Tərtib etdi: müəl.,b.ü. f d.  Babaşli a.Ə



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix29.12.2016
ölçüsü9,02 Mb.
#3817
1   2   3
Kalorimetrik

üsulun


yaradılması

onun



daha

da

təkmilləşdirilməsi qida fıziologiyasının inkişafında mühüm



mərhələ kimi qeyd olunmalıdır.

O, göstərmişdir ki, həzm prosesləri qidanın kəmiyyət və keyfıyyət



göstəricilərindən, xarakterindən, orqanizmə təsir göstərən şərti və

şərtsiz amillərdən, heyvanın qida davranışından xeyli asılıdır. Qida

fıziologiyası sahəsində İ.P.Pavlovun klassik tədqiqatları indi də

yüksək qiymətləndirilir. Onun bu sahədə dərc etdirdiyi kitabları və

elmi materialları vərəqlədikcə bunun bir daha şahidi oluruq.

Rus fızioloji məktəbinin banisi sayılan İ.M.Seçenovun mərkəzi



sinir sistemi-nin fəaliyyəti ilə əlaqədar elmi tədqiqatları, qan

dövranı, həzm və beyin fiziologi-yası sahəsində böyük rus

fizioloqu

İ.P.Pavlovun

apardığı

tədqiqatlar

"Qida

fıziolo-gi-yası"nın sonrakı inkişafında mühüm rol oynamışlar.



Təsadüfı deyildir ki, bu alim-lərin hər ikisı məhz həmin elmi

nailiyyətlərinə görə Nobel mükafatına layiq görülmüşlər.




Əhalinin müxtəlif qrupları və ya kontingentləri üçün qidanın 

normalaş-dı-rıl-ması, qidada zülal, şəkər, yağ, vitamin, mineral 

duzlar və s. kimi əsas kompo-nentlərin optimal normaları və 

nisbətlərinin müəyyənləşdirilməsi məsələsi də elmi şəkildə 

öyrənilməyə başlanmışdır. Bu sahədə M.N. Şaternikov, O.P. 

Molçanov, İ.P. Razenkov, N.M. Lunin, A.V.Palladin, A.A. 

Pokrovski kimi alim və həkimlərin böyük xidmətləri olmuşdur.

Akademik A.A.Pokrovski qida biokimyası, fıziologiyası və 



patologiyası sahə-lərində geniş elmi tədqiqatların təşkilində 

mühüm rol oynamışdır. Hələ keçmiş so-vet dövlətinin 

mövcudluğu dövründə SSRİ Tibb Elmləri Akademiyasmın 

nəzdində və A.A.Pokrovskinin bilavasitə rəhbərliyi altında 

"Elmi-Tədqiqat Qida İnstitutu" fəaliyyət göstərmişdir. İnstitut 

əhalinin müxtəlif kontingentlərı üçün qidaya olan tə-ləbatların 

elmi əsaslar üzərində yaradılmış yeni normativ göstəricilərinin 

işlənib hazırlanmasında mühüm rol oynamışdır.




XX əsrin sonlarından akademik A.M.Uqolev və onun şagirdlərinin 

apardığı el-mi-tədqiqat işləri qida fıziologiyası elmini daha da inkişaf 

etdirmişdir. Bu ba-xımdan A.M. Uqolevin "Adekvat qidalanma 

nəzəriyyəsi və trofologiya" adı altında dərc etdirdiyi monoqrafıya və 

bu istiqamətdə elmi məqalələrinin rolunu xüsusilə qeyd etmək 

lazımdır. 

Burada adekvat qidalanma nəzəriyyəsinin əsas postulatları 



işıq-landırılmaqla, klassik tarazlaşdırılmış qidalanma nəzəriyyəsinə 

onun tərkib hissəsi kimi baxılır. Bunlardan əlavə, XX əsrin 

əvvəllərindən 90-cı illərə qədər fəaliyyət göstərən Moskvadakı 

"Ümumittifaq İctimai İaşənin Elmi-Tədqiqat İnstitutu" (indiki 

Ümum-rusiya Qidalanma İnstitutu),

Ukraynada "İctimai İaşənin Elmi-Tədqiqat İnstitutu" (Ukrnitop) və 



digər elm idarələri də əhalinin qidalanması ilə bağlı elmi 

məsələ-lə-rin, iaşə müəssisələrində kütləvi qidalanmanın və pəhriz 

qidalanmasının təşkili ilə əlaqədar elmi biliklərin işlənib 

hazırlanmasında böyük rol oynamışlar. Prof. D.İ.Lobanov, prof. 

E.P.Kozmina, prof.V.S. Baranov, akad. M.İ.Belyayev, prof. 

A.İ.Mqlinets, dos. Q.N.Lovaçeva, dos. N.R.Uspenskaya, prof. 

M.İ.Peresiçnıy kimi alimlərin və onların şagirdlərinin apardığı elmi-

tədqiqat işlərinin nəticələri də "Qida fıziologiyası" elminin gələcək 

inkişafında xüsusi qeyd olunmalıdır.



İnsanın qidalanması bioloji və sosial problem olduğundan bu məsələ 

beynəl-xalq səviyyədə, bir sıra mötəbər beynəlxalq təşkilatların 

bilavasitə təkidi və iştirakı ilə vaxtaşırı müzakirə edilmiş və indi də 

edilir. Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatlarına görə dünya 

əhalisinin ancaq yarıya qədəri normal qidalanma imkanlarına malikdir. 

Hətta, bəzi inkişaf etmiş ölkələrdə belə əhalinin qidalanma normaları və 

çeşidinin orqanizmin zülala və enerjiyə olan tələbatlarına tam cavab 

vermədiyi faktları qeyd edilmişdir. Birləşmiş Millətlər Təşkilatının 

(BMT) bəzi bey-nəlxalq departamentləri (Kənd Təsərrüfatı və Ərzaq 

Komitəsi, Səhiyyə Təşki-la-tı və s.) xətti ilə Cenevrədə (1984 və 1990-

cı illərdə) və Romada (1987-1992-ci illərdə) keçirilən konqreslərdə 

əhalinin qidalanması problemləri, bu sahədə aparı-lan elmi-tədqiqat 

işləri və eksperimentlərin analizləri, ölkələrin milli siyasətində 

qi-dalanma məsələlərinə münasibət, dövlət başçılarına müraciətlər ön 

planda dur-muş və geniş şəkildə müzakirə edilmişdir. 




Qida fıziologiyasının inkişafı və nailiyyətləri fərdi və kütləvi 

qidalanmanın düz-gün qurulması, qida məhsullarının emalı, qidaların 

hazırlanması və onlardan isti-fadə edilməsi qaydalarının qida 

texnologiyasının və çeşidinin yaxşılaşdırılma-sına, orqanizmin 

sağlamlığının mühafızə edilməsinə, qidalanmanın əhəmiyyətinin 

geniş əhali kütlələri tərəfindən dərk olunmasına xidmət edir.

Fiziologiya sahəsində qədim elmi fıkirlərə isə orta əsrin təbabət 



korifeylə-rin-dən olan Ə1 Razinin "Mənsuri” adlı əsərində, Abu 

Farabinin tibbə aid olan "İnsan bədəninin orqanları haqqında”

traktatında, Əbu Əli İbn-Sinanın məşhur "Tibb elminin qanunlan" 

kitabında və digər mənbələrdə rast gəlinir.

O dövrdə yaşamış azəri alimlərindən Ömər Osman oğlu və Dürrü 



Razi, son-rakı dövrlərdə yaşayıb yaratmış fransız və alman, italyan 

alimlərindən Rene De-kart, Vilyam Harvey, İ.Müller, Luici Qalvani, 

Rusiyada M.V.Lomonosov və V.A.Basovun əsərlərində də 

fiziologiyanın gələcək inkişafına təkan verən çoxlu el-mi məlumatlar 

vardır. Bütün bunlar barədə və digər alimlər haqqında daha geniş 

mə-lumatları, fıziologiya üzrə müasir dövrün görkəmli Azərbaycan 

alimi prof. Faiq Cəfərovun yazmış olduğu "İnsan fıziologiyası" 

dərsliyinin "Fiziologiyanın inkişaf tarixi" bölməsindən toplamaq olar.




Əlbəttə, tarixən fıziologiyanın inkişafında kimya və fızika 

sahəsində aparılmış elmi-tədqiqatların da böyük rolu olmuşdur. 

Bunlar da öz növbəsində sonralar müstəqil bir elm sahəsi kimi 

formalaşmış "Qida fiziologiyası"nın inkişafına gətirib çıxarmışlar.

Azərbaycan Respublikasında da qida fıziologiyası sahəsində xeyli 



önəmli elmi-tədqiqat işləri aparılmış və bu sahədə elmi 

müşahidələr yenə də davam etdirilir. Ölkənin milli siyasətində 

əhalinin ərzaq xammalı və qida məhsulları ilə təmin edilməsi 

məsələsi daim öz aktuallığını saxlayır.

Orta əsrlərdə təbabət elmlərinin, o cümlədən fıziologiyanın



təkamülündən söhbət açıldıqda hərtərəfli ensiklopedik biliyə malik

olan məşhur İbn Sinanın (Avisenna) «Tibb elminin qanunları» 

əsərini nəzərdən qaçırmaq olmaz. Buradakı qida və qidalanmaya

aid fıkirlər, qida maddələrinin (məhsullarının) dad xüsusiy-yətləri

və onların təsnifatı haqqında toplanıb dəqiqləşdirilmiş elmi

məlumatlar və digər müddəalar qida fıziologiyası və qida

gigiyenası elmlərinin, hətta qida texnologiyası elmlərinin gələcək

inkişafında müstəsna rol oynamışdır. 




Burada insan fıziolo-giyasının əsasları ilə əlaqədar 

əsaslandırılmış elmi fikirlərlə yanaşı, ən maraqlısı ayrı-ayrı 

qida məhsullarının orqanizm üçün fızioloji əhəmiyyəti, 

müalicəvi təsir mexanizmləri barədə çox geniş məlumatlar 

vardır.


İbn Sinanın bu əsəri haqqında ədəbiyyatlarda çoxsaylı 

məlumatlar və şərhlər vardır. Şərq aləminin digər qolu sayılan 

qədim Tibet təbabəti elminin fıziologiyaya, xüsusilə qida 

fıziologiyasına aid olan mənbələrindən qısa məlumatlann 

verilməsi də, fıkrimizcə daha məqsədəuyğun olardı.

Min illər ərzində formalaşmış qədim Tibet təbabətinin ən 



qiymətli əsərlə-rin-dən olan "Jud-şi" və "Vaydurya-onbo" 

traktatlarında sağlam və xəstə orqanizm haq-qında olan elmi 

və praktiki məsləhətlərin çoxu bu gün də fıziologiya elmi 

üçün çox əhəmiyyətlidir. Heç şübhəsiz, təkcə şərq alimləri 

deyil, avropalılar da təbabətin sonrakı inkişafında burada olan 

dəyərli məlumatlardan bəhrələnmişlər. 




XIX əsrin görkəmli təbiblərindən sayılan, milliyyətcə monqol olan 

P.A.Badmayevin bu dövr-də yazmış olduğu şərhlərlə rus dilinə 

tərcümə etdiyi "Tibet təbabəti elminin əsas-ları Jud-şi" kitabında 

bunlar haqqında ətraflı söhbət açılmışdır.

Qida və qida maddələrinin həzmdə iştirakı, öd ifrazı, su 

mübadiləsi və qan damarlarının fəaliyyətində rolu, bütövlükdə 

orqanizm üçün əhəmiyyəti haqqında ətraflı söhbət açılır.

Qidalanma, qida maddələri, içkilər, həyat tərzi və ilin 

mövsümünün qidalan-maya və müalicəyə təsiri, qida qarışığının 

həzm zamanı mədə şirəsinin təsiri ilə dəyi-şilməsi, onun dadının 

dəyişilməsi, öd və vəzilər, onların fəaliyyəti, qidalan-ma-nın 

pozulmasına təsir edən amillər, sinir sisteminin fəaliyyəti və ona 

təsir edən amillər, qan və əzələlər, yağ toxuması və sümük, 



beyin və onun fəaliyyəti, beynin 4 arteriyanın köməyi ilə 

qidalanması və digər elmi məlumatlar, qidalanmanın 

po-zul-ması nəticəsində orqanizmin müxtəlif orqanlarında baş 

verən çatışmazlıqlar və s. haqqında bu gün də araşdırmalar 

tələb edən çox qiymətli fıkirlər təkcə müasir elm aləmində 

deyil, kütləvi oxucu kütləsində də təəccüblə yanaşı, həsəd 

hissləri oyadır.

Tibet dilində yazılmış olan, Tibet təbabətinin əsas 



qanunauyğunluqlarını əks etdirən "Jud-şi" traktatı üçün 

şərhlərdən ibarət olan "Vaydur-onbo" traktatında in-san 

orqanizmi üçün normalar və patologiyalar üzrə qaydalar, 

nəzəri konsepsiyalar toplanmışdır. 4 cilddən ibarət olan bu 

traktatda təkcə dərman vasitələrinin tətbiqinə aid deyil, 

müvafıq həyat tərzində və pəhriz şəraitində insan 

sağlamlığının taraz-lığını təmin edən üç fızioloji sistem 

("rlunq", "mkxris" və "badkan" terminləri adı altında) 

haqqında və onların funksional xarakteristikası vacibliyindən 

məlumatlar verilir.




Qidanın orqanizmdə mənimsənilməsi və sorulması zamanı yeddi 

ardıcıl çev-ril-mələrin baş verdiyi göstərilir. Bu isə toxuma 

quruluşlarının yaranması, onların assimilyasiya prosesində 

iştirakı fıkirlərinin izah olunması cəhdini göstərir. Burada eyni 

zamanda, əsas fızioloji sistemlərin fəaliyyətində sinir sisteminin 

tənzimləyici rolundan, maddələr mübadiləsi ilə əlaqəsindən 

danışılır, qanın fızioloji yaxud pato-loji proseslərdə iştirakı 

dərəcəsi (səviyyəsi) və formalarından söhbət açılır. "Vaydurya-

onbo" traktatının 6-cı fəslində o vaxtki təbabət elminin quruluşu 

ağac şəklində təsvir olunur ki, bölmələr, başlıqlar, fəsillər bu 

ağacın gövdələri, budaqları və yarpaqları kimi göstərilir. 

Məsələn, doqquz gövdənin olması təbabət elmində 9 əsas 

bölmənin - orqanizmin normal vəziyyəti, dəyişilmiş (xəstə) 

vəziyyəti və s. bu kimi bölmələrin mövcudluğuna oxşadılır.

Beləliklə, fıziologiyanın bu günkü səviyyəyə gəlib çatması və 



onun böyük bir elm sahəsi kimi təşəkkül tapmasında orta əsr şərq 

aləminin mövcud əsərləri və təcrübədə əldə olunmuş 



nailiyyətləri böyük rol oynamışdır.

Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin