildirir: «Üçüncü şəxslə ifadə olunmuş mübtəda müəyyən rabitəli mətnin əvvəlki cümlələrində qalır, sonrakı cümlələrdə isə buraxılır. Belə cümlələrdə məqsəd yeni qrup xəbərləri nəzərə çarpdırmaqdır.(4, s. 296-297).
Beləliklə, kontekstual yarımçıq cümlədə iş görən əvvəlki cümlədə mübtəda yaxud mürəkkəb mübtədanın tərkib hissəsi funksiyasında işlənən sözdür. Məs.: Şamxal gözünü səmadakı ulduzlara dikmişdi. (...) Yata bilmirdi. (İ.Şıxlı).
Kontekstual tipli yarımçıq cümlədə işi görən özündən əvvəl gələn cümlənin tamamlığı və yaxud mürəkkəb tamamlığın tərkib hissəsi funksiyasında işlənən sözdür. Məs.: Nökərlər palıd odunun sürüşüb düşən gözlərini bir az da irəli çəkdilər. (...) Şişləri yan-yanadüzdülər (İ.Şıxlı).
Rus dilində: Doroqa locka k obedu, a donos- k vığorom.
2. Situativ yarımçıq cümlələr. Bu cür yarımçıq cümlələrdə buraxılmış üzv iştirakçıların əlaqə, ünsiyyət, qarşılıqlı münasibət situasiyasına görə anlaşılır. Məs.: Kim danışır və kim mübahisə edir. V mebelğnom maqazine çelovek pokazıvaet na şkaf:- Vosemğ tısəç?= gtot şkaf stoit vosemğ tısəç?
Marketdə qız konfetlərin qiymətini soruşur.- Bunun kilosu 10 manat?= On manat?
Müasir Azərbaycan dilindən fərqli olaraq rus dilində yarımçıq cümlədə buraxılan üzv, adətən tire durğu işarəsi ilə ayrılır. Məs.: Mən qələmlə yazıram, o isə karandaşla. Ə pişu ruçkoy, a on-karandaşom.
Situativ yarımçıq cümlələrdə bəzən müəyyən səbəblə bağlı cümlə kəsilir, sonrakı dialoqdan kəsilən hissənin «yeri dolur». Məs.:Sənin yaxşılıq eləmək istədiyini başa düşürəm, amma...-Amması-zadı yoxdur. Səlim mənimdir, vəssalam, onu oxudacam (İ.Şıxlı).
3.Elliptik yarımçıq cümlələr. Bu, yarımçıq cümlənin xüsusi tipi sayılır. Həmin strukturda adətən feili xəbər buraxılır. Belə cümlələrdə fikir, niyyət kontekstsiz və situasiya olmadan başa düşülür.
Cümlə tərkibində elliptikləşən yalnız feil olur. Belə spesifik konstruksiyalarda bir sıra şərtlər gözlənilməli və nəzərə alınmalıdır.
-
əşyanın yerləşmə yeri: nə? ki?-harada? Kniqa na stolu (lecit). Meyvə şkafın daxılında (səpələnib).
-
Hərəkət, istiqamət yeri: kim? Harada? Məs.: Biz meşədə. Mı v şkolu. Mı iz şkolı. Tatğəna v les, medvedğ za ney (idem)
-
Nitq situasiyası: Kto o çem, a vinovıy o bane (meçtaet, dumaet).
-
Aqressiv hərəktləri ifadə edən energetik fellər: A vı bı eqo za volosı! Doskoy ix, doskoy!
Ellips nitqdə özünü biruzə verən implisit işarədir, fakültətiv olaraq sintaqmın istənilən vəziyyətində işlənə bilmir, mətn, şərait, situasiya yaxud yaddaş vasitəsilə istənilən ərəfədə rekonstruksiya edilə bilir.(5, s. 21-22).
Elipsis nitqin güclü ifadə vasitəsidir. Bu hadisə nitqin funksional tərəfi ilə bağlıdır. Ellipsis nitqdə kateqoriallaşır. Elliptik cümlələr 5-ə yaxın funksiyanı yerinə yetirir: dil vasitələrinə qənaət; mətnyaradıcı; kommunikativ; üslubi; təkrarın qarşısını almaq və kompressiya (sıxılma).
Müxtəlifsistemli dillərdə ellipsis hadisəsi və bu hadisənin nəticəsi olaraq meydana çıxan elliptik cümlələr haqqında xeyli sayda əsərlər yazılmışdır (6, s.165)
Həmin tədqiqat işlərində ellipsis probleminin nəzəri aspektləri işlənilmiş, cümlənin struktur təşkilində belə cümlələrin rolu, valentlik nəzəriyyəsinin ellipsislə bağlılığı, ellipsisin mətndə təyinolunması, ayrılma kriteriyaları, ellipsisin növləri, həmin vahidlərin funksiyaları və s. araşdırılmışdır.
Elliptik təktərkibli yarımçıq cümlələr sabit və dəyişilməz xüsusiyyətə malikdir.
Qoşulma yarımçıq cümlələr. Bu tip yarımçı cümlələrin qurulmasında parselyasiya hadisəsi mühüm rol oynayır. Parselyasiya hadisəsi həmcins üzvlər, ikinci dərəcəli üzvlər, mürəkkəb cümlənin hissələri arasında özünü göstərir. Məs.: On obehal priexatğ- İ priexal.
Parselyasiya hadisəsinin dildə əhəmiyyəti böyükdür. Mətn ritmləşir, informasiya mühüm fraqmentlərə ayrılır. Nitqin strukturu minimal həddə çatır. Bu hadisə nəticəsində insan təfəkkürü diskretləşir və assosiasiya yaranır və nitq aktı aktuallaşır.
Ədəbiyyat siyahısı
1.Юхт В.Л. Неполные предложения в современном английском языке. Дисс. ..канд.филол. наук. М.: 1964, 171 с. Усманов У.Неполные предложения в английской диалогической речи. Автореф. Дис. ...канд. филол. наук. Киев, 1983; Дудучаева Р.Е. Структура неполносоставных предложений английской диалогической речи. Автореф. Дис....канд. филол. наук. Тбилиси, 1966, 29 с.; Комаров А.П.Неполные предложения в современном немецком языке. Автореф. Дис....канд. филол. наук. М.: 1954,-26 с.; Гузеева Н.В. Неполные предложения в современном английском языке. Дис. Канд. Филол. наук. Л.: 1966; Катанйева Н.В.Неполные предложения императивной семантики в русском языке: коммуникативно-функциональный аспект. КД, Ростов-на-Дону, 2004, 137 с.; Гузеева К.А. Принципы выделения неполных предложений\\Теоретические проблемы синтаксиса совремнных индоевропейских языков. Л.: 1975; Боевей И.А., Винтман Л.А. Присоединительные конструкции в современном французском языке. Л.: 1971; Чувакин А.А. О структурной классификации неполных предложений. Н.Д.В.Ш.Ф.Н, 1974, № 3; Казымов И.Б. Oğuz qrupu türk dillərində yarımçıq cümlə. Bakı, 1987.
2.Ахманова О.С. Словарь лингвистических терминов. М.: Сов. Энциклопедия», 1966.
3.Попова И.А. Неполные предложения в современном русском языке.- Труды Института языкознания. Т.II, Изд. АН СССР, М.: 1953.
4.Budaqova Z. Yarımçıq cümlə- Müasir Azərbaycan dili. III cild, Bakı, Elm, 1981.
5.Пронина И.В. Односоставные и неполные предложения как единицы различных уровней в современном французком языке. Канд.дисс. М., 1974.
6.Усманова М.Э. Эллиптические предложения в таджикском в английском языках. КД, Душанбе, 2012.
Аббасова Парвана
Типология непольных предложений в
разносистемных языках
Резюме
В статье раскрывается содержание неполных предложений на основании материалов на различных языках, указываются причины пропуска членов предложения в такого типа предложениях, а также рассматриваются контекстуальный, ситуативный, эллиптический и прилагаемый виды типов настоящего предложения. Эта типологическая структура классифицируется на основе двусоставной и односоставной структуры.
Abbasova Parvana
Typologia incomplete sentences in differentsystems
languages
Summary
The essence of incomplete sentences are given on the basis of the materials belonging to various languages in the article, the reasons of dropping some parts of the sentence are shown, as well, contextual, situational, elliptic and connection type of that sentence are reviewed. This typological structure is mainly classified in reference to the structures of one –member and two –member.
Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,
Terminologiya şöbəsi
Rəyçilər: f.ü.e.d., prof. B.Cəfərova
f.ü.e.d., prof. A.Abbasova
Aynur Fərəcova
Azərbaycan Texniki Universiteti
karimovaaynur@gmail.com
Dostları ilə paylaş: |